UNUTSAQ, UNUDULARIQ » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • UNUTSAQ, UNUDULARIQ


    Sadə, qürurlu insan
    Novruz Hüseyin oğlu Ağayev 1924-cü ildə Masallı rayonunun Çaxırlı kəndində orta əkinçi ailəsində anadan olmuşdur. 1938-ci ildə Çaxırlı yeddiillik məktəbini bitirdikdən sonra Salyan Pedaqoji məktəbini 1941-ci ildə başa vurmuşdur.
    1949-cu ildə Bakı ikillik hüquq məktəbini də müvəffəqiyyətləbitirmişdir.

    Sentyabr 1941-ci ildən fevral 1942-ci ilə kimi Alvadı kənd yeddiillik məktəbində, fevral 1942-ci ildən-dekabr 1945-ci ilə kimi Çaxırlı yeddillik (Kəlbəhüseynli kəndində) məktəbində müəllim, dekabr 1945-ci ildən-sentyabr 1947-ci ilə kimi Çaxırlı yeddiillik məktəbində direktor işləmişdir.
    Mart 1950-ci ildən 4 oktyabr 1952-ci ilə kimi Lerik rayon prokurorluğunda xalq müstəntiqi işləmişdir. 1955-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsinin qiyabi şöbəsini bitirib.

    Oktyabr 1952-ci ildən dekabr 1954-cü ilə kim Salyan rayon prokurorluğunun xalq müstəntiqi vəzifəsində işləmişdir. Orada işləyərkən bir cinayət işi ilə əlaqədər bir nəfər Novruz müəllimin yanına gəlib, deyir ki, sənə çox sifarişlər etdim, məni eşitmək istəmədin. İndi özüm gəldim ki, biləsən, gətirdiyim bu bağlamada puldur, götür, bu işə çox da dərindən girişmə. Novruz müəllim deyir ki, bağlamanı da götür get, qanun nəyi deyirsə mən eləcə də yanaşacam. Həmən adam deyir, eybi yoxdur, bu bağlamanı başqa yerə yönəldib, səni buralardan uzaqlaşdıraram. Elə də olur. Bununla da
    N.Ağayevin müstəntiqliyi və Salyanda işləməsi sona çatır.

    Rayonda hamı onu çox qürurlu insankimi tanıyıyırdı. Taleyin ona pay olan bu qismətini yaşasa da sarsılmadı,sonra oradan yenidən Çaxırlı 7 illik məktəbinə müəllim işləməyə qayıdır. 1961-ci ildən 1967-ci ilə kimi Masallı rayon partiya komitəsində təlimatçı işləyir. 1967-ci ildən ömrünün axırına kimi respublika həmkarlar ittifaqı Masallı rayon komitəsinin sədri işləmişdir. İşlədiyi müddətdə hamının hörmətini qazanmağa çalışırdı.
    Novruz müəllim 19 il rayon həmkarlar ittifaqının sədri işlədiyi dövrdə minlərlə müxtəlif vəzifələrdə olan həmkarlar ittifaqının üzvlərinin hər birinə qayğıyla yanaşır, onların dərdlərinə şərik olurdu. İşinin fədaisi idi. Onun üçün məhdud bir iş vaxtı yox idi. Səhər saat doqquzun yarısında evdən çıxar, gecə saat 11-də, bəzən saat 12-də evə gələrdi. İş yerindən Masallı Payon Partiya Komitəsinin binası aydın görünərdi, orada işıqlar sönəndən sonra işdən qayıdardı. O, özünə qarşı başqalarından daha çox tələbkar idi, xəstə olduğu hallarda da işdən qalmaq istəmirdi. Yanına gələn hər bir insanı səbrlə dinləməyə çalışırdı. Mən onun övladı yaşda olsam da, qohum kimi söhbətlərimiz çox yaxşı alınırdı. Söhbətlərimizin birində dedi: "Sovxozların birindən bir fəhlə mənə müraciət etdi ki, ot çalımı ilə əlaqədər zəhmət haqqı kimi verilən pul bizi qane etmir, yoncanin, qıyaq otunun, çayırın qiymətləri ayrı-ayrı olmalıdır, relyef nəzərə alınmalıdır. Buna görə mən də aidiyyatı orqandan mütəxəssis dəvət edib, iki nəfər də yaxşı dəryazçı çağırdım, iş başa çatandan sonra nəzarət edən mütəxəssis də təsdiqlədi ki, dəyişiklik edilməlidir. Nisbətən də olsa nəticə əldə edə bildik. O,hər bir təklifi dinlədikdən sonra ona qayğı ilə yanaşırdı".

    Novruz müəllim qohum kimi də çox mehriban və qayğıkeş insan idi. Çaxırlı kənd tam orta məktəbinin müəllimi İlham Mürsəlov söz düşəndə həmişə bir hadisəni yada salır. "Deyir, məni ali məktəbdən təcrübəyə göndərmişdilər. Getdim Novruz müəllimin yanına, məni qəbul etdi. Dedi oğul, kasıb oğlansan, gəl səni işə götürüm, həm praktikanı keç, həm də heç olmasa təzə kostyum alıb instituta qayıdarsan. Tərəddüd etməyimə baxmayaraq məni işə qəbul etdi, Bakıya qayidanda da ailəni çətinliyə salmadım, Allah onu rəhmət eləsin!"
    Rəhmətlik kənddə yaşayırdı, hər gün rayona İdarənin köhnə bir "vilis" maşını ilə gedirdi. Rayona gedən adamların yolda qalmasına razı olmazdı, ona görə də rayon mərkəzinə qədər azından 4 dəfə maşından düşərdi.

