Ümumrespublika təmizlik aksiyalarında 4 min kiloqrama yaxın tullantı toplanıb
- 2-07-2023, 17:48
- Maraqlı
- 0
- 188
Bu gün Ağcabədi, Masallı, Sabirabad, Qəbələ, Lənkəran, Bərdə, Şəmkir, Göygöl, Şəki, Quba və digər rayonların meşə ərazilərində, çay sahillərində təmizlik aksiyaları keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, nazirliyin regional bölmələrinin, yerli icra orqanlarının əməkdaşlarının, sakinlərin iştirakı ilə keçirilən aksiyalar zamanı, ümumilikdə 3 min 700 kiloqramdan artıq müxtəlif növ tullantı yığılaraq ərazilərdən daşınıb.
Nazirlik hər kəsi təbiət qoynunda dincələrkən təmizliyə riayət etməyə, atılan hər bir tullantının böyük yanğınlara səbəb ola biləcəyinin fərqində olmağa, ətraf mühiti birgə qorumağa çağırır.
“Yeni həyat” qəzeti,
www.yeniheyet.az