• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Şuşa Bəyannaməsi tarixi hadisədir

    Şuşa Bəyannaməsi tarixi hadisədir


    2021-ci il iyunun 15-də “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması ilə dost, qardaş və strateji tərəfdaş olan ölkələrimiz arasında əlaqələr keyfiyyətcə yeni mərhələyə yüksəlib. 15 iyun 2022-ci il tarixində Şuşa Bəyannaməsinin birinci ildönümü münasibətilə Şuşa şəhərində “Azərbaycan- Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” mövzusunda beynəlxalq konfrans keçirilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev beynəlxalq konfrans iştirakşılarına məktubla müraciət edib. Azərbaycan Prezidenti qeyd edib ki, Şuşa Bəyannaməsinin Azərbaycan xalqı və dövləti üçün əlamətdar bir tarix olan 15 İyun-Milli Qurtuluş Günündə imzalanmasının və bir il sonra bununla bağlı beynəlxalq konfransın təşkil olunmasının rəmzi xarakteri, mənəvi önəmi var.

    2021-ci il 15 iyun tarixində Şuşa şəhərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın imzaladıqları “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” Qardaşlığın yeni tarixi mərhələsi olan bir Bəyannamədir. Müttəfiqlik haqqında imzalanmış bu Bəyannamə iki qardaş ölkə arasındakı əlaqələri ən yüksək səviyyəyə qaldırır və Bəyannamədə göstərilən bütün müddəalar keyfuyyətcə daha yüksək səviyyəli əməkdaşlığın təminatıdır. İmzalanmış Bəyannamə tarixə əsaslanır və möhkəm təməllərə malikdir.

    Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapıb: beynəlxalq müstəvidə birgə əməkdaşlıq, siyasi münasibətlər, iqtisadi-ticarət əlqaqələri, mədəniyyət, təhsil, idman, gəncər siyasəti. Həmçinin Bəyannamədə enerji təhlükəsizliyi, Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan və Avropa üçün önəmi qeyd olunur.

    Bəyannamədə müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələləri öz əksini tapmışdır. Eyni zamanda tərəfdaşlığın əhəmiyyətini və ölkələrimizin qüdrətini artıran hərbi sənaye sahəsində əməkdaşlıq məsələləri Bəyannamədə öz əksini tapmışdır. Bu böyük tarixi naliyyətdir. Bu bir daha göstərir ki Azərbaycan və Türkiyə bundan sonra da bir birinin təhlükəsizliyini təmin edəcəkdir. Necə ki, bu günə qədər Türkiyə və Azərbaycan bütün məsələlərdə bir yerdədir, bundan sonra da bu, belə olacaq.

    Bəyannamədə mühüm geosiyasi əhəmiyyətə malik nəqliyyat yayihələri ilə əlaqədar Zəngəzur dəhlizinin açılması ilə bağlı ifadələrin şox açıq şəkildə öz əksini tapması çox böyük əhəmiyyətə malikdir. Bu da ikinci Qarabağ müharibəsindən sonra yaranmış yeni geosiyasi vəziyyət nəticəsində mümkün olmuşdur.

    Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunması uğrunda 2020-ci ilin sentyabrın 27-də başlayan 44 gün davam edən Vətən Müharibəsində Türkiyə dövlətinin və onun Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana göstərdiyi mənəvi və diplomatik dəsdək təmənnasız qardaşlığın parlaq nümunəsidir. Vətən müharibəsi dövründə Türkiyənin bütün dövlət strukrurları Azərbaycanın qələbəsi üçün bütün sahələrdə böyük əzmkarlıq göstərdilər. Beynəxalq səviyyədə nə qədər təzyiqlər olsa da, Türkiyə qardaşlıq dəstəyi mövqeyindən geri çəkilmədi. Müharibənin ilk saatlarından Türkiyə Prezidenti bildirdi ki, Azərbaycan tək deyil. Bu həm Azərbaycanı ruhlandırdı, eyni zamanda, müdaxilə etmək fikrində olan bütün qüvvələri, dairələri dayandırdı.

    Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyənin qardaşlığını bütün dünyaya nümayiş etdirən bir tarixi sənəddir. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında 2021-ci il iyunun 15-də Şuşada imzalanan Bəyannamə iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu.

    Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan demişdir ki, bundan sonra güclənən bir Azərbaycan, güclənən bir Türkiyə vardır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev isə qeyd etmişdir ki, Türkiyə-Azərbaycan dostluğu sarsılmazdır, əbədidir…


    Rasim NURULLAYEV,
    Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatının fəal üzvü.



