• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Böyük missiyanı gerçəkləşdirən Ulu Öndər

    Böyük missiyanı gerçəkləşdirən Ulu Öndər


    Bu gün Azərbaycan təkmil dirçəliş  modeli ilə dünyanın diqqətindədir. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfəri ilə dünyaya səs salan Azərbaycan Qələbənin yaratdığı yeni reallıqlar fonunda işğaldan azad edilmiş Qarabağı və Şərqi Zəngəzuru cənnət məkana çevirir.

    Bu mərhələyə qədər keçilən yolu təhlil etsək belə bir  fikri böyük qürur və inam hissi ilə qeyd edə bilərik ki, hər bir ölkənin tərəqqisində Lider amili əhəmiyyətli rol oynayır. Azərbaycanın müstəqilliyinin bərpasının ilk illəri ilə 1993-cü ildə xalqın təkidli tələbi əsasında  Ümummilli Liderin hakimiyyətə qayıdışından sonra başlanan yolun uğurlarını müqayisə etdikdə bunu bir daha təsdiqləyə bilərik. Azərbaycan xalqı daim azad, müstəqil yaşamaq, öz təbii sərvətlərinin əsl sahibinə çevrilmək arzusu ilə yaşayırdı.  Keçmiş Sovetlər birliyinin dağılması ilə Azərbaycan 1991-ci il 18 oktyabr tarixində öz dövlət müstəqilliyini yenidən bərpa etsə də xalqımız bu sevinci yaşaya bilmədi. Belə ki, 90-cı illərin əvvəllərində Azərbaycanın daxilində və onun ətrafında yaranan siyasi vəziyyət o zaman hakimiyyətdə olan ünsürlərin şəxsi xüsusiyyətlərindən irəli gəlirdi.  Daxili çəkişmələr, Ermənistanın təcavüzü, həmin dövrün iqtidarının apardığı siyasətin yaratdığı fəsadlar ölkəmizin müstəqilliyini sual altına almışdır.

    Dahi şəxsiyyət Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmaqla Azərbaycanı böyük bəlalardan, dağılmaqdan xilas etdi. Azərbaycanın   qazandığı  hər bir uğur ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. O, Azərbaycanın müstəqilliyinin qorunmasında və möhkəmləndirilməsində, beynəlxalq nüfuzunun artmasında böyük rolu olan tarixi şəxsiyyətdir.  Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi dahi şəxsiyyətin hər bir istiqaməti tədqiqat mövzusu olan fəaliyyətinin daha dərindən təhlilinə və yeni sahələrin ortaya çıxarılmasına geniş imkanlar yaradır. Cənab İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən  “Heydər Əliyev İli” ilə bağlı 18 istiqaməti özündə ehtiva edən  Tədbirlər Planı qarşıya qoyulan məqsədə yüksək səviyyədə nail olmağa stimul verir. XX əsr tarixində, dünya siyasətində etiraf edilən fenomen şəxsiyyət Heydər Əliyevin yaratdığı milli dövlətçilik tarixin bizə bəxş etdiyi milli sərvətdir. İstər Azərbaycan tarixində, istərsə də xalqın yaddaşında Heydər Əliyev müstəqil və suveren dövlətin simvolu kimi qalmış və qalacaq. Ümummilli Liderin “Nə qədər ki Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam!” fikirləri dövlətimiz və xalqımız qarşısındakı xidmətlərinin aydın mənzərəsini yaradır.

