• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Ziyalılığın təcəssümü

    Ziyalılığın təcəssümü

                                                                      
    MÖHÜBBƏT NURULLAYEV - 85 ONLAR MASALLIDANDIR           
     Müəllim ömrü. Bu ömür tuş qələmlə səliqə-sahmanla, aldığı Fəxri fərmanlar, təşəkkürlər, fəxri adların, medalların vəsiqəsində yazılıb. Ali təhsil diplomunda qeyd olunub, əmək kitabçasında bir-birinin ardınca düzülüb. Bir ziyalı ömrünü bəzəyən, bir şəxsiyyətə başucalığı gətirən ömür! Möhübbət müəllimin mənəviyyatını oxucu üçün açır, onu oxucuya tanıdır.
        
    İnsan şəxsiyyətinin qiyməti, onun əməyə, təhsilə münasibəti, zəhmətsevərliyi, peşəsinə vurğunluğu ilə ölçülür. Belə insanlar ümidimizi sönməyə qoymurlar, həyat yollarında köməyiniz, dayağımız olurlar. Cəmiyyətdə nə qədər şəxsiyyətli adamlar çoxdursa, cəmiyyət də bir o qədər zəngin görünür. 
        
    Bu yazıda söz açdığım Möhübbət müəllim də öz xarakteri ilə Azərbaycan torpağında ucalan ziyalılarımızdandır. 
        
    Ziyalılığa, elm, bilik nuru saçan insanları şəxsiyyət kimi formalaşdıran peşə sahiblərinə borcumuz çoxdur. Müəllimlər insanın şəxsiyyət kimi yetişməsində ən böyük zəhməti olan insanlardır. Bu peşə sahiblərinin adı onlar üçün ən böyük şan-şöhrət, əvəzedilməz zirvədir. 
        
    Müəllimin fəaliyyəti, zəhməti cəmiyyətlə bağlıdır. Cəmiyyətə nüfuz edir. Gənc nəslin gələcəkdə bizi əvəz edənlərin ziyasından elm, təhsil vərdişi yaradır. Cəmiyyətin əvəzedicini hazırlayır. Ona görə də insanların belə adamlara təmənnasız xidmətkarlarına - müəllimlərə borcu çoxdur. Bu borcu Möhübbət müəllimi tanıyanlar hiss edir. 
        
    Yüzlərlə şagirdləri bu gün vəzifələrdə çalışır, elm adamlarıdır. Onlar həmişə ustadlarının hörmətini saxlayırlar. 
        
    Möhübbət müəllimin dərs dediyi məktəblərin coğrafiyası genişdir. Onun keçdiyi mənalı və şərəfli yolunu vərəqləyək.
       
     TƏRCÜMEYİ - HALINDAN SƏTİRLƏR:
      
     NURULLAYEV MÖHÜBBƏT AYAZ OĞLU
    10 aprel 1938-ci ildə Masallı rayonunun Lürən kəndində anadan olmuşdur. 
        
    İkinci Dünya müharibəsi başlananda 3 yaşı vardı. Atası Ayaz kişi cəbhəyə yola düşəndə balaca Möhübbəti öpüb qucaqlamaq istəyəndə o tez qaçaraq Fati anasının qucağına sarıldı və ağladı. Bu onun atası ilə son görüşü oldu. Ayaz kişi müharibədən qayıtmadı və itkin düşdü. Fati ana 3 yaşlı Möhübbəti və körpəsini - Cənnəti atasız böyütdü, onlara həm ata oldu, həm də ana...
       
     MÖHÜBBƏT MÜƏLLİMİN DEDİKLƏRİNDƏN:
      
