• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Əzəli Torpaqlara Qayıdış

    Əzəli Torpaqlara Qayıdış


    Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli 2469 nömrəli Sərəncamı ilə “Azərbaycan 2030 sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiq edilmişdir. Bu prioritetlərə söykənən Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əks olunmuş “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” Milli Prioritetinin icrasının təmin edilməsi məqsədilə Prezident İlham Əliyevin 16.11.2022-ci il tarixli 3587 nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” təsdiq edilmişdir.  
               
    Dövlət Proqramında işğaldan azad edilmiş ərazilərdə aparılmış bərpa-quruculuq işləri və mövcud vəziyyət, nail olunması hədəflənən məqsədlər və onlara uyğun hədəf göstəriciləri, Dövlət Proqramının prioritet istiqamətləri, əhalinin doğma torpaqlarına geri qayıdışı məsələləri, gözlənilən nəticələr, ehtimal edilən risklərin idarə olunması, müvafiq vəzifələrin yerinə yetirilməsi üçün maliyyələşmə mənbələri və həyata keçiriləcək tədbirlər öz əksini tapmışdır. İşğaldan azad olunmuş ərazilərin bərpası və dayanıqlı inkişafı istiqamətində Dövlət Proqramı çərçivəsində həyata keçiriləcək tədbirlərin məqsədləri müəyyənləşdirilərkən Birləşmiş Millətlər Təşkilatının və digər beynəlxalq qurumların irəli sürdükləri qlobal inkişaf prioritetləri nəzərə alınmışdır.
               
    İşğaldan azad edilmiş ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etməklə onların bərabər inkişafının təmini və bu istiqamətdə bütün işlərin vahid proqram əsasında aparılması üçün ölkənin iqtisadi rayonlar üzrə bölgüsünə yenidən baxılmış, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 iyul tarixli 1386 nömrəli Fərmanı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradılmışdır.  
               
    İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması, bərpası və sonrakı mərhələlərdə dayanıqlı inkişafına nail olunması üçün önəmli strateji istiqamətlərdən biri bölgənin minalardan, partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi vasitəsilə əhalinin, infrastruktur və istehsal obyektlərinin, kənd təsərrüfatı təyinatlı ərazilərin, həmçinin strateji əhəmiyyətli tikililərin və binaların təhlükəsizliyinin təmin edilməsidir.    
               
    2020-ci ilin noyabr ayından etibarən işğaldan azad edilmiş ərazilərdə hava limanlarının, avtomobil və dəmir yollarının tikintisi işlərinə başlanılmış, qısa zaman ərzində bölgədəki müxtəlif yaşayış məntəqələri arasında, eləcə də bu məntəqələri ölkənin digər şəhər və rayonları ilə birləşdirən nəqliyyat infrastrukturu formalaşdırılmağa başlanmışdır.  
               
    2020-ci ilin noyabr ayından etibarən işğaldan azad edilmiş ərazilərdə hava limanlarının, avtomobil və dəmir yollarının tikintisi işlərinə başlanılmış, qısa zaman ərzində bölgədəki müxtəlif yaşayış məntəqələri arasında, eləcə də bu məntəqələri ölkənin digər şəhər və rayonları ilə birləşdirən nəqliyyat infrastrukturu formalaşdırılmağa başlanmışdır. Dövlət Proqramı çərçivəsində qarşıya qoyulan prioritetlər “universallıq”, “inteqrasiyalı yanaşma” və “heç kimin geridə qalmaması” kimi prinsiplərə əsaslanan Dayanıqlı İnkişaf Məqsədlərinə və onların müvafiq hədəflərinə uyğunlaşdırılmışdır. Dövlət Proqramı çərçivəsində, işğaldan azad edilmiş ərazilərdə insan kapitalının inkişafı sahəsində sosial xidmətlər şəbəkəsinin yaradılması və maddi-texniki bazasının gücləndirilməsi, bölgədə məskunlaşacaq əhalinin keyfiyyətli səhiyyə və təhsil xidmətləri ilə təmin edilməsi, mədəniyyət və idman obyektlərinin bərpası və yenidən qurulması, məşğulluq imkanlarının artırılması məqsədilə fəal özünüməşğulluq proqramlarının həyata keçirilməsi və reabilitasiya müəssisələrinin qurulması planlaşdırılır.