    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.azшаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:17 Masallıda kartofçuluq və taxılçılıqla bağlı müşavirə
    2. 17:53 Rayonun Çayqıraq kəndinin yolu təmir edilir
    3. 17:50 Masallıda şəhid Sübhan Həsənovun doğum günü anılıb
    4. 15:28 Masallıda rayon rəhbərinin şəhid ailələri ilə növbəti görüşü-25.07.2025
    5. 13:37 Masallıda 2025-cü ilin avqust ayına olan səyyar-görüş qəbulları barədə
    6. 17:30 Masallıda “II Regional Gənclər Festivalı” keçirilmişdir
    7. 10:45 Masallıda rayon rəhbərinin 24 iyul 2025-ci il tarixli vətəndaş qəbulu
    8. 19:34 Prezident İlham Əliyevin 3-cü Beynəlxalq Media Forumundakı Çıxışı: Yeni Reallıqlar və Qlobal Media Perspektivi
    9. 16:35 III  Şuşa Qlobal Media Forumu təkcə regional deyil, eyni zamanda, beynəlxalq əhəmiyyət daşıyan bir platforma kimi çıxış etdi
    10. 15:10 Masallının Yeyənkənd kəndində 23 iyul 2025-ci il tarixdə səyyar qəbul
    11. 15:05 Masallının Yeyənkənd ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 23.07.2025
    12. 11:05 III Şuşa Qlobal Media Forumu Qlobal baxışların kəsişdiyi strateji platformadır
    13. 23:30 Azərbaycan sağlam əməkdaşlığa hər zaman açıq olub
    14. 15:10 Masallıda 2025-ci ildə kartof məhsuldarlığı
    15. 14:36 Milli Mətbuat Günü ilə bağlı dəyirmi masa - MASALLIDA
    16. 13:58 Masallıda “Maariflənmə, müasirləşmə, ümummilli məqsədlərin təbliğində milli mətbuat və jurnalistikanın rolu” mövzusunda tədbir
    17. 12:03 Azərbaycan milli mətbuatının 150 illik yubileyidir
    18. 23:00 Prezident İlham Əliyevin III Şuşa Qlobal Media Forumunda çıxış etmişdir
    19. 17:30 Azərbaycan milli mətbuatının 150 illik yolu
    20. 23:30 22 İyul Milli Mətbuat Günü ilə əlaqədar
    21. 23:30 22 iyul Milli Mətbuat günü
    22. 10:06 Qəzet dövlət arxivi, dövlətçilik tarixidir
    23. 23:00 22 iyul Milli Mətbuat Günü 
    24. 16:16 AZƏRBAYCAN MƏTBUATI TARİXƏ İZ SALIB
    25. 15:48 Sığdaş kəndində əhalinin içməli su ilə təminatı yaxşılaşdırılır
    26. 14:18 Masallıda Mənzil Kommunal Təsərrüfatı İstehsalat birliyi tərəfindən genişmiqyaslı abadlıq işləri 
    27. 11:06 Azərbaycan mətbuatı – 150
    28. 09:05 Azərbaycan Milli mətbuatının davamlı inkişafı
    29. 18:19 150 yaşlı milli mətbuatımız və biz
    30. 16:47 Boradigah qəsəbəsində çay və suaparıcı kanallarda təmizlik işləri aparılır 
    31. 16:45 Rayonun Xıl-Sirəbil yolu təmir edilir
    32. 16:43 Masallı rayonunun Şərəfə kəndində mühüm infrastruktur yeniliklər
    33. 15:15 Masallıda rayon rəhbərinin 17 iyul 2025-ci il tarixli vətəndaş qəbulu
    34. 22:16 Masallıda rayon rəhbəri Dəmirçi kənd məscidində aparılan əsaslı təmir işləri ilə tanış oldu
    35. 14:57 Masallının Bədəlan ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 16.07.2025
    36. 12:51 Masallının Bədəlan ərazisinin Aşurlu kəndində 16 iyul 2025-ci il tarixdə səyyar qəbul
    37. 12:47 Masallı rayon İcra Hakimiyyətinə baş məsləhətçi təyinatı
    38. 16:13 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 iyul 2025-ci il
    39. 16:12 Masallıda abadlıq və xeyriyyə işləri 01-15 iyul 2025
    40. 16:09 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 iyul 2025
    «    İyul 2025    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031 
    DÜNYA XƏBƏRLƏRİ