      - Atam Ayaz Nurullayev 1941-ci ilin dekabr ayında cəbhəyə gedib və müharibədə itkin düşüb. Atamın simasını çox çətinliklə xatırlayıram. Atam haqqında düşünərkən gördüklərim, bildiklərim və eşitdiklərim gözlərim önündə canlanır. Bu zaman uşaq kimi kövrəlirəm, müharibəni törədənləri dönə-dönə lənətləyirəm. Biz zamanın burulğanında məhv olmadıq, böyüdük, yaşa dolduq, təhsil aldıq və ailə sahibi olduq. 
        Anam Nurullayeva Fati Niftulla qızı 1913-cü ildə Masallı rayonunun Lürən kəndində anadan olub. 2000-ci ilin iyun ayının 27-də vəfat edib. 
        İki qardaş olmuşuq - mən və Cənnət. Oxuduq, işlədik, çox əziyyətlə böyüdük. Qardaşım - Nurullayev Cənnət Ayaz oğlu 25 avqust 1942-ci ildə anadan olub. Türkmənistan Respublikasının Türkmənbaşı şəhərində Tibb kollecində feldşerliyi oxuyub. Sankt-Peterburq, Kaluqa və Moskva şəhərində "Sokolnik" sanatoriyasında baş həkimin müavini olub. Yüksək ixtisaslı həkim kimi 44 il işləyib..."
        Gənc Möhübbət ilk təhsilini Ərkivan qəsəbəsində "Ağ Məktəb"də alıb. Sonrakı 1958-1960-cı illərdə kənddə o vaxtkı "Çapayev" adına kolxozda təsərrüfatın müxtəlif sahələrində çalışıb. Gəncliyi müharibədən sonrakı illərə təsadüf edib. Kəndin, təsərrüfatın dirçəlişində arxa cəbhədə çalışanlar da döyüşçü idilər. Gənc Möhübbət də qolunu çırmayıb istehsalatda canı-dildə işlədi.
        İnsan harada işləyərsə, öz işini dəqiq, təmiz görməli və özünə hörmət qazanmalıdır. Onun zəhmətkeşliyindən çox danışmaq, yazmaq da olar. Bu yolun çətin anları da olub, sevinc anları da... İstehsalatdan sonra ali məktəbə qədəm qoydu. 
        
    1960-1965-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda ali təhsil aldı, fizika-riyaziyyat müəllimi diplomu ilə ali təhsillilər sırasında kəndə qayıtdı. Həmin ildən taleyini məktəbə bağladı.
       
     1965-1970-ci illərdə Masallı rayonunun Mollaoba kənd 8 illik məktəbində fizika-riyaziyyat müəllimi, 1970-1976-cı illərdə Masallı rayonunun Bədəlan kənd orta məktəbində fizika-riyaziyyat müəllimi, 1976-2011-ci illərdə Masallı rayonunun Lürən kənd Faiq Şükürov adına orta məktəbində fizika-riyaziyyat müəllimi işləmişdir. Təqaüdə çıxana qədər doğma Lürən kəndində zəhmətkeş balalarına dərs demişdir. Təkcə elm, bilik öyrətməmiş, onları həyatın qədrini bilməyə, düz yola çağırmışdır. 
       
     Böyük Məhəmməd Füzulinin şeirlərinin birində deyildiyi kimi:
             Ömrün əziz ikən təbin təzələr,
             Dünya zəncirinə bağlama hədər.
             Allaha xoş gedən xeyirli iş gör,
             Qoyma ki, həyatın keçə bisəmər.
        Müəllim adı ona verilən bütün təşbehlərdən üstündür. Həyatımızı müəyyən məcraya yönəldən, bizi elm, bilik yoluna çıxaran müəllimlərimizin əli əlimizdə olanda güclü, qüvvətli oluruq. Möhübbət müəllim də belə ziyalılarımızdandır. O da elmi, savadı ilə neçə şagirdin ömrünə çıraq tutub. 
        
    Möhübbət müəllim ictimai işlərdə daha çox fəallığı ilə tanınıb. 1960-cı ildən Respublika Həmkarlar İttifaqının üzvü və Masallı rayon Təhsil İşçiləri Həmkarlar İttifaqının Lürən kənd məktəb həmkarlar təşkilatının sədri olmuşdur. 
         
    1990-cı ilin mart ayına qədər 28 saylı seçki Dairəsindən Masallı rayonu Musaküçə kənd Xalq Deputatları Sovetinə deputat seçilmişdir. 
        
    11 noyabr 2001-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. 
       
     19 sentyabr 2013-cü il tarixdə təqaüdə çıxıb. 
        1 iyul 2014-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən "Əmək veteranı" adına layiq görülmüşdür. 
        
