• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Azərbaycan Avropaya təkcə təbii qaz yox,yaşıl enerjini də ixrac edən ölkəyə çevriləcəkdir

    Azərbaycan Avropaya təkcə təbii qaz yox,yaşıl enerjini də ixrac edən ölkəyə çevriləcəkdir


    Martın 14-də Azərbaycan Respubilkasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər.Əvvəlcə Federativ Respublikanın Kansler Olaf Şolts Prezident İlham Əliyevi salamlamış və dəvəti qəbul etdiyinə görə təşəkkür etmişdir.O mətbuata bəyanatla çıxışından sonra sözü Prezidentimiz İlham Əliyevə vermişdir.Prezidentimiz əvvəlcə öz növbəsində dəvətə və səmimi qəbula görə Almaniya Federativ Respublikasının Kanslerinə təşəkkürünü bildirmişdi.Sonra İlham Əliyev iki ölkə arasındakı münasibətlərin inkişafından danışmış və iki ölkə arasındakı münasibətlərin daha da yaxşılaşmasının dinamikasını qeyd etmişdir. Prezidentimiz qeyd etmişdir ki, keçən il Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış enerji təhlükəsizliyi üzrə strateji tərəfdaşlığa dair anlaşma memorandumu bizim niyyətimizi göstərir. Memorandumun icrası və sürətlə icrası, vaxtında icrası bir daha göstərir ki,Azərbaycan Avropa üçün etibarlı tərəfdaşdır.    
               
    Biz Avropa məkanına qaz ixracatımızı artırırıq. 2021-ci ildə əgər Avropaya 8 milyard kubmetr qaz ixrac etmişiksə, bu il bu rəqəm təqribən,12 milyard kubmetrə çatacaq. Əminəm ki, gələcəkdə Azərbaycan Avropaya təkcə təbii qaz yox,yaşıl enerjini də ixrac edən ölkəyə çevriləcəkdir. Mən almaniyalı iş adamlarını Azərbaycana dəvət etdim ki,onlar gəlsinlər və bizim müvafiq qurumlarla təmaslar əsnasında gələcək biznes imkanlarını yaxından incələsinlər.Sonra cənab İlham Əliyev öz çıxışında regional təhlükəsizlik məsələlərini müzakirə etdi.Ermənista-Azərbaycan normallaşma prosesi ilə bağlı Azərbaycanın mövqeyini bildirdi.Prezident birmənalı olaraq dedi:Almaniyanın mətbuat nümayəndələri bilsinlər ki, Azərbaycan 30 ilə yaxın erməni işğalına məruz qalmışdır.

     Bu işğal etnik təmizləmə nəticəsində torpaqlarımızın 20 faizə yaxını işğal altına düşdü və bir milyon azərbaycanlı Ermənistan tərəfindən öz doğma torpaqlarından qovulmuşdur və qaçqın-köçkün vəziyyətinə düşmüşdür.Biz iki il yarım bundan əvvəl Vətən müharibəsi nəticəsində öz ləyaqətimizi ,ərazi bütövlüyümüzü ,hüquqlarımızı döyüş meydanında bərpa etdik.Ermənistanı məğlub etdik və məcbur etdik ki,Ermənistan bizim torpaqlarımızdan çıxsın.Beləliklə,28 il ərzində BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini icra etməyən Ermənistan cəmi 44 gün ərzində öz məğlubiyyəti ilə barışmalı olmuşdur.İndi isə sülhün zamanı çatıbdır.Biz Ermənistana sülh təklif etmişik,5prinsip əsasında sülh müqaviləsini təklif etmişik.Ümid edirəm ki,Ermənistan bu şansı qaçırmayacaq,nəhayət,Cənubi Qafqazda sülh və əməkdaşlıq dövrü başlayacaqdır.Təşəkkür edirəm.Və bununla mətbuata öz bəyanıtını Prezidentimiz bitirmişdir.Daha sonra Almaniya Federativ Respublikasının Kansleri və Azərbaycan Prezidenti jurnalistlərin çoxsaylı suallarını cavablandırmışlar.



    Aidə Şıxəliyeva,
    Masallı rayon Dəlləkoba kənd  Elşən Heybətov adına ümumi orta məktəb



    “Yeni həyat” qəzeti,
    www.yeniheyet.az
     
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:55 Azərbaycan Prezidentinə yazırlar
    2. 16:53 Azərbaycan Prezidentinə yazırlar
    3. 16:52 Azərbaycan Prezidentinə yazırlar
    4. 16:49 Azərbaycan Prezidentinə yazırlar
    5. 16:47 Azərbaycan Prezidentinə yazırlar
    6. 16:45 Azərbaycan Prezidentinə yazırlar
    7. 15:46 Ömrünü Masallının inkişafına həsr edən ata və oğulun  qısa, maraqlı tarixçəsi
    8. 15:36 Masallıda rayon rəhbərinin 18 sentyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    9. 10:38 Antiterror əməliyyatı Azərbaycanın ərazi bütövlüyünü tam təmin etdi
    10. 10:34 30 İLDƏN SONRA YARANMIŞ  AĞDƏRƏ RAYONU
    11. 16:14 Masallıda “44 gün -23 saat tarixi anlar: Suverenliyin bərpası” mövzusunda tədbir 
    12. 16:10 Rayon rəhbəri Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsini ziyarət etdi
    13. 16:07 Masallının Sərçuvar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 17.09.2025
    14. 16:02 Masallının Sərçuvar ərazisinin Sirəbil kəndində 17 sentyabr 2025-ci il tarixdə səyyar qəbul
    15. 15:48 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı
    16. 12:28 Vətənə xidmətdə keçən ömür
    17. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    18. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    19. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    20. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    21. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    22. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    23. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    24. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    25. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    26. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    27. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    28. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    29. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    30. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    31. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    32. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    33. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    34. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    35. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    36. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    37. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    38. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    39. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    40. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