• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Kövrək duyğulara bələnmiş ömür

    Kövrək duyğulara bələnmiş ömür

    Kövrək duyğulara bələnmiş ömür
     
    Ağır təbiətli, sakit, kövrək adam idi. İnsana yad olan mənfi xüsusiyyətlər ona da yad idi. Hər kəsə eyni sevgi bəsləməyə çalışar, çətin anlarda belə xoş hisslərə, ümidlərə qapılmağı üstün tutardı. Özünü unudub ehtiyacı olana təskinlik verərdi. Cibinin son manatını səninlə bölməyə hazırdı.
    Sevdiyi peşəsinə məsuliyyətlə yanaşardı. Çünki bu sənətin nə qədər önəmli olduğunu, özünün isə bu sənət içrə nə qədər kiçik olduğunu başa düşərdi. Bu dahiyanə anlam onu hörmətli edib, özünəməxsus yaradıcılıq üslubu ilə seçilən tanınmış yazıçı-publisist pilləsinə yüksəldib. Bu xüsusiyyətlər 71 illik ömür yolunda onunla yoldaş olub.
    Məndən 23 yaş böyük olsa da, sanki həmyaş idik. Onunla həmkar olduğuma görə iftixar hissi keçirirəm. Sadəcə iş yoldaşı deyil, dost idik. Hətta isti münasibətimiz qohumluğa da çevrildi.
    O, ömrünün yarım əsrə yaxın dövrünü qələmə, yaradıcılığa həsr edib, minlərlə oxunaqlı mətbu yazıları, mükəmməl, diqqətçəkici bədii təsvirli əsərləri – şeirləri, poemaları, povestləri, oçerk və hekayələri, səhnələşdirilmiş əsərləri yadigar qalıb.
    Pedaqoq kimi bilik və bacarığı ilə fərqlənib, məktəb direktoru müavini, rayon komsomol komitəsində məsul vəzifəyə irəli çəkilsə də, yaradıcı mühitə daim üstünlük verib. Az müddətdə digər qəzetlərdə çalışsa da, ömrünün sonuna kimi təmsil olunduğu “Yeni həyat”a bağlanıb. Bağlandığı peşəsinə vurğunluğu idi onu əsl ziyalı, tanınmış jurnalist, şəxsiyyət kimi formalaşdıran.
    Uşaqlıqdan arzu və xəyallarında dolaşan xoş məramlı fikirləri məktəb illərindən, gənclik çağından onun stimuluna çevrilib. Tələbəlik vaxtı, müəllim kimi çalışdığı illərdə daxildəki hayqırtısını şeirə, nəzmə hopdurub. Bulaq kimi axan təbinə sevincini, hönkürtüsünü, kövrəkliyini qatıb. Zəhmətə, işə alışqanlığı onun təhsil sahəsində, jurnalistikada əsl ziyalılıq obrazını canlandırmağa təkan verib.
    Belə bir fikir var ki, yüksək sənətkarlıq nümunələrinin sirri onun yaradıcılarının digər elmlərə də vaqif olması ilə şərtlənir. Bu mənada o, müasirlərindən fərqlənə bilib. Hətta kiçik bir yazıda belə özünəməxsus şirin, bənzərsiz çalarlarla oxucu könlünə yol tapıb, onu riqqətə gətirib. Bu hər yazara nəsib olmur, yəni fitrətinə uyğun deyil.
    Böyüklərdən, şəxsiyyətlərdən müsbət mənada əxz etdiklərini özünün nümunəsində örnəyə çevirib. Zirvəyə ucalan pillələrə qədəm qoyduqca, elin, xalqın məhəbbətini qazana-qazana şöhrətpərəstlikdən, mənəmlikdən uzaqlaşmağa cəhd edib. Çünki onu hörmətlə qarşılayıb, əsərlərini, yazdıqlarını alqışlayanların sayı heç də az deyildi.
    O, xalqın ictimai xadimi idi. İşıqlı şəxsiyyət ömrünü şam kimi bu yolda əridib. Pedaqoq kimi şagirdlərini parlaq gələcəyə doğru aparmağa müvəffəq olub, neçə-neçə adlı-sanlı insanlar yetişdirib. Cəmiyyəti torpağa, yurda məhəbbətə, fədakarlığa çağırıb. Neçə-neçə əsərini Vətənə, el qəhrəmanlarına həsr edib. Azərbaycanımızın, Masallımızın füsunkarlığını, sənət fədailərinin, əmək adamlarının şücaətini ağ varağa naxışlayıb. İstedad və zəhməti sayəsində şərafət tapıb. Həmişə deyərdi ki, hələ acizik Tanrının bizə bəxş etdiklərini tərənnüm etməkdə. Hər təbiət möcüzəsini, insan xarüqəsini vəsf etməkdə yetərincə mahir deyilik. Amma Rəsul müəllim əslində bütün bunların öhdəsindən layiqincə gəlirdi, kəsərli qələmi ilə özünü, sözünü təsdiq edə bilirdi.
    Həyatdan köçəndə də öz təbiətinə uyğun tərzdə bizə “vida” dedi. Buna təkcə onu tanıyanlar deyil, Rəbbi də şahid oldu.
    Son günlərində belə həyata inamını, ümidini itirmədi. Bəlkə də zənn edirdi ki, bir daha ayağa dura bilməyəcək. Amma yenə ölümün gözünə dik baxdı.
    Barışa bilmirik bu qəfil ayrılığa. Çünki hələ çox ehtiyacımız vardı ona. Söz savaşından qalib ayrılan ustad həmkarımız ölüm-dirim mübarizəsindən məğlub çıxdı, dünyaya gözlərini əbədi yumdu.
    Bu xalq, el-oba isə onu əbədi yaşadacaq. Dostları, həmkarları bu göyçək simalı pirani kişini sözübütöv, sədaqətli, ziyansız bir insan kimi, əzizləri, doğmaları isə onu mehriban ailə başçısı, övladlarının yolunda şam kimi yanan bir ata kimi xatırlayacaq.
     
