• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycanın Prezidenti kimi misilsiz xidmətləri olmuşdur

    Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycanın Prezidenti kimi misilsiz xidmətləri olmuşdur


    Azadlıq bəşəriyyətin daim arzusunda olduğu və bu yolda mübarizələr apardığı şirin bir nemətdir.Tarix boyu azadlığı hər şeydən üstün tutan Azərbaycan xalqı zaman-zaman buna nail ola bilib, özünün mənəvi-psixoloji dəyərlərini qoruyub saxlayıb. Heydər Əliyev demişdir: ”Siyasi rejimdə, əsarət altında yaşamasından asılı olmayaraq xalqımız həmişə milli azadlığa, istiqlala can atmışdır. ”Ulu Öndərimizin tariximizə verdiyi bu qiymət onu deməyə əsas verir ki,millətin mənəviyyatından süzülüb gələn dəyərlər onun siyasi dünyagörüşünün kamilliyinin kökündə dayanır.Əldə etdiyimiz suverenliyimizin təhlükə qarşısında olduğu vaxtlarda xalqımızın böyük və müdrik oğlu , dünyaşöhrətli şəxsiyyət,ümummilli liderimiz Heydər Əliyevin titanik səyləri nəticəsində onu qoruyub saxlaya bildik. Odur ki, bu gün müstəqil dövlətin azad vətəndaşları olğumuz üçün Ulu Öndərimizə minnətdarıq.

     1988-ci ildə erməni daşnakları “Böyük Ermənistan” yaratmaq xülyası ilə Azərbaycana qarşı ərazi iddiaları irəli sürdükcə o dövrkü şəriştəsiz rəhbərlərin xəyanəti nəticəsində torpaqlarımız bir-birinin ardınca işğal olunurdu.Ölkəni siyasi-iqtisadi böhran bürümüşdü.Paytaxt Bakıda vəziyyət olduqca acınacaqlı idi.Ölkə vətəndaş müharibəsinə sürüklənirdi.Çətinliklə əldə etdiyimiz müstəqilliyi bu dəfə də itirmək təhlükəsi ilə üzləşdik.Bir-birini tez-tez əvəz edən rəhbər dəyişikliyi xalqı çaş-baş qoymuşdu.1993-cü ilin iyun ayında Gəncə hadisəsi törədildi.Qardaş qanı axıdıldı.Hadisələrin dəhşətli məcraya yönəldiyini görən xalqımız çıxış yolunu öz böyük və müdrik oğlu Heydər Əliyevin gəlişində gördü.Məhz Heydər Əliyevin Naxçıvandan Bakıya gəlişi xalqımızı bütün bəlalardan hifz edib qorudu.Ulu Öndərin mahir diplomatik səyləri və qətiyyəti sayəsində imzalanan “Əsrin müqaviləsi” neft sazişlərinin reallaşması,özəl sektorun inkişafına yaradılan əlverişli şərait, müasir tələblərə uyğun istehsal inkişafına yaradılan müəssisələrin işə salınması nəticəsində yeni iş yerləri yarandı, əhalinin sosial durumu yaxşılaşdı,xüsusilə regionlarda müşahidə edilən tənəzzülə son qoyuldu.İdarəçilik sistemində zəruri islahatlar aparıldı,insanların rahatlığı üçün geniş imkanlar açıldı, xalqın seçimi və istəyi hər bir məsələnin həllində əsas amilə çevrildi.
             
     Ulu Öndər Heydər Əliyevin siyasi strategiyasından güc alan quruculuq prosesinin qısa zamanda daha geniş üfüqləri əhatə etdi.Azərbaycanı sevən,ölkəsinin gələcəyini düşünən hər bir vətəndaş tutduğu mövqeyindən asılı olmayaraq, üzərinə düşən vəzifəni ləyaqətlə yerinə yetirir,fəallıq və təəssübkeşlik göstərir.Böyük liderimiz, xalqımızın xilaskarı,Ulu Öndərimizin ideyaları bunu tələb edir.Azərbaycan müstəqilliyin gücləndirilməsi və onun dönməz xarakter alması, habelə heç kəsdən , nə siyasi, nə iqtisadi , nə də enerji cəhətdən asılı olmamağı üzərində çalışdı və buna nail oldu. Ulu Öndərin ideyaları bizə ruh verir.Bu ideyalar ümummilli liderin layiqli davamçısı İlham Əliyev tərəfindən ləyaqətlə davam etdirilir. 44 günlük Vətən müharibəsində qazanılan qələbə nəticəsində ermənilər tərəfindən 30 ilə yaxın müddətdə işğal altında saxlanılan torpaqlarımız düşmən tapdağından azad edildi.Azərbaycan xalqı 30 il ərzində bu günlərin həsrətində idi, Ali Baş Komandanımızın liderliyi və müzəffər ordumuzun , şəhidlərimizin, qazilərimizin qəhrəmanlığı  sayəsində xalqımız zəfər sevincini yaşadı, ölkəmizin ərazi bütövlüyü bərpa olundu.Ulu Öndərin xatirəsi daim qəlbimizdə yaşayacaqdır.
                   
