• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Tarixi ədalətin Qarabağ və Şərqi Zəngəzurda olduğu kimi, Qərbi Azərbaycan torpaqlarında da bərpa edilməsinə nail olmağın zamanıdır

    Tarixi ədalətin Qarabağ və Şərqi Zəngəzurda olduğu kimi, Qərbi Azərbaycan torpaqlarında da bərpa edilməsinə nail olmağın zamanıdır


    Ölkə Prezidenti cənab İlham Əliyev dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanışlıq və Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə keçirdiyi görüşün gedişində hər zaman olduğu kimi, son dərəcə vacib məsələlərə toxunmuş, Azərbaycan xalqının bütün beynəlxalq konvensiyalarda təsbit edilmiş hüquqlarının təmin edilməsi istiqamətində atılmalı olan zəruri addımlar barədə fikirlərini açıq və net şəkildə ifadə etmişdir. Dövlət başçımızın çıxışının əsasında duran Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının hazırlanması ideyası mahiyyət etibarı ilə bütün Azərbaycan xalqının iradəsinin ifadəsidir və bu ideya tezliklə həyata keçirilməlidir. Cənab Prezidentin qeyd etdiyi kimi, Azərbaycanın tarixi torpaqlarında ermənilərin xarici havadarlarının köməyi ilə yaratdıqları Ermənistan bu gün Avrasiya məkanında mövcud olan yeganə monoetnik dövlətdir. Bu da tarixən həmin torpaqlarda yaşamış azərbaycanlıların öz dədə-baba yurdlarından zorla deportasiya olunmalarından sonra baş vermişdir. Lakin Azərbaycan iki il bundan öncə apardığı Vətən müharibəsində əldə etdiyi tarixi Qələbəsilə Cənubi Qafqazda yeni reallıqlar yaratdı. Bu gün isə artıq həmin reallıqların verdiyi imkanlardan yararlanmağın və tarixi ədalətin Qarabağ və Şərqi Zəngəzurda olduğu kimi, Qərbi Azərbaycan torpaqlarında da bərpa edilməsinə nail olmağın zamanıdır.
                   
    Bu il baş verən bir çox hadisələr, o cümlədən Azərbaycanın Ermənistanla sərhəddə sentyabr ayında məcburən keçirməli olduğu hərbi əməliyyat ölkəmizin təhlükəsizliyinin təmin olunması baxımından böyük əhəmiyyət kəsb edir: “Cənab Prezident İlham Əliyevin öz çıxışında qeyd etdiyi kimi, bu il Azərbaycan özünün Ermənistanla sərhəd ərazilərində hərbi əməliyyat keçirməyə məcbur oldu. Bu, ölkənin təhlükəsizliyi baxımından atılmalı olan zəruri addım idi. Sentyabr toqquşmaları Azərbaycanı gələcəkdə yarana biləcək böyük problemlərdən sığortalayacaq. Çünki Ermənistanda revanşist qüvvələr xarici təhrikçilərin dəstəyi ilə yenidən baş qaldırır. Ermənistan cəmiyyətinin şüuru azərbaycanofobiya ilə o qədər zəhərlənib ki, bu ölkənin siyasi səhnəsində faktiki olaraq normal düşüncəyə malik olan insan tapmaq mümkün deyil. Digər tərəfdən də Azərbaycanın xarici düşmənləri erməni revanşizmini qidalandırır və bu amili ölkəmizə qarşı yeni təhdid vasitəsi kimi gücləndirmək üçün əllərindən gələni edirlər.  Buna görə da ermənilər revanş fikri ilə yaşayır və yenə də ümid edirlər ki, kimsə gəlib onların əvəzinə Azərbaycanla müharibə aparacaq, onlar da hər zaman olduğu kimi, hansısa himayədarın arxasında gizlənərək yenə də bizə qarşı öz məkrli planlarını həyata keçirəcəklər. Məhz bütün bunlardan sığortalanmaq üçün Azərbaycan mütləq Ermənistan sərhədi istiqamətində daha əlverişli mövqelərə sahib olmalı idi və buna da nail oldu. Bu gün Azərbaycanın mövqelərindən artıq Göyçə gölünü görmək olur. Həmçinin Azərbaycanın nəzarətində olan yüksəkliklərdən hətta Naxçıvan dağları da görsənir. Bu, həqiqətən də tarixi nailiyyətdir. Qarabağın, Şərqi Zəngəzurun döyüş meydanında azad edilməsi mühüm əhəmiyyət kəsb edən tarixi hadisədir və Azərbaycan durduqca bu qələbə bizim tariximizdə qalacaq. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə bu il Azərbaycanın əldə etdiyi həm hərbi, həm də siyasi uğurlar gələcək qayıdış üçün və təhlükəsizlik üçün möhkəm zəmin yaradır. Eyni zamanda da bu qələbələr, dövlət başçımızn dediyi kimi, Azərbaycanı güclü dövlət kimi qəbul etmək istəməyənlər üçün də bir dərs oldu və bir daha göstərdi ki, bizi heç kim və heç nə dayandıra bilməz.
                   