    Masallıda Möhübbət Nurullayevi təcrübəli fizika-riyaziyyat müəllimi, təhsil işini yaxşı bilən mütəxəssis, gözəl insan, səmimi ailə başçısı kimi tanıyırlar. Həmişə xoş təbəssümlü, gözlərində parlaqlıq, həyat eşqi gördüyümüz bu insana 85 yaşı olmasına ilk baxışdan şübhə edirsən. Ölçülü-biçili hərəkətlərinə fikir verəndə, məşvərət - məsləhətlərinə qulaq asanda, müsahib olanda isə bu həqiqətə inanırsan.
        Möhübbət müəllim 1978-ci ildə Gülməxmər Şəküllə qızı ilə ailə həyatı qurub.1959-cu il təvəllüdlü Gülməxmər ana Lürən kənd məktəbində işləyib. 2016-cı ildə 4 sentyabrda vaxtsız dünyasını dəyişib, Lürən kənd qəbristanlığında dəfn olunub. Allah rəhmət eləsin!
        Möhübbət müəllim bir valideyn kimi övlad yolunda çox əziyyətlər çəkib. Həyat yoldaşı Gülməxmər xanımla cəmiyyət üçün layiqli, yararlı övladlar böyüdüblər. Dəyərli məsləhətləri, gözəl tərbiyəsi ilə balalarının yoluna işıq saçıb Möhübbət müəllim! Onlara tələbkar olduğundan hər birini xasiyyətcə gözəl formalaşdırıb. 
        Altı övlad - 5 oğul, 1 qız tərbiyə edən Möhübbət müəllimə bu işdə ömür yoldaşı Gülməxmər ana həmişə dayaq olub. Övladları - Tariyel, Maqsud, Fidan, Qoşqar, Əlisəfa, Ayaz. Onlar da bu günümüzün yaradıcılarıdırlar. Ataya, anaya öz hərəkətləri ilə şöhrət, hörmət gətirmişlər. Atalarını "ATA", analarını "ANA" adı ilə çağıran övladlar bu müraciətin şirinliyini həmişə qoruyub saxlamışlar.
        Möhübbət baba ilə Gülməxmər nənənin 11 nəvəsi vardır. Mənzər, Nihat, Fatimə, Fayaz, Firuzə, Fariz, Ariz, Nurgül, Aygül, Gülməxmər, Miray adlı şirin-şəkər nəvələri baba ilə nənənin ömür bağçasının çiçəkləyən arzuları və davamçılarıdırlar.
        Müdriklər yaxşı deyiblər ki, ata əllərini oğul çiynində görəndə daha əzəmətli, vüqarlı olur. Övladları da o əlləri həmişə öz çiynində hiss edərək, Möhübbət ata ilə fəxr etmişlər. 
        Ailənin ilk oğul övladı Tariyel Nurullayev ali təhsilli hüquqşünasdır. Hərbi xidməti döyüş bölgəsində keçib. 2 övlad atasıdlr.
        İkinci oğlu Maqsud Nurullayev də böyük qardaşı kimi ali təhsilli hüquqşünasdır. Hərbi xidməti döyüş bölgəsində keçib. 2 övladı var. 
        Ailənin yeganə qız övladı Fidan müəllimədir. Valideynləri üçün də, qardaşları üçün də əziz olub həmişə. Orta ixtisas təhsilli ibtidai sinif müəlliməsi kimi Musaküçə kənd orta məktəbində çalışır. Fidan Bəşirova 2 övlad anasıdır. 
        Ailəni üçüncü oğul övladı Qoşqar Nurullayev orta ixtisas təhsilli tibb işçisidir. Hərbi xidməti döyüş bölgəsində keçib. Bir müddət Masallı Mərkəzi xəstəxanasında feldşer işləyib. Hazırda Bakı şəhərində çalışır. 2 övladı var. 
        Dördüncü oğlu Əlisəfa Nurullayev orta ixtisas təhsillidir. Hərbi xidməti döyüş bölgəsində keçib. Hazırda menecer işləyir. 2 övladı var. 
        Nurullayevlər ailəsinin beşinci oğul övladı, babasının adını fəxrlə özündə daşıyan Ayaz Nurullayev ali təhsillidir. O da qardaşları kimi hərbi xidməti "N" saylı hərbi hissəsinin döyüş bölgəsində keçib. Bir övladı vardır. 
        ... Möhübbət müəllimin həyat yolu ilə tanış olanlar bu ömrün kəndin, el-obanın, məktəbin taleyi ilə bağlı olduğunu görürlər. Lürən kəndində aid problemlərin həllində yerli fəalların qüvvəsini səfərbər edib. Yuxarılara məxsus məsələlərini vaxtaşırı onların nəzərinə çatdırlb. Kəndin problemlərini onun övladları da fikirləşirlər, kənd və rayon rəhbərləri də...
          85 yaşlı Möhübbət müəllim hazırda Masallının Lürən kəndində yaşayır. İşgüzarlığı, təşkilatçılıq qabiliyyəti, qayğıkeşliyi və ən başlıcası, xeyirxahlığı ilə tanınır. Xasiyyətində ciddilik olan, ilk baxışdan az qala heç bir nöqsanı bağışlamayan insan kimi görünən bu şəxs əslində son dərəcədə mərhəmətli ürəyə, sadə qəlbə malik adamdır. Çalışır ki, kənddə, rayonda, şəhərdə, bölgəmizin hər yerində adamların xeyir-şər məclislərində iştirak etsin. Bu, insanın özünü təsdiqidir, cəmiyyət, el-oba qarşısında mənəvi borcunu yerinə yetirmək istəyindən əmələ gəlir. 
                                           





    İsa HÜSEYNOV,
    Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
    Masallı rayonu, Lürən kəndi.



