Azərbaycanın təşəbbüsləri hər üç Cənubi Qafqaz ölkəsinin maraqlarına uyğundur » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Azərbaycanın təşəbbüsləri hər üç Cənubi Qafqaz ölkəsinin maraqlarına uyğundur

    Azərbaycanın təşəbbüsləri hər üç Cənubi Qafqaz ölkəsinin maraqlarına uyğundur


    Azərbaycan həqiqətlərinin artıq bütün dünyada qəbul edildiyini nümayiş etdirən növbəti beynəlxalq tədbir ADA Universitetində cari ilin dekabr ayının 6-da keçirildi. ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilmiş “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda dünyanın məşhur beyin və tədqiqat mərkəzlərini təmsil edən 60-dan artıq xarici qonağın iştirakı tədbirin yüksək nüfuzundan və əhəmiyyətindən xəbər verir. Forumda qayıdış prosesinin sosial, iqtisadi, təhlükəsizlik və infrastruktur aspektləri və Azərbaycanda beynəlxalq təcrübənin tətbiqi müzakirə edilib. Forumda iştirak edən Ölkə Prezidenti cənab İlham Əliyev Cənubi Qafqazda yaranmış yeni reallıqlar, Avrasiya məkanında gedən proseslər və əlbəttə ki, Qarabağ və Şərqi Zəngəzur bölgələrinin yenidən qurulması ilə bağlı beynəlxalq ekspertləri maraqlandıran sualları cavablandırmışdır. Hər zaman olduğu kimi, dövlət başçımızın təqdim etdiyi açıqlamalar real faktlara və dərin analitik təhlilə əsaslananmışdır.
           
    Müsahibimiz qeyd edib ki, hələ işğal dövründə Qarabağ münaqişəsi ilə məşğul olan bir çox beynəlxalq ekspertlərin həmin dövrdə Prezident İlham Əliyevin azərbaycanlı məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdışı ilə paralel olaraq, Qarabağın erməni əhalisinin də  cəmiyyətimizə inteqrasiyasına dair çağırışlar etdiyini vurğulamaları diqqətəlayiq məqamdır: “II Qarabağ müharibəsinin bitməsindən sonra keçən 3 il ərzində dövlətimizin başçısı bütün çıxışlarında bəyan edirdi ki, Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır və onlar sadəcə olaraq separatçılar tərəfindən manipulyasiya edilirlər. Buna görə də dövlətimiz tərəfindən onlara həmin ərazidə qalmaq və yaşamağa davam etmək üçün ən optimal şərtlər təklif edilirdi. Onlara sadəcə olaraq Azərbaycan vətəndaşlığı üçün müraciət etmək lazım idi. Təbii ki, erməni əhalisinin hüquqları və təhlükəsizliyi Azərbaycanın Konstitusiyasına uyğun və beynəlxalq təşkilatlar qarşısındakı öhdəliklərimizə əsasən təmin ediləcəkdi. Hətta onlara təklif olundu ki, 2024-cü ildə keçiriləcək bələdiyyə seçkilərində iştirak etsinlər və öz nümayəndələrini seçərək, öz bələdiyyələrinin rəhbərləri olsunlar. Lakin təəssüflər olsun ki, Qarabağ erməniləri bundan imtina etdilər. Məhz buna görə də Azərbaycan cari ilin sentyabrın 20-də öz suverenliyini bərpa etmək üçün artıq güc tətbiq edərək antiterror əməliyyatı keçirməli oldu. Bütün bunlara baxmayaraq, cənab Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycanın təklifi bu gün də masa üzərindədir.
           
