• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Yeni Azərbaycan Partiyası bu günün gələçəyin partiyasıdı

    Yeni Azərbaycan Partiyası bu günün gələçəyin partiyasıdı


    Yeni Azərbaycan Partiyasının həyatında mühüm tarixi məqamlarla yadda qalıb. Dövlət başçısı, YAP Sədri cənab İlham Əliyev partiyanın VII qurultayındakı çıxışında ölkənin iqtidar partiyasının inkişaf tarixinin ən mühüm mərhələlərini təhlil etdi və bu siyasi qüvvənin perspektiv xarakterli strateji hədəflərini açıqladı. Məhz bu səbəbdən YAP-ın VII qurultayı partiyanın tarixində yeni inkişaf mərhələsinin başlanğıcı kimi dəyərləndirilir. Məlumdur ki, son bir ildən artıq dövrün əsas hədəfi işğaldan azad olunmuş ərazilərimizdə bərpa və quruculuq işlərinin miqyasını genişləndirmək, bu işləri müasir tələblər səviyyəsində həyata keçirib soydaşlarımızın Böyük Qayıdışını reallaşdırmaqdır. Bu mənada Azərbaycanın hər bir uğurunda öz payı, yeri olan Yeni Azərbaycan Partiyası da VII qurultayını məhz tarixi Zəfərimizin yaratdığı yeni reallıqlara söykənərək keçirdiyi üçün qarşıda dayanan vəzifələrin icrası məqsədilə yeni Proqramın hazırlanmasına və təsdiqinə zərurət duyuldu.

    Dövlətimizin başçısı, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev partiyanın VII qurultayında bununla bağlı tapşırıqlarını verdi. Partiyanın yeni Proqramı ötən ilin dekabr ayının 29-da YAP İdarə Heyətinin iclasında təsdiq edildi. Yeni Proqramda əksini tapan “Partiyanın inkişafı və uğurları”, “Siyasi dəyərlər və prinsiplər”, “Partiyadaxili münasibətlərin və partiyanın fəaliyyətinin əsasları”, “Partiyanın əsas hədəfləri” və “Müzəffər Liderlə Azərbaycanı yeni zirvələrə aparan güclü partiya” adlı fəsillər özündə Yeni Azərbaycan Partiyasının prinsiplərini, tutduğu yolu, bugünümüz və gələcəyimiz üçün müəyyənləşdirdiyi hədəfləri, ən əsası partiyanın çoxminli üzvlərinin dövlətimizin başçısı İlham Əliyevin ətrafında sıx birləşərək Heydər Əliyev ideyalarının və ölkə Prezidentinin həyata keçirdiyi siyasətin uğurlarının təbliğində göstərdikləri fəallıqları ehtiva edir.

    Yeni Azərbaycan Partiyasının siyasi dəyərlər və prinsiplər sistemində 10 strateji istiqamət müəyyən olunub ki, bunlar Heydər Əliyev yolu, müstəqillik, azərbaycançılıq, dövlətçilik, qanunun aliliyi, varislik və təkamül, konstruktiv əməkdaşlıq və dialoq, sosial ədalət və insan amili, multikultural cəmiyyət və demokratik ənənələrin inkişafıdır. “Proqramda bu mühüm məqam da yer alır ki, YAP-da partiyadaxili münasibətləri səciyyələndirən əsas meyarlar peşəkarlıq, işgüzar münasibətlər, şəxsi inkişaf, sağlam rəqabət, milli dəyərlər, innovativ inkişaf və kreativlik, elmilik və müasirlikdir. Hər bir meyar partiyanın həyata keçirdiyi siyasətin aydın təsəvvürünü yaradır.

    Bu baxımdan ki, Azərbaycan hər zaman yeniliklərə, təkmilləşməyə daha çox meyil göstərən və bunu atdığı addımları ilə təsdiqləyən, ən əsası innovasiyalar ölkəsi kimi tanınır. İslahatlar prosesinin qaçılmaz olması da dövlətimizin bu siyasətinə əsaslanır. Hər dövrün, zamanın tələblərinə uyğun olaraq təkmilləşmə həyata keçirilir, Azərbaycan beynəlxalq maliyyə qurumlarının hesabatlarında ən islahatçı ölkə kimi qərarlaşır. Azərbaycanın bu uğurlarında ulu öndər Heydər Əliyevin dahiyanə uzaqgörənliklə müəyyənləşdirdiyi siyasət və hazırda bu xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi dayanır. Ümummilli Lider 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanın yaşadığı çətinliklərin tezliklə keçib gedəcəyini, hər bir Azərbaycan vətəndaşının qüdrətli Azərbaycanla qürur duyacağını əminliklə səsləndirmişdi. Təbii ki, bu əminlik Ulu Öndərin dövlətinə, xalqına bağlılıq hissinə, zəngin dövlətçilik təcrübəsinə əsaslanırdı. Eyni zamanda, ulu öndər Heydər Əliyev Azərbaycanın dünyaya günəş kimi doğacağını bildirmişdi. Son 18 ildə dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı uğurlara söykənərək bu fikri böyük qürur hissi ilə qeyd edirik ki, bugünkü Azərbaycan ulu öndər Heydər Əliyevin görmək istədiyi Azərbaycandır. Ümummilli Lider 1992-ci ildə xalqın böyük əksəriyyətinin istəyini ifadə edən 91 nəfər ziyalının ona ünvanladıqları “Azərbaycan Sizin sözünüzü gözləyir” müraciətinə “Yeni, müstəqil Azərbaycan uğrunda” cavabı ilə görmək istədiyi Azərbaycanın mənzərəsini təqdim etmişdir”, – deyə o qeyd edib.
               