    "Yeni həyat" qəzeti,
    www.yeniheyet az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 19:01 Masallının Göyəçöl kəndində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu
    2. 18:59 Masallının Göyəçöl kəndində 18 iyun 2025-ci il tarixdə səyyar qəbul
    3. 16:54 Masallıda şəhid Zeynal Şahhüseynlinin şəhadətinin 4-cü ildönümü anıldı
    4. 16:52 Rayon rəhbəri Böyük Kolatan kəndində I Qarabağ müharibəsi əlilinin yas mərasimində iştirak etdi
    5. 15:03 Şuşa Bəyannaməsi ilə Türkiyə-Azərbaycan  birliyinin tarixi manifesti yazıldı.
    6. 23:30 Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası  
    7. 11:48 Milli Qurtuluş fəlsəfəsinin banisi
    8. 23:30 15 İyun - Milli Qurtuluş Günü
    9. 23:30 İşğaldan azad olunmuş ərazilərin yeni infrastrukturun yaranması bərpası, yenidənqurma işləri
    10. 23:30 Mötəbərliyin, qarşılıqlı etimadın, əmanətin tərənnümü
    11. 23:30 Tarixi qələbəyə aparan yol
    12. 23:30 Real təhdidlər qarşısında qalmış suverenlik
    13. 19:21 Rayon rəhbəri I Qarabağ müharibəsi əlilinin yas mərasimində iştirak etdi
    14. 19:18 Masallıda “Qurtuluşa gedən yol” mövzusunda konfrans
    15. 18:11 Masallıda taxıl biçini xeyriyyə aksiyası ilə başladı
    16. 18:09 Daşınmaz əmlakın sığortalanmasının faydası
    17. 18:08 Masallıda rayon rəhbərinin 12 iyun 2025-ci il tarixli vətəndaş qəbulu
    18. 18:05 Masallıda Gənclər və idman naziri vətəndaşları qəbul etdi
    19. 12:45 15 iyun Milli Qurtuluş günü - milli qurtuluş ideologiyasının təntənəsidir  
    20. 12:17 ULU ÖNDƏR VƏ YOX OLMAQDAN QURTULAN AZƏRBAYCAN..
    21. 21:00 Böyük xilkaskar - Masallıda tədbir
    22. 16:56 Masallının Təzəkənd kəndində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 11.06.2025
    23. 16:25 Masallının Təzəkənd kəndində 11 iyun 2025-ci il tarixdə səyyar qəbul
    24. 15:36 15 İyun – Milli Qurtuluş Günü: Azərbaycanın Tarixində Dönüş Nöqtəsi  
    25. 11:31 Masallıda Qurban bayramı - 2025
    26. 17:17 Masallıda 5 iyun – Su Təsərrüfatı və Meliorasiya işçilərinin peşə bayramı qeyd edildi
    27. 17:14 Masallıda ət kəsim məntəqələrində dezinfeksiya işləri aparılır
    28. 14:07 Masallıda rayon rəhbəri 1 yaşlı şəhid qardaşının doğum günündə
    29. 14:05 Masallıda rayon rəhbərinin 05 iyun 2025-ci il tarixli vətəndaş qəbulu
    30. 15:12 “Sağlam Məktəbli” layihəsi uğurla davam etdirilir
    31. 14:15 Masallının Hişkədərə ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu
    32. 14:11 Masallının Hişkədərə kəndində 04 iyun 2025-ci il tarixdə səyyar qəbul
    33. 13:55 Azərbaycan bu gün qlobal səviyyədə aparıcı dövlətə çevrilmişdir
    34. 12:55 Azərbaycanda yaşıl enerjinin həyata keçməsi istiqamətində mühüm işlər həyata keçrilməkdədir
    35. 23:00 Ölkəmizin təbii sərvətlərinin dünya iqtisadiyyatındakı yeri və rolu  
    36. 22:09 Masallıda rayon rəhbəri qalib futbolçuları qəbul edib
    37. 19:43 Masallıda “3 İyun-Ümumdünya Velosiped Günü” münasibəti ilə veloyürüş
    38. 19:39 Rayon rəhbəri Kolatan ərazisindəki əkin sahələrində
    39. 23:00 Azərbaycanın müasir enerji strategiyası-Xəzər Neft və Qaz Sərgisi
    40. 16:30 Masallıda şəhid övladlarına bayram hədiyyəsi
    «    İyun 2025    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30 
    DÜNYA XƏBƏRLƏRİ