• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » 2022-ci il idman sahəsində böyük uğurlar qazanılıb 

    2022-ci il idman sahəsində böyük uğurlar qazanılıb 

     
    Yola saldığımız 2022-ci il Azərbaycanın idman həyatında daha yadda qalan anlarla əlamətdar oldu, desək yanılmarıq. Təkcə ötən ildə idmançılarımızın beynəlxalq yarışlarda qazandığı 800-dən çox medaldan 300-ə yaxını qızıldır.

    Mötəbər arenalardakı qələbələrimizin, eləcə də ev sahibliyi etdiyimiz beynəlxalq yarışların göstəricisi Azərbaycanı dünyada yenidən idman ölkəsi kimi, ümumdünya olimpiya hərəkatının ən fəal üzvü kimi tanıtdı.
    Respublika Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev 2022-ci ilin idman yekunlarına həsr olunan mərasimdəki çıxışında təkcə bir faktla buna aydınlıq gətirdi: “5 il bundan əvvəl Bakıda keçirilmiş İslam Həmrəyliyi Oyunlarında Azərbaycan komanda hesabında birinci olmuşdur. Bu, tarixi qələbə idi və bu dəfə Türkiyənin Konya şəhərində 56 ölkə arasında idmançılarımız 99 medalla 4-cü yerə layiq görülmüşlər. Bu, bir daha Azərbaycanın idman sahəsindəki uğurlarını təsdiqləyir. Çünki İslam Həmrəyliyi Oyunlarında rəqabət çox böyük idi, demək olar ki, bütün komandalar əsas heyətlə təmsil olunurdu. Gərgin mübarizə zamanı 4-cü yeri tutmaq əlbəttə ki, böyük qələbədir, böyük nailiyyətimizdir.”
    Paytaxtla yanaşı, digər regionlar kimi Masallı rayonunda da olimpiya kompleksi, müasir idman obyektləri istifadəyə verilib, maddi-texniki baza möhkəmlənib. Bütün bunlar idmançılarımızın yerli və beynəlxalq turnirlərdə uğur qazanmalarında, o cümlədən sağlam nəslin formalaşmasında, sakinlərin idmanla məşğul olmalarında müstəsna rol oynayır. Çünki bu prioritet sahə kimi dövlətimizin diqqət mərkəzindədir.

    Necə ki, tam fiziki hazırlıqlı, vətənpərvər gənclərimiz sayəsində 44 günlük Vətən müharibəsində qalib dövlətə çevrildik. İndi işğaldan azad edilmiş tarixi torpaqlarımızda mötəbər idman yarışlarının təşkilindən ötrü quruculuq işləri aparılır. Əminik ki, yaxın zamanda Şuşa, Zəngilan, Qubadlı və digər rayonlarda fəaliyyət göstərəcək idman cəmiyyətlərinin yetirmələri dünya, Avropa arenalarını fəth edəcəklər. Dövlətimizin başçısı “İkinci Qarabağ müharibəsində iştirak edənlərin mütləq əksəriyyəti gənclər idi - bizim siyasətimiz əsasında yetişən, həm cəmiyyətdə, həm də ailələrdə gözəl tərbiyə alan gənclər idi. Bu amil əlbəttə ki, bütün sahələrdə özünü göstərir. Yəni, artıq iki ildən çoxdur ki, xalqımız müzəffər xalq kimi yaşayır və bu qürurverici amil bizimlə bundan sonra əbədi olacaq.” ifadəsini səsləndirərək əlavə etdi ki, sadəcə olaraq, bizim hər birimiz də öz sahəmizdə, öz fəaliyyətimizdə bu müqəddəs Zəfərə layiq olmalıyıq. Əminəm ki, indi idmançılarımız beynəlxalq yarışlarda iştirak edərkən onlar tamamilə başqa bir həvəslə, hətta başqa bir hərəkətlə çıxış edirlər və bizim müzəffər xalq olmağımızın həqiqətini bir daha təsdiqləyirlər.

