• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunu artıracaq

    Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunu artıracaq


    30 ilə yaxın müddət ərzində erməni qəsbkarları Azərbaycanın işğal olunmuş ərazilərində dünyada misli görünməmiş vəhşiliklər törədiblər. Şəhərlərimiz, yüzlərlə qəsəbə və kəndlərimiz dağıdılaraq yerlə-yeksan edilib, tarixi-mədəni irsimiz məhv edilib, təbii sərvətlərimiz talan olunub. 1992-ci ildə, may ayının 18-də ermənilər tərəfindən işğal olunmuş Laçın rayonu da bu kimi vandalizm əməllərinə məruz qalmış rayonlarımızdan biridir. Həmin vaxt erməni silahlı qüvvələri Azərbaycan hakimiyyətinin zəifliyindən, ölkəmizdə baş alıb gedən hərc-mərclikdən yararlanaraq Laçın dəhlizindən keçməklə bu rayonu işğal etmiş və Ermənistanla keçmiş “Dağlıq Qarabağ” arasında coğrafi bağlantı yaratmağa müvəffəq olmuşdular.

     İşğal nəticəsində Laçın rayonunun 80 min nəfərə yaxın əhalisi öz dədə-baba yurdlarından didərgin salınaraq Azərbaycanın 57 şəhər və rayonunda müvəqqəti məskunlaşmaq məcburiyyətində qalmış, 300-dən artıq hərbi və mülki şəxs həlak olmuş və itkin düşmüşdür. İşğala qədər rayonda olan 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri amansızcasına talan olunub, tamamilə dağıdılaraq məhv edilib. 54 dünya və 200-dən çox yerli əhəmiyyətli tarixi abidə II dünya müharibəsindən sonra planetin heç bir nöqtəsində müşahidə olunmamış vandalizmə məruz qoyulub.

     İrəvanın bütün beynəlxalq konvensiyaların şərtlərini pozaraq Laçın rayonunda qanunsuz məskunlaşma və digər hərbi cinayət əməlləri törətdiklərini vurğulayıb. Ermənistan işğalçı tərəf olaraq Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozmuşdur. Məlum olduğu kimi, işğal olunmuş ərazilrdə coğrafi adların dəyişdirilməsi,  təbii resurslarının talan edilərək qazanc mənbəyinə çevrilməsi, qeyri-qanuni məskunlaşma həyata keçirilməsi bütün beynəlxalq konvensiyalarda hərbi cinayət kimi təsbit edilir. Rəsmi irəvan isə 30 ilə yaxın müddət ərzində bütün bu cinayət əməllərini Azərbaycanın işğal altında olan bütün ərazilrində, o cümlədən Laçın rayonunda, həm də dünya ictimaiyyətinin gözü qarşısında həyata keçirmişdir.

     O cümlədən ermənilər Suriyadan olan erməni əsilli qaçqınları məqsədyönlü şəkildə bu rayonda məskunlaşdırmaqla demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllərlə də məşğul olublar. Dünya ictimaiyyəti isə bütün bu baş verənlərə göz yumaraq Azərbaycanın hüquqlarını bərpa etmək istiqamətində bircə addım belə atmamışdır.

    Laçın rayonunun məhz hərbi-siyasi yolla işğaldan azad edilməsinin Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın xüsusi önəm kəsb edən uğuru olduğunu vurğulayaraq bunları deyib. 2020-ci ilin sentyabr-noyabr aylarında Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuz cəmi 44 gün ərzində bütün ərazilərimizi işğaldan azad etdi. Müharibənin ən sonuncu günündə Laçın rayonunun Güləbürd, Səfiyan və Türklər kəndləri azad olundu. Məlum olduğu kimi, 2020-ci il 10 noyabr tarixində faktiki olaraq Ermənistanın kapitulyasiya aktı olan üçtərəfli Bəyanat imzalandı. 

    Məhz bu tarixi sənədin şərtlərinə əsasən 2020-ci ilin 1 dekabr tarixində Laçın rayonu Azərbaycana təhvil verildi, 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycana qaytarıldı. Bu əraziləri artıq qan tökmədən geri almaqla Azərbaycan həm hərbi, həm siyasi, həm də diplomatik müstəvilərdə Ermənistanı darmadağın etmiş oldu. Bun gün isə Azərbaycan xalqı artıq digər işğaldan azad olunmuş ərazilərimiz kimi, Laçını da yenidən qurur. “Böyük Qayıdış” Dövlət Proqramına uyğun olaraq Laçın rayonu və bütün başqa rayonlar bərpa olunur. Laçınlıların birinci qrupu isə öz doğma şəhərinə artıq gələn ilin sonuna qədər qayıda biləcəklər. Qeyd edək ki, 2025-ci ildə Laçında Beynəlxalq Hava Limanının istifadəyə verilməsi planlaşdırılır. Əlbəttə ki, işğaldan azad olunmuş ərazilərdə, o cümlədən Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunu xeyli artıracaqdır.

     

    Rusif Kərimov,
    Viləşçay Su Anbarı İstismarı İdarəsinin rəisi


    "Yeni həyat" qəzeti,
     www.yeniheyet.az


    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 10:59 Xankəndi,Xocalı,Xocavənd və Ağdərədə quruculuq-abadlıq işləri böyük coşqu ilə həyata keçirilir
    2. 10:57 20 Sentyabr –Dövlət Suverenliyi Günü
    3. 16:55 Azərbaycan Prezidentinə yazırlar
    4. 16:53 Azərbaycan Prezidentinə yazırlar
    5. 16:52 Azərbaycan Prezidentinə yazırlar
    6. 16:49 Azərbaycan Prezidentinə yazırlar
    7. 16:47 Azərbaycan Prezidentinə yazırlar
    8. 16:45 Azərbaycan Prezidentinə yazırlar
    9. 15:46 Ömrünü Masallının inkişafına həsr edən ata və oğulun  qısa, maraqlı tarixçəsi
    10. 15:36 Masallıda rayon rəhbərinin 18 sentyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    11. 10:38 Antiterror əməliyyatı Azərbaycanın ərazi bütövlüyünü tam təmin etdi
    12. 10:34 30 İLDƏN SONRA YARANMIŞ  AĞDƏRƏ RAYONU
    13. 16:14 Masallıda “44 gün -23 saat tarixi anlar: Suverenliyin bərpası” mövzusunda tədbir 
    14. 16:10 Rayon rəhbəri Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsini ziyarət etdi
    15. 16:07 Masallının Sərçuvar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 17.09.2025
    16. 16:02 Masallının Sərçuvar ərazisinin Sirəbil kəndində 17 sentyabr 2025-ci il tarixdə səyyar qəbul
    17. 15:48 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı
    18. 12:28 Vətənə xidmətdə keçən ömür
    19. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    20. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    21. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    22. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    23. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    24. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    25. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    26. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    27. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    28. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    29. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    30. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    31. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    32. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    33. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    34. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    35. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    36. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    37. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    38. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    39. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    40. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