• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Türkiyədə baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı Azərbaycanın göstərdiyi dəstək barədə

    Türkiyədə baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı Azərbaycanın göstərdiyi dəstək barədə


     Bildiyimiz kimi,fevralın 6- da səhər saatlarında qardaş Türkiyədə çoxsaylı insan tələfatına səbəb olan güclü zəlzələ baş vermişdir.Türkiyənin qarşılaşdığı bütün çətin məqamlarda ona hər zaman dəstək olan Azərbaycan, bu dar gündə də qardaş ölkənin köməyinə çatan ilk ölkə oldu. Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən,təbii fəlakətlərin nəticələrini aradan qaldırılması məqsədilə qardaş Türkiyənin zəlzələ bölgəsinə dərhal yardım göstərilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər görülmüşdür.
                 
     Türkiyədə baş vermiş güclü zəlzələlər nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar yeddi günlük milli matəm elan edilib. Qardaş Türkiyənin 10 vilayətində baş vermiş təbii fəkakət nəticəsində minlərlə insanın həlak olması, çoxlu sayda insanların yaralanması, evsiz -eşiksiz qalması doğurdan da dəhşətli bir faciədir.Qardaş ölkədə baş verən bu zəlzələ, bütün Türk dünyasını,o cümlədən Azərbaycanı da çox sarsıtdı. Azərbaycan Türkiyənin yanında olduğunu sözdə deyil,əməldə ortaya qoyduğunu bir daha nümayiş etdirdi.Türkiyədə baş vermiş güclü zəlzələ nəticəsində bir çox dövlət və özəl təşkilatlar da öz dəstəyini göstərməkdədirlər.Heydər Əliyev Fondu artıq böyük təşəbbüsə start verib,Fondun bütün imkanları, Fondun nəzdində fəaliyyət göstərənbütün insanlar artıq bu yardım kompaniyasına qoşulublar.Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qardaş ölkəyə humanitar yardım aparan təyyarə 9 fevral tarixində Qaziantep hava limanına yola düşüb.Faciədən zərər çəkmiş şəxslər üçün Heydər Əliyev Fondu tərəfindən 36 ton humanitar yardım göndərilib. Humanitar yardıma müxtəlif dərman preparatları, oksigen maskaları,sarğı materialları və tibbi ləvazimat və avadanlıqlar ,isti geyimlər,çadırlar daxildir.
               
     Azərbaycanın ən böyük şirkəti olan SOCAR öz dəstəyini verməyə başlamışdır. Bu şirkət eyni zamanda Türkiyənin də şirkəti olduğu üçün hər zaman bütün imkanlarla yardım etməyə çalışır və çalışacaqdır.Azərbaycan xalqı hazırda Türkiyəyə edilən yardımların əsas özəyini təşkil edir.Xalqımızın bu aksiyada göstərdiyi fəallıq təqdirəlayiqdir.
                 
    Xalqımız  təbii fəlakətdən əziyyət çəkən insanlara yorğan,döşək,uşaq,qadın,kişi geyimləri və digər ləvazimatlar toplayaraq Türkiyəyə göndəriblər.Zəlzələ bölgəsində həyata keçirilən axtarış xilasetmə əməliyyatlarına dəstək məqsədilə Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyinin 420 nəfərlik xilasedici heyəti müvafiq avadanlıqlar və axtarış itləri ilə bərabər,6 fevral tarixində Türkiyəyə yola salınıb.
               
     Bundan əlavə,zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə FHN-nin zəruri tibbi avadanlıq və ləvazimatlarla təchiz olunmuş mobil səhra hospitalı və 34 nəfər tibbi,7 nəfər qeyri-tibbi olmaqla,41 nəfərlik heyəti göndərilib.8 fevral  tarixində Türkiyəyə FHN-nin növbəti humanitar yardımı 13 ədəd xüsusi təyinatlı nəqliyyat vasitəsilə yola salınıb.Humanitar yardıma təbii fəlakətdən zərərçəkən insanların yerləşdirilməsi üçün , 260 ədəd çadır,300 ədəd çarpayı, 2 ədəd böyük generator,8 min geyim dəsti,20 min cüt corab,350 ədəd masa,1000 ədəd oturacaq,5 min ədəd iplik dəsmal və digər ləvazimatlar daxildir.
                 
    Prezident İlham Əliyevin tapşırığına əsasən, Türkiyədə olan FHN-nin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış- xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər. FHN-nin xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış -xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 8- i uşaq olmaqla 37 nəfəri sağ,145 nəfərin isə cəsədini çıxararaq, aidiyyəti üzrə təhvil veriblər
    (09 fevral saat 8:00 üçün olan məlumata əsasən).
                   