    Yüksəliş dövrünü yaşayan Azərbaycan idmanının böyük himayədarı Ulu öndər Heydər Əliyevin bu sahədə müəyyənləşdirdiyi strateji vəzifələr bu gün ölkə başçısı İlham Əliyevin rəhbərliyilə uğurla həyata keçirilir. Azərbaycanın idman infrastrukturu ilbəil yenilənir, müasir standartlara cavab verən səviyyəyə çatdırılır, idmanın kütləviliyi artırılır. İdmançıların maddi vəziyyəti, sosial təminatı yaxşılaşdırılır, onların əməyi qiymətləndirilir. 2022-ci ilin idman yekunlarına həsr olunan mərasimdə cənab İlham Əliyevin Azərbaycanda idmanın inkişafında xidmətləri olan idmançıların və idman mütəxəssislərini mükafatlandırması, onlara yeni mənzillərin orderlərini təqdim etməsi buna bariz nümunədir.

    Ölkə rəhbərinin çıxışında “Gənclər və idman naziri qarşısında qoyulan vəzifələrdən biri də məhz bu idi ki, bölgələrdə idman canlansın və bir çox yarışlar keçirilsin. Bu siyasət həm idman uğurlarımızı şərtləndirəcək, eyni zamanda, gənclər, yeniyetmələr, uşaqlar gənc, uşaqlıq yaşlarından idmana cəlb ediləcək və bunun onların tərbiyəsi üçün çox böyük əhəmiyyəti var.” fikri bizi əldə edilən uğurlarla kifayətlənməməyə, yeniyetmə, gənc idmançılarımızı növbəti yarışlara daha əzmlə hazırlamağa çağırır.

    Geridə qoyduğumuz 2022-ci ildə olduğu kimi növbəti ildə də bütün idman növləri üzrə nailiyyətlər əldə etməyə israrlıyıq. Çünki idmanımızın inkişafı üçün açılan geniş üfüqlər,  ölkə rəhbərinin çıxışının sonunda “Azərbaycan dövləti hər zaman sizin yanınızda olacaq. Sizin uğurlarınıza bütün xalqımız sevinir, bütün uğurlar yüksək səviyyədə qiymətləndirilir və qiymətləndiriləcəkdir.” ifadəsi Vətənimizin idman şöhrətini daha yüksəklərə qaldıracaq atletlərimizi ruhlandırır, onları yeni nailiyyətlərə, qələbələrə doğru aparır.



    Sabiq CAHANGİROV,
    Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi


    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.azшаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:55 Azərbaycan Prezidentinə yazırlar
    2. 16:53 Azərbaycan Prezidentinə yazırlar
    3. 16:52 Azərbaycan Prezidentinə yazırlar
    4. 16:49 Azərbaycan Prezidentinə yazırlar
    5. 16:47 Azərbaycan Prezidentinə yazırlar
    6. 16:45 Azərbaycan Prezidentinə yazırlar
    7. 15:46 Ömrünü Masallının inkişafına həsr edən ata və oğulun  qısa, maraqlı tarixçəsi
    8. 15:36 Masallıda rayon rəhbərinin 18 sentyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    9. 10:38 Antiterror əməliyyatı Azərbaycanın ərazi bütövlüyünü tam təmin etdi
    10. 10:34 30 İLDƏN SONRA YARANMIŞ  AĞDƏRƏ RAYONU
    11. 16:14 Masallıda “44 gün -23 saat tarixi anlar: Suverenliyin bərpası” mövzusunda tədbir 
    12. 16:10 Rayon rəhbəri Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsini ziyarət etdi
    13. 16:07 Masallının Sərçuvar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 17.09.2025
    14. 16:02 Masallının Sərçuvar ərazisinin Sirəbil kəndində 17 sentyabr 2025-ci il tarixdə səyyar qəbul
    15. 15:48 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı
    16. 12:28 Vətənə xidmətdə keçən ömür
    17. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    18. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    19. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    20. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    21. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    22. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    23. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    24. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    25. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    26. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    27. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    28. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    29. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    30. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    31. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    32. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    33. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    34. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    35. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    36. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    37. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    38. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    39. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    40. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