• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » İki ölkə arasındakı əməkdaşlıq

    İki ölkə arasındakı əməkdaşlıq


    Azərbaycanla-Rumıniya arasında münasibətlərin əsası hələ Orta əsrlərdə qoyulub. Tarixin müxtəlif çağlarında inkişaf edən bu əlaqələr hər iki ölkənin müstəqilliyə qovuşmasından sonra daha yeni mərhələyə yüksəlib və inkişaf edib.
                     
    Rumıniya Azərbaycanın müstəqilliyini 1991-ci il dekabrın 11-də tanıyıb. 1995-ci ilin iyulunda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Rumıniyaya rəsmi səfər edib.  Ulu öndər Heydər Əliyevin Rumıniyaya səfəri zamanı Azərbaycan və Rumıniya arasında dostluq və əməkdaşlıq münasibətləri haqqında Bəyannamə, eləcə də elm, təhsil, mədəniyyət və idman, həmçinin iqtisadi və elmi - texniki əməkdaşlıq haqqında sazişlər imzalanıb.Bu dostluğu Ulu öndər Heydər Əliyevin layiqli davamçısı Möhtərəm Prezident cənab İlham Əliyev uğurla davam etdirir.
                 
    2004-cü ildə Azərbaycan Prezidenti cənab  İlham Əliyev Rumıniyaya rəsmi səfər edib. Görüşlər zamanı Azərbaycan ilə Rumıniya arasında ikitərəfli əlaqələrin perspektivləri, regional əməkdaşlıq, beynəlxalq məsələlər ətrafında geniş müzakirələr aparılıb. Səfər zamanı iki ölkə arasında 11 sənəd imzalanıb. 2009-cu il sentyabrın 28-də Buxarestdə iki ölkə prezidentləri tərəfindən "Rumıniya ilə Azərbaycan arasında strateji tərəfdaşlığın qurulması haqqında Bəyannamə" imzalandı. Ötən illər ərzində  Azərbaycan və Rumıniya arasında 61 sənəd imzalanıb.  Bu bağlanan sənədlər birdaha əməkdaşlıq üçün möhkəm hüquqi baza yaradıb.İki ölkə arasında mədəni əlaqələr getdikcə daha da genişlənir. Bakıda "Azərbaycan - Rumıniya dostluq cəmiyyəti", Buxarestdə isə "Rom-Azer" Rumıniya-Azərbaycan dostluq cəmiyyəti fəaliyyət göstərir. Azərbaycan Avropanın enerji təhlükəsizliyində xüsusi rol oynayır. Bunu dəyərləndirən digər Avropa ölkələri kimi Rumıniya da Azərbaycanı regionda əsas tərəfdaş ölkə hesab edir.Rumıniya-Azərbaycan iqtisadi münasibətləri bütün sahələrdə özünü göstərir belə ki, enerji, nəqliyyat, kənd təsərrüfatı, elm, təhsil, əmək və sosial müdafiə, səhiyyə, mədəniyyət, turizm və digər sahələrdə Azərbaycan-Rumıniya əməkdaşlığı ildən-ilə genişlənməkdədir. Müstəqilliyin ilk illərindən Azərbaycan Avropanın enerji təhlükəsizliyində xüsusi rol oynayır. ARDNŞ Rumıniyada "SOCAR" brendi ilə fəaliyyət göstərən 16 yanacaqdoldurma məntəqəsi açılıb.İki ölkə arasında fəaliyyət göstərən Müştərək Komissiya əməkdaşlığın gücləndirilməsinə etibarlı zəmin yaradıb. 2022-ci ilin iyunun 23-də Bakıda Azərbaycan və Rumıniya Hökumətləri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın altıncı iclası keçirilib. Cari ilin fevralın 2-də Rumıniya Prezidenti Klaus Yohannisin Azərbaycana rəsmi səfəri zamanı iki ölkə arasında strateji tərəfdaşlıq əlaqələrinin mövcudluğu, yüksək səviyyəli qarşılıqlı səfərlərin və görüşlərin əhəmiyyəti vurğulanıb, hər iki ölkənin müvafiq qurumları arasında sıx əməkdaşlığın həyata keçirildiyi bildirilib.
                   
    Fevralın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rumıniya Prezidenti Klaus Yohannis mətbuata bəyanatında bildirib:”Uzun illər ərzində Azərbaycanın neft şirkəti SOCAR Rumıniyada fəaliyyət göstərir, 70-dən çox yanacaqdoldurma stansiyası və bir neçə yanacaq deposu var. Yəni, SOCAR-ın Rumıniyada fəaliyyətinin artıq çox gözəl tarixçəsi vardır.
                   
    İndi isə bizim əməkdaşlığımız yeni mərhələyə çıxır. Buxarestdə olarkən təbii qazın Rumıniyaya çatdırılmasına dair saziş imzalanmışdır. Beləliklə, Azərbaycan qazı Avropa məkanında yeni ünvana çatacaq və bununla paralel olaraq, Rumıniya imkanlarından istifadə edərək digər Avropa ölkələrinə Azərbaycan qazı nəql ediləcəkdir.
                       