    Daha sonra müsahibimiz Prezident İlham Əliyevin Ermənistanla sülh sazişinin bağlanması ilə bağlı səsləndirdiyi fikirlərin əhəmiyyətini vurğulayaraq bunları deyib: “Həqiqətən də Azərbaycan Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənb İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində tarixi Qələbə qazanaraq həm öz torpaqlarını işğaldan azad etdi, həm də bütün Cənubi Qfqaza sülh gətirdi. Uzun illər boyunca Qarabağ münaqişəsinin hərbi yolla həllinin mümkün olmadığını deyən keçmiş Minsk qrupunun həmsədrlərinin fikirlərinin tam əksinə olaraq, regionumuza sülh məhz müharibə ilə gəldi. Bu gün isə, əgər söhbət artıq Cənubi Qafqazda yaranmış sülhün dayanıqlığından və davamlılığından gedirsə, bu zaman Ermənistan da xoş məramını bildirməli, xarici qüvvələrin deyil, öz xalqının maraqlarından çıxış etməli və adekvat addımlar atmalıdır. Azərbaycan öz tərəfindən bu istiqamətdə artıq konstruktiv təkliflərini verib. O cümlədən məhz Azərbaycan sülh sazişinin imzalanması, delimitasiya ilə bağlı komissiyaların yaradılması təkliflərini irəli sürüb, sülh sazişinin baza prinsiplərini işləyib hazırlayaraq qarşı tərəfə təqdim edib. Azərbaycan hər iki tərəf üçün ədalətli sülh sazişinin imzalanmasını təklif edir. Lakin Ermənistan, son aylarda bəzi irəliləyişlər olsa belə, ümumilikdə prosesi çox ləngidir. Məqsəd nədir? Bu sualı tam aydınlığı ilə cavablandırmaq çətin olsa da, səbəbi bəzi Avropa ölkələrinin Ermənistana neqativ təsiri ilə izah etmək olar. Möhtərəm dövlət başçımızın dediyi kimi, Ermənistanın bəzi Avropa paytaxtlarında çox pis məsləhətçiləri var. Onların verdikləri məsləhətlər hazırda təxribat xarakteri daşısalar da, bir müddət sonra onların dağıdıcı məsləhətlərə çevriləcəyini istisna etmək olmaz. Məhz buna görə də iki ölkə arasında daha müharibə olmayacağına, Ermənistanın vəziyyətlə tam razılaşdığına və Azərbaycanın ərazi bütövlüyü ilə bağlı dediklərini həqiqətən nəzərdə tutduğuna dair dövlətimizin zəmanəti olmalıdır. Yalnız bu, Qafqazda sülh üçün ən yaxşı amil olacaq.
           
    Fikirlərini davam etdirən müsahibimiz həmçinin Orta dəhlizin genişləndirilməsi perspektivləri barədə deyilənlərin önəmli açıqlama olduğunu vurğulayıb: “Transmilli logistik və nəqliyyat layihələrin inkişaf  etdirilməsinin vacibliyini diqqətə çatdıran cənab Prezident İlham Əliyev xüsusi olaraq qeyd etdi ki, Özbəkistan, Qırğızıstan və Çinin birgə başladıqları mühüm dəmir yolu layihəsi Orta dəhlizə böyük töhfə olacaq. Təbii ki, həmin layihə ölkəmiz üçün də çox cəlbedicidir. Çünki istiqamət Xəzərə doğrudur. Hazırda Azərbaycan nəqliyyat infrastrukturunun rəqəmsallaşdırılması ilə bağlı məsələlər üzərində fəal işləyir. Bakıdan Gürcüstan sərhədinə qədər olan dəmir yolunun yenidən qurulması artıq tam başa çatdırılıb. Bir-iki aya Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan seqmentinin genişləndirilməsi də başa çatacaq. Bu da 100 milyon ABŞ dollarından çox olan, 100 faiz Azərbaycan investisiyasıdır. Bu seqmentdə maksimum bir neçə ay ərzində yükdaşımalar bir milyon tondan 5 milyon tona qədər genişlənəcək. Beləliklə, yeni yüklərin qəbulu üçün yeni imkanlar yaranacaq. Orta Dəhlizin daha bir qolu Gürcüstandan keçərək Qarsa və Aralıq dənizi limanlarına, digəri isə Zəngilan, İran, Naxçıvan və yenidən Türkiyə ərazisindən keçəcək. Bütün bunlar isə, Azərbaycanın beynəlxalq tranzit ölkə olaraq əhəmiyyətini və nüfuzunu daha da yüksəldəcək.



