• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » İran İslam Respublikasının ölkəmizə qarşı yürütdüyü siyasətə qarşı Masallı,Cəlilabad və Yardımlı rayonları dindarlarının

    İran İslam Respublikasının ölkəmizə qarşı yürütdüyü siyasətə qarşı Masallı,Cəlilabad və Yardımlı rayonları dindarlarının


                                                                                BƏYANATI

    Son günlər İranda baş verənlər, təkcə islam ölkələrini deyil, bütün bəşəriyyəti narahat etməkdədir. İllərdir ki, özünü islam təəssübkeşi, müsəlman birliyinin simvolu kimi qələmə versə də, son aylar bu ölkədə cərəyan edənlər islamla, ümumən isə insanlıqla daban-dabana ziddir. Azadlıq mücadiləsinə qalxan xalqa qarşı bütün zorakı metodlardan istifadə edən, onlara amansız divan tutan bir ölkənin öz müsəlman qonşusuna qarşı aqressiv hərəkətləri, onu haqsız yerə günahlandırması isə əsla başadüşülən deyil.

    Bu gün bizi islami dəyərlərə sayğısızlıqda ittiham edən İran İslam Respublikası öz ölkəsində dini ehkamları zor müstəvisində həyata keçirməyi özünün ana qayəsi bilməklə yanaşı, bizi özünün “bir paçası” hesab etdiyini düşünür. Amma unudur ki, Azərbaycan respublikasının müsəlman əhalisi hətta 70 illik sovet dönəmində - məscidlərin qapısında qara qıfıllar asıldığı bir dönəmdə din içində dininin, imanının, etiqadının, dil içində isə dilinin saflığını qoruyub saxlaya bilmişdir. Müstəqilliyin bərpasından sonra ölkəmizin hər yerində, ən ucqar yaşayış məntəqələrində belə yeni, müasir arxitekuraya malik məscidlər inşa edilmiş və edilməkdə, azan səsi ölkənin hər bir guşəsində ecazkarlıqla səslənməkdədir. Müqəddəs dinimizin ehkamlarına uyğun olaraq, ölkəmizdə heç nəyin məcburiyyət müstəvisində həllinə nail olunmur. Burada – müstəqil və azad Azərbaycanımızda hər kəs öz seçimini sərbəst şəkildə seçir, dini etiqad azadlığına uyğun olaraq, ibadətini həyata keçirir. Saxta müsəlman təəsübkeşlərindən fərqli olaraq, hər zaman olduğu kimi, bu gün də Azərbaycan Respublikası mehriban qonşuluğu, dinc yanaşı yaşamanı, sərhədlərin və ərazi bütövlüyünün toxunulmazlığını özünün əsas qayəsi hesab edir, haqlı olaraq digərlərindən də eyni münasibətin sərgilənməsini istəyir. Təəssüflər olsun ki, islamın yaşıl rənginə bürünməklə özünü dünya müsəlmanlarına örnək hesab edən bir ölkənin “qırmızı xətti” təcavüzkar bir ölkənin maraqlarının müdafiəsindən keçir. Təbii ki, biz dindarlar İranın islamla əsla uyuşmayan bu iyrənc siyasətinə qətii etirazımızı bildiririk.

    Uzun illər havadarlarının yardımı sayəsində torpaqlarımızın 20 faizini işğal altında saxlayan, günahsız dinc müsəlman əhalinin qanını axıdan, insanlarını qaçqına-köçkünə çevirən, müqəddəs ibadətgahlarımızı xarabazara çevirən, məscidlərimizdə donuz saxlayan təcavüzkar Ermənistanı özünə müttəfiq hesab edərək, onu silahlandıran, onun maraqlarını “qırmızı xətt”də “yaşıl” rəngə bürüyən İranı islamla eyniləşdirməyin özü belə günah hesab olunmalıdır. Bu gün “İran” və “islam” sözü bu baş verənlərin fonunda bir-birini inkar edən kəlmələrdir.

    Vətən hər bir müsəlman üçün ən mühüm məfhumdur. Xalqımız bütün zamanlarda vətəni ana ilə bərabər hesab etmiş, bu iki sözü daim yanaşı işlətmişlər. Vətən sevgisi ulu babalarımızdan bizə miras qalmış əmanətdir, onu göz bəbəyi kimi qorumaq, candan əziz bilib ona can demək hər bir ölkə vətəndaşının müqəddəs borcudur. Vətən həm də bir namus yurdudur. Onun hər bir guşəsi, hər qarışı bizim keçilməz qırmızı xəttimizdir. Bunu “din qardaşlarımızın” bilməsi, yəni həddini aşmaması gərəkən vacib məsələdir.

