• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Ulu Öndər Heydər Əliyev və milli dövlətçilik təfəkkür

    Ulu Öndər Heydər Əliyev və milli dövlətçilik təfəkkür


    Azadlıq bəşəriyyətin daim arzusunda olduğu və bu yolda mübarizələr apardığı şirin bir nemətdir.Tarix boyu azadlığı hər şeydən üstün tutan Azərbaycan xalqı zaman-zaman buna nail ola bilib, özünün mənəvi-psixoloji dəyərlərini qoruyub saxlayıb.Heydər Əliyev demişdir:”Siyasi rejimdə,əsarət altında yaşamasından asılı olmayaraq xalqımız həmişə milli azadlığa,istiqlala can atmışdır.”Ulu Öndərimizin tariximizə verdiyi bu qiymət onu deməyə əsas verir ki,millətin mənəviyyatından süzülüb gələn dəyərlər onun siyasi dünyagörüşünün kamilliyinin kökündə dayanır.

    Əldə etdiyimiz suverenliyimizin təhlükə qarşısında olduğu vaxtlarda xalqımızın böyük və müdrik oğlu , dünyaşöhrətli şəxsiyyət,ümummilli liderimiz Heydər Əliyevin titanik səyləri nəticəsində onu qoruyub saxlaya bildik.Odur ki, bu gün müstəqil dövlətin azad vətəndaşları oldumuz üçün Ulu Öndərimizə minnətdarıq.1988-ci ildə erməni daşnakları “Böyük Ermənistan” yaratmaq xülyası ilə Azərbaycana qarşı ərazi iddiaları irəli sürdükcə o dövrkü səriştəsiz rəhbərlərin xəyanəti nəticəsində torpaqlarımız bir-birinin ardınca işğal olunurdu.Ölkəni siyasi-iqtisadi böhran bürümüşdü.Paytaxt Bakıda vəziyyət olduqca acınacaqlı idi.Ölkə vətəndaş müharibəsinə sürüklənirdi.Çətinliklə əldə etdiyimiz müstəqilliyi bu dəfə də itirmək təhlükəsi ilə üzləşdik.Bir-birini tez-tez əvəz edən rəhbər dəyişikliyi xalqı çaş-baş qoymuşdu.

    1993-cü ilin iyun ayında Gəncə hadisəsi törədildi.Qardaş qanı axıdıldı.Hadisələrin dəhşətli məcraya yönəldiyini görən xalqımız çıxış yolunu öz böyük və müdrik oğlu Heydər Əliyevin gəlişində gördü.Məhz Heydər Əliyevin Naxçıvandan Bakıya gəlişi xalqımızı bütün bəlalardan hifz edib qorudu.Ulu Öndərin mahir diplomatik səyləri və qətiyyəti sayəsində imzalanan “Əsrin müqaviləsi” neft sazişlərinin reallaşması,özəl sektorun inkişafına yaradılan əlverişli şərait, müasir tələblərə uyğun istehsal inkişafına yaradılan müəssisələrin işə salınması nəticəsində yeni iş yerləri yarandı, əhalinin sosial durumu yaxşılaşdı,xüsusilə regionlarda müşahidə edilən tənəzzülə son qoyuldu.İdarəçilik sistemində zəruri islahatlar aparıldı,insanların rahatlığı üçün geniş imkanlar açıldı, xalqın seçimi və istəyi hər bir məsələnin həllində əsas amilə çevrildi.
                  Ulu Öndər Heydər Əliyevin siyasi strategiyasından güc alan quruculuq prosesinin qısa zamanda daha geniş üfüqləri əhatə etdi.Azərbaycanı sevən,ölkəsinin gələcəyini düşünən hər bir vətəndaş tutduğu mövqeyindən asılı olmayaraq, üzərinə düşən vəzifəni ləyaqətlə yerinə yetirir,fəallıq və təəssübkeşlik göstərir.Böyük liderimiz, xalqımızın xilaskarı,Ulu Öndərimizin ideyaları bunu tələb edir.Azərbaycan müstəqilliyin gücləndirilməsi və onun dönməz xarakter alması, habelə heç kəsdən , nə siyasi, nə iqtisadi , nə də enerji cəhətdən asılı olmamağı üzərində çalışdı və buna nail oldu. Ulu Öndərin ideyaları bizə ruh verir.Bu ideyalar ümummilli liderin layiqli davamçısı İlham Əliyev tərəfindən ləyaqətlə davam etdirilir.44 günlük Vətən müharibəsində qazanılan qələbə nəticəsində ermənilər tərəfindən 30 ilə yaxın müddətdə işğal altında saxlanılan torpaqlarımız düşmən tapdağından azad edildi.Azərbaycan xalqı 30 il ərzində bu günlərin həsrətində idi, Ali Baş Komandanımızın liderliyi və müzəffər ordumuzun , şəhidlərimizin, qazilərimizin qəhrəmanlığı  sayəsində xalqımız zəfər sevincini yaşadı, ölkəmizin ərazi bütövlüyü bərpa olundu.Ulu Öndərin xatirəsi daim qəlbimizdə yaşayacaqdır.
                 
    2023-cü il Azərbaycanın çoxəsrlik tarixinə "Heydər Əliyev İli" kimi daxil olur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli sərəncamı ilə 2023-cü ili "Heydər Əliyev İli" kimi elan etməsi ölkəmizin çoxəsrlik tarixinin bu qeyri-adi təqvim ilini də əbədiləşdirmişdir .2023-cü ilin "Heydər Əliyev İli" kimi keçirilməsi respublikamızda müstəqil dövlətçilik düşüncəsinin, azərbaycançılıq ideallarının, vətənpərvərlik tərbiyəsinin daha da möhkəmləndirilməsinə özünün sanballı töhfələrini verəcəkdir.Ümummilli lider Heydər Əliyevin uzaqgörən dövlətçilik idealları bu gün də müstəqil Azərbaycan Respublikasının inkişaf yoluna gur işıq salır.

                         
    Məhbubə Şahbazova,
    Bədəlan kənd tam orta məktəbinin tədris işləri üzrə direktor müavini



    “Yeni həyat” qəzeti,
    www.yeniheyet.az
     шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 12:28 Vətənə xidmətdə keçən ömür
    2. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    3. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    4. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    5. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    6. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    7. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    8. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    9. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    10. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    11. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    12. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    13. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    14. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    15. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    16. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    17. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    18. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    19. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    20. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    21. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    22. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    23. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    24. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    25. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    26. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    27. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    28. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    29. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    30. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    31. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    32. 23:30 İşıqlı və təhlükəsiz gələcəyə doğru
    33. 17:29 Rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi 11.08.2025
    34. 11:15 DİQQƏT! DİQQƏT!
    35. 09:20 Polis Masallıdakı istirahət zonalarında profilaktik tədbirlər həyata keçirib
    36. 13:51 Masallı rayonunun 95-ci ili
    37. 13:48 Masallı rayon İcra Hakimiyyəti başçısının təbriki
    38. 17:16 Masallıda rayon rəhbərinin 07 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    39. 17:33 Masallının Şıxlar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 06.08.2025
    40. 17:30 Masallının Şıxlar kəndində 06 avqust 2025-ci il tarixdə səyyar qəbul
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