     Bu səbəbdən YAP-ın fəaliyyətinin əsaslarından biri də innovativ inkişaf və kreativliyin təşviqi, geniş tətbiqinin dəstəklənməsidir. Fəaliyyətin digər mühüm prinsiplərindən biri müasirlikdir ki, bu da partiyanın yeniliklərə, təkmilləşməyə açıq olmasında özünü qabarıq şəkildə büruzə verir. 2019-cu ilin sonlarında ölkəmizdə geniş vüsət alan islahatlar prosesinin qanunverici orqanda da əksini tapması üçün Yeni Azərbaycan Partiyasının Milli Məclisin buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi təşəbbüsü ilə çıxış etməsi də bunun bariz nümunəsidir. Ölkənin inkişafına və cəmiyyətin tərəqqisinə xidmət edən Yeni Azərbaycan Partiyasının əsas hədəflərində də yeniliklərə, təkmilləşməyə meyillilik özünün aydın ifadəsini tapıb.

    Belə ki, Heydər Əliyev irsinin təbliği və təşviqindən sonra güclü iqtisadiyyatın qurulması və davamlı inkişafın təmin edilməsi, inklüziv cəmiyyətin, ədalətli sosial təminat və insan kapitalının inkişafı, şəffaflığın artırılması, vətəndaş cəmiyyətinin inkişafı, mədəni irsin və milli-mənəvi dəyərlərin qorunması, vətəndaş həmrəyliyinin təminatı, milli maraqların qorunması və xarici siyasətin, ordu quruculuğunun, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın reallaşdırılması kimi məsələlərin hər biri müasir dövrün yeniliklərinin tətbiqini bir tələb kimi qarşıya qoyur. Bu gün biz informasiya-kommunikasiya texnologiyalarının inkişaf etdiyi və tətbiq olunduğu dövrdə yaşayırıq. Artıq 4-cü Sənaye İnqilabının yeniliklərindən bəhs edilir, zamanın qabaqlanması prioritet məsələ kimi qoyulur. Yeni texnologiyaların sürətlə inkişaf etdiyi, müasir düşüncəli, yenilikçi gəncliyə böyük ehtiyac duyulduğu indiki mərhələdə partiyanın 800 minə yaxın üzvünün təxminən 40 faizinin gənclər olması, şübhəsiz, böyük uğurdur. YAP ölkənin vətənpərvər, intellektual ehtiyatı olan yeni gənc nəsil nümayəndələrini özündə birləşdirən siyasi partiyadır. Vətənə sevgi, düşmənə nifrət hissi ilə yetişən gənc nəsil torpaqlarımızı işğalçılardan azad etdi.

     Torpaqlarımızın azad edilməsində bütün nəsillərin nümayəndələri uğurlu fəaliyyət göstərdi. Döyüşdə iştirak edənlərin mütləq əksəriyyəti İlham Əliyevin Prezident seçildiyi 2003-cü ildən sonrakı dövrdə yetişən gənclərdir. Onlar yetişdilər, vətənpərvərlik və fədakarlıq nümunəsi göstərərək canlarından keçdilər, şəhidlik zirvəsinə ucaldılar və özlərindən sonrakı gəncliyin bəhrələnməsi üçün vətənpərvərlik məktəbini yaratdılar.

     

    Ceyhun Hüseynov,
    Masallı MRX İƏ söbəsinin mütəxəssisi


    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:14 Masallıda “44 gün -23 saat tarixi anlar: Suverenliyin bərpası” mövzusunda tədbir 
    2. 16:10 Rayon rəhbəri Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsini ziyarət etdi
    3. 16:07 Masallının Sərçuvar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 17.09.2025
    4. 16:02 Masallının Sərçuvar ərazisinin Sirəbil kəndində 17 sentyabr 2025-ci il tarixdə səyyar qəbul
    5. 15:48 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı
    6. 12:28 Vətənə xidmətdə keçən ömür
    7. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    8. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    9. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    10. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    11. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    12. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    13. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    14. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    15. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    16. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    17. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    18. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    19. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    20. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    21. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    22. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    23. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    24. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    25. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    26. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    27. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    28. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    29. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    30. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    31. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    32. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    33. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    34. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    35. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    36. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    37. 23:30 İşıqlı və təhlükəsiz gələcəyə doğru
    38. 17:29 Rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi 11.08.2025
    39. 11:15 DİQQƏT! DİQQƏT!
    40. 09:20 Polis Masallıdakı istirahət zonalarında profilaktik tədbirlər həyata keçirib
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