    Dinimizin buyurduğu kimi, Vətəni qorumaq imandandır. Biz, bu məsələdə sabitqədəmik və buna heç kimin şübhəsi olmasın. Xalqımızın say-seçmə oğullarından ibarət şanlı və müzəffər ordumuzun 44 günlük Vətən savaşında göstərdiyiqəhrəmanlıq səlnaməsi dünya hərb tarixinə yeni Qəhrəmanlıq Tarixi yazdı. Elə bir tarix ki, hətta “din qardaşlarımızın” da “qırmızı cizgisinə” əbədi qara çələng hörməyə müvəffəq oldu. Bu yenilməz orduyla qurur duymamaq, qürurlanmamaq mümkünsüzdür. Bu gün haqlı olaraq bizim ordumuz dünyanın ən güclü ordularından hesab olunmaqdadır. Və heç kəsə sirr deyil ki, ordu dövlətin gücü və müstəqilliyinin zəmanətidir.

    Deyildiyi kimi, ölkənin dəyəri onun coğrafi ərazisinin böyüklüyündə deyil, xalqının mübarizə ruhunda, əzm və iradəsindədir. Bu gün bizi kiçik hesab “islam təəssübkeşləri” görünür, xalqımızın mübarizlik ruhunu gərəyincə dəyərləndirməyi əxz etməyiblər. Həm də unudurlar ki, onları “böyük bədən” ölçüsündə göstərən elə bizim bu gün insani hüquqları əlindən alınan 40 milyona yaxın o taylı soydaşlarımızdır. Yəni, unutmasınlar ki, kiçilmə ehtimalının əbədi olaraq sıfıra bərabərliyi qeyri-mümkündür. Xalqın iradəsi hər zaman təcəlla edə bilər...

    Dinimizin təməlində sülhə çağırış var. İslam sülh, sabitlik və qardaşlıq dinidir. Biz, müsəlman olaraq dinc və mehriban qonşuluq münasibətlərinin, sülh,əmin-amanlıq şəraitinin bərqərar olmasında hər zaman maraqlı olmuşuq. Bu, birbaşa olaraq bizim dövlət siyasətimizin təməl prinsiplərindəndir. Çox istərdik ki, İran İslam Respublikası da eyni prinsipləri özünün dövlət siyasətilə uyğunlaşdırıb, öz mənfur siyasətindən əl çəksin. Bu, həm regionumuza, həm də dinimizə dəyərli  bir töhfə olar.



    “Yeni həyat” qəzeti,
    www.yeniheyet.azшаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:55 Azərbaycan Prezidentinə yazırlar
    2. 16:53 Azərbaycan Prezidentinə yazırlar
    3. 16:52 Azərbaycan Prezidentinə yazırlar
    4. 16:49 Azərbaycan Prezidentinə yazırlar
    5. 16:47 Azərbaycan Prezidentinə yazırlar
    6. 16:45 Azərbaycan Prezidentinə yazırlar
    7. 15:46 Ömrünü Masallının inkişafına həsr edən ata və oğulun  qısa, maraqlı tarixçəsi
    8. 15:36 Masallıda rayon rəhbərinin 18 sentyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    9. 10:38 Antiterror əməliyyatı Azərbaycanın ərazi bütövlüyünü tam təmin etdi
    10. 10:34 30 İLDƏN SONRA YARANMIŞ  AĞDƏRƏ RAYONU
    11. 16:14 Masallıda “44 gün -23 saat tarixi anlar: Suverenliyin bərpası” mövzusunda tədbir 
    12. 16:10 Rayon rəhbəri Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsini ziyarət etdi
    13. 16:07 Masallının Sərçuvar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 17.09.2025
    14. 16:02 Masallının Sərçuvar ərazisinin Sirəbil kəndində 17 sentyabr 2025-ci il tarixdə səyyar qəbul
    15. 15:48 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı
    16. 12:28 Vətənə xidmətdə keçən ömür
    17. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    18. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    19. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    20. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    21. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    22. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    23. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    24. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    25. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    26. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    27. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    28. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    29. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    30. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    31. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    32. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    33. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    34. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    35. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    36. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    37. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    38. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    39. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    40. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