• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallıda “Azərbaycanın əbədi parlaq günəşi” mövzusunda növbəti seminar

    Masallıda “Azərbaycanın əbədi parlaq günəşi” mövzusunda növbəti seminar


    06 dekabr 2022-ci il tarixdə Masallı rayon Gənclər Mərkəzində Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı Masallı Dövlət Regional Kolleci ərazi partiya təşkilatı ilə birgə “Biz Heydər Əliyev irsini öyrənirik” məktəbinin “Azərbaycanın əbədi parlaq günəşi” mövzusunda növbəti seminarı keçirilmişdir.

    İlk öncə Ulu öndər Heydər Əliyevin və Şəhidlərin əziz xatirələri 1 dəqiqəlik sükutla yad edilmişdir.

    Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev geniş məruzə ilə çıxış edərək qeyd etmişdir ki, Azərbaycanın qədimdən-qədim tarixində ölkəmizə rəhbərlik etmiş dövlət başçıları, hökmdarlar müxtəlif adlar və titullar daşımışlar: şah, padşah, atabəy, əmir, sultan və s. Lakin həmin çoxsaylı dövlət başçılarının heç birinə daha yüksək titul sayılan və ümumxalq qiymətinin ifadəsi olan ümummilli lider adına layiq görülmək şərəfi nəsib olmayıb. XX əsrin görkəmli siyasətçiləri sırasında xüsusi yeri və layiqli nüfuzu olan Heydər Əliyev bu yüksək ada sovet imperiyası daxilində Azərbaycanı suverenlik epoxasına hazırlaması, dövlət müstəqilliyinin ilk addımında gerçəkləşdirdiyi nadir xilaskarlıq missiyası və qazanılmış bu tarixi nailiyyəti möhkəmləndirib dönməz prosesə çevirməsi ilə layiq görülüb. Müstəqil Azərbaycan dövləti, haqlı olaraq, həm də ulu öndər deyə xüsusi məhəbbətlə anılan Heydər Əliyevin şah əsəri və indiki nəsillərə ən böyük yadigarı sayılır. Çağdaş dünya müstəqil dövlətimizi Heydər Əliyevin Azərbaycanı kimi qəbul edib dəyərləndirir. Ulu öndərin ideya və əməlləri daim bizimlədir və Azərbaycanı yeni-yeni uğurlara qovuşdurur. Bütün bunlar qədirbilən xalqımızın qəlbində bu misilsiz tarixi şəxsiyyətin xatirəsinə sonsuz əbədi sevgi və davamlı ehtiram duyğuları doğurur. Unudulmaz rəhbərin ölməz xatirəsi nəinki hər il doğum və anım günlərində, eləcə də hər gün hər uğurumuza nəzər salanda qədərincə yad edilir.

    Seyfəddin Əliyev nitqinə davam edərək bildirdi ki, Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusunun anadan olmasının 100 illiyinin ulu öndərin nəhəng şəxsiyyətinə, titanik fəaliyyətinə, milli tariximizdə tutduğu misilsiz mövqeyə layiq qeyd edilməsi üçün Prezident İlham Əliyevin xüsusi sərəncamla 2023-cü ili “Heydər Əliyev İli” elan etməsi xalqımızın öz ümummilli liderinə məhəbbətini yüksək səviyyədə təcəssüm etdirir. Sərəncamda göstərildiyi kimi: “Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömrü boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Xalqımız onun əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır, yenidən hakimiyyətə gəldiyi günü Azərbaycan Respublikasının dövlət bayramı – Milli Qurtuluş Günü kimi qeyd edir”.

    Seminarda iştirak edən Masallı Dövlət Regional Kollecinin müəllimi partiya fəalı Şükufə Məmmədli, Mərkəzi kitabxana sistemi ərazi partiya təşkilat sədrinin müavini Rasif Dadaşov, Masallı Dövlət Regional Kollecinin müəllimi partiya fəalı Anar Əsədov, Binə Xocavar kənd tam orta məktəbin uşaq birliyi təşkilat rəhbəri partiya fəalı Şəfəq Dadaşova və başqaları Ulu Öndər Heydər Əliyevin müstəqilliyimizin qorunub saxlanması və möhkəmləndirilməsi istiqamətində yorulmaz səylərindən danışdılar.




    “Yeni həyat” qəzeti
    www.yeniheyet.az
     шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 10:38 Antiterror əməliyyatı Azərbaycanın ərazi bütövlüyünü tam təmin etdi
    2. 10:34 30 İLDƏN SONRA YARANMIŞ  AĞDƏRƏ RAYONU
    3. 16:14 Masallıda “44 gün -23 saat tarixi anlar: Suverenliyin bərpası” mövzusunda tədbir 
    4. 16:10 Rayon rəhbəri Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsini ziyarət etdi
    5. 16:07 Masallının Sərçuvar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 17.09.2025
    6. 16:02 Masallının Sərçuvar ərazisinin Sirəbil kəndində 17 sentyabr 2025-ci il tarixdə səyyar qəbul
    7. 15:48 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı
    8. 12:28 Vətənə xidmətdə keçən ömür
    9. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    10. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    11. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    12. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    13. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    14. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    15. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    16. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    17. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    18. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    19. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    20. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    21. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    22. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    23. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    24. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    25. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    26. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    27. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    28. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    29. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    30. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    31. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    32. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    33. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    34. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    35. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    36. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    37. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    38. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    39. 23:30 İşıqlı və təhlükəsiz gələcəyə doğru
    40. 17:29 Rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi 11.08.2025
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