• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Azərbaycan Respublikasının Prezidenti Ilham Əliyevin fəaliyyəti

    Azərbaycan Respublikasının Prezidenti Ilham Əliyevin fəaliyyəti


                 
    Prezident İlham Əliyevin ali dövlət vəzifəsində ilk günlərdən başlayaraq nümayiş etdirdiyi yüksək idarəçilik məharəti, qətiyyətli və milli maraqlara söykənən daxili və xarici siyasəti çox keçmədən öz müsbət nəticələrini verdi. Xalqın öz liderinə inam və etimadı görülməmiş dərəcədə artdı. Məhz buna görə də 2008-ci, 2013-cü və 2018-ci illərdə keçirilən prezident seçkilərində də İlham Əliyev yenidən inamlı qələbə qazandı.
               
    Əsrə bərabər 19 ilin zirvəsində təbii ki, işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsi dayanır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Qarabağ Zəfəri xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycan qalib ölkəyə, xalqımız qalib xalqa çevrildi. Bu Qələbə sayəsində regionda yeni reallıqlar yarandı.
               
    Ötən 19 ildə Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması, Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində ardıcıl tədbirlər görülüb. Bunun nəticəsidir ki, Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer alır. Məhz bu ordu öz Ali Baş Komandanının qüdrətli sərkərdəliyi ilə 2020-ci il sentyabrın 27-də Ermənistanın hərbi təcavüzünə cavab olaraq qurtuluş savaşını başladı və dünyanı heyrətə salan hərbi uğurlara imza atdı. 30 ilə yaxın müddətdə işğal altında qalan torpaqlarımız 44 gün ərzində azad olundu. Qarabağın tacı, döyünən ürəyi olan Şuşanın fəthi tariximizə Zəfər Günü kimi yazıldı. İki gün sonra isə işğalçı Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu. Beləliklə, BMT Təhlükəsizlik Şurasının 27 il kağız üzərində qalmış qətnamələrini Azərbaycan özü icra etdi.
                 
    Dünya hərb tarixində xüsusi yer tutan bu müharibə Prezident İlham Əliyevin daha bir keyfiyyətini – sərkərdəlik məharətini üzə çıxardı. O, əməliyyatlara şəxsən nəzarət edir, döyüşən orduya tapşırıqları birbaşa özü verirdi. Qələbəni şərtləndirən mühüm amillərdən biri də Azərbaycan Prezidentinin diplomatiya müstəvisində çevik siyasəti oldu. Müharibə dövründə dövlətimizin başçısı İlham Əliyev xarici KİV-ə 30-dan çox müsahibə verdi ki, bu da münaqişə ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynadı.
    Əlbəttə, Vətən müharibəsində qazanılmış Qələbə həm də son 30 ildə həyatın bütün sahələrində əldə olunmuş uğurlarla, dinamik inkişafla bilavasitə bağlıdır. İlk növbədə, güclü və qüdrətli dövlət yaratmaq lazım gəlirdi və Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Azərbaycan heç vaxt indiki qədər güclü olmayıb. Ötən on doqquz ilə nəzər salsaq görərik ki, ölkəmizin bütün sahələrdə sürətli inkişafına nail olunub, insanların rifah halı daha da yaxşılaşıb.
               
    Siyasi, iqtisadi imkanlarının genişləndirilməsi Azərbaycanın beynəlxalq arenadakı mövqelərini möhkəmləndirib. Bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı, onun milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir.
    Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan bu gün dünyada bir çox transmilli layihələrin təşəbbüskarı və uğurlu icraçısı, etibarlı tərəfdaş kimi tanınır. Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft kəməri, Azərbaycan qazını Avropaya çatdıran Cənub Qaz Dəhlizi, TAP layihəsi, Avropanı Asiya ilə birləşdirən Bakı–Tbilisi–Qars dəmir yolu, Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizləri ölkəmizi energetika və nəqliyyat mərkəzinə çevirib.
                 
    Azərbaycan bu gün dünyanın məhdud saylı kosmik ölkələri sırasında yer alır. “Azerspace-1”, “Azersky” və “Azerspace-2” peykləri orbitdə uğurla fəaliyyət göstərir.

    Prezident İlham Əliyev dövlət strukturlarının fəaliyyətinin təkmilləşdirilməsi və şəffaflığın artırılması, vətəndaşlara yüksək səviyyəli xidmətlərin göstərilməsi istiqamətində bir çox layihələrin, inqilabi islahatların müəllifidir. Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyini - “ASAN xidmət” mərkəzlərini buna misal göstərmək olar.

    Son 19 il ərzində Azərbaycan dünyada həm də mühüm beynəlxalq tədbirlərin, yarışların keçirildiyi ölkə kimi tanınıb. Bakı “Eurovision” mahnı müsabiqəsinə, ilk Avropa Oyunlarına, IV İslam Həmrəyliyi Oyunlarına, “Formula 1” yarışlarına, futbol üzrə Avropa çempionatının final mərhələsinin bir neçə oyununa ev sahibliyi edib.
               
    Ötən dövr Azərbaycanda bütün sahələrin inkişaf etməsi ölkəmizin bölgədə və dünyada mövqelərini gücləndirməsi ilə müşayiət olunub. Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırıb. Ölkəmiz BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Özündə 120 ölkəni birləşdirən və BMT-dən sonra dünyada ən böyük siyasi təsisat olan Qoşulmama Hərəkatına sədrlik Azərbaycana keçib. Təşkilata sədrlik müddətinin daha bir il artırılması Prezident İlham Əliyevin qlobal liderlik səylərinə verilən yüksək qiymətdir.
                 