    14 avqust 1986-cı ildə uzun sürən xəstəlikdən sonra o, həyat nərdivanından düşərək əbədiyyətə qovuşdu. Vəfatı bütün dostları və qohumları kədərləndirdi. Rayonun bütün kəndlərində ölümünə təəssüflənən çox oldu. Sadə olduğu qədər də qürurlu idi. Bu yazı çapa hazırlananda sabiq Krupskaya adına sovxoz həmkarlar ittifaqının ən qabaqcıl sədri olmuş Tarıverdi Cahangirov söylədi ki Ağayev kimi insanlar həyatda az olur. O, ədalətli, izzətli bir şəxs idi. Onu heç vədə unuda bilmirəm. Uzun illər birlikdə işləmişdik...

    Novruz müəllim mehriban və qayğıkeş ailə başçısı idi. Həyat yoldaşı Asiyə xanımla birlikdə 6 oğul, 4 qız övladı böyüdüb tərbiyə etmişlər. Bu işıqlı dünyaya əlvida deyən Novruz Ağayev mən deyərdim ki, hələ uzin illər yaddaşlardan silinməyəcək. Çünki o, mənalı, insanlara lazım olan bir həyat yaşamışdı. Həyatda iz qoya bilmişdi. Övladları atalarına layiqböyüyüblər, onlar da övlad və nəvə sahibidirlər.




    Ziyafət MƏMMƏDOV,
    ştatdankənar müxbirimiz




    “Yeni həyat” qəzeti
    www.yeniheyet.azшаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 12:18 Rayonun Böyük Kolatan şəhid Əli Quliyevin şəhadətinin 6-cı ildönümü anıldı
    2. 12:17 Masallıda kənd təsərrüfatı, balıqçılıq, akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafı mövzusunda tədbir
    3. 12:16 Masallı Rayon İcra Hakimiyyəti başçsının 29.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    4. 10:54 Masallıda 2026-cı ilin noyabr ayına olan səyyar-görüş qəbulları
    5. 19:35 “MASALLI MARAFONU – 2026” YARIMARAFON YARIŞINA DƏVƏTLİSİNİZ!
    6. 19:30 Rayonun Ərkivan qəsəbəsində Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyası
    7. 19:48 Masallıda heyvan sağlamlığının qorunması sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olundu
    8. 10:57 Azərbaycan Prezidentinə yazırlar
    9. 16:27 Masallı Gənclər Evi Sosial Xidmət Müəssisəsində 21.10.2026-cı il tarixdə narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirici tədbir
    10. 16:24 Rayonun Çaxırlı kəndində şəhid Ağamalı Ağayevin şəhadətinin 6-cı ildönümü anıldı
    11. 16:24 Rayonun Ərkivan qəsəbəsində şəhid Famil Əlizadənin şəhadətinin 6-cı ildönümü anıldı
    12. 16:22 Rayon rəhbəri Səmədxanlı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.10.2026
    13. 16:19 Rayon rəhbəri 21 oktyabr 2026-cı il tarixdə İkinci Səmədxanlı kəndində səyyar qəbul keçirib
    14. 22:55 Masallıda “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, Sağlam gələcək!” mövzusunda tədbir
    15. 22:51 Masallıda çağırışçılar müddətli həqiqi hərbi xidmətə xüsusi mərasimlə yola salındı
    16. 12:01 Azərbaycan Prezidentinə yazırlar
    17. 23:58 Rayonun Xıl kəndində şəhid Elgün Mikayıllının şəhadətinin 6-cı ildönümü anıldı
    18. 23:00 Rayonun Qarğalıq kəndində şəhid Elvin Əzizovun şəhadətinin 6-cı ildönümü anıldı
    19. 16:57 Masallıda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirə
    20. 16:52 Rayonun Kürdəbazlı kəndində şəhid Gülşad Xəlilovun şəhadətinin 6-cı ildönümü anıldı
    21. 16:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 15.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    22. 12:05 Azərbaycan Prezidentinə yazırlar
    23. 12:04 Azərbaycan Prezidentinə yazırlar
    24. 17:08 Rayonun Təzə Alvadı kəndində şəhid Sənan Səlimovun şəhadətinin 6-cı ildönümü anıldı
    25. 17:04 Rayon rəhbəri Musaküçə kəndində asfaltlanma işləri ilə tanış olub
    26. 17:01 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.10.2026
    27. 16:58 Rayon rəhbəri 14 oktyabr 2026-cı il tarixdə Məmmədxanlı kəndində səyyar qəbul keçirib
    28. 10:10 Azərbaycan Prezidentinə yazırlar
    29. 10:08 UNUDULMUR...
    30. 11:52 Azərbaycan Prezidentinə yazırlar
    31. 11:51 Azərbaycan Prezidentinə yazırlar
    32. 11:41 Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
    33. 09:21 Azərbaycan və Mərkəzi Asiya: Ortaq tarix, birgə gələcək
    34. 18:43 Rayonun Banbaşı kəndində şəhid Elmir Akifzadənin şəhadətinin 6-cı ildönümü anıldı
    35. 16:42 Masallı rayonunun Hişkədərə kəndində şəhid İbrahim Lələyevin şəhadətinin 6-cı ildönümü anıldı
    36. 16:46 “PeşəFest-2026” - Masallıda
    37. 16:44 Rayonun Ərəb kəndində şəhid Cəbrayıl Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    38. 08:43 MÜHÜM VƏZİFƏLƏR
    39. 16:21 Rayonun Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun doğum günü qeyd olunub
    40. 16:19 Rayonun Güllütəpə kəndində şəhid Şəmsəddin Təhməzovun şəhadətinin 6-cı ildönümü anıldı
    «    Noyabr 2026    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30 
    DÜNYA XƏBƏRLƏRİ