    Türkiyədə baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatına görə qardaş Türk xalqlna başsağlığı verir,onlara səbir,dözüm və güclü iradə arzulayırıq!

    Zəlzələ nəticəsində həyatını itirənlərə Allahdan rəhmət, yaralılara isə tezliklə şəfa diləyirik!


    Ziyafəddin Cavadov,
    Qızılağac kənd 1 nömrəli tam orta məktəbin müəllimi



    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.azшаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 17:07 Mahmudavar kəndində şəhid Ehtiram Abbasov adına küçəyə asfalt örtüyü döşənmişdir
    2. 17:05 Rayon rəhbəri şəhid anasını doğum günü münasibəti ilə evində ziyarət etdi
    3. 16:00 İyulun 4-də Baş prokuror Yardımlı rayonunda vətəndaşları qəbul edəcək
    4. 17:29 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-30 iyun 2025-ci il
    5. 17:28 Masallıda 01-30 iyun 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    6. 17:27 Masallının yollarında təmir işləri davam etdirilir 01-30 iyun 2025
    7. 17:25 Masallıda abadlıq və xeyriyyə işləri 01-30 iyun 2025
    8. 12:40 Masallıda 2025-cü ilin iyul ayına olan səyyar-görüş qəbulları barədə
    9. 09:39 Strateji tərəfdaşlıq əlaqələri
    10. 23:30 “8 Noyabr” elektrik stansiyasının açılışı  enerji siyasətinin yeni mərhələsidir  
    11. 23:30 Elektrik enerjisində stratejik əməkdaşlıq
    12. 18:16 Masallının Çaxırlı ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 25.06.2025
    13. 18:14 Masallının Çaxırlı kəndində 25 iyun 2025-ci il tarixdə səyyar qəbul
    14. 18:08 Masallı rayon İcra Hakimiyyətinə 4 yeni təyinat
    15. 12:49 Sığdaş kəndində ziyarətgah yolu cari təmir olundu
    16. 08:41 Azərbaycan əsgərinin vətənpərvərlik ruhu  
    17. 08:37 Mütəşəkkil ordu böyük tarixi xidmətlərdən biridir
    18. 23:30 H.Əliyev və  ordu quruculuğu   
    19. 20:06 Masallıda Məhərrəm ayının başlanması ilə əlaqədar ümumrayon tədbiri
    20. 20:02 Masallıda "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş tədbir keçirilib
    21. 19:56 Qalıb Azərbaycan Ordusu
    22. 17:38 Rayon rəhbəri Xəstəxanada şəhid atasını ziyarət etdi
    23. 17:35 Masallının Dövlət qulluqçuları Ulu Öndərin abidəsi önünə gül dəstələri düzdülər
    24. 17:29 Masallıda Dövlət Qulluqçularının Peşə bayramı günü münasibətilə tədbir
    25. 11:29 ŞANLI AZƏRBAYCAN ORDUSU
    26. 11:24 Masallıda dövlət qulluqçularının sayı açıqlanıb - STATİSTİKA
    27. 23:30 26 İyun-Azərbaycan Respublikasının Silahlı Qüvələri Günüdür
    28. 23:30 Azərbaycan ordusu qələbənin, sülhün və suverenliyin dayağıdır
    29. 16:07 Masallı rayon İcra Hakimiyyətinin şöbə müdiri medalla təltif olundu
    30. 10:00 Peşəkar ordumuz
    31. 23:30 Güclü Ordu-Güclü Dövlətin təməlidir
    32. 21:16 Azərbaycan dövlətinin gücü və qüdəti daha da möhkəmlənir
    33. 21:11 Vətənə layiqincə xidmət edən Azərbaycan ordusu!
    34. 21:04 PEŞAKAR AZƏRBAYCAN ORDUSU
    35. 19:02 Ələşrəf Niftiyev 80
    36. 17:26 Masallıda rayon rəhbərinin 19 iyun 2025-ci il tarixli vətəndaş qəbulu
    37. 19:01 Masallının Göyəçöl kəndində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu
    38. 18:59 Masallının Göyəçöl kəndində 18 iyun 2025-ci il tarixdə səyyar qəbul
    39. 16:54 Masallıda şəhid Zeynal Şahhüseynlinin şəhadətinin 4-cü ildönümü anıldı
    40. 16:52 Rayon rəhbəri Böyük Kolatan kəndində I Qarabağ müharibəsi əlilinin yas mərasimində iştirak etdi
    «    İyul 2025    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031 
    DÜNYA XƏBƏRLƏRİ