Dünya çempionu, XTQ zabiti » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Dünya çempionu, XTQ zabiti

    Dünya çempionu, XTQ zabiti


                                         
    “Uğrunda ölmədiyin bayrağın kölgəsinə sığınma!”


    Vətənimizin bütövlüyü, müstəqilliyimizin əbədiliyi naminə ölümün gözünə dik baxan şəhidlərimizi ehtiramla xatırlamaq, torpağı, milləti canından artıq sevən qəhrəmanlarımızın şərəfli ömür yollarına nəzər salmaq, onları tanıyıb-tanıtmaq ən müqəddəs borcumuzdur.

    Çünki, düşmən gülləsinə sinəsini sipər edən, itirilmiş torpaqlarımızı yenidən vətənləşdirən cavan, nakam igidlərimiz Vətəni kama çatdırdılar, dövlət-ordu-xalq birliyinin nələrə qadir olduğunu, Azərbaycanın hərbi qüdrətini öz şücaətləri ilə bütün dünyaya sübut etdilər, başımızı dikəltdilər.

    Ölümləri ilə ömürlərini, köç etdikləri torpağı şərəfləndirən, adlarını yeni Azərbaycan tarixinə qızıl hərflərlə yazan XTQ zabiti İsmayıl İsayev kimi qəhrəmanlarımız əbədiyyət qazandılar, milyon-milyon könüllərdə özlərinə yuva qurdular...
    Bu yazıda haqqında bəhs edəcəyim – Azərbaycan Silahlı Qüvvələrinin zabiti, şəhid leytenant İsayev İsmayıl Çərkəz oğlu 24 aprel 2000-ci ildə Masallı rayonunun Sığdaş kəndində anadan olub. Uşaqlıq illəri bu kənddə keçib. Sonradan ailəsi ilə birgə Bakı şəhərinə köçüblər.

    İsmayıl 2017-ci ildə 100 nömrəli Binəqədi rayonu tam orta məktəbini, 2021-ci ildə Bakı İslam Universitetinin ilahiyyatçı fakültəsini bitirib.

    O, 11 yaşından idmanla məşğul olmağa başlayıb. 60-75 kiloqram çəki dərəcəsində müxtəlif idman növləri üzrə respublika və beynəlxalq yarışlarda bir sıra uğurlara imza atıb. 2012-ci ildən 2020-ci ilədək ayrı-ayrı vaxtlarda uşu-sanda, kikboksinq, may-tay, budo, grapplinq idman növləri üzrə respublika, Bakı şəhər birinciliklərinin, beynəlxalq turnirlərin mükafatçısı olub.
    İ.İsayev alpaqut Turan döyüş sənəti üzrə 1-ci dünya çempionatının (24-25.10.2018, Bakı) və budo döyüş növü üzrə dünya kuboku turnirinin (21-24.02.2020, Bakı) qızıl medalına layiq görülüb.

    2020-ci ildə budo üzrə beynəlxalq dərəcəli idman ustası adını alıb.
    Müxtəlif vaxtlarda Bakı şəhərindəki ayrı-ayrı idman klublarında məşqçi-müəllim kimi çalışıb.
    Qeyd edək ki, İsmayıl xidmət etdiyi dövrdə də hərbçilər arasında keçirilən idman yarışlarında uğurla çıxış edib.
    2018-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti nəzdində Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzinin atıcılıq kursunu müvəffəqiyyətlə bitirib.
    Vətəni qorumaq amalı pəhləvan cüssəli İsmayılı zabit olmağa ruhlandırıb. 2021-ci il iyulun 6-da ordu sıralarına yollanan İsmayıl 9 ay “N” saylı hərbi hisssədə çavuş kimi xidmət etdikdən sonra Azərbaycan Ordusunun Təlim-Tədris Mərkəzində (25 aprel-05 iyul 2022-ci il) motoatıcı bölmə, hissə və birləşmələrin döyüş tətbiqi hərbi uçot ixtisası kursunu uğurla başa vurararaq, leytenant hərbi rütbəsinə sahiblənib. Goranboydakı müxtəlif hərbi hissələrdə şərəfli xidmət yolu keçib. Üç ay post komandiri, sonradan isə Xüsusi Təyinatlı Qüvvələrin Komando mənsubu olan İsmayıl kəşfiyyat komandiri kimi xidmət edib.
    İsmayılda öyrənmək, təcrübə artırmaq həvəsinin tükənməz olduğunu bildirən hərbçi yoldaşları onu əsl vətənpərvər, əsgərləri arasında vəzifə, rütbə fərqi qoymayan komandir kimi xarakterizə edirlər.
    Zabit İsmayıl İsayev Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 2023-cü il 19 sentyabr tarixində Qarabağ bölgəsində həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində şəhidlik zirvəsinə ucalıb.
    Qrup komandiri kimi Ağdərə istiqamətində döyüşlərə qatılıb. Əsgərlərimiz üç düşmən postunu yararaq Ağdərənin mərkəzinə doğru istiqamət alıb. Son mövqe ələ keçirilərkən qarşı tərəfin xüsusi təyinatlıları ilə üzləşən hərbçilərimiz düşmənlə yaxın məsafədən döyüş aparıblar. On bir erməni separatçısını məhv edən igid zabitimiz İsmayıl qarın boşluğu nahiyəsindən üç güllə yarası alaraq qəhrəmancasına şəhid olub.

