• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallıda müasir heyvan kəsimi məntəqəsinın açılışı olub

    Masallıda müasir heyvan kəsimi məntəqəsinın açılışı olub


    “Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2018-ci il tarixli Sərəncamının icrası ilə bağlı olaraq Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və yerli icra hakimiyyəti orqanlarının birgə faəliyyəti davam edir. Bu istiqamətdə sahibkarlar tərəfindən respublikanın müxtəlif rayonlarında yeni müasir heyvan kəsimi və ət satışı məntəqələri yaradılır.

    Növbəti müasir heyvan kəsimi məntəqəsinın açılışı Masallıda olub.

    Açılış mərasimində Masallı rayon İcra Hakimiyyəti Başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Adəm Məhərrəmov, şöbənin baş məsləhətçisi Kənan Ağayev, AQTA Regional Bölməsinin, Masallı Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin əməkdaşları, “Uluxanlı” heyvan kəsimi məntəqəsinin sahibi Ziyadə Məmmədova və digər sahibkarlar iştirak ediblər.  

    Sonra kəsim sexində yaradılan şəraitlə tanışlıq olub, məntəqədə heyvanın kəsilməsi, soyulması və doğranmasına qədər bütün prosesi həyata keçirmək üçün gigiyenik tələblərə uyğun lazımi avadanlıqlarla təchiz olunduğu müəyyən olunub.

    “Uluxanlı” heyvan kəsimi məntəqəsinin sahibi Ziyadə Məmmədova bildirmişdir ki, məntəqədə baytarlıq-sanitariya ekspertizasının aparılması üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyası da fəaliyyət göstərəcək. Burada iri və xırdabuynuzlu heyvanlara baytar nəzarəti həyata keçiriləcək, heyvanlardan nümunələr götürülərək laborator müayinələr aparılacaq. Sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilən heyvan məhsulları vətəndaşlara təqdim ediləcək. Yalnız bundan sonra ətin istifadəsinə və ya satışına icazə veriləcək.

    Masallı şəhərinin Seybətin küçəsi ərazisində yerləşən kəsim məntəqəsi 24 saat fəaliyyət göstərəcək. Bu müddət ərzində 200-ə yaxın iri, 400-ə yaxın xırdabuynuzlu heyvan kəsimi mümkün olacaq. Bundan əlavə burada ət məhsullarının konservləşdirilməsindən ötrü müasir avadanlıqlar quraşdırılacaq. Məntəqədə 50 nəfər işçi (qəssab, xidmətçi, dəri aşılayan və s.) çalışacaq. Şəhid ailələri və qazilər üçün kəsim ödənişsiz olacaq. Ziyadə xanım diqqətə çatdırıb ki, gündə bir dəfə daxili imkanlar hesabına ehtiyacı olanları isti yeməklə təmin edəcəyik. Potensialımız imkan verdikcə daha böyük layihələrin icrası nəzərdə tutulub.

    Məqsəd Masallı rayonunda heyvan kəsimi və satışının müasir tələblərə uyğunlaşdırılması, qanunsuz heyvan kəsimi və satışı fəaliyyətinin qarşısının alınması, əhalinin sağlam ət və ət məhsulları ilə təmin olunması, istehlakçıların hüquqlarının müdafiəsidir.

    Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi Lənkəran Regional Bölməsinin heyvan sağlamlığı sektorunun böyük məsləhətçisi Natiq Muradov bildirib ki, sahibkarları müasir heyvan kəsimi fəaliyyəti  sahəsində aktiv fəaliyyətə dəvət edir, bu istiqamətdə bizə müraciət edən sahibkarlara peşəkar və metodiki kömək göstərməyə hazırıq.








    Akif Ağayev


    “Yeni həyat” qəzeti
    www.yeniheyet.az
     
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:55 Azərbaycan Prezidentinə yazırlar
    2. 16:53 Azərbaycan Prezidentinə yazırlar
    3. 16:52 Azərbaycan Prezidentinə yazırlar
    4. 16:49 Azərbaycan Prezidentinə yazırlar
    5. 16:47 Azərbaycan Prezidentinə yazırlar
    6. 16:45 Azərbaycan Prezidentinə yazırlar
    7. 15:46 Ömrünü Masallının inkişafına həsr edən ata və oğulun  qısa, maraqlı tarixçəsi
    8. 15:36 Masallıda rayon rəhbərinin 18 sentyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    9. 10:38 Antiterror əməliyyatı Azərbaycanın ərazi bütövlüyünü tam təmin etdi
    10. 10:34 30 İLDƏN SONRA YARANMIŞ  AĞDƏRƏ RAYONU
    11. 16:14 Masallıda “44 gün -23 saat tarixi anlar: Suverenliyin bərpası” mövzusunda tədbir 
    12. 16:10 Rayon rəhbəri Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsini ziyarət etdi
    13. 16:07 Masallının Sərçuvar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 17.09.2025
    14. 16:02 Masallının Sərçuvar ərazisinin Sirəbil kəndində 17 sentyabr 2025-ci il tarixdə səyyar qəbul
    15. 15:48 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı
    16. 12:28 Vətənə xidmətdə keçən ömür
    17. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    18. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    19. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    20. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    21. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    22. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    23. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    24. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    25. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    26. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    27. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    28. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    29. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    30. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    31. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    32. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    33. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    34. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    35. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    36. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    37. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    38. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    39. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    40. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