• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Tolerant Azərbaycanın "müsəlman qardaşı"

    Tolerant Azərbaycanın "müsəlman qardaşı"



    “Müsəlmanlar bir-birinə qardaşdırlar” – bunu Peyğəmbərimiz buyurub. Bu hikmətamiz kəlam heç şübhəsiz ki, islam dininin əsas mahiyyətinin nədən ibarət olduğunu əyani şəkildə isbatlayır. Buradan bir daha aydın olur ki, islam sülh, sabitlik, əmin-amanlıq, qardaşlıq dinidir. Həmçinin, “müsəlman qardaşlığı” adı altında birləşmək, vahid ideya uğrunda mübarizə aparmaq müqəddəs dinimizin təməl prinsiplərindəndir. Lakin gəlin görək, müsəlmanlar həqiqətən də (islam rəhbərinin buyurduğu kimi) qardaşdırlarmı? Bugünün reallığına uyğun olaraq deyə bilərik ki, yox. Hətta, belə bir qardaşlığı nəinki istəmirlər, hətta arzulamırlar da. Bunu yaxın qonşumuz olan İran İslam Respublikasının timsalında daha aydın görmək olar. Bəs, buna səbəb nədir?

    Özünü İslam respublikası adlandıran İranın daxili və xarici siyasətini “siyasiləşdirilmiş” islam qanunları tənzimlədiyindən burada ümmətçilik qeyri-stabil müstəviyə keçib. Məsələn, qeyri-müsəlman dövləti olan İsrailə patoloji nifrəti İranı fələstinlilərlə (çox asanlıqla və həm də qeyri-səmimi) ümmətçilikdə birləşdirir. Amma təcavüzkar Ermənistanla hər cür iş birliyinə qatılır, hətta Azərbaycanın haqlı mövqeyinin əleyhinə gedərək, özünün keçilməz “qırmızı xəttini”də işarələməkdən belə çəkinmir. İslam bunumu diqtə edir? Budurmu, müsəlman həmrəyliyi (qardaşlığı)? Demək, buradan bir daha aydın olur ki, yaşıl “libasa” bürünərək özünü islam təəssübkeşi kimi qələmə verən İranın dövlət maraqları büsbütün ümmətçiliyi önləyir, yəni “müsəlman qardaşlığı və İran” ifadəsi tamamilə bir-birinin əksidir. Qənaətimə görə, İran illər öncə öz dövlət atributuna calağ etdiyi “islam” sözündən imtina etsə, daha düzgün addım atmış olar. Həqiqətən də bu gün “İran” və “islam” sözü baş verənlərin fonunda bir-birini inkar edən kəlmələr kimi görünür. Əslində, təcavüzkar Ermənistanı özünə müttəfiq hesab edərək, onu silahlandıran, onun maraqlarını “qırmızı xəttdə”də “yaşıl” rəngə bürüyən İranı islamla eyniləşdirməyin özü belə qəbahət hesab olunmalıdır.

    Son aylar İranda baş verənlər dünya ölkələrini narahat etməkdədir. İndi aydın şəkildə görünür ki, bu ölkədə cərəyan edənlər islamla, ümumən isə insanlıqla daban-dabana ziddir. Öz xalqının qanına susayan molla rejimi azadlıq mücadiləsinə qalxan dinc insanlara qarşı bütün zorakı metodlardan istifadə etməkdən belə çəkinmir - onlara amansız divan tutmaqla əsil simasını bir daha nümayiş etdirir. Əslində, müsəlman ölkələrinə “şəriət hökmlərini” püskürən İranın gerçək siması bütün baxış bucaqlarından eyni cür görünür: islami dəyərlərə sayğısızlıq bu ölkənin dövlət siyasətilə eynilik təşkil edir və bunun ayrı adı yoxdur.

    Bu ölkənin öz müsəlman qonşusuna – Azərbaycan Respublikasına qarşı aqressiv hərəkətləri, onu haqsız yerə ittiham etməsi əsla başadüşülən deyil. Bu gün bizi islami dəyərlərə sayğısızlıqda ittiham edən İran İslam Respublikası öz ölkəsində dini ehkamları zor müstəvisində həyata keçirməyi özünün ana qayəsi bilməklə yanaşı, bütün bəşəri dəyərləri ayaqlar altına ataraq, hətta bizi özünün “bir paçası” hesab etməkdən belə çəkinmir. Amma unudur ki, Azərbaycan respublikasının müsəlman əhalisi öz dini etiqadında sabitqədəmdir, hətta 70 illik sovet dönəmində belə dinini, imanını, etiqadını (həmçinin də ana dilinin saflığını) qoruyub saxlaya bilmişdir. Müstəqilliyin bərpasından sonra azan səsi ölkənin hər bir guşəsində ecazkarlıqla səslənməkdədir. Məsələnin ən ümdə tərəfi odur ki, müqəddəs dinimizin ehkamlarına uyğun (eyni zamanda İrandan fərqli) olaraq, ölkəmizdə heç nəyin məcburiyyət müstəvisində həllinə nail olunmur. Hər kəs öz seçimində azaddır və dini etiqad azadlığına uyğun olaraq, ibadətini həyata keçirir.