    2023-cü il Azərbaycanın çoxəsrlik tarixinə "Heydər Əliyev İli" kimi daxil olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli sərəncamı ilə 2023-cü ili "Heydər Əliyev İli" kimi elan etməsi ölkəmizin çoxəsrlik tarixinin bu qeyri-adi təqvim ilini də əbədiləşdirmişdir . 2023-cü ilin "Heydər Əliyev İli" kimi keçirilməsi respublikamızda müstəqil dövlətçilik düşüncəsinin, azərbaycançılıq ideallarının, vətənpərvərlik tərbiyəsinin daha da möhkəmləndirilməsinə özünün sanballı töhfələrini verəcəkdir. Ümummilli lider Heydər Əliyevin uzaqgörən dövlətçilik idealları bu gün də müstəqil Azərbaycan Respublikasının inkişaf yoluna gur işıq salır.


    Ağayev İlham,
    Hişkədərə kənd E.Ağayev adına tam orta məktəbinin direktoru




    “Yeni həyat” qəzeti
    www.yeniheyet.az

                         шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 17:53 Masallının ərazilərində ağacəkmə aksiyası davam etməkdədir
    2. 18:03 Masallıda "Masallı STEAMçilər kulubu" layihəsinin açılışı
    3. 16:27 Şəhid Ziya Gözəlovun şəhadətinin 4-cü ildönümü anıldı
    4. 16:24 Rayon rəhbərinin 22 noyabr 2024-cü il tarixli vətəndaş qəbulu
    5. 16:21 Şəhid Niyaməddin Sultanzadənin şəhadətinin 4-cü ildönümü anıldı
    6. 14:37 32 illik şərəfli yol
    7. 14:16 Masallı RİH Başçısı 21.11.2024-cü il tarixdə Xıl ərazisinin sakinləri ilə görüşdü
    8. 09:06 Ağdamın Zəfər Günü 
    9. 18:39 Yeyənkənd kəndində küçələrin təmiri üçün hər kəs səfərbər olub
    10. 18:37 Böyük Kolatan kəndində transformator yeniləndi
    11. 18:36 Masallıda Uşaqlarıın VI Ümumrespublika Forumunda iştirak edəcək nümayəndələrlə görüş
    12. 18:20 Masallıda “Ağdam və Kəlbəcər Şəhəri Günü” münasibətilə tədbir keçirilib
    13. 10:04 Ağdamın əvvəlki şöhrəti bərpa olunacaqdır
    14. 09:40 Masallının tanınmış ziyalısı
    15. 22:00 Azərbaycan müharibəni həm döyüş meydanında, həm də siyasi müstəvidə qazanıb
    16. 18:40 Masallıda payızlıq kələm yığımı davam edir
    17. 18:37 Masallı RİH Başçısı 19.11.2024-cü il tarixdə Miyanku ərazisinin sakinləri ilə görüşdü
    18. 12:33 Yeni Azərbaycan Partiyası -32
    19. 12:31 Yeni Azərbaycan Partiyası -32
    20. 11:54 Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır
    21. 08:44 Azərbaycanı inkişafa aparan yol
    22. 08:42 COP 29: Dünya Azərbaycanda Masallıda tədbir                                 
    23. 23:30 20 noyabr - Ağdam şəhəri günüdür
    24. 23:30 Bədəlan ərazisinin Çayqıraq kəndində daxili yollar təmir olunur
    25. 23:00 Şəhid Elməddin Nəzərovun şəhadətinin 4-cü ildönümü anıldı
    26. 23:00 Masallı rayonu üzrə “Özünüməşğulluq” proqramı çərçivəsində aktivlərlə təmin olunmuş şəxslər barədə
    27. 14:07 “Biz Heydər Əliyev irsini öyrənirik” 
    28. 23:30 Şəhid Elçin Novruzovun şəhadətinin 4-cü ildönümü anıldı
    29. 23:00 Azərbaycan Prezidentinə yazırlar
    30. 10:18 Yeni Kaledoniya xalqı azadlıq mübarizəsində
    31. 20:30 Fransa torpaqların çirkləndirilməsində, zərərin vurulmasında günahkardır
    32. 18:40 Ağakişibəyli kəndində şəhid küçəsi abadlaşdırılır
    33. 18:35 Rayon rəhbərinin 15 noyabr 2024-cü il tarixdə növbəti vətəndaş qəbulu
    34. 11:12 200 ölkənin yekdil qərarı-Azərbaycan COP29-a ev sahibliyi edir
    35. 23:30 Azərbaycanın başladığı meqalayihələr çoxtərəfli əməkdaşlıq formatının qurulması ilə nəticələnib
    36. 23:00 Aləmə öyüd vermək istəyən Fransanın eyibləri faş oldu
    37. 18:38 Böyük Xocavar kəndində evi yanan kənd sakininə xeyriyyəçilər dəstək olurlar
    38. 18:35 Şəhid Sahib Şirəliyevin şəhadətinin 4-cü ildönümü anıldı
    39. 18:31 Masallı RİH Başçısı 14.11.2024-cü il tarixdə Qodman ərazisinin sakinləri ilə görüşdü
    40. 18:27 Masallı rayon İcra Hakimiyyətinin Başçısı tərəfindən yeni təyinatlar
    «    Noyabr 2024    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    DÜNYA XƏBƏRLƏRİ