Zirvəyə aparan yol » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Zirvəyə aparan yol

    Zirvəyə aparan yol


    Arzularına tədqiqatları ilə cığır açan alim


    Həyat kimləri döyə-döyə bərkidirsə, kimlər əziyyətli, zəhmətli bir həyatdan keçirsə, onları əymək, sındırmaq, dəyişmək mümkün olmur. Belələri sədaqətli, səmimi, xeyirxah, insanpərvər, vətənpərvər, sözübütöv, əqidəli olurlar. Məhz İlham Tahirov da bu xoşbəxtliyin sevincini və qürurunu yaşayan alim-ziyalılarımızdandır. Mən onu otuz ilə yaxındır ki, tanıyıram. Amma ömür yolunu vərəqlədikcə, haqqında danışılan söz-söhbəti dinlədikcə halallığı, mərdlik, ədalət və səxavəti ilə seçilənlərdən olan, dərgahı göylərə açılan uca bir insan, elm adlı bir mələk haqqında nağıllara qulaq asırsan elə bil. Masallı yurdunun sinəsinə qızılgül kimi sancılan Miyankü kəndinin geniş darvazasından əsrlər boyu kimlər keçməyib, kimlər adlamayıb?... Axı torpaq da insan kimidir, - deyirlər...

     “Qızmar yay dövrünün ilk günlərinin birində bar-bərəkət rəmzi sayılan bu kənddə dünyaya göz açmışam. İndi 60 yaşımın ucalığından baxıb yenə də bu yurdu ruhumun əbədi beşiyi sanıram... lap yeniyetmə yaşlarımdan səyahətə çıxmaq, vətən torpağını qarış-qarış gəzib, onun bütün gözəlliyini göz yaddaşıma köçürmək arzusunda olmuşam. Bəlkə elə ona görə də mənim ömür yolum ucu-bucağı görünməyən, nəhayətsiz yollardan başlayır... Bir gün müəlliməm, bir gün alim. Bir gün isə dilçi-tərcüməçi”.

    Hər adamın öz dövrü var, hər dövrün öz adamı. Ötən əsrin 63-cü ilində Masallı rayonunun Miyankü kəndində dünyaya gələn İlham Mikayıl oğlu Tahirov şərəfli ömrünü yaşayır. İlham müəllim Miyankünü özü üçün rəsmi rəmz seçməsə də, doğulduğu kənd onun üçün əbədi inanc yeridir.

    Keşməkeşli ömür yolunu özündən yaxşı heç kəs xatırlamır:

    “Orta məktəbdə oxuyarkən bir neçə ictimai iş tapşırdılar mənə: divar qəzetinin buraxılışı, komsomol komitəsinin katibi, həmkarlar təşkilatının sədri və sair və ilaxır. Bircə yadımda qalan odur ki, əlavə işlər dərslərimə mane olmurdu. Məktəbi əla qiymətlərlə bitirdikdən sonra ali məktəb həyatım başladı. İndiki Dillər Universitetinin ingilis dili fakültəsini fərqlənmə diplomu ilə bitirdim. Təhsil dövründə çox tanınmış, görkəmli alim və pedaqoqlardan dərs aldım. Universiteti bitirdikdən sonra tədrislə məşğul oldum. 1990-cı ildən isə həyatımı Dilçilik İnstitutu ilə bağladım”.

    İlham Tahirov sözə əyilən, sözə ümid edən, köksündə bişirdiyi sözdən asılı olan, sözünün ağası olan insandır.

