• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Azərbaycan – Özbəkistan əlaqələri qardaşlığın bariz nümunəsidir

    Azərbaycan – Özbəkistan əlaqələri qardaşlığın bariz nümunəsidir


    Azərbaycan- Özbəkistan əlaqələrinin qurulması, iki qüdrətli türk dövlətinin bir- birinə daha da yaxınlaşması Ümumilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır.  Ümumilli liderimiz Heydər Əliyev ölkəyə həm birinci rəhbərliyi, həm də ikinci rəhbərliyi dövründə Özbəkistana etdiyi səfərlər iki qardaş dövləti bir- birinə daha da yaxınlaşdırmışdır.
         
    Təbii ki, cənab Prezident İlham Əliyevin 2003- cü il hakimiyyətə gəldiyi dövrdən başlayaraq Azərbaycan – Özbəkistan əlaqələri daha da möhkəmləndirilmişdir.Bunun bariz nümunələri Azərbaycan  və Özbəkistan arasında olan iqtisadi, sosial, mədəni əlaqələrdir.
         
    Hər şeydən əvvəl onu vurğulamaq istərdim ki, iki türk dövlətinin qardaşlaşdıran ən mühüm hadisə Ulu öndərimiz Heydər Əliyevin şərəfinə və onun adını daşıyan paytaxtın Mirabad rayonunda küçənin və burada qoyulmuş barelyefin açılışı oldu.
       
    Onu da bildirmək istəyirəm ki, Özbəkistan digər qardaş türk dövlətləri kimi Ümumilli liderimiz Heydər Əliyevə çox böyük önəm verən dövlətlərdən biridir.Özbək xalqı tarixə XX əsrin görkəmli siyasi və dövlət xadimi kimi daxil olmuş dahi lider Heydər Əliyevi yaxşı tanıyırlar.Özbək xalqı onu da bilir ki, Ulu öndərimiz  bütün həyatını öz dövlətinə , xalqının gələcəyinə həsr edib. Ölkəsi, milləti üçün ən ağır illərdə onun taleyinə görə çox böyük məsuliyyəti cəsarətlə  öz üzərinə götürüb, müasir dövlətçiliyin əsaslarını yaradıb, Azərbaycanda bütün sahələrdə geniş miqyaslı dəyişiklikəri uğurla həyata keçirib.
       
    Özbək xalqı onu da bilir ki , Ulu öndər müstəqil Azərbaycanın memarıdır. Ümumilli liderimizin qətiyyəti və siyasi iradəsi , zəngin rəhbərlik təcrübəsi və müstəsna liderlik keyfiyyəti gənc, müstəqil dövləti xilas etdi. Bütün bunlardan əlavə qardaş dövlət olan Özbəkistan 15 iyun “ Milli Qurtuluş günü” müzə də çox böyük önəm verir. Belə ki, 15 iyunda Ümumilli liderimizin Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdışını, ölkəmizin düşdüyü bəlalardan xilas etdiyini özbək xalqı yaxşı bilir.
           
    Azərbaycan və Özbək xalqlarının taleylərində də oxşarlıqlar çoxdur. Xalqlarımız çətin, dözülməz dövrlər yaşamalı olub. Bununla belə, həm Azərbaycan, həm  də Özbək xalqları öz mənəvi dəyərlərini , milli qürur və mənliyini qoruyub saxlayıb, öz gələcəklərini özlərinin qurması hüququnu saxlayıblar. Azadlığa doğru keçdiyimiz keşməkeşli yolu qiymətləndirmək onun qədrini bilməyə çalışmışdırlar.
       
    Azərbaycan və Özbək xalqı yaxşı bilir ki, əldə edilmiş milli müstəqilliyimiz bu gündə layiqincə qiymətləndirilməli , onu hərtərəfli möhkəmləndirərək sonrakı nəsillərə çatdırmalıyıq .Biz özümüz də azərbaycanlı olaraq tarixin bizə verdiyi dərsləri nəzərə alaraq  Ümumilli liderimiz Heydər Əliyevin Azərbaycan üçün, öz doğma xalqı üçün etdiyi fədakarlıqları  heç bir zaman unutmamalıyıq. Heç unutdurmağa da haqqımız yoxdur . Ona görə haqqımız yoxdur ki, Ulu öndərimiz elə bir tarixi şəraitdə hakimiyyətə gəlmişdir ki, ölkəmiz yox olmaq ərəfəsində idi. Dahi liderimiz bizi yox olmaqdan xilas etdi.
       
    Ümumilli liderimiz Heydər Əliyev öz xalqına həmişə böyük hörmətlə yanaşıb. Ulu öndərimiz həmişə istəyirdi ki, Özbəkistan da dünyanın ən öndə gedən , lider dövlətlərindən biri olsun. Ulu öndər həmişə özbək tarixinə , mədəniyyətinə, milli ənənələrinə səmimi heyranlığını bildirib.
       
    Son illərdə iki qardaş türk dövlət olan Azərbaycanla Özbəkistan münasibətləri yüksək strateji tərəfdaşlıq səviyyəsinə çatıb . Təbi ki, iki türk dövləti arasında bu cür əlaqələrin yüksək səviyyəyə çatması Cənab Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin nəticəsidir.
         
