Masallıda sağlamlıq imkanları məhdud sahibkarlarla görüş
- 17-02-2023, 17:17
- Maraqlı
- 0
- 221
Masallı Sənaye Məhəlləsində Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə sağlamlıq imkanları məhdud olan sahibkarlıq subyektləri ilə görüş keçirilmişdir.
Görüşdə Əlil Sahibkarlara Dəstək İctimai Birliyinin sədri Mirzəməmməd Vəliyev, Kiçik və Orta Biznes Lənkəran Regionalın kordinatoru Rahib Cəbiyev, Kiçik və Orta Biznes Lənkəran regional kordinatorluğunun Masallı üzrə KOB dostu Niyazi Bağırov, Lənkəran-Astara Regional Məşğulluq Mərkəzinin əməkdaşı Hüseyn Fətullayev, xalçaçılar və dərzilər iştirak etmişdir.
Tədbirdə Masallı Sənaye Məhəlləsində fəaliyyət göstərən xalçaçılıq və dərzilik işlərinin cari dövr üzrə vəziyyəti barədə söhbət açılmış, gələcək planlar müzakirə edilmiş və təkliflər dinlənilmişdir.
Tədbirin sonunda peşə hazırılığı kursunu bitirmiş bir qrup müdavimə sertifikatlar təqdim edilmişdir.
“Yeni həyat” qəzeti,
www.yeniheyet.az