    Söz o vaxt güclü olur ki, onu deyən insan uzun müddət özü öz qəlbində gəzdirir, sözü bişirir, yoğura-yoğura bişirir. Yaxşı yoğrulmuş bişmiş söz güclü olur. Yoğrulmamış, bişməmiş söz yadda da qalmır, vaxtla, zamanla da uyuşmur. Küt düşmüş çörəyə bənzəyir. Mən demirəm ki, İlham müəllimin elmi yaradıcılığında küt düşmüş “söz”lər, “fikir”lər yoxdur. Var.. Ancaq bunların da kündəsi İlham Tahirovun öz qəlbində yoğrulduğu üçün ona əzizdir, elmə də doğmadır. Ona görə ki, elm adamı hiss edir ki, bu söz qəlpələri, qatarlanmış tədqiqatlar İlham Tahirovun köksündən qopub ayrılıb. Yaxşı söz yaxşı tədqiqat dənizin dərinliklərindəki mirvari kimidir.

    “Hər səhər zümrüdü yuxudan durub, ətrafında çöl-çəmən, gözəllik, ucalıq görən insanlar! Salam-əleyküm!... Ruhum torpağından maya tutan Masallı yurdu! Xoş gördük! Heç yadınıza gəlirmi, ürəyimi bu yerlərdə qoyub getdiyim gün? İlahi sevgimə, Tanrı istəyimə əzəl beşik, əzəl yurd! Qeybanə bir səsin sifarişi ilə hər dəfə bu yerlərə gələndə hayana baxıramsa atamın ayaq izlərini, mələk simalı ağbirçək anamı görürəm. Elə bilirəm onlar mənim arzularımın dağ çayındakı sellərinə qovuşub səssiz-səmirsiz axıb gedir...

    Professor İlham Tahirov dilçi alim kimi düşündürücü ideyaları, orijinal münasibəti, polemikaya hazır olan potensialı ilə fərqlənir. Mənə elə gəlir ki, əgər yaradıcı adam öz fikirləri ilə, eləcə də istənilən bir məsələyə münasibəti ilə başqalarını düşündürə bilirsə, deməli o, istedad sahibidir. Əsas isə istedad sahibi olmaqdır. Tale elə gətirib ki, Ulu Tanrı İlham müəllimə də istedad verib: alimlik və tərcüməçilik istedadı. İlham müəllim öz aradıqlarının arxasınca düşüb sonsuzluğa uzanan bir yolu qət edir. Bəzən özünü də, axtardıqlarını da tapır, bəzən isə uzun sürməyən bir səadəti itirir.  Bəzən izinə düşdüyü yolçular qaranlıqlar içində yox olur, onda İlham Tahirov da qaranlıqlara qərq olur. Bəzən onun yolçuları nağıl dünyasındakı qara qoçun, ağ qoçun belinə atlanır, İlham Tahirovla birgə... Odur ki, o, bir alim kimi dəyişkən əhvali-ruhiyyə ilə yaşayır.  O, əhvali-ruhiyyəsinin bütün məqamlarında axtarışdadır: sakit dayananda da, əsəbi olanda da, danışanda da, güləndə də, güldürəndə də...

     “İnsan həyatında elə mənalı günlər, elə mənalı anlar olur ki, onları zaman-zaman yada salanda qəlbin ilıq hiss və duyğularla riqqətlənir və sən dünyada ən ali, təmənnasız mənəvi dostluğun hər şeydən üstün olduğuna bir daha inanırsan... Əlbəttə, bu cür münasibətlərə hər adam qadir deyil. Bunun üçün fitrətən geniş ürəyin, sadə və açıq təbiətin olmalıdır”.

    Professor İ.Tahirov həm də pedaqoqdur. O, uzun illərdir ki, Azərbaycanın müxtəlif ali təhsil ocaqlarında çalışıb, bu gün də çalışır. Hər gün gənclərlə görüşür, onların əhatəsində yaşayır. Bu mühit İ.Tahirova rəngarəng mövzularla yanaşı, güclü ilham verir. Onun ilhamının gücü dərs dediyi, mühazirələr oxuduğu, seminar məşğələlər apardığı tələbələrindəndir.

