Tövsiyə » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • Tövsiyə


    Masallıda “Ziyalılar evi” niyə yoxdur

    Bu yaxınlarda yolum Lənkərana düşmüşdü. Xeyli vaxtdı bu şəhərdə olmurdum. Şəhər icra hakimiyyətinin qarşısındakı parkda bir dəstə Masallı ziyalısını görəndə maraq məni onlarla görüşməyə sövq etdi. Dedilər ki, hər həftənin şənbə günü şəhər “Ziyalılar evi”ndə maraqlı ədəbi-bədii görüşümüz olur. Hər kim yazdığı şeir və hekayəni oxuyur, sonra da seçim edib sayt və qəzetlərdə veririk.

    Vaxtın azlığından onlardan tez ayrılmalı oldum. Ancaq bu qısa görüşü unuda bilmədim. Öz-özümə sual verdim: Bəs bizim rayonda bir görüş yeri yoxdur? Masallının da özünə məxsus yazarları, şairləri var.

    Bir vaxtlar rayonda tanınmış ziyalı-yazarları Arif Fərzəli, Xanəli Toliş, Qəni Bəxtəvər, Aslan Əsədov, Rəsul Müzəffəroğlu, Əhməd Səmədov, Həsən Əhədov, Aydın Əliquliyev, Əvəz Nəbioğlu, Xudakərim Məftun və onlarca başqalarını göstərmək olar.

    Bu gün də Masallıda şair və yazar fəal ziyalı az deyil. Amma bir anlıq fikirləşirsən ki, Masallı ədəbi mühiti yox dərəcəsindədir. Əslində isə bu mühiti yaratmaq, populyarlaşdırmaq əlçatmaz deyil. Sadəcə bununçün bir neçə təşəbbüskar və onların yığışması üçün bir məkan seçmək gərəkdir.

    Qəzetimiz ötən illərdə redaksiyamızın da yerləşdiyi şəhər ərazi nümayəndəliyi binasının qarşısındakı bir vaxtlar rayon polis şöbəsinə məxsus ikimərtəbəli, yaraşıqlı bir tikilinin boş qalmasını, buradan nə üçünsə istifadə edilə biləcəyini vurğulamışdı. Hətta binanın “Ziyalılar evi” kimi istifadəsini də tövsiyə etmişdi.

    Həmin binaya diqqət edin:

    İkimərtəbəli bina aqlay daşları ilə bəzədilmişdir. Birinci mərtəbədə geniş salon var ki, burada hər cür tədbir keçirmək mümkündür.

    Binanın qarşısında 5-6 metr dərinlikdə hovuzun üstündə istirahət etmək üçün kölgəlik də salınmışdır.

    Yaxınlığında geniş köşk yayda istirahət etmək üçün hazırlanmışdır.

    Bəs binanın hazırki vəziyyəti nə deyir?

    Qarşısındakı kubik daşlar, çör-çöp, səliqəsizlik buranı lap xarabazarlığa döndərib. İçərisində isə kommunal təsərrüfatı idarəsinin süpürgə, lapatka, verdə və nə bilim daha nələri.

    Yazıb göstərmək bizdən, tədbir görmək əlaqədar təşkilatlardan. Görək də...

     

                                                                      HƏSƏNAĞA.


    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 12:18 Rayonun Böyük Kolatan şəhid Əli Quliyevin şəhadətinin 6-cı ildönümü anıldı
    2. 12:17 Masallıda kənd təsərrüfatı, balıqçılıq, akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafı mövzusunda tədbir
    3. 12:16 Masallı Rayon İcra Hakimiyyəti başçsının 29.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    4. 10:54 Masallıda 2026-cı ilin noyabr ayına olan səyyar-görüş qəbulları
    5. 19:35 “MASALLI MARAFONU – 2026” YARIMARAFON YARIŞINA DƏVƏTLİSİNİZ!
    6. 19:30 Rayonun Ərkivan qəsəbəsində Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyası
    7. 19:48 Masallıda heyvan sağlamlığının qorunması sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olundu
    8. 10:57 Azərbaycan Prezidentinə yazırlar
    9. 16:27 Masallı Gənclər Evi Sosial Xidmət Müəssisəsində 21.10.2026-cı il tarixdə narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirici tədbir
    10. 16:24 Rayonun Çaxırlı kəndində şəhid Ağamalı Ağayevin şəhadətinin 6-cı ildönümü anıldı
    11. 16:24 Rayonun Ərkivan qəsəbəsində şəhid Famil Əlizadənin şəhadətinin 6-cı ildönümü anıldı
    12. 16:22 Rayon rəhbəri Səmədxanlı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.10.2026
    13. 16:19 Rayon rəhbəri 21 oktyabr 2026-cı il tarixdə İkinci Səmədxanlı kəndində səyyar qəbul keçirib
    14. 22:55 Masallıda “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, Sağlam gələcək!” mövzusunda tədbir
    15. 22:51 Masallıda çağırışçılar müddətli həqiqi hərbi xidmətə xüsusi mərasimlə yola salındı
    16. 12:01 Azərbaycan Prezidentinə yazırlar
    17. 23:58 Rayonun Xıl kəndində şəhid Elgün Mikayıllının şəhadətinin 6-cı ildönümü anıldı
    18. 23:00 Rayonun Qarğalıq kəndində şəhid Elvin Əzizovun şəhadətinin 6-cı ildönümü anıldı
    19. 16:57 Masallıda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirə
    20. 16:52 Rayonun Kürdəbazlı kəndində şəhid Gülşad Xəlilovun şəhadətinin 6-cı ildönümü anıldı
    21. 16:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 15.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    22. 12:05 Azərbaycan Prezidentinə yazırlar
    23. 12:04 Azərbaycan Prezidentinə yazırlar
    24. 17:08 Rayonun Təzə Alvadı kəndində şəhid Sənan Səlimovun şəhadətinin 6-cı ildönümü anıldı
    25. 17:04 Rayon rəhbəri Musaküçə kəndində asfaltlanma işləri ilə tanış olub
    26. 17:01 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.10.2026
    27. 16:58 Rayon rəhbəri 14 oktyabr 2026-cı il tarixdə Məmmədxanlı kəndində səyyar qəbul keçirib
    28. 10:10 Azərbaycan Prezidentinə yazırlar
    29. 10:08 UNUDULMUR...
    30. 11:52 Azərbaycan Prezidentinə yazırlar
    31. 11:51 Azərbaycan Prezidentinə yazırlar
    32. 11:41 Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
    33. 09:21 Azərbaycan və Mərkəzi Asiya: Ortaq tarix, birgə gələcək
    34. 18:43 Rayonun Banbaşı kəndində şəhid Elmir Akifzadənin şəhadətinin 6-cı ildönümü anıldı
    35. 16:42 Masallı rayonunun Hişkədərə kəndində şəhid İbrahim Lələyevin şəhadətinin 6-cı ildönümü anıldı
    36. 16:46 “PeşəFest-2026” - Masallıda
    37. 16:44 Rayonun Ərəb kəndində şəhid Cəbrayıl Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    38. 08:43 MÜHÜM VƏZİFƏLƏR
    39. 16:21 Rayonun Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun doğum günü qeyd olunub
    40. 16:19 Rayonun Güllütəpə kəndində şəhid Şəmsəddin Təhməzovun şəhadətinin 6-cı ildönümü anıldı
    «    Noyabr 2026    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30 
    DÜNYA XƏBƏRLƏRİ