• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Azərbaycan Pakistan münasibətləri ən yüksək inkişaf mərhəlləsindədir

    Azərbaycan Pakistan münasibətləri ən yüksək inkişaf mərhəlləsindədir


    Azərbaycanın dost Pakistan dövləti ilə münasibətləri bu gün ən yüksək mərhəlləsindədir. Bu əməkdaşlıq əlaqələri müxtəlif sahələrdə inkişaf və münasibətlərin genişləndirilməsi istiqamətində iki dövlətin irəliyə atdığları ən vacib birlik münasibətləridir. Hələ 2020-ci ilin sentyabrın 27-dən-Müharibə başlandığı dövürdən Pakistan dövləti özünün Azərbaycana siyasi və mənəvi dəstəyini ifadə eden dövlətlərdən oldu.

    Azərbaycan Pakistan dövlətini bu gün Türkiyədən sonra dünyadakı ikinci əsas strateji müttəfiq hesab edə bilər.Azərbaycan və Pakistan arasında münasibətlər müasir inkişaf mərhələsinə məhz prezident  İlham Əliyevin rəhbərlik etdiyi dövürdən yüksəlişinə istiqamətlənmişdir. Azərbaycan və Pakistan arasındakı əlaqələr 1995-ci ilin oktyabrında Pakistan Prezidenti Sərdar Faruk Əhməd Xan Leqarinin Azərbaycana rəsmi səfəri çərçivəsində imzalanan Azərbaycan Respublikası və Pakistan İslam Respublikası arasında əməkdaşlıq haqqında müqavilədən sonra güclənməyə başlayıb. 2002-ci ildə Azərbaycan Respublikası Hökuməti və Pakistan İslam Respublikası Hökuməti arasında Müdafiə və Hərbi sahədə əməkdaşlıq haqqında saziş imzalanıb.

    Prezident İlham Əliyev 2009-cu il mayın 19-da Pakistan İslam Respublikasının müdafiə sənayesi federal naziri Əbdül Qəyyum Xan Catoyu qəbul edib. Pakistan prezidenti Məmnun Hüseyn 2015-ci il martın 11-də, müdafiə sənayesi naziri Rana Tanvir Hussain 2016-cı sentyabrın 26-da, Pakistanın baş naziri Nəvaz Şərif isə 2016-cı il oktyabrın 13-15-də Azərbaycanda böyük nümayəndə heyəti ilə rəsmi səfərdə olublar. Səfər çərçivəsində Azərbaycan və Pakistan hərbi sənaye sahəsində əməkdaşlığın inkişafı üzrə işçi qrupun yaradılması haqqında razılıq əldə edilib.Hərbi müstəvidə Azərbaycanın qurduğu çoxsaylı beynəlxalq əməkdaşlıq bu gün Azərbaycana böyük üstünlüklər qazandırmaqda, çoxsaylı müasir silah və hərbi texnikanın idxalına və ya birgə istehsalına imkan yaratmaqdadır. Eyni zamanda Azərbaycan bütün nüfuzlu beynəlxalq təşkilatlarda və tədbirlərdə Pakistanın mövqelərini müdafiə edib.Ölkə başçımız hörmətli  İlham Əliyev çıxışlarını birində  bildirib ki, Azərbaycanın məqsədi Pakistanla birgə layihələr həyata keçirmək üçün iki dövlətin hərbi sənaye kompleksinin əlaqəli fəaliyyətini təmin etməkdir.

    Artıq bu istiqamətdə real işlər aparılır. Qısa müddətdə ən yüksək səviyyədə ard-arda səfərlər, Azərbaycan Prezidentinin isə Pakistana son səfəri bir daha göstərir ki, iki ölkə arasında sıx müttəfiqlik münasibətləri qurulub. Pakistan Azərbaycanın nüvə silahı olan ən yaxın müttəfiqi sayılır. Pakistan müdafiə sənayesi inkişaf etmiş ölkə kimi Azərbaycan üçün vacib bir dövlətdir. Pakistanla hərbi əməkdaşlığın genişləndirilməsi Azərbaycana üstünlüklər gətirir.

    Pakistan hərbi sənaye kompleksinə daxil olan dövlət və özəl təşkilatlar Azərbaycanın istədiyi silah, sursat və texniki vasitələri qısa zamanda tədarük edə bilmək imkanına malikdir. Azərbaycana istənilən silah, döyüş sursatları və texnikanı tədarük edə bilərik. Bu həm müəssisələrin istehsalından, həm də təcili olan hallarda ordunun ehtiyatından çıxarılaraq təmin edilə bilər. Azərbaycan Ordusunda bu gün Pakistan istehsalı olan bəzi məhsullar istifadə edilir. Biz Bakıdan istəklərini bildirməsini gözləyirik. Pakistan hərbi sənayesinin məhsullarında xaricə bağımlılıq yoxdur. Bu da istənilən silah və texnikanı heç bir embarqoya məruz qalmadan, qısa zamanda tədarük etməmizə imkan verir.