    Bu gün mübaliğəsiz söyləyə bilərik ki, Azərbaycan həm də tolerant bir ölkədir və tolerantlıq əbədi olaraq burada yaşayan xalqların genetik koduna şifrələnib, sanki ölkənin vizit kartına çevrilib. Ölkəmiz mehriban qonşuluğu, dinc yanaşı yaşamanı, sərhədlərin və ərazi bütövlüyünün toxunulmazlığını daim özünün əsas qayəsi hesab edib və haqlı olaraq digərlərindən də eyni münasibətin sərgilənməsini istəyir. Amma təəssüflər olsun ki, özünü dünya müsəlmanlarına örnək hesab edən bir ölkənin “qırmızı xətti” təcavüzkar bir ölkənin maraqlarının müdafiəsindən keçir.

    İran gerçək olan bir həqiqəti unutmamalıdır ki, hər bir ölkənin dəyəri onun coğrafi ərazisinin böyüklüyündə-küçükliyində deyil, xalqının mübarizə ruhunda, əzm və iradəsindədir. Bu gün bizi kiçik hesab edən və bəzən həddini aşaraq özünün bir parçası hesab edən “islam təəssübkeşləri” görünür, xalqımızın mübarizlik ruhunu gərəyincə dəyərləndirməyi əxz etməyiblər. Müzəffər ordumuzun 44 günlük Vətən savaşında göstərdiyiqəhrəmanlıq səlnaməsi hətta “din qardaşlarımızın” da “qırmızı cizgisinə” əbədi qara çələng hörməyə müvəffəq oldu. Vətən sevgisi ulu babalarımızdan bizə miras qalmış əmanətdir, onu göz bəbəyi kimi qorumaq hər bir ölkə vətəndaşının müqəddəs borcudur. Onun hər bir guşəsi, hər qarışı bizim keçilməz qırmızı xəttimizdir. Bunu “din qardaşlarımızın” bilməməsi təbii ki, mümkünsüzdür. Təkrar edirik ki, heç zaman unutmasınlar - yəni həddini aşmamağa cəsarət etməsinlər.

    Vurğuladığımız kimi, dinimizin təməlində sülhə çağırış vardır. Dövlətimiz, bu prinsipə söykənərək regionda dinc və mehriban qonşuluq münasibətlərinin, sülh,əmin-amanlıq şəraitinin bərqərar olmasında hər zaman maraqlı olub. Bu, birbaşa olaraq bizim dövlət siyasətimizin təməl prinsiplərindəndir. Çox istərdik ki, İran İslam Respublikası da eyni prinsipləri özünün dövlət siyasətilə uyğunlaşdırıb, öz mənfur siyasətindən əl çəksin. Bu, həm regionumuza, həm də dinimizə dəyərli bir töhfə olar.


    Ayiq SƏMƏDOV.



    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:55 Azərbaycan Prezidentinə yazırlar
    2. 16:53 Azərbaycan Prezidentinə yazırlar
    3. 16:52 Azərbaycan Prezidentinə yazırlar
    4. 16:49 Azərbaycan Prezidentinə yazırlar
    5. 16:47 Azərbaycan Prezidentinə yazırlar
    6. 16:45 Azərbaycan Prezidentinə yazırlar
    7. 15:46 Ömrünü Masallının inkişafına həsr edən ata və oğulun  qısa, maraqlı tarixçəsi
    8. 15:36 Masallıda rayon rəhbərinin 18 sentyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    9. 10:38 Antiterror əməliyyatı Azərbaycanın ərazi bütövlüyünü tam təmin etdi
    10. 10:34 30 İLDƏN SONRA YARANMIŞ  AĞDƏRƏ RAYONU
    11. 16:14 Masallıda “44 gün -23 saat tarixi anlar: Suverenliyin bərpası” mövzusunda tədbir 
    12. 16:10 Rayon rəhbəri Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsini ziyarət etdi
    13. 16:07 Masallının Sərçuvar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 17.09.2025
    14. 16:02 Masallının Sərçuvar ərazisinin Sirəbil kəndində 17 sentyabr 2025-ci il tarixdə səyyar qəbul
    15. 15:48 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı
    16. 12:28 Vətənə xidmətdə keçən ömür
    17. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    18. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    19. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    20. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    21. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    22. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    23. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    24. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    25. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    26. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    27. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    28. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    29. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    30. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    31. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    32. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    33. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    34. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    35. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    36. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    37. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    38. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    39. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    40. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