    “Deyirlər, elmin vətəni olmur, amma alimin mütləq vətəni olmalıdır. Başqa xalqların dilini öyrənməyə müəyyən zaman məsafəsi kifayət edər, amma öz dilini öyrənməyə vallah bir insan ömrü bəs etmir. Ömrünün bahar tək körpəlik dövrünü, yay kimi gənclik çağlarını, payız kimi saçlara gümüşü dən düşən vaxtlarını, boranlı-şaxtalı qış günlərinə bənzər uzun gecələrini saysız-hesabsız kitablar arasında keçirmişəm”.

    İlham Tahirov ağır sınaqlardan, tər tökən həyat imtahanlarından keçmiş yorulmuş, lakin hələ arzularının çin olmadığını gördükdə inadla ayağa durub irəliyə baxan alimdir. İlhamına sarılaraq istəyinə, arzusuna tədqiqatları ilə cığır açan alimdir. Ömür adlı karvanın nə qədər uzun bir yolda olduğunu dərk edən alimdir. Özünə və sözünə inanan alimdir. Sözü və onun çəkisini özü qədər qiymətləndirən alimdir. Sözü əsərlərinə yerli-yerində və məqamında düzməyi bacardıqda isə ona Tanrının himayə etdiyi bir varlıq kimi yanaşan alimdir. Hissləri, duyğuları, arzu və istəkləri daşa dəydikdə, qara qüvvələrlə toqquşduqda, ağlı hissini üstələyənlərin baryerlərini aşa bilmədikdə pessimizm notları ilə yaşayan alimdir. Bir sözlə, təbiidir, zərifdir, bəzən inadkar, bəzən üsyankar, bəzən sadəlövh, bəzən təvazökar alimdir. Nəhayətdə isə İlham Tahirov hər şeydən əvvəl ALİMDİR! Məhz onun bir alim kimi gücü bunlardadır!

    İlham müəllim ömrünün elə mərhələsindədir ki, geriyə baxmaq, ötüb-keçənləri xatırlamaq məcburiyyətindədir. O, irəliyə, gələcəyə baxmağı da unutmur. Odur ki, indi onun insan - alim ömrü limana yan almaq istəyən gəmiyə bənzəyir. Bu gəmi yenidən limandan hərəkətə başlayacaqdır. Professor İlham Tahirov hələ limanda ümid, enerji, güc toplayır, üzünü Yaradana tutaraq ümid ver deyir!

    Bu arada müqəddəs bir yaş  - 60 yaş İlham müəllimin qapısını döydü. Sevinirik ki, İlham Tahirovun canı sağlam, ruhu təzə, enerjisi tükənməzdir. Hələlik 60 yaşlı İ.Tahirov üçün Peyğəmbərimizin bir fikrini söyləmək istərdim. Peyğəmbərimiz deyib ki, heç vaxt doymayan iki ac var: elm acı və var-dövlət acı. İlham Tahirov birincilərdəndir. Elmi tədqiqatlarından, elmi fəaliyyətindən doymayan bir alim kimi hələ yeni-yeni əsərləri, məqalələri ilə Azərbaycan dilçilik elmini sevindirəcəkdir. Ona bu yolda uğurlar, cansağlığı arzulayır, 60 yaşınız mübarək! deyirəm.

    Amma, ürəyiniz sıxılmasın, qarşıda hələ 70-də var, 80, 90, 100 də...

     

    Fizuli MUSTAFAYEV,
    filologiya üzrə fəlsəfə doktoru, AMEA Nəsimi adına Dilçilik İnstitutunun Tətbiqi dilçilik şöbəsinin aparıcı elmi işçisi