    Onun  zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlamış, öz xalqına sıx bağlılığın, milli dövlətçilik məfkurəsinə sadiqliyin canlı təcəssümü olmuşdur. Geniş bilik və dərin təfəkkür sahibi olan Heydər Əliyev düşünülmüş və cəsarətli qərarları ilə təkcə müstəqillik  deyil, bütün dövrlərdə Azərbaycan ictimaiyyətini ən ciddi şəkildə düşündürən məsələləri uğurla həll etmişdir. Ulu Öndər cəmiyyət həyatının müxtəlif sahələri arasında üzvi bağlılığı aydın görərək, müəllifi olduğu milli inkişaf strategiyasında ictimai, siyasi, sosial, iqtisadi, mədəni və digər sahələrdə qarşıda duran vəzifələri düzgün müəyyənləşdirmiş və məharətlə həyata keçirmişdir. Ümummilli Liderin  milli neft strategiyasının uğurla reallaşdırılması nəticəsində xalqımız öz təbii sərvətlərinin tam sahibinə çevrilmiş və qısa müddətdə ölkəmizin inkişafına güclü təkan verən resurslar əldə edilmişdir. Dahi şəxsiyyət dünya təcrübəsinə istinadən bu fikri xüsusi qeyd etmişdir ki, heç bir ölkə təcrübə mübadiləsi olmadan, səylər birləşdirilmədən  təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz. 1994-cü il 20 sentyabr tarixində “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın iqtisadi və siyasi mövqeyinin möhkəmləndirilməsində, yeni dostlar və tərəfdaşlar qazanmasında əhəmiyyətli rol oynadı. Azərbaycan bu gün də dahi şəxsiyyətin müəllifi olduğu neft strategiyasının uğurlarını yaşayır. Azərbaycanın enerji diplomatiyasının uğurları qeyri-neft sektorunun inkişafında  özünün aydın ifadəsini yaradır. Belə ki, neft gəlirlərinin səmərəli istifadəsi iqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurla həyata keçirilməsinə zəmin yaradır. Əvvəldə də qeyd etdiyimiz kimi, işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri Azərbaycanın malik olduğu iqtisadi və maliyyə imkanlarının təqdimatıdır. Ölkəmizin malik olduğu təbii resurslarından səmərəli istifadəsi yeni-yeni layihələrə, onların coğrafiyasının genişlənməsinə yol açır. 2017-ci ildə “Yeni əsrin müqaviləsi”nin imzalanması, həmçinin 2020-ci ilin sonunda TAP-ın istifadəyə verilməsi ilə Cənub Qaz Dəhlizi layihəsinin tam şəkildə icrasının başa çatması Azərbaycanın enerji sektorunda qazandığı uğurların davamlılığından xəbər verir.

    Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul olunması və bütün sferaları əhatə edən köklü islahatların həyata keçirilməsi, demokratik, hüquqi dövlət quruculuğu, nizami ordunun yaradılması Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətləridir. Xalqımızı vahid amal ətrafında birləşdirən azərbaycançılıq ideologiyasının formalaşdırılması, ana dilinin dövlət qayğısı ilə əhatə olunması, ictimai-siyasi, elmi və mədəni fikir tariximizin əlamətdar hadisələrinin müntəzəm qeyd edilməsi ənənəsinin yaradılması, Azərbaycanın çoxəsrlik mənəvi-mədəni irsə sahib qədim diyar və sivilizasiyaların qovşağında yerləşən tolerantlıq məkanı kimi geniş şöhrət qazanması Ümummilli Liderin  mükəmməl quruculuq proqramının tərkib hissələri olmuşdur. Dahi şəxsiyyət bu çağırışları edirdi ki, xalq heç vaxt öz kökünü yaddan çıxarmamalı, öz tarixini öyrənməli, milli mədəniyyətindən heç vaxt ayrılmamalıdır. Müstəqil Azərbaycanın əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyəti ilə fəxr etməlidir. Azərbaycançılığı- Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini inkişaf etdirməlidir.

    Dövrünün ən nüfuzlu siyasətçiləri ilə bir sırada duran Ulu ?ndər  Heydər Əliyev Azərbaycanın müasir simasının, xalqımızın zəngin dəyərlərinin tanıdılması və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında müstəsna rol oynamışdır. Qarabağ  münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli Ulu Öndərin qarşıya qoyduğu başlıca vəzifə olmuş, ölkəmizin bütün resursları, xalqımızın potensialı tarixi ədalətin bərpası üçün səfərbər edilmişdir. Qeyd etdiyimiz kimi,  Ulu Öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanmaqla sübuta yetirmişdir.