    Qərbi azərbaycanlıların öz tarixi torpaqlarına qayıtmaları ilə onların beynəlxalq konvensiyalarda təsbit edilmiş hüquqlarının təmin ediləcəyini bildirib və bu məqsədlə Qərbi Azərbaycan İcmasının fəaliyyətinin daha da intensivləşdirilməsinin vacibliyini vurğulayıb: Dövlət başçımızın öz çıxışında qeyd etdiyi kimi,  bu gün Azərbaycan cəmiyyəti Qərbi Azərbaycanla bağlı həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün böyük səylər göstərməlidir. Təbii ki, bu baxımdan Qarabağ münaqişəsi ilə bağlı 1990-cı illərin əvvəllərində dünya ictimaiyyətinin baxışında formalaşdırılmış  təhrif edilmiş təsəvvürlərin tamamilə dəyişdirilməsi təcrübəsindən geniş istifadə olunmalıdır. Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın iki il bundan öncə apardığı və tarixi Qələbə ilə başa vurduğu İkinci Qarabağ müharibəsi, eləcə də 44 gün ərzində hərbi əməliyyatlara paralel olaraq davam edən informasiya müharibəsi onu göstərdi ki, bu, böyük əhəmiyyət kəsb edən amildir. Buna görə də Qərbi Azərbaycan İcması o cümlədən beynəlxalq müstəvidə fəaliyyətini intensivləşdirməlidir. Xarici ölkələrin siyasi dairələri, mətbuat və qanunvericilik orqanları ilə təmaslar qurulmalıdır. Azərbaycan bütün imkanlarını səfərbər edib haqlı olaraq öz hüququnu tələb etməlidir. Qərbi azərbaycanlıların öz tarixi torpaqlarına qayıdışı xalqımızın bütün beynəlxalq konvensiyalarda təsbit edilmiş hüquqdur və bu hüquq təmin edilməlidir. Bu məqsədlə Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının hazırlanması ideyası müdrik fikirdir və cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə tezliklə mükəmməl bir sənədin hazırlanacağı artıq heç kimdə şübhə doğurmur. Dövlət başçımızın dediyi kimi, qərbi azərbaycanlılar qanunsuz olaraq dəfələrlə deportasiyaya məruz qalmış toplumdur. Onların hüquqları bərpa edilməlidir və onlar öz doğma torpaqlarına qayıtmalıdırlar.



    Ruisf  Kərimov
    Viləşçay Su Anbarı İstismarı İdarəsinin rəisi



    “Yeni həyat” qəzeti,
    www.yeniheyet.az          
     
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 18:50 Masallıda şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 19.09.2025
    2. 17:28 Azərbaycan Prezidentinə yazırlar
    3. 17:25 Azərbaycan Prezidentinə yazırlar
    4. 17:23 Azərbaycan Prezidentinə yazırlar
    5. 17:17 Azərbaycan Prezidentinə yazırlar
    6. 17:15 Masallıda lokal antiterror əməliyyatları zamanı şəhid olmuş qəhrəmanlar anıldı 19.09.2025
    7. 10:59 Xankəndi,Xocalı,Xocavənd və Ağdərədə quruculuq-abadlıq işləri böyük coşqu ilə həyata keçirilir
    8. 10:57 20 Sentyabr –Dövlət Suverenliyi Günü
    9. 16:55 Azərbaycan Prezidentinə yazırlar
    10. 16:53 Azərbaycan Prezidentinə yazırlar
    11. 16:52 Azərbaycan Prezidentinə yazırlar
    12. 16:49 Azərbaycan Prezidentinə yazırlar
    13. 16:47 Azərbaycan Prezidentinə yazırlar
    14. 16:45 Azərbaycan Prezidentinə yazırlar
    15. 15:46 Ömrünü Masallının inkişafına həsr edən ata və oğulun  qısa, maraqlı tarixçəsi
    16. 15:36 Masallıda rayon rəhbərinin 18 sentyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    17. 10:38 Antiterror əməliyyatı Azərbaycanın ərazi bütövlüyünü tam təmin etdi
    18. 10:34 30 İLDƏN SONRA YARANMIŞ  AĞDƏRƏ RAYONU
    19. 16:14 Masallıda “44 gün -23 saat tarixi anlar: Suverenliyin bərpası” mövzusunda tədbir 
    20. 16:10 Rayon rəhbəri Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsini ziyarət etdi
    21. 16:07 Masallının Sərçuvar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 17.09.2025
    22. 16:02 Masallının Sərçuvar ərazisinin Sirəbil kəndində 17 sentyabr 2025-ci il tarixdə səyyar qəbul
    23. 15:48 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı
    24. 12:28 Vətənə xidmətdə keçən ömür
    25. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    26. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    27. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    28. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    29. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    30. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    31. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    32. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    33. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    34. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    35. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    36. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    37. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    38. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    39. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    40. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