    “Yeni həyat” qəzeti,
    www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 12:18 Rayonun Böyük Kolatan şəhid Əli Quliyevin şəhadətinin 6-cı ildönümü anıldı
    2. 12:17 Masallıda kənd təsərrüfatı, balıqçılıq, akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafı mövzusunda tədbir
    3. 12:16 Masallı Rayon İcra Hakimiyyəti başçsının 29.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    4. 10:54 Masallıda 2026-cı ilin noyabr ayına olan səyyar-görüş qəbulları
    5. 19:35 “MASALLI MARAFONU – 2026” YARIMARAFON YARIŞINA DƏVƏTLİSİNİZ!
    6. 19:30 Rayonun Ərkivan qəsəbəsində Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyası
    7. 19:48 Masallıda heyvan sağlamlığının qorunması sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olundu
    8. 10:57 Azərbaycan Prezidentinə yazırlar
    9. 16:27 Masallı Gənclər Evi Sosial Xidmət Müəssisəsində 21.10.2026-cı il tarixdə narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirici tədbir
    10. 16:24 Rayonun Çaxırlı kəndində şəhid Ağamalı Ağayevin şəhadətinin 6-cı ildönümü anıldı
    11. 16:24 Rayonun Ərkivan qəsəbəsində şəhid Famil Əlizadənin şəhadətinin 6-cı ildönümü anıldı
    12. 16:22 Rayon rəhbəri Səmədxanlı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.10.2026
    13. 16:19 Rayon rəhbəri 21 oktyabr 2026-cı il tarixdə İkinci Səmədxanlı kəndində səyyar qəbul keçirib
    14. 22:55 Masallıda “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, Sağlam gələcək!” mövzusunda tədbir
    15. 22:51 Masallıda çağırışçılar müddətli həqiqi hərbi xidmətə xüsusi mərasimlə yola salındı
    16. 12:01 Azərbaycan Prezidentinə yazırlar
    17. 23:58 Rayonun Xıl kəndində şəhid Elgün Mikayıllının şəhadətinin 6-cı ildönümü anıldı
    18. 23:00 Rayonun Qarğalıq kəndində şəhid Elvin Əzizovun şəhadətinin 6-cı ildönümü anıldı
    19. 16:57 Masallıda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirə
    20. 16:52 Rayonun Kürdəbazlı kəndində şəhid Gülşad Xəlilovun şəhadətinin 6-cı ildönümü anıldı
    21. 16:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 15.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    22. 12:05 Azərbaycan Prezidentinə yazırlar
    23. 12:04 Azərbaycan Prezidentinə yazırlar
    24. 17:08 Rayonun Təzə Alvadı kəndində şəhid Sənan Səlimovun şəhadətinin 6-cı ildönümü anıldı
    25. 17:04 Rayon rəhbəri Musaküçə kəndində asfaltlanma işləri ilə tanış olub
    26. 17:01 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.10.2026
    27. 16:58 Rayon rəhbəri 14 oktyabr 2026-cı il tarixdə Məmmədxanlı kəndində səyyar qəbul keçirib
    28. 10:10 Azərbaycan Prezidentinə yazırlar
    29. 10:08 UNUDULMUR...
    30. 11:52 Azərbaycan Prezidentinə yazırlar
    31. 11:51 Azərbaycan Prezidentinə yazırlar
    32. 11:41 Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
    33. 09:21 Azərbaycan və Mərkəzi Asiya: Ortaq tarix, birgə gələcək
    34. 18:43 Rayonun Banbaşı kəndində şəhid Elmir Akifzadənin şəhadətinin 6-cı ildönümü anıldı
    35. 16:42 Masallı rayonunun Hişkədərə kəndində şəhid İbrahim Lələyevin şəhadətinin 6-cı ildönümü anıldı
    36. 16:46 “PeşəFest-2026” - Masallıda
    37. 16:44 Rayonun Ərəb kəndində şəhid Cəbrayıl Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    38. 08:43 MÜHÜM VƏZİFƏLƏR
    39. 16:21 Rayonun Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun doğum günü qeyd olunub
    40. 16:19 Rayonun Güllütəpə kəndində şəhid Şəmsəddin Təhməzovun şəhadətinin 6-cı ildönümü anıldı
    «    Noyabr 2026    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30 
    DÜNYA XƏBƏRLƏRİ