    “Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub” söyləyən Ümummilli Liderin  dövlətçiliyimizin ən ağır günlərində göstərdiyi qətiyyət bu fikri  dəfələrlə təsdiqləyib. Əsl vətəndaş, Heydər Əliyev hələ hakimiyyətinin birinci dövründə Azərbaycanın müstəqil gələcəyini düşünərək biri-birindən mühüm addımlar atmışdır. Özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olmuşdur. Tariximizin gedişatının və həyatımızın ahənginin köklü surətdə dəyişdiyi, azadlıq və müstəqillik duyğularının milli düşüncəmizdə üstünlük təşkil etməyə başladığı bu illər Azərbaycanın quruculuq salnaməsinin ən parlaq səhifələridir. Ulu Öndərin xalqın yaradıcılıq enerjisini bir məqsədə yönəltməklə tarixi yaddaşın bərpası istiqamətində atdığı qətiyyətli addımlar o dövrdə milli ruhun canlanmasına xidmət göstərmiş, özünüdərki və soy-kökə qayıdışı təmin etmiş, müstəqil dövlət quruculuğuna aparan yolun təməl daşına çevrilmişdir. Həmin illərdə Azərbaycanın gələcəyini düşünərək atdığı addımlardan biri gənclərimizin keçmiş İttifaqın nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi idi. Bu mühüm məqamı da qeyd edək ki, hərbi kadrların yetişdirilməsi üçün həmin illərdə Ümummilli Liderin gərgin səyləri nəticəsində Cəmşid Naxçıvanski adına hərbi lisey yaradıldı. Ulu Öndərin gələcəyə hesablanmış milli dövlət quruculuğunun əsasını təşkil edən strateji proqramında Azərbaycan dili diqqət mərkəzində idi. Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə Azərbaycan dilinə həqiqi dövlət dili statusu qazandırmaq istiqamətində fəaliyyətinin nəticəsi idi ki, 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili statusu təsbit olundu.  Dövr baxımından qəhrəmanlığa bərabər belə bir addım məhz gələcəyin müstəqil yeni Azərbaycanı naminə atılmışdır.

    Ümummilli Liderin hakimiyyətinin hər iki dövrü dövlətinə, xalqına xidmət nümunəsidir. Müstəqillik məfkurəsi və vətənpərvərlik düşüncəsi əsasında bütün fəaliyyətini Azərbaycan xalqının  mənafeyinə həsr edən Ulu Öndər Heydər Əliyevin misilsiz, tarixi xidmətlərindən biri məhz ümumxalq partiyası olan YAP-ın yaradılması oldu. O zamankı hakimiyyət dairələrinin Yeni Azərbaycan Partiyasının yaranmasına göstərdikləri maneələr, ardıcıl təzyiqlər bu yolu seçən insanları  məqsədlərindən döndərə bilmədi. Ən çətin dövrdə zamanın tələbi, xalqın istəyi ilə yaradılan Yeni Azərbaycan Partiyası dövlətə, xalqa xidməti fəaliyyətinin əsas prinsipinə çevirdi.  Ümummilli Liderimizin nüfuzu, Azərbaycan xalqının Ona göstərdiyi misilsiz etimad Yeni Azərbaycan Partiyasının qısa müddət ərzində təşkilatlanmasına, ölkənin bütün regionlarında özəklərini yaratmasına şərait yaratdı. Bu mühüm məqamı da qeyd edək ki, partiya yaradılmasından 7 ay sonra iqtidar partiyasına çevrildi. Belə ki, Ümummilli Liderin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra həm ölkəmizin, həm də Yeni Azərbaycan Partiyasının həyatında yeni mərhələ başladı. Zaman göstərdi ki, Ümummilli Liderin əsasını qoyduğu Yeni Azərbaycan Partiyası, doğrudan da  dünənin, bu günün və gələcəyin partiyasıdır, xalqın ali maraqlarını, üstün siyasi iradəsini ləyaqətlə öz fəaliyyətində əks etdirir. Partiya Azərbaycan dövlətçiliyinin qorunub saxlanması, onun ərazi bütövlüyünün qorunması, sosial-iqtisadi inkişaf, sosial problemlərin həll olunması, islahatların həyata keçirilməsi istiqamətində xeyli uğurlu addımlar atıb və bundan sonra da atacaq. Dünyaya səs salan tarixi Zəfərimizdə partiyanın öz payı vardır. Dövlət başçısı, YAP Sədri partiyanın şanlı Zəfərimizin reallıqları əsasında keçirdiyi VII qurultayındakı çıxışında Azərbaycanın, həmçinin Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolundan geniş bəhs edərək belə bir əminliyi ifadə etdi ki, YAP bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq.

