• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Azərbaycan tranzit ölkə kimi özünün ixrac potensialını artırmaq imkanına malikdir

    Azərbaycan tranzit ölkə kimi özünün ixrac potensialını artırmaq imkanına malikdir

     

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 19-da Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən "Avrasiya Orta Dəhlizi: Yoldan magistrala" mövzusunda panel iclasının moderatorunun suallarını cavablandırarkən Azəbaycanın dünya ölkələri üçün önəmli rolunu bir daha ortaya qoymuş oldu. Əlbəttə ki, Davos İqtisadi Forumunda müzakirə olunan məsələlərin məzmunu enerji sahəsində əməkdaşlığın əhəmiyyətinin artdığını göstərir. Regionda nəqliyyat şəbəkəsinin genişlənməsində də fəal rol oynayan Azərbaycan mühüm tranzit-nəqliyyat qovşağına çevrilib. Ölkə ərazisindən regionun müasir geoiqtisadi və geosiyasi vəziyyətini müəyyən edən nəqliyyat və boru kəmərləri çəkilib. Belə strateji tranzit-nəqliyyat qovşağının potensialı Xəzəryanı ölkələr, eləcə də türkdilli ölkələr arasında əməkdaşlığın daha da güclənməsinə müsbət təsir göstərir. 

    Son zamanlar Orta Dəhliz üzrə yükdaşımalara marağın artması Azərbaycanın strateji qovşaq kimi mövqelərinin daha da möhkəmlənməsinə şərait yaradır. Bu irimiqyaslı layihədə iştirak edən ölkələr arasinda etimada əsaslanan münasibətlər mövcuddur. Azərbaycan Prezidentinin bildirdiyi kimi  istənilən çoxmillətli təşəbbüsdə uğurun qazanılması üçün bu, ilkin şərtlərdən biridir. "Azərbaycan özünün Qərbində olan qonşuları Gürcüstan və Türkiyə, Şərqində isə Mərkəzi Asiya ilə gözəl münasibətlərə malikdir" – deyən Prezident bildirib ki, Qərb və Şərq arasında təbii coğrafi bağlantıya malik olduğumuz üçün biz ötən illər ərzində nəqliyyat infrastrukturuna böyük sərmayə yatırmışıq: "Azərbaycanda bütün zəruri infrastruktur obyektləri daha çox yük qəbul etməyə hazırdır. Yükaşırma qabiliyyəti 15 milyon ton olan dəniz limanımız 25 milyon tona qədər genişlənəcək və artıq bunun üçün vəsait ayrılıb. Çünki biz qeyd etdiyiniz səbəblərdən, mövcud və ənənəvi Şimal marşrutu vasitəsilə daşımalarda çətinliyə görə yük həcminin artmasını gözləyirik. Biz artıq Mərkəzi Asiyadan böyük həcmdə yükün istiqamətinin dəyişilməsini müşahidə edirik və bu, sadəcə, başlanğıcdır. Həmçinin əlavə etmək istərdim ki, biz bu ildən etibarən, artıq neçə illərdir neftin tranzitini təkcə Türkmənistandan yox, Qazaxıstandan da etməyə başlamışıq və bu dəhlizdən, həmçinin karbohidrogenlər üçün də istifadə etmək potensialı mövcuddur".

     Məlumdur ki, Rusiya və Ukrayna arasında gedən müharibə ölkələrin Orta Dəhliz layihəsinə marağını daha da artırmışdır. Ölkəmizin ərazisindən keçən və logistik baxımdan əhəmiyyətli olan Orta Dəhliz ölkəmizə marağı daha da artırıb. Enerji daşıyıcılarının, eləcə də quru yüklərin dünya bazarına çıxışının təmin olunması üçün Azərbaycanda lazımi infrastruktur yaradılıb. Bugünki reallıqlar fonunda tranzit ölkəsi olmağın vacib oldugunu bildirən dövlət başcısı qeyd edib ki, nəqliyyat sahəsi bizə ixracımızı şaxələndirməyə imkan verəcək, çünki biz xidmət ixrac edəcəyik. Bununla yanaşı, Orta Dəhliz üzərində və Şimal-Cənub marşrutu boyu yerləşmə Azərbaycanda əlavə biznes imkanları yaradır. Tezliklə Bakıda dəniz limanının yaxınlığında yerləşən azad zonanın açılışı olacağını da Prezident İlham Əliyev anons olaraq verib: "Ümidvarıq ki, bu azad zona istehsal yeri və şirkətlərin investisiya yatırması üçün əlverişli yer olacaq. Biznes mühitinin təkmilləşdirilməsi, sözsüz ki, uğurun əsas amillərindən biridir, çünki dünyanın bütün ölkələrinin, hətta ən inkişaf etmiş ölkələrin də əlavə investisiyalara ehtiyacı var. Burada təkcə biznes mühiti kifayət deyil. Düşünürəm ki, bu, həqiqətən də unikal vəziyyətdir, zənnimcə qlobal miqyasda ən mehriban mühitlərdən biri Azərbaycanla Gürcüstan arasında, Azərbaycanla Türkiyə arasında, Gürcüstan və Türkiyə arasında münasibətlər və üçtərəfli əlaqələrdir. Yeri gəlmişkən, bizim bir neçə üçtərəfli əməkdaşlıq formatımız var. Xarici işlər, müdafiə, iqtisadiyyat nazirləri səviyyəsində, həmçinin liderlər sammiti olub. Biz artıq bunun bəhrəsini görürük".