    Rusif Kərimov,
    Viləşçay Su Anbarı İstismarı İdarəsinin rəisi




    "Yeni heyet" qəzeti,
    www.yeniheyet.az

    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 19:26 Masallıda “Rəqəmsal mühitdə uşaqların zərərli informasiyadan qorunması” adlı maarifləndirici tədbir
    2. 14:52 Masallıda “Talassemiyasız həyat naminə” ümumrayon qanvermə aksiyası
    3. 13:29 Masallı RİH başçısı 12 fevral 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    4. 17:31 Rayon rəhbəri Türkoba ərazisində şəhid məzarlarını ziyarət etdi 11.02.2026
    5. 17:28 Masallıda Türkoba ərazisinin Qəzvinoba kəndində səyyar qəbul keçirilib
    6. 16:06 Səhiyyədə peşəkarlıq, insanpərvərlik və dövlətə sədaqət nümunəsi: Masallı Rayon Mərkəzi Xəstəxanasının direktoru İlqar Ramizoğlu
    7. 14:49 Azərbaycan Prezidentinə yazırlar
    8. 09:07 Ərazi nümayəndəsinin tribunası
    9. 09:05 Allah rəhmət eləsin
    10. 20:13 Rayon rəhbəri Masallı ərazisində şəhid məzarlarını ziyarət etdi 09.02.2026
    11. 17:25 Masallı rayonunda elektrik və hibrid mühərrikli avtomobillərin sayı əvvəlki ildən 2,2 dəfə artmışdır - Statistika
    12. 12:39 Azərbaycan Prezidentinə yazırlar
    13. 13:52 Allah rəhmət eləsin
    14. 20:52 Azərbaycan Prezidentinə yazırlar
    15. 12:11 Masallı RİH başçısı 05 fevral 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    16. 10:25 Bələdiyyə sədri
    17. 15:54 Rayon rəhbəri Xırmandalı kənd tam orta məktəbində baş vermiş yanğınla bağlı təhsil ocağında olmuşdur
    18. 15:51 Rayon rəhbəri Xırmandalı ərazisində şəhid məzarlarını ziyarət etdi 04.02.2026
    19. 15:31 Masallının Xırmandalı ərazisinin Ərəb kəndində səyyar qəbul keçirilib
    20. 22:30 Masallıda rayon rəhbəri həsir toxuma sexində aparılan əsaslı təmir işləri ilə tanış olub
    21. 23:30 Masallı RİH başçısı 29 yanvar 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    22. 23:30 Masallıda aztəminatlı ailə üçün yeni yaşayış evi inşa edilib
    23. 23:30 Masallıda millət vəkili, tarix elmləri doktoru, professor Anar Camal oğlu İsgəndərovun 70 illik yubileyi qeyd olundu
    24. 16:22 Azərbaycan Prezidentinə yazırlar
    25. 14:35 Yeni şeirlər
    26. 10:59 Perspektivli idmançıların aşkarlanması
    27. 10:49 Masallıda 2026-cü ilin fevral ayına olan səyyar-görüş qəbulları barədə
    28. 15:56 100 illik ömrün işığı
    29. 18:33 Rayon rəhbəri Boradigah ərazisində şəhid məzarlarını ziyarət etdi 23.01.2026
    30. 18:31 Masallının Boradigah ərazisinin Mollaoba kəndində səyyar qəbul keçirilib
    31. 15:18 Azərbaycan Prezidentinə yazırlar
    32. 10:02 Masallı rayonunda 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı
    33. 18:16 Akademik Həsən Əliyev haqqında kitab nəşr edilib
    34. 14:59 Rayon rəhbəri Təzə Alvadı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.01.2026
    35. 14:56 Masallıda rayon rəhbərinin Meşəkənarı kəndində 21.01.2026-cı il tarixli səyyar görüş-qəbulu
    36. 10:46 Azərbaycan Prezidentinə yazırlar
    37. 11:40 Masallıda 20 Yanvar faciəsinin 36-cı ildönümü anılıb
    38. 14:19 QANLI YANVAR
    39. 10:42 Masallı RİH başçısı 15 yanvar 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    40. 20:59 Masallıda şəhid ailələrinə dövlət qayğısı davam etdirilir-14.01.2026
    «    Fevral 2026    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    232425262728 
    DÜNYA XƏBƏRLƏRİ