• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Ümummilli Lider Heydər Əliyev unudulmaz tarixi şəxsiyyətdir

    Ümummilli Lider Heydər Əliyev unudulmaz tarixi şəxsiyyətdir


    Bu gün bütün türk dünyası, siyasət meydanının  zirvəsini fət edən və müstəqil dövlətimizin ay-ulduzlu bayrağını, xalqının azadlıq məəşəlini zirvələrə qaldıran dahi siyasətçi Ulu Öndərimiz Heydər Əliyevin anım günüdür.
                 
    Ulu Öndər, dahi şəxsiyyət, ümummilli lider Heydər Əliyev 2003- cü il dekabrın 12-sində ömrünün 80-ci ilində vəfat etdi. Onun vəfatı xalqımızı sözün həqiqi mənasında çox ağrıtdı.
                 
    Heydər Əliyevin dövlət quruculuğu siyasəti, onun idarə etmə strategiyası, siyasi xadim peşəkarlığı təkcə bir ölkənin inkişafı ilə şərtləşməyib bütün dünya xalqlarının faydalana biləcəyi bir siyasi məktəb kimi tanınırdı. Həm də bu məktəb möhtərəm Heydər Əliyevin uzun illəri əhatə edən rəhbərlik təcrübəsi ilə məhtudlaşmır. Heydər Əliyev siyasi fəaliyyətində təcrübə ilə nəzəriyyəni, tarixi biliyi birləşdirmiş, siyasəti elm qədər yüksək dəyərləndirən bir analitik dövlət xadimi idi.
                 
    Heydər Əliyev siyasət haqqında belə düşünür və siyasətə belə qiymət verirdi: “ Şübhəsiz ki, bütün elmlər cəmiyyət üçün, xalq üçün, bəşər üçün əhəmiyyətlidir. Amma siyasət elmi deyə bilərəm ki, ən çətin sahədir. Siyasət sahəsində fəaliyyət göstərmək, həm də bu sahədə naliyyətlər əldə etmək siyasətini elmi əsaslarını mənimsəmək və siyasəti bu əsaslar üzərində aparmaq böyük məharət, böyük fitri istedat tələb edir.”
                   
    Azərbaycanda 1991- ci ildə əldə edilən milli müstəqilliyimiz, idarəçilik, işindən xəbərsiz, siyasi səriştəyə malik olmayanların zəifliyi ucbatından təhlükə altına düşdükdə, onun dəyərini bilənlərlə bərabər indiki müxalifətin, o vaxtkı iqtidarın yekdil çağrışı ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev böyük zəhmət hesabına onu sürətlə inkişaf etdirməyə başladı. O, zamandan başlayaraq xalq, millət özü haqqında, mənəvi dəyərləri, və  cümlədən dil məsələsi, onun dövlət statusu haqqında düşünməyə başladı. Beləliklə müstəqillik dövrünün ən böyük uğurlarından biri məhz Heydər Əliyevin xüsusi diqqət və qayğısı sayəsində Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsi oldu. Xalq üçün din də dil qədər mühüm zəruri məsələdir. Bütün qəlbi ilə, ruhu ilə milli adət-ənənələrimizə bağlı olan, İslam dininin uca tutulmasına çalışmış, bu sahədə yüksəlişlərin, həqiqi rəhni olmuşdur.
                 
    Heydər Əliyev dünyanın nadir, unikal, seçilən siyasət adamı idi. O, dünya siyasətinə təsir etmək gücündə olan lider idi. Liderlər var ki, siyasi fəaliyyət, dövlət idarəetməsi sahəsində uzun illər çalışıb püxtələşdikdən sonra tanınırlar. Elə adamlar da var ki, bu, onlarda fitrən mövcuddur, genlərində kodlaşdırılıb, bir sözlə, ilahi vergidir.
                   
    Məhz müdrik siyasəti sayəsidə Ulu öndərimiz Heydər Əliyev xalqımızın yaddaşında unudulmaz rəhbər, dövlət xadimi olmaqla bərabər dünya siyasət sisteminda, dünya siyasət tarixində müdrik siyasət məktəbi qoyub getmiş bir lider olaraq xatırlanır və dəyərləndirilir. Bu gün dövlət quruculuğunun elə bir sahəsi yada düşmür ki, orada inkişafın zəifliyi müşahidə olunsun. Heydər Əliyevin memarı olduğu Azərbaycan bu gün hamımızın qürur yeridir. Biz fəxr edirik ki, bütöv Azərbaycanın vətəndaşlarıyıq.



    Rafis Babayev,
    Hüseynhacılı kənd tam orta məktəbinin  tarix müəllimi 




    “Yeni həyat” qəzeti,
    www.yeniheyet.az          
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:14 Masallıda “44 gün -23 saat tarixi anlar: Suverenliyin bərpası” mövzusunda tədbir 
    2. 16:10 Rayon rəhbəri Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsini ziyarət etdi
    3. 16:07 Masallının Sərçuvar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 17.09.2025
    4. 16:02 Masallının Sərçuvar ərazisinin Sirəbil kəndində 17 sentyabr 2025-ci il tarixdə səyyar qəbul
    5. 15:48 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı
    6. 12:28 Vətənə xidmətdə keçən ömür
    7. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    8. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    9. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    10. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    11. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    12. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    13. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    14. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    15. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    16. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    17. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    18. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    19. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    20. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    21. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    22. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    23. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    24. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    25. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    26. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    27. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    28. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    29. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    30. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    31. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    32. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    33. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    34. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    35. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    36. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    37. 23:30 İşıqlı və təhlükəsiz gələcəyə doğru
    38. 17:29 Rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi 11.08.2025
    39. 11:15 DİQQƏT! DİQQƏT!
    40. 09:20 Polis Masallıdakı istirahət zonalarında profilaktik tədbirlər həyata keçirib
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