     Bildiyimiz kimi, regionda nəqliyyat şəbəkəsinin genişlənməsində də fəal rol oynayan Azərbaycan Xəzər dənizində 53 gəmi ilə ən böyük ticarət donanmasına malikdir. "Türkmənistan, Qazaxıstan, Azərbaycan, Mərkəzi Asiya ölkələri arasında dəmir yolu əlaqələri, həmçinin, onların öz aralarında lazımı əlaqələr yoxdur", - deyə Prezident bildirib: "Yeni layihələr var, məsələn, Çinin təşəbbüsü ilə başlayan Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsi var ki, bu da nəticə etibarilə Xəzər dənizinə və ardınca bizim istiqamətimizə gəlib çıxacaq. Həmçinin nəqliyyat və Şərq-Qərbin üstünlükləri üzərində işləməklə yanaşı, Qərb-Şərq də mühüm əhəmiyyət kəsb edir. Hələ ki, əsas diqqət Çindən, Mərkəzi Asiyadan Xəzər dənizi vasitəsilə Avropaya yüklərin daşınmasına yönəlib, lakin biz, həmçinin yüklərin əks istiqamətdə daşınması barədə düşünməliyik. Buna nail olmaq üçün əlbəttə ki, əks istiqamətdə biznes mühiti də bizim hədəflərimizə uyğun gəlməlidir."

     Təbii ki, bütün bu və ya digər amillər öz növbəsində ölkəmizin beynəlxalq tranzit imkanlarının təqdimatıdır. Müasir dünyada Prezident İlham Əliyevin uzaqgörənliklə həyata keçirdiyi regional və beynəlxalq enerji və nəqliyyat layihələrinin icra olunması ölkəmizin beynəlxalq aləmdə rolunu və gücünü daha da artırmiş olur.  

     

    Arif Əzimov,
    YAP Masallı Rayon Təşkilatı 
    Masallı Rayon İcra Hakimiyyəti 
    Ərazi partiya təşkilatının sədr müavini.
     


    "Yeni  həyat" qəzeti,
    www.yeniheyet.az


    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:55 Azərbaycan Prezidentinə yazırlar
    2. 16:53 Azərbaycan Prezidentinə yazırlar
    3. 16:52 Azərbaycan Prezidentinə yazırlar
    4. 16:49 Azərbaycan Prezidentinə yazırlar
    5. 16:47 Azərbaycan Prezidentinə yazırlar
    6. 16:45 Azərbaycan Prezidentinə yazırlar
    7. 15:46 Ömrünü Masallının inkişafına həsr edən ata və oğulun  qısa, maraqlı tarixçəsi
    8. 15:36 Masallıda rayon rəhbərinin 18 sentyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    9. 10:38 Antiterror əməliyyatı Azərbaycanın ərazi bütövlüyünü tam təmin etdi
    10. 10:34 30 İLDƏN SONRA YARANMIŞ  AĞDƏRƏ RAYONU
    11. 16:14 Masallıda “44 gün -23 saat tarixi anlar: Suverenliyin bərpası” mövzusunda tədbir 
    12. 16:10 Rayon rəhbəri Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsini ziyarət etdi
    13. 16:07 Masallının Sərçuvar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 17.09.2025
    14. 16:02 Masallının Sərçuvar ərazisinin Sirəbil kəndində 17 sentyabr 2025-ci il tarixdə səyyar qəbul
    15. 15:48 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı
    16. 12:28 Vətənə xidmətdə keçən ömür
    17. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    18. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    19. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    20. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    21. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    22. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    23. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    24. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    25. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    26. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    27. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    28. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    29. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    30. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    31. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    32. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    33. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    34. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    35. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    36. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    37. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    38. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    39. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    40. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