    Arif Mehtiyev,
    Bədəlan kənd tam orta məktəbi




    “Yeni həyat” qəzeti,
    www.yeniheyet.az          
     
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 09:32 Masallıda rayon rəhbəri evi yanan vətəndaşın yeni tikilən evinə baxış keçirmişdir
    2. 23:30 Masallıda çaydan XIX əsrə aid kitablar tapılıb
    3. 16:10 Masallının Ərkivan qəsəbəsində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu
    4. 16:00 Masallının Ərkivan qəsəbəsində rayon rəhbərinin 16 aprel 2025-ci il tarixdə səyyar görüş-qəbulu
    5. 13:13 İnsanlara nur bəxş edən böyük alim
    6. 18:52 “Müxtəlifliyə qucaq açaq” – Masallıda rəsm və foto sərgisi 
    7. 18:49 Masallı rayonu ərazisində sel və daşqın təhlükəsinə qarşı qabaqlayıcı tədbirlər görülməkdədir
    8. 11:02 Gələcək talehini tibb elminə həsr etməyi qarşısına məqsəd  qoyan Akakdemik
    9. 20:00 Akademik Zərifə Əliyevanın Oftalmologiyada rolu
    10. 21:00 Gözləri və qəlbləri nurlandıran böyük şəxsiyyət
    11. 23:30 Zərifə xanım Əliyevanın Azərbaycan Dövlət  Həkimləri Təkmilləşdirmə İnstitutundakı fəaliyyəti
    12. 17:06 Masallıda rayon rəhbərinin 11 aprel 2025-ci il tarixli vətəndaş qəbulu
    13. 16:33 Antiterror əməliyyatları Azərbaycanın suverenliyini bərpa etdi
    14. 13:36 Ziyalı işığında...
    15. 13:00 Bir həkim ömrünün unudulmaz səhifələri
    16. 23:30 Türkiyə və İsrailin Azərbaycana yaxın dost ölkələr olması
    17. 18:52 ADA Universitetində Dünya Nizamı Müzakirə Olundu: İlham Əliyev Beynəlxalq Forumda
    18. 13:56 Zərifə Əliyevanın kimsəsiz uşaqlara qayğısı
    19. 11:33 Nurlu insan
    20. 17:31 Masallıda aprel şəhidi Firdovsi Bağırzadənin anım günü - 2025
    21. 17:28 Masallının Təzə Alvadı ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu
    22. 15:05 Masallının Təzə Alvadı kəndində rayon rəhbərinin 09 aprel 2025-ci il tarixdə səyyar görüş-qəbulu
    23. 18:04 Masallıda ağsaqqallar və əlillər üçün istirahət guşəsinin açılış mərasimi
    24. 17:12 Masallıda rayon rəhbəri şəhidin əkiz övladının doğum günündə
    25. 14:31 Enerji təhlükəsizliyi sahəsində yanaşmaların formalaşdırılması
    26. 12:24 Cənub Qaz Dəhlizi hamımız üçün böyük uğur hekayətidir
    27. 23:30 Azərbaycan enerji təhlükəsizliyi baxımından tərəfdaşları üçün mühüm rol oynayır
    28. 22:19 Masallıda şəhid ailələrinə diqqət və qayğı ənənəsi
    29. 22:11 Masallıda aprel şəhidi Nurlan Əsgərlinin anım günü - 2025
    30. 21:12 Masallıda 18 mart - 06 aprel 2025-ci il tarixlərdə görülmüş işlər barədə məlumat
    31. 21:07 Masallının Təkdam kəndində rayon rəhbərinin 02 aprel 2025-ci il tarixdə səyyar görüş-qəbulu
    32. 07:47 Masallıda rayon rəhbərinin 04 aprel 2025-ci il tarixli vətəndaş qəbulu
    33. 16:33 MƏRHƏMƏT ÜNVANI, ŞƏFQƏT ÜMMANI
    34. 16:20 Azərbaycan və Almaniya arasında münasibətlər qarşılıqlı hörmət üzərində qurulub
    35. 23:30 Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli münasibətlər
    36. 14:00 Rayonun Tüklə ərazisində “Konstitusiya və suverenlik ili” çərçivəsində ağacəkmə aksiyası
    37. 12:53 Qarşılıqlı münasibətlərin inkişafında yeni mərhələnin başlanğıcı
    38. 09:24 Masallıda 2025-cü ilin aprel ayına olan səyyar-görüş qəbulları barədə
    39. 16:55 Masallının Həsənli ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu
    40. 16:47 Masallının Təkdam kəndində rayon rəhbərinin 02 aprel 2025-ci il tarixdə səyyar görüş-qəbulu
    «    Aprel 2025    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    282930 
    DÜNYA XƏBƏRLƏRİ