    YAP-ın dövrün, zamanın tələblərinə uyğun olaraq müəyyənləşdirilən hədəflərə yüksək səviyyədə nail olmaq üçün töhfələri davamlılığı ilə diqqətdə olur. Partiyanın irəli sürdüyü təşəbbüslər, qəbul etdiyi qərarlar dövlətimizin daha da möhkəmləndirilməsinə, xalqımızın rifah halının yüksəlməsinə xidmət edir. Ümummilli Liderin qeyd etdiyi kimi, YAP-a xidmət etmək, dövlətə, xalqa xidmət etmək deməkdir. Partiyanın sıralarının günbəgün  genişlənməsi Heydər Əliyev ideyalarına sədaqətin, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə dəstəyin ifadəsidir.

    Bu gün Azərbaycan Ümummilli Liderin ideyaları əsasında uğurla inkişaf edir. Onun siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan dövr Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Bu dövrün uğurlarının zirvəsində Azərbaycanın tarixi Zəfəri dayanır. Azərbaycan bu illər ərzində daha da qüdrətləndi, zənginləşdi, artıq tarixə qovuşan Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi baza yaradıldı. Ümummilli Liderin “Sülh danışıqlarını cəsarətlə aparmaq üçün güclü ordu olmalıdır” çağırışına uyğun olaraq ordu quruculuğu istiqamətində mühüm addımlar atıldı. Onların uğurlu nəticəsi Azərbaycan Ordusunun dünyanın ən güclü orduları sırasında yer almasıdır. 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Silahlı Qüvvələri hansı imkanlara malik olduğunu nümayiş etdirdi. 44 gündə 30 ilin işğalına qoymaq böyük qətiyyətin, qəhrəmanlığın, torpaq, Vətən sevgisinin göstəricisidir. Azərbaycan xalqı bir daha yenilməz, məğrur xalq olduğunu dünyaya nümayiş etdirdi. Adını çoxəsrlik tariximizə torpaqlarımızın xilaskarı kimi qızıl hərflərlə yazdıran Müzəffər Ali Baş Komandan İlham Əliyevin qalib Sərkərdə kimi işğaldan azad edilmiş ərazilərimizə səfəri tarixi hadisədir. Bu səfərlər Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsi istiqamətində görülən işlərə nəzarət olmaqla yanaşı, qarşıdakı dövrdə atılacaq addımların  yol xəritəsinin təqdimatıdır. Bu gün qürurla qeyd edirik ki, Qarabağ və Şərqi Zəngəzur hava qapılarını dünyaya açıb. Bu torpaqlarımız hər gün çal-çağırlı anlarını yaşayır. Bütün bölgələrimiz müasir dövrün tələblərinə uyğun olaraq yeniləşir.  Bütün bunlar Heydər Əliyev siyasətinin təntənəsidir.

    Ulu öndər Heydər Əliyevin zəngin siyasi irsi, idarəçilik təcrübəsi illər keçdikcə daha dəindən öyrənilir, yeni-yeni nəşrlərin işıq üzü görməsinə, tədqiqat işlərinə stimul verir. Onun ideyaları və əməli fəaliyyəti dövlət quruculuğunun, sosial-iqtisadi və mədəni-mənəvi inkişafımızın bütün istiqamətlərində yolumuza həmişə işıq salaraq, bu gün də, sabah da Azərbaycanı firavan gələcəyə istiqamətləndirəcək. Xalqımız  Ümummilli Liderin əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır. Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir. Nə qədər ki müstəqil Azərbaycan dövləti, Azərbaycan xalqı var, Heydər Əliyev ürəklərdə yaşayacaqdır.