    Azərbaycan-Pakistan Birgə Komissiyasının 7-ci iclası ilə əlaqədar Azərbaycanda rəsmi səfərdə olan Zobaida Cəlalı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qəbul edib. Görüşdə Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında ikitərəfli dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirilib. Xanım Zobaida Cəlalın səfərinin iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi baxımından önəmi qeyd edilib. Görüşdə hərbi-texniki sahələr də daxil olmaqla əməkdaşlıq münasibətlərinin bütün sahələr üzrə genişləndirilməsinin əhəmiyyəti vurğulanıb. Azərbaycan-Pakistan-Türkiyə üçtərəfli əməkdaşlıq formatının müxtəlif istiqamətlərdə daha da genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Artiq yüksək səviyyədə olan münasibətlər hərbi sənaye kompleksi formalaşdırmaq qərarı ilə müşayiət olunur. Pakistanın hərbi imkanları kifayət qədər güclüdür. Silahlı qüvvələr hər zaman bu ölkənin həyatında önəmli yer tutub. Yuxarıda da qeyd etdiyimiz kimi Pakistan bu gün modern silahlara malikdir. Bu baxımdan Pakistan, Türkiyə və Azərbaycan birgə müxtəlif xarakterli silahların hazırlanmasında əhəmiyyətli addımlar ata bilir.

    Azərbaycan və Pakistan arasında güclü hərbi siyası,iqtisadi əməkdaşlıq əlaqələri öz yüksək kuliminasıyasındadir . Əməkdaşlığın daha da gücləndirilməsi üçün ikitərəfli əlaqələrin gələcəkdə yeni və yüksək mərhələyə keçəcəyi hədəflənib.

    İlham Əliyev noyabrın 25-də Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda çıxışında demişdir: Azərbaycan və Pakistan arasında qarşılıqlı ticarət artımını stimullaşdırmaq üçün atmağa qərar verdik və Baş nazir Şahbaz Şəriflə müzakirə etdiyimiz kimi, biz bir-birimizi hansı növ məhsullarla təmin edə biləcəyimizi nəzərdən keçirməliyik. Əgər qardaş ölkədə yüksək keyfiyyətli düyü varsa, niyə biz düyünü başqa yerdən almalıyıq. Beləliklə, bu qərar açıq-aydın bizim qardaşlıq əlaqələrimizə əsaslanıb.Pakistanla mükəmməl əlaqələrimiz var. Bilirəm ki, Pakistanın Qvadar limanı böyük beynəlxalq qovşağa çevrilir. Qvadar limanını bizim infrastrukturumuzla birləşdirmək çətin deyil. Bizim, sadəcə, tarif məsələsini, hüquqi çərçivəni lazımi şəkildə həll etməyimizə, tənzimləmə ilə bağlı əlaqələndirmə və komanda işinə ehtiyacımız var.
       
    Prezidentimizin çıxışından nəticə olaraq bunu dərk edir ki,Azərbaycan bu gün beynəlxalq səviyyədə qurduğu bütün əlaqələri gələcəyimizin daha böyük inkişafa istiqamətlənməsinə meyar olmasına stimul verir.İstər region istər beynəlxalq münasibətlərin möhkəmləndirilməsi ölkələrimiz arasında əlaqələrin dərinləşməsi və presbektiv yüksəlişinin təməlini qoyur.



     Dilgüşə Məmmədova,
     YAP Masallı Tarix-Diyarşünaslıq muzeyi ərazi partiya təşkilatının sədr müavini



    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:14 Masallıda “44 gün -23 saat tarixi anlar: Suverenliyin bərpası” mövzusunda tədbir 
    2. 16:10 Rayon rəhbəri Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsini ziyarət etdi
    3. 16:07 Masallının Sərçuvar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 17.09.2025
    4. 16:02 Masallının Sərçuvar ərazisinin Sirəbil kəndində 17 sentyabr 2025-ci il tarixdə səyyar qəbul
    5. 15:48 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı
    6. 12:28 Vətənə xidmətdə keçən ömür
    7. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    8. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    9. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    10. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    11. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    12. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    13. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    14. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    15. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    16. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    17. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    18. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    19. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    20. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    21. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    22. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    23. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    24. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    25. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    26. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    27. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    28. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    29. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    30. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    31. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    32. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    33. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    34. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    35. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    36. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    37. 23:30 İşıqlı və təhlükəsiz gələcəyə doğru
    38. 17:29 Rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi 11.08.2025
    39. 11:15 DİQQƏT! DİQQƏT!
    40. 09:20 Polis Masallıdakı istirahət zonalarında profilaktik tədbirlər həyata keçirib
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