• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Müstəqil Azərbaycan iqtisadi, sosial, siyasi və mədəni inkişafının tarixi dönüş mərhələsini yaşamaqdadır. Bu dövrdə ölkədə həyata keçirilən məqsədyönlü sosial-iqtisadi islahatlar milli iqtisadiyyatın güclənməsini və müasirləşməsini təmin etmişdir. Son 17 ildə dinamik inkişaf əsasında ölkə iqtisadiyyatının həcmi 3 dəfədən çox böyümüş, güclü sosial-iqtisadi infrastruktur yaradılmış, pozitiv demoqrafik artım şəraitində yoxsulluq səviyyəsi əhəmiyyətli azalmışdır. Mövcud maliyyə imkanları tarixi maksimuma çatdırılıb və ölkə yuxarı orta gəlirli dövlətlər qrupunda möhkəmlənmişdir.
    Artan iqtisadi güc Azərbaycana Cənubi Qafqazın və ətraf regionların iqtisadiyyatlarını dəyişdirməyə qadir böyük layihələrin təşəbbüskarı olmaq imkanı vermişdir. Ölkə regional iqtisadiyyatın lokomotivi olaraq dünyanın enerji təhlükəsizliyinin etibarlı tərəfdaşlarından birinə çevrilmişdir. Bütün bunlar Azərbaycanın regionda iqtisadi rolunu yüksəltmiş, xarici təsirlərə davamlı olmasına və müstəqil dövlət kimi suverenliyinin bərpasına möhkəm zəmin yaratmışdır.
    Əldə edilən iqtisadi üstünlük, uzun illər formalaşdırılmış ictimai-siyasi və sosial-iqtisadi bünövrə ölkənin hərbi qüdrətini də yüksəltmişdir. Bu nailiyyətlər torpaqlarımızın işğaldan azad edilməsi və ərazi bütövlüyünün bərpası ilə nəticələnən tarixi qələbəyə transformasiya olundu. 2020-ci il noyabrın 10-da imzalanmış tarixi Bəyanatla Azərbaycanın siyasi və iqtisadi suverenliyinin təmini işğaldan azad edilmiş ərazilərin mövcud iqtisadi potensialından xalqımızın rifahı üçün tam istifadə olunmasına geniş imkanlar yaradır. Əldə edilmiş qələbə qarşıdakı illərdə sistemli və davamlı islahatlarla yeni imkanlara çevriləcəkdir.
    Bununla yanaşı, uzun müddətdir ki, qlobal bəlaya çevrilmiş koronavirus pandemiyası ilə aparılan effektiv mübarizə, ümumdövlət məqsədləri naminə həmrəylik təcrübəsi və ərazi bütövlüyünün bərpası irimiqyaslı və dərin islahatların aparılmasına zəruri əsasları gücləndirir. Əvvəlki illərdə aparılmış islahatlar hesabına ölkənin sosial-iqtisadi potensialı artmış, iqtisadiyyatın xarici təsirlərə dözümlülüyü yaxşılaşmışdır. Həyata keçirilən sosial-iqtisadi quruculuq və ərazi bütövlüyünün təmini uzunmüddətli dövrdə Azərbaycanın daha keyfiyyətli inkişaf mərhələsinə keçməsinə, sürətlə inkişaf edən, yüksək rifaha malik lider dövlət olmasına möhkəm əsaslar yaratmışdır.
    Müstəqil və suveren Azərbaycan dövləti postpandemiya və postkonflikt dövründə keyfiyyətcə yeni olan və 2021‒2030-cu illəri əhatə edən strateji mərhələyə daxil olur. Ölkənin ərazi bütövlüyünün bərpası ilə səciyyələnən yeni strateji dövrdə dərin struktur-institusional islahatlar hesabına yüksək iqtisadi artım mənbələrinin tapılması vasitəsilə Azərbaycan dövlətinin qüdrətinin daha da artırılması, yüksək rifah cəmiyyətinin qurulması, azad edilmiş bölgələrə tarixi qayıdış və əbədi məskunlaşma təmin edilməlidir.
    Qlobal iqtisadi reallıqlar, eləcə də yeni inkişaf mərhələsində qarşıya qoyulmuş məqsədlər ölkənin uzunmüddətli inkişaf vektorunun, əsas sosial-iqtisadi inkişaf istiqamətlərinin və buna uyğun milli prioritetlərin müəyyən olunmasını tələb edir.
    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, yeni strateji dövrdə qarşımızda duran məqsədlərə nail olmaq, bunun üçün uyğun siyasət və islahatlar çərçivəsini formalaşdırmaq məqsədilə qərara alıram:
    1. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiq edilsin (əlavə olunur).