    Müddətdən Artıq Xidmət Edən Hərbi Qulluqçu (MAXE) Malik Mirzayev: “Açıq sahə ilə irəliləyib ilk postu ələ keçirdikdən sonra mövqeyimizi bərkitdik. Bu heç də bizə asan başa gəlmədi. Sanki tülkü kimi pusqu quran düşməni yuvasından çıxarıb məhv etməliydik. Qumbaraatanla qarşı tərəfi atəşə tutur, döyüş yoldaşlarım isə müəyyən edilən hədəf nöqtələrini susdurmağa çalışırdılar. Düşmənlə aramızda olan məsafə azaldıqca döyüşlər lap gərginləşirdi. Buna rəğmən digər iki postu da tutaraq istəyimizə nail olduq. Əfsuslar olsun ki, komandirimiz İsmayıl İsayevi və qrupumuzdan bir neçəsini itirdik. Gizir Sakit Aslanov, Orxan Nəcəfov isə yaralandılar...”

    Sentyabrın 20-də, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanımız İsmayıl İsayev Bakı şəhərindəki İkinci Şəhidlər xiyabanında dəfn edilib.
    Subay idi.

    Respublika Prezidenti İlham Əliyevin 07 noyabr 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifəsini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə şəhid leytenant İsayev İsmayıl Çərkəz oğlu ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda” medalı ilə təltif edilib.

    Binəqədi rayonundakı Zəngəzur şosesi kimi tanınan küçə indi şəhid İsmayıl İsayevin adını daşıyır.
     

    Torpağı vətənləşdirən
    Sevgi sizi yaşadacaq!
    Vətəni bütövləşdirən
    Sevgi sizi yaşadacaq!


    Çətinliyi, müharibə od-alovunu görən ataların xatirələri oğulların həyat məktəbi, vətənpərvərlik dərsidir. Şəhidin atası, Birinci Qarabağ müharibəsi iştirakçısı Çərkəz Ağabəy oğlunun yaddaşından süzülüb gələn sözlər bu fikrimizi təsdiq edir: “Cismimiz məzara sığacaq qədər kiçik olsa da, şərəfimiz tarix yazacaq qədər ölçüyə gəlməzdir.” Vaxtilə İsmayılın bu sözləri qeyd etdiyi kağız parçasını şəhadətindən sonra kitab arasından tapdıq. Məzar daşına isə həmin kağızdakı “Uğrunda ölmədiyin bayrağın kölgəsinə sığınma!” şüarı yazılıb...”
    Səbinə ana isə qəhrəman övladı haqqında danışarkən həm kövrəlir, həm də qürurlanır: “Əliaçıq, səxavətli oğul idi. İmkansizlara yardım, şəhid ailələrini ziyarət edəndə sanki rahatlanardı. Aprel döyüşləri şəhidi, XTQ əsgəri Emin Bağırovun, Vətən müharibəsi şəhidi, leytenant İmran Əliyevin və digər şəhid ailələrinə tez-tez baş çəkərdi.”
    22 yaşlı qardaşı İsrail 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan Ordusunda xidmət keçib. O, deyir ki, qardaşım ağır təbiətli, dosta, ailəyə vəfalı, haqqı sevən insan idi. Rus, ingilis, fars və ərəb dillərini də bilirdi. Kərbəla ziyarətində olmuşdu. “Qurani-Kərim”i oxuyar və xətm edərdi. Məktəb illərindən poeziyaya həvəsi vardı. Ara-sıra şeir yazmağı da vardı...
    Aprel və Tovuz döyüşlərində, 44 günlük Vətən savaşında, qısamüddətli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənən ərazilərimizdə, o cümlədən ölümün ağuşuna atılan leytenant İsmayıl İsayev, Tapdıq Bayramov, kiçik leytenant Mikayıl Həmidli, gizir İsmayıl Xanəliyev, Vüsal Əhmədov və digər mərd oğullarımızın müqəddəs torpağa axan qanları bahasına azad edilən Ağdərədə bu gün həyata keçirilən nəhəng quruculuq layihələri hamımızı sevindirir.
    2023-cü il oktyabrın 15-də Ağdərədə, Xankədidə, Xocalıda dövlət bay-rağımızı ucaldan Prezident, Ali Baş Komandan İlham Əliyevin vurğuladığı kimi: “Bu gün burada olmağımızın əsas səbəbkarı Azərbaycan xalqıdır, Azərbaycan övladıdır. Elə bir gənc nəsil yetişdirdik ki, Vətən, torpaq uğrunda ölümə getməyə hazır idi və ölümə də gedirdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz onların ruhu qarşısında baş əyirik. Biz Azərbaycan xalqı olaraq onlara əbədi borcluyuq. Həm üç il bundan əvvəl, həm son üç il ərzində, həm də sentyabr ayında keçirilmiş antiterror əməliyyatı zamanı Azərbaycan əsgəri, zabiti əsl qəhrəmanlıq, vətənpərvərlik, fədakarlıq göstərmişdir. Biz Ordumuzla, Silahlı Qüvvələrimizlə fəxr edirik, onlar bizim qürur mənbəyimizdir. Təkcə Azərbaycan vətəndaşları yox, əminəm ki, dünyada yaşayan on milyonlarla azərbaycanlı Azərbaycan əsgəri və zabiti ilə, Azərbaycan dövləti ilə haqlı olaraq fəxr edir.”