                                                                           ***
    Məlumat üçün bildirək ki, nüfuzlu ziyalı, tanınmış jurnalist-publisist, SSRİ Jurnalistlər İttifaqı və AJB-nin üzvü olmuş, 1977-ci ildən 2019-cu ilə kimi Masallı RİH-in orqanı olan “Yeni həyat” qəzetinin baş redaktorun müavini işləyən Rəsul Müzəffər oğlu Rzayev 4 yanvar 2019-cu ildə 71 yaşında vəfat etmişdir.
    17 may 1948-ci ildə Masallı rayon Qasımlı kəndində anadan olmuş Rəsul Rzayev 1965-ci ildə Yeddioymaq kənd orta məktəbini, 1969-cu ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsini, 1977-ci ildə Jurnalist Sənətkarlığı İnstitutunu bitirmişdir. Qasımlı və Yeddioymaq kənd orta məktəblərində müəllim, Masallı rayon Komsomol Komitəsində işləyib. Masallıda çıxan “Çağırış” (indiki "Yeni həyat") qəzeti redaksiyasında baş ədəbi işçi, məsul katib, baş redaktor müavini işləmişdir. “Rabitə dünyası”, “3-cü hədəf” qəzetlərində bölgə müxbiri kimi çalışmışdır. 20-dən artıq şeir, hekayə, publisistik kitabın müəllifidir, 50-ə yaxın kitaba redaktorluq edib. Şeirləri dövrü mətbuatda, almanaxlarda çap olunub. “Qızıl qələm”, H.B.Zərdabi media mükafatları laureatıdır.
     

                                                                    ***

    Aşağıda mərhum şairin “Qapımı döyən var” şeirini oxuculara təqdim edirik.

    QAPIMI DÖYƏN VAR

    Qapım döyülməyə başlayıb mənim,
    Qapım döyüləndə qəlbim döyünür.
    “Kimsən, qapı döyən, məqsədin nədir?”
    Gözümdə, könlümdə suala dönür.

    Gəlişin xeyirmi, dostsan, düşmənsən,
    Söylə, gedəcəksən, ya qalacaqsan?
    Keçən ömürmüsən, ötən günmüsən,
    De, nə gətirmisən, nə alacaqsan?!

    Tez de, nə soraq var, soraq gətirən,
    Könlümdə sevinclə küştü tutub qəm.
    Ürəyim müntəzir təzə sorağa,
    Mən hansı xəbəri eşidəcəyəm?!

    Dostların qapısın döydükcə əcəl,
    Neçə yaşıdımı apardı ölüm.
    Nə vaxtı qonağım olacaq mənim,
    Nə vaxt gələcəksə... haqdı... nə bilim?!

    Ruhuma yad olan səslər içində,
    Səs gəldi: qabaqda gedəni çağır.
    Çağırdım, hay verdi, dalınca düşdüm,
    Mənə tanış idi bu yol, bu cığır.

    …Qapımız açılır təzə xəbərə,
    Allah qapımızı bəddən saxlasın.
    Ömrün baharına əsən tufandan,
    Qəfil bir ölümdən, dərddən saxlasın.

    Akif AĞAYEV,
    “Yeni həyat”,
    www.yeniheyet.az 

     шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:14 Masallıda “44 gün -23 saat tarixi anlar: Suverenliyin bərpası” mövzusunda tədbir 
    2. 16:10 Rayon rəhbəri Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsini ziyarət etdi
    3. 16:07 Masallının Sərçuvar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 17.09.2025
    4. 16:02 Masallının Sərçuvar ərazisinin Sirəbil kəndində 17 sentyabr 2025-ci il tarixdə səyyar qəbul
    5. 15:48 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı
    6. 12:28 Vətənə xidmətdə keçən ömür
    7. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    8. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    9. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    10. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    11. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    12. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    13. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    14. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    15. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    16. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    17. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    18. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    19. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    20. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    21. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    22. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    23. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    24. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    25. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    26. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    27. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    28. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    29. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    30. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    31. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    32. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    33. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    34. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    35. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    36. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    37. 23:30 İşıqlı və təhlükəsiz gələcəyə doğru
    38. 17:29 Rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi 11.08.2025
    39. 11:15 DİQQƏT! DİQQƏT!
    40. 09:20 Polis Masallıdakı istirahət zonalarında profilaktik tədbirlər həyata keçirib
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