    Biz də əminliklə inanırıq ki, bu gün həm Azərbaycanda, həm də Özbəkistanda gənclərin örnək hesab etdiyi  Ümumilli liderimiz Heydər Əliyevə həsr edilmiş memorial kompleks ölkələrimiz və xalqlarımızın sarsılmaz dostluğuna parlaq simvol olacaq.
       
     

    Tarix müəllimi Babayev Rafis Yusif oğlu.
    Masallı rayon Hüseynhacılı kəndi.


    “Yeni həyat” qəzeti
    www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 11:43 Rayonun Kolatan-Xanalıyan avtomobil yolu bərpa edilir
    2. 11:24 Masallıda rayon rəhbərinin şəhidlərə diqqəti 30.07.2025
    3. 11:22 Masallıda rayon rəhbərinin 31 iyul 2025-ci il tarixli vətəndaş qəbulu
    4. 16:37 Dil - insanları birləşdirən ünsiyyət vasitəsidir
    5. 15:46 Masallı DAİM-də dəyirmi masa
    6. 16:17 Masallıda kartofçuluq və taxılçılıqla bağlı müşavirə
    7. 17:53 Rayonun Çayqıraq kəndinin yolu təmir edilir
    8. 17:50 Masallıda şəhid Sübhan Həsənovun doğum günü anılıb
    9. 15:28 Masallıda rayon rəhbərinin şəhid ailələri ilə növbəti görüşü-25.07.2025
    10. 13:37 Masallıda 2025-cü ilin avqust ayına olan səyyar-görüş qəbulları barədə
    11. 17:30 Masallıda “II Regional Gənclər Festivalı” keçirilmişdir
    12. 10:45 Masallıda rayon rəhbərinin 24 iyul 2025-ci il tarixli vətəndaş qəbulu
    13. 19:34 Prezident İlham Əliyevin 3-cü Beynəlxalq Media Forumundakı Çıxışı: Yeni Reallıqlar və Qlobal Media Perspektivi
    14. 16:35 III  Şuşa Qlobal Media Forumu təkcə regional deyil, eyni zamanda, beynəlxalq əhəmiyyət daşıyan bir platforma kimi çıxış etdi
    15. 15:10 Masallının Yeyənkənd kəndində 23 iyul 2025-ci il tarixdə səyyar qəbul
    16. 15:05 Masallının Yeyənkənd ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 23.07.2025
    17. 11:05 III Şuşa Qlobal Media Forumu Qlobal baxışların kəsişdiyi strateji platformadır
    18. 23:30 Azərbaycan sağlam əməkdaşlığa hər zaman açıq olub
    19. 15:10 Masallıda 2025-ci ildə kartof məhsuldarlığı
    20. 14:36 Milli Mətbuat Günü ilə bağlı dəyirmi masa - MASALLIDA
    21. 13:58 Masallıda “Maariflənmə, müasirləşmə, ümummilli məqsədlərin təbliğində milli mətbuat və jurnalistikanın rolu” mövzusunda tədbir
    22. 12:03 Azərbaycan milli mətbuatının 150 illik yubileyidir
    23. 23:00 Prezident İlham Əliyevin III Şuşa Qlobal Media Forumunda çıxış etmişdir
    24. 17:30 Azərbaycan milli mətbuatının 150 illik yolu
    25. 23:30 22 İyul Milli Mətbuat Günü ilə əlaqədar
    26. 23:30 22 iyul Milli Mətbuat günü
    27. 10:06 Qəzet dövlət arxivi, dövlətçilik tarixidir
    28. 23:00 22 iyul Milli Mətbuat Günü 
    29. 16:16 AZƏRBAYCAN MƏTBUATI TARİXƏ İZ SALIB
    30. 15:48 Sığdaş kəndində əhalinin içməli su ilə təminatı yaxşılaşdırılır
    31. 14:18 Masallıda Mənzil Kommunal Təsərrüfatı İstehsalat birliyi tərəfindən genişmiqyaslı abadlıq işləri 
    32. 11:06 Azərbaycan mətbuatı – 150
    33. 09:05 Azərbaycan Milli mətbuatının davamlı inkişafı
    34. 18:19 150 yaşlı milli mətbuatımız və biz
    35. 16:47 Boradigah qəsəbəsində çay və suaparıcı kanallarda təmizlik işləri aparılır 
    36. 16:45 Rayonun Xıl-Sirəbil yolu təmir edilir
    37. 16:43 Masallı rayonunun Şərəfə kəndində mühüm infrastruktur yeniliklər
    38. 15:15 Masallıda rayon rəhbərinin 17 iyul 2025-ci il tarixli vətəndaş qəbulu
    39. 22:16 Masallıda rayon rəhbəri Dəmirçi kənd məscidində aparılan əsaslı təmir işləri ilə tanış oldu
    40. 14:57 Masallının Bədəlan ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 16.07.2025
    «    İyul 2025    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031 
    DÜNYA XƏBƏRLƏRİ