     

    Akif AĞAYEV,









    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 12:18 Rayonun Böyük Kolatan şəhid Əli Quliyevin şəhadətinin 6-cı ildönümü anıldı
    2. 12:17 Masallıda kənd təsərrüfatı, balıqçılıq, akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafı mövzusunda tədbir
    3. 12:16 Masallı Rayon İcra Hakimiyyəti başçsının 29.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    4. 10:54 Masallıda 2026-cı ilin noyabr ayına olan səyyar-görüş qəbulları
    5. 19:35 “MASALLI MARAFONU – 2026” YARIMARAFON YARIŞINA DƏVƏTLİSİNİZ!
    6. 19:30 Rayonun Ərkivan qəsəbəsində Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyası
    7. 19:48 Masallıda heyvan sağlamlığının qorunması sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olundu
    8. 10:57 Azərbaycan Prezidentinə yazırlar
    9. 16:27 Masallı Gənclər Evi Sosial Xidmət Müəssisəsində 21.10.2026-cı il tarixdə narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirici tədbir
    10. 16:24 Rayonun Çaxırlı kəndində şəhid Ağamalı Ağayevin şəhadətinin 6-cı ildönümü anıldı
    11. 16:24 Rayonun Ərkivan qəsəbəsində şəhid Famil Əlizadənin şəhadətinin 6-cı ildönümü anıldı
    12. 16:22 Rayon rəhbəri Səmədxanlı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.10.2026
    13. 16:19 Rayon rəhbəri 21 oktyabr 2026-cı il tarixdə İkinci Səmədxanlı kəndində səyyar qəbul keçirib
    14. 22:55 Masallıda “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, Sağlam gələcək!” mövzusunda tədbir
    15. 22:51 Masallıda çağırışçılar müddətli həqiqi hərbi xidmətə xüsusi mərasimlə yola salındı
    16. 12:01 Azərbaycan Prezidentinə yazırlar
    17. 23:58 Rayonun Xıl kəndində şəhid Elgün Mikayıllının şəhadətinin 6-cı ildönümü anıldı
    18. 23:00 Rayonun Qarğalıq kəndində şəhid Elvin Əzizovun şəhadətinin 6-cı ildönümü anıldı
    19. 16:57 Masallıda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirə
    20. 16:52 Rayonun Kürdəbazlı kəndində şəhid Gülşad Xəlilovun şəhadətinin 6-cı ildönümü anıldı
    21. 16:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 15.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    22. 12:05 Azərbaycan Prezidentinə yazırlar
    23. 12:04 Azərbaycan Prezidentinə yazırlar
    24. 17:08 Rayonun Təzə Alvadı kəndində şəhid Sənan Səlimovun şəhadətinin 6-cı ildönümü anıldı
    25. 17:04 Rayon rəhbəri Musaküçə kəndində asfaltlanma işləri ilə tanış olub
    26. 17:01 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.10.2026
    27. 16:58 Rayon rəhbəri 14 oktyabr 2026-cı il tarixdə Məmmədxanlı kəndində səyyar qəbul keçirib
    28. 10:10 Azərbaycan Prezidentinə yazırlar
    29. 10:08 UNUDULMUR...
    30. 11:52 Azərbaycan Prezidentinə yazırlar
    31. 11:51 Azərbaycan Prezidentinə yazırlar
    32. 11:41 Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
    33. 09:21 Azərbaycan və Mərkəzi Asiya: Ortaq tarix, birgə gələcək
    34. 18:43 Rayonun Banbaşı kəndində şəhid Elmir Akifzadənin şəhadətinin 6-cı ildönümü anıldı
    35. 16:42 Masallı rayonunun Hişkədərə kəndində şəhid İbrahim Lələyevin şəhadətinin 6-cı ildönümü anıldı
    36. 16:46 “PeşəFest-2026” - Masallıda
    37. 16:44 Rayonun Ərəb kəndində şəhid Cəbrayıl Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    38. 08:43 MÜHÜM VƏZİFƏLƏR
    39. 16:21 Rayonun Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun doğum günü qeyd olunub
    40. 16:19 Rayonun Güllütəpə kəndində şəhid Şəmsəddin Təhməzovun şəhadətinin 6-cı ildönümü anıldı
    «    Noyabr 2026    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30 
    DÜNYA XƏBƏRLƏRİ