    2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
    2.1. bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən Milli Prioritetlərə (bundan sonra – Milli Prioritetlər) uyğun olaraq “2021‒2025-ci illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın layihəsini doqquz ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
    2.2. “2021‒2025-ci illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın layihəsi hazırlanarkən aşağıdakıları təmin etsin:
    2.2.1. qabaqcıl beynəlxalq təşkilatlar və ixtisaslaşmış məsləhətçi şirkətlərlə səmərəli əməkdaşlığın həyata keçirilməsini;
    2.2.2. aidiyyəti dövlət orqanlarının (qurumlarının), elmi təşkilatların, mütəxəssislərin və vətəndaş cəmiyyəti təsisatlarının cəlb olunmasını;
    2.3. Milli Prioritetlərin həyata keçirilməsi ilə bağlı görülən işlər barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
    2.4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
    3. Aidiyyəti dövlət orqanları (qurumları) Milli Prioritetlərdən irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədilə zəruri tədbirlər görsünlər.

    İlham Əliyev
    Azərbaycan Respublikasının Prezidenti
    Bakı şəhəri, 2 fevral 2021-ci il.шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 15:10 Masallıda 2025-ci ildə kartof məhsuldarlığı
    2. 14:36 Milli Mətbuat Günü ilə bağlı dəyirmi masa - MASALLIDA
    3. 13:58 Masallıda “Maariflənmə, müasirləşmə, ümummilli məqsədlərin təbliğində milli mətbuat və jurnalistikanın rolu” mövzusunda tədbir
    4. 12:03 Azərbaycan milli mətbuatının 150 illik yubileyidir
    5. 17:30 Azərbaycan milli mətbuatının 150 illik yolu
    6. 23:30 22 İyul Milli Mətbuat Günü ilə əlaqədar
    7. 23:30 22 iyul Milli Mətbuat günü
    8. 10:06 Qəzet dövlət arxivi, dövlətçilik tarixidir
    9. 23:00 22 iyul Milli Mətbuat Günü 
    10. 16:16 AZƏRBAYCAN MƏTBUATI TARİXƏ İZ SALIB
    11. 15:48 Sığdaş kəndində əhalinin içməli su ilə təminatı yaxşılaşdırılır
    12. 14:18 Masallıda Mənzil Kommunal Təsərrüfatı İstehsalat birliyi tərəfindən genişmiqyaslı abadlıq işləri 
    13. 11:06 Azərbaycan mətbuatı – 150
    14. 09:05 Azərbaycan Milli mətbuatının davamlı inkişafı
    15. 18:19 150 yaşlı milli mətbuatımız və biz
    16. 16:47 Boradigah qəsəbəsində çay və suaparıcı kanallarda təmizlik işləri aparılır 
    17. 16:45 Rayonun Xıl-Sirəbil yolu təmir edilir
    18. 16:43 Masallı rayonunun Şərəfə kəndində mühüm infrastruktur yeniliklər
    19. 15:15 Masallıda rayon rəhbərinin 17 iyul 2025-ci il tarixli vətəndaş qəbulu
    20. 22:16 Masallıda rayon rəhbəri Dəmirçi kənd məscidində aparılan əsaslı təmir işləri ilə tanış oldu
    21. 14:57 Masallının Bədəlan ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 16.07.2025
    22. 12:51 Masallının Bədəlan ərazisinin Aşurlu kəndində 16 iyul 2025-ci il tarixdə səyyar qəbul
    23. 12:47 Masallı rayon İcra Hakimiyyətinə baş məsləhətçi təyinatı
    24. 16:13 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 iyul 2025-ci il
    25. 16:12 Masallıda abadlıq və xeyriyyə işləri 01-15 iyul 2025
    26. 16:09 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 iyul 2025
    27. 16:08 Masallıda taxıl biçini başa çatdı
    28. 16:05 Masallıda “Qərbi Azərbaycan İrsi” kitabının I cildinin təqdimat mərasimi 
    29. 10:07 Rayon rəhbəri Ərəb kəndində şəhid övladını doğum günü münasibəti ilə evində ziyarət etdi
    30. 16:04 Yanğın nəticəsində zədələnən su kəməri təmir olunur
    31. 16:00 Masallıda şəhid Anar Novruzovun xatirəsi anılıb
    32. 15:45 Masallıda "Aprel döyüşləri şəhidlərinin qəhrəmanlığının tərənnümü" adlı tədbir
    33. 13:18 Rayon rəhbəri Masallı şəhərində şəhid məzarını və ailəsini ziyarət etdi
    34. 13:14 “Bakinski raboçi” qəzetinin redaksiyası” MMC və “Xalq” qəzetinin redaksiyası” MMC formalaşdırılır - FƏRMAN
    35. 09:25 Masallı şəhər ərazi nümayəndəliyinə təyinat
    36. 09:12 AZƏRBAYCAN MİLLİ MƏTBUATI ƏKİNÇİ-150
    37. 17:46 AZƏRBAYCANIN AQRAR RESPUBLİKADAN SƏNAYE 
    38. 17:44 “1969-2003-cu illərdə Azərbaycanın siyasi, iqtisadi və hərbi qüdrətinin inkişafında Heydər Əliyevin rolu”  
    39. 17:42 Masallıda xeyriyyəçilərin dəstəyi ilə yeni evlər tikilir
    40. 17:41 Masallıda rayon rəhbərinin 10 iyul 2025-ci il tarixli vətəndaş qəbulu
    «    İyul 2025    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031 
    DÜNYA XƏBƏRLƏRİ