    Biz isə iki il bundan əvvəl Cənub Qaz Dəhlizinin son seqmenti olan TAP layihəsini uğurla icra etdik və Avropa İttifaqı üçün etibarlı enerji tərəfdaşına çevrildik. Bunu Avropa İttifaqına rəhbərlik edən şəxslər qeyd edirlər. Keçən il Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış təbii qaz üzrə strateji Tərəfdaşlıq Memorandumu bunu bir daha göstərir. Biz öz qaz ixracatımızı sürətlə artırırıq və ilk növbədə, Avropa məkanına.”
                   
    Bu olunan səfər və səfər zamanı keçirilən görüşlər ölkələrimiz arasındakı mövcud dostluq və əməkdaşlıq əlaqələrinin birgə səylər nəticəsində bundan sonra da yüksələn xətt üzrə inkişaf etdiriləcəyinin bariz nümunəsidir.



    Əntiqə Tağıyeva,
    Masallı Tarix-Diyarşünaslıq Muzeyi



    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:54 Masallıda şəhid Zeynal Şahhüseynlinin şəhadətinin 4-cü ildönümü anıldı
    2. 16:52 Rayon rəhbəri Böyük Kolatan kəndində I Qarabağ müharibəsi əlilinin yas mərasimində iştirak etdi
    3. 15:03 Şuşa Bəyannaməsi ilə Türkiyə-Azərbaycan  birliyinin tarixi manifesti yazıldı.
    4. 23:30 Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası  
    5. 11:48 Milli Qurtuluş fəlsəfəsinin banisi
    6. 23:30 15 İyun - Milli Qurtuluş Günü
    7. 23:30 İşğaldan azad olunmuş ərazilərin yeni infrastrukturun yaranması bərpası, yenidənqurma işləri
    8. 23:30 Mötəbərliyin, qarşılıqlı etimadın, əmanətin tərənnümü
    9. 23:30 Tarixi qələbəyə aparan yol
    10. 23:30 Real təhdidlər qarşısında qalmış suverenlik
    11. 19:21 Rayon rəhbəri I Qarabağ müharibəsi əlilinin yas mərasimində iştirak etdi
    12. 19:18 Masallıda “Qurtuluşa gedən yol” mövzusunda konfrans
    13. 18:11 Masallıda taxıl biçini xeyriyyə aksiyası ilə başladı
    14. 18:09 Daşınmaz əmlakın sığortalanmasının faydası
    15. 18:08 Masallıda rayon rəhbərinin 12 iyun 2025-ci il tarixli vətəndaş qəbulu
    16. 18:05 Masallıda Gənclər və idman naziri vətəndaşları qəbul etdi
    17. 12:45 15 iyun Milli Qurtuluş günü - milli qurtuluş ideologiyasının təntənəsidir  
    18. 12:17 ULU ÖNDƏR VƏ YOX OLMAQDAN QURTULAN AZƏRBAYCAN..
    19. 21:00 Böyük xilkaskar - Masallıda tədbir
    20. 16:56 Masallının Təzəkənd kəndində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 11.06.2025
    21. 16:25 Masallının Təzəkənd kəndində 11 iyun 2025-ci il tarixdə səyyar qəbul
    22. 15:36 15 İyun – Milli Qurtuluş Günü: Azərbaycanın Tarixində Dönüş Nöqtəsi  
    23. 11:31 Masallıda Qurban bayramı - 2025
    24. 17:17 Masallıda 5 iyun – Su Təsərrüfatı və Meliorasiya işçilərinin peşə bayramı qeyd edildi
    25. 17:14 Masallıda ət kəsim məntəqələrində dezinfeksiya işləri aparılır
    26. 14:07 Masallıda rayon rəhbəri 1 yaşlı şəhid qardaşının doğum günündə
    27. 14:05 Masallıda rayon rəhbərinin 05 iyun 2025-ci il tarixli vətəndaş qəbulu
    28. 15:12 “Sağlam Məktəbli” layihəsi uğurla davam etdirilir
    29. 14:15 Masallının Hişkədərə ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu
    30. 14:11 Masallının Hişkədərə kəndində 04 iyun 2025-ci il tarixdə səyyar qəbul
    31. 13:55 Azərbaycan bu gün qlobal səviyyədə aparıcı dövlətə çevrilmişdir
    32. 12:55 Azərbaycanda yaşıl enerjinin həyata keçməsi istiqamətində mühüm işlər həyata keçrilməkdədir
    33. 23:00 Ölkəmizin təbii sərvətlərinin dünya iqtisadiyyatındakı yeri və rolu  
    34. 22:09 Masallıda rayon rəhbəri qalib futbolçuları qəbul edib
    35. 19:43 Masallıda “3 İyun-Ümumdünya Velosiped Günü” münasibəti ilə veloyürüş
    36. 19:39 Rayon rəhbəri Kolatan ərazisindəki əkin sahələrində
    37. 23:00 Azərbaycanın müasir enerji strategiyası-Xəzər Neft və Qaz Sərgisi
    38. 16:30 Masallıda şəhid övladlarına bayram hədiyyəsi
    39. 08:40 Prezident İlham Əliyevin 28 May 2025-ci ildə Laçında çıxış etmişdir
    40. 23:30 Azərbaycan, Türkiyə və Pakistanın sarsılmaz birliyi
    «    İyun 2025    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30 
    DÜNYA XƏBƏRLƏRİ