    Seyfəddin Əliyev,
    YAP Masallı rayon təşkilatının sədri




    "Yeni heyet" qəzeti,
    www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 20:20 Masallı Dövlət Regional Kollecinin və Masallı Rayon Ağsaqqallar Şurasının birgə təşkilatçılığı ilə "Milli-mənəvi dəyərlərimizin təbliğində Heydər Əliyev strategiyasının uğurları
    2. 18:31 Təmiz dünya naminə
    3. 17:17 Masallıda heyvandarlıq məhsullarının istehsalı
    4. 17:14 Masallı rayonunda kənd təsərrüfatının ümumi məhsulu artmışdır
    5. 14:19 Milli Kitabxanada akademik İsa Həbibbəylinin yaradıcılığına həsr edilən sərgi təqdim olunub
    6. 16:14 DYP Masallı rayon bölməsindən “Təmiz hava” aylığı
    7. 16:13 “Masallı” PFK-nin yetirməsi İspaniya futbol akademiyasına transfer olundu
    8. 16:11 Şəhid Gülşad Xəlilovun şəhadətinin 4-cü ildönümü anıldı
    9. 16:10 Şəhid Elgün Mikayıllının şəhadətinin 4-cü ildönümü anıldı
    10. 16:09 Əkin sahələrinin sığorta mövsümü başlayıb
    11. 16:08 Şəhid Elvin Əzizovun şəhadətinin 4-cü ildönümü anıldı
    12. 16:06 Masallı RİH Başçısı 16.10.2024-cü il tarixdə Şərəfə ərazisinin sakinləri ilə görüşdü
    13. 10:43 Qarşılıqlı dostluq, əməkdaşlıq və təhlükəsizlik
    14. 10:01 Tarixi qələbəmizin memarı cənab İlham Əliyevdir
    15. 07:27 Yeyənkənd kəndində şəhid ailəsinə tikilən evdə işlər sürətlə davam edir
    16. 22:00 Azərbaycanın xarici siyasət kursu bütünlüklə ölkəmizin milli maraqlarının təmin olunmasına yönəldilib
    17. 19:00 Prezident İlham Əliyev: “  Müstəlilliyə nail olmaq üçün güclü ordun olmalıdır”
    18. 23:30 Azərbaycan üçün qonşu ölkələrlə münasibətlərin inkişafı olduqca vacib amildir
    19. 23:30 Azərbaycan gücləndi, Azərbaycan dünya miqyasında özünə layiq yerini tuta bildi
    20. 18:41 Şəhid Sənan Səlimovun şəhadətinin 4-cü ildönümü anıldı
    21. 18:37 Şəhid Ülvi Nüsrətbəylinin şəhadətinin 4-cü ildönümü anıldı
    22. 18:36 Milli Qəhrəman Səfəralı Məmmədovun 61-ci doğum günü
    23. 09:47 Bu gün Xalq şairi Məmməd Arazın doğum günüdür
    24. 18:17 Təzəkənd kəndində şəhid Roman Əliyevin anım mərasimi
    25. 18:16 Şəhid İbrahim Lələyevin şəhadətinin 4-cü ildönümü anıldı
    26. 18:15 Masallı rayonunda çəltik biçini uğurla davam edir
    27. 18:13 Rayon rəhbərinin 11 oktyabr 2024-cü il tarixdə növbəti vətəndaş qəbulu
    28. 16:58 Göyəçöl kəndində Böyük Vətən müharibəsi iştirakçısı adını daşıyan küçəyə baxış keçirildi
    29. 16:53 Göyəçöl kəndində şəhid Siyavuş Paşazadənin anım mərasimi
    30. 16:50 Masallının Köçəkli kəndində yollar təmir olunur
    31. 14:04 “Təbiət kimi, insan da gözəlliklə dolub-daşır” – Aida İmanquliyeva
    32. 17:51 Şəhid Cəbrayıl Qasımovun şəhadətinin 4-cü ildönümü anıldı
    33. 16:15 Şəhid Elmir Akifzadənin şəhadətinin 4-cü ildönümü anıldı
    34. 16:13 Xıl kəndində Milli Qəhrəman Elşad Hüseynovun doğum günü qeyd olundu
    35. 16:11 Masallı RİH Başçısı 09.10.2024-cü il tarixdə Bədəlan ərazisinin sakinləri ilə görüşdü
    36. 19:48 Qarğalıq və Sərçuvar ərazilərində I Qarabağ Müharibəsi şəhidləri anıldı
    37. 16:18 Masallının Bala Kolatan kənd məktəbində əlavə sinif otaqları istifadəyə verildi
    38. 14:51 Şəhid Namiq Bağırovun şəhadətinin 4-cü ildönümü anıldı
    39. 14:47 Şəhid Şəmsəddin Təhməzovun şəhadətinin 4-cü ildönümü anıldı
    40. 14:46 Şəhid Araz Seyfullayevin şəhadətinin 4-cü ildönümü anıldı
    «    Oktyabr 2024    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031 
    DÜNYA XƏBƏRLƏRİ