    Bu gün Azərbaycan dünyanı həm də azad edilmiş ərazilərdə sürətli bərpa və yenidənqurma işlərilə heyrətləndirir. Bu ərazilərdə yeni yollar çəkilir, elektrik stansiyaları tikilir, Prezident İlham Əliyev azad edilmiş rayonlara çoxsaylı səfərləri zamanı strateji infrastruktur obyektlərinin açılışını edir, yenilərinin təməlini qoyur. Füzuli aeroportu artıq təyyarələri qəbul etməyə hazırdır, Şuşaya gedən Zəfər yolunun tikintisi tamamlanmaq üzrədir. Ağdam və Cəbrayıl şəhərlərinin bərpasının təməli qoyulub. maksimum qısa müddətdə doğma yurdlarına qayıdacaqlar.



    Ceyhun Hüseynov,
    Masallı RMX, İƏ üzrə mütəxəssis




    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 18:00 Vətəndaşların nəzərinə!
    2. 11:57 Masallıda bəzi dövlət qulluqçularına treninq keçirilmişdir
    3. 11:34 Şəhid Nurlan Əbilovun 4-cü ili anıldı
    4. 20:41 Masallıda rayon rəhbərinin 18 aprel 2025-ci il tarixli vətəndaş qəbulu
    5. 20:39 Masallıda bələdiyyələrin fəaliyyəti barədə müşavirə
    6. 15:56 Zərərçəkmiş şəxs: Xocalı soyqırımının təşkilatçıları və soyqırımına rəhbərlik edənlər zaman-zaman Ermənistanın siyasi-hərbi rəhbərliyində təmsil olunublar 
    7. 15:42 Azərbaycan Gürcüstan münasibətləri-ikitərəfli əməkdaşlığımızın inkişafı
    8. 23:30 Gürcüstan Prezidentinin Azərbaycana rəsmi səfəri çox məhsuldar keçdi
    9. 09:32 Masallıda rayon rəhbəri evi yanan vətəndaşın yeni tikilən evinə baxış keçirmişdir
    10. 23:30 Masallıda çaydan XIX əsrə aid kitablar tapılıb
    11. 23:30 Gürcüstanın Prezidentinin səfəri ikitərəfli münasibətlər üçün önəm daşıyır
    12. 16:10 Masallının Ərkivan qəsəbəsində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu
    13. 16:00 Masallının Ərkivan qəsəbəsində rayon rəhbərinin 16 aprel 2025-ci il tarixdə səyyar görüş-qəbulu
    14. 13:13 İnsanlara nur bəxş edən böyük alim
    15. 23:30 Dövlətlərarası əlaqələrimizin zəngin tarixi vardır
    16. 18:52 “Müxtəlifliyə qucaq açaq” – Masallıda rəsm və foto sərgisi 
    17. 18:49 Masallı rayonu ərazisində sel və daşqın təhlükəsinə qarşı qabaqlayıcı tədbirlər görülməkdədir
    18. 11:02 Gələcək talehini tibb elminə həsr etməyi qarşısına məqsəd  qoyan Akakdemik
    19. 20:00 Akademik Zərifə Əliyevanın Oftalmologiyada rolu
    20. 21:00 Gözləri və qəlbləri nurlandıran böyük şəxsiyyət
    21. 23:30 Zərifə xanım Əliyevanın Azərbaycan Dövlət  Həkimləri Təkmilləşdirmə İnstitutundakı fəaliyyəti
    22. 17:06 Masallıda rayon rəhbərinin 11 aprel 2025-ci il tarixli vətəndaş qəbulu
    23. 16:33 Antiterror əməliyyatları Azərbaycanın suverenliyini bərpa etdi
    24. 13:36 Ziyalı işığında...
    25. 13:00 Bir həkim ömrünün unudulmaz səhifələri
    26. 23:30 Türkiyə və İsrailin Azərbaycana yaxın dost ölkələr olması
    27. 18:52 ADA Universitetində Dünya Nizamı Müzakirə Olundu: İlham Əliyev Beynəlxalq Forumda
    28. 13:56 Zərifə Əliyevanın kimsəsiz uşaqlara qayğısı
    29. 11:33 Nurlu insan
    30. 17:31 Masallıda aprel şəhidi Firdovsi Bağırzadənin anım günü - 2025
    31. 17:28 Masallının Təzə Alvadı ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu
    32. 15:05 Masallının Təzə Alvadı kəndində rayon rəhbərinin 09 aprel 2025-ci il tarixdə səyyar görüş-qəbulu
    33. 18:04 Masallıda ağsaqqallar və əlillər üçün istirahət guşəsinin açılış mərasimi
    34. 17:12 Masallıda rayon rəhbəri şəhidin əkiz övladının doğum günündə
    35. 14:31 Enerji təhlükəsizliyi sahəsində yanaşmaların formalaşdırılması
    36. 12:24 Cənub Qaz Dəhlizi hamımız üçün böyük uğur hekayətidir
    37. 23:30 Azərbaycan enerji təhlükəsizliyi baxımından tərəfdaşları üçün mühüm rol oynayır
    38. 22:19 Masallıda şəhid ailələrinə diqqət və qayğı ənənəsi
    39. 22:11 Masallıda aprel şəhidi Nurlan Əsgərlinin anım günü - 2025
    40. 21:12 Masallıda 18 mart - 06 aprel 2025-ci il tarixlərdə görülmüş işlər barədə məlumat
    «    Aprel 2025    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    282930 
    DÜNYA XƏBƏRLƏRİ