• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Azərbaycan Heydər Əliyev yolu ilə inamla irəliləyir

    Azərbaycan Heydər Əliyev yolu ilə inamla irəliləyir


    Azərbaycanın qədim tarixi və zəngin dövlətçilik ənənələri, bu ənənələri yaradan və yaşadan böyük xalqı, doğma Vətənin tarixinə öz adını əbədi yazdıran qəhrəman övladları, dahi şəxsiyyətləri vardır. Onlar xalqın zəkasını, elmini, mədəniyyətini, mənəviyyatını dünyaya nümayiş etdirir.  Ölkəmiz bəşəriyyətə verdiyi tarixi şəxsiyyətləri ilə daim öyünüb, fəxr edib. Bu şəxsiyyətlərdən fərli olaraq   Ulu Öndər Heydər Əliyev onların arasında xüsusilə seçilir.
               
    “Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır, Azərbaycan vətəndaşıdır. Əgər mən buna nail ola bilsəm, ən xoşbəxt adam kimi həyatımı başa çatdıracağam. Buna da nail olmağa çalışıram və çalışacağam”,            
             
    Ulu Öndər həyat amalını belə ifadə etmiş və bu amala daim sadiq olmuşdur.Bəli bu günlərdə xalqımızın böyük tarixi şəxsiyyət, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinin böyük təntənə ilə xalqımız qeyd ediləcəkdir. Ulu Öndərin 100-cü ildönümü onun ideya və arzularının gerçəkləşdiyi, tövsiyə və vəsiyyətlərinin yerinə yetirildiyi tarixi şəraitdə keçirilir. Möhtərəm Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Sərəncamında qeyd edildiyi kimi, davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir.
               
    Yüz il əvvəl qədim Naxçıvanda sadə, zəhmətkeş ailədə dünyaya göz açan, uşaqlığı əyalət şəhərində keçən Heydər Əliyev iş fəaliyyətinə hələ gənc yaşlarında dövlət qulluğunda işləməsi ilə başlamışdı. Sonralar onun nəhəng bir ölkənin rəhbərlərindən olması, dünya miqyasında şöhrət qazanaraq öz xalqını şərəfləndirməsi, onun əsl lider kimi çox mürəkkəb və məsuliyyətli missiyanı şərəflə yerinə yetirməsi Ulu Öndərə qismət olan bənzərsiz bir taledir.Bu cür tale hər kəsə nəsib olmur.
                 
    Ulu öndər Heydər Əliyev 1969-1982-ci illərdə Azərbaycana rəhbərlik etdiyi dövrlərdə  ölkəmizi geridə qalmış respubilkadan çiçəklənən, inkişaf edən  bir diyara çevirmişdir.  Ən böyük sənaye obyektlərinin tikilib istifadəyə verilməsi, sosial infrastrukturun formalaşması, yüksək səviyyədə elmi tədqiqatların aparılması, kadr hazırlığı, gənclərin dünyanın ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi və digər istiqamətlərdə əldə olunan uğurlar  ümummilli lider Heydər Əliyevin əzmkar fəaliyyətinin nəticəsidir. Sovetlər birliyi dövründə ölkəmizi qabaqcıl respublikalar sırasına çıxardığı kimi 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə  qayıdışı ilə dövlətçilik tarixinin yeni mərhələsinin, müstəqilliyi əbədiləşdirən uğurlu bir yolun başlanğıcını qoydu.1993-cü ildən sonra ölkənin iqtisadi, sosial inkişafı istiqamətində mühüm addımlar atmış, Azərbaycanın ən yüksək zirvələri fəth etməsinə  böyük zəmin yaranmışdır.  Arzusu, amalı Azərbaycanı hərtərəfli inkişaf etmiş müstəqil, dünya birliyində tanınan bütöv bir dövlət kimi görmək idi.  Onun uzun illər Azərbaycana rəhbərlik etməsinin özü Heydər Əliyev şəxsiyyətində formalaşan, müstəqilliyə və xalqına sədaqət, millilik və vətənə məhəbbət hissindən qaynaqlanan inamın təzahürüdür.
                   
    Azərbaycan xalqı xoşbəxtdir ki,ona Heydər Əliyev kimi müdrik siyasi xadim rəhbərlik edib.Bu sözlər dünyanın bir sıra dövlət başçılarının dilindən dəfələrlə səslənib.Heydər Əliyev sözün həqiqi mənasında ,böyük azərbaycanlıdır.Həm də müasir Azərbaycanın qurucusudur.
       
    Bu gün öz Vətənini, xalqını, dövlətini sevən hər bir Azərbaycan vətəndaşının qəlbində Heydər Əliyev yaşayır və yaşayacaqdır. Nə qədər Azərbaycan xalqı, Azərbaycan dövləti var, Heydər Əliyev də yaşayacaq.Əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulan müstəqil dövlətimizin inkişafı etibarlı əllərdədir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun otuz ilə yaxın Ermənistanın işğalı altında olan torpaqları azad etməsi və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması müstəqil dövlətçilik tariximizin ən şərəfli səhifəsidir.Elə bir səhifə ki,ulu öndər Heydər Əliyevin yaxın və gələcək üçün hazırladığı və bizə miras qoyduğu milli inkişaf strategiyası durur.


         
    Əntiqə Tağıyeva,
    Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru




    “Yeni həyat” qəzeti
    www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    2. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    3. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    4. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    5. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    6. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    7. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    8. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    9. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    10. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    11. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    12. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    13. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    14. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    15. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    16. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    17. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    18. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    19. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    20. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    21. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    22. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    23. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    24. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    25. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    26. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    27. 23:30 İşıqlı və təhlükəsiz gələcəyə doğru
    28. 17:29 Rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi 11.08.2025
    29. 11:15 DİQQƏT! DİQQƏT!
    30. 09:20 Polis Masallıdakı istirahət zonalarında profilaktik tədbirlər həyata keçirib
    31. 13:51 Masallı rayonunun 95-ci ili
    32. 13:48 Masallı rayon İcra Hakimiyyəti başçısının təbriki
    33. 17:16 Masallıda rayon rəhbərinin 07 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    34. 17:33 Masallının Şıxlar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 06.08.2025
    35. 17:30 Masallının Şıxlar kəndində 06 avqust 2025-ci il tarixdə səyyar qəbul
    36. 21:47 Elçinə ağı - Xalq yazıçısı Anar yazır
    37. 15:25 MASALLI RAYONUNUN SOSİAL İQTİSADİ İNKİŞAFININ MAKROİQTİSADİ GÖSTƏRİCİLƏRİ AÇIQLANMIŞDIR - STATİSTİKA
    38. 07:36 Boradigah qəsəbəsində şəhid ailəsi üçün təmir edilən evə baxış keçirilib
    39. 07:35 Rayon rəhbəri Boradigah qəsəbəsində görülən işlərlə tanış oldu
    40. 11:53 Ana dilimiz tarixdən gələn səsimizdir
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