Heydər Əliyev – 101 Heydər Əliyev – Azərbaycan xalqının milli sərvətidir » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Heydər Əliyev – 101 Heydər Əliyev – Azərbaycan xalqının milli sərvətidir

    Heydər Əliyev – 101 Heydər Əliyev – Azərbaycan xalqının milli sərvətidir

    Heydər Əliyev Çağdaş dünyanın siyasi tarixində öz izini qoymuş, adını əbədi olaraq tarixə həkk etmiş böyük şəxsiyyətdir. Zamanın çərçivəsinə sığışmayan bu böyük insanı, sözün çərçivəsinə sığışdırmaq da çox çətindir. Onun haqqında nə qədər deyilsə də çox azdır. Qədim yunan filosofları o kəsləri dahi hesab edirdilər ki, onlar heç kəsin görə bilmədiklərini görə bilirlər. Heydər Əliyev məhz belə dahilərdən idi. Heydər Əliyev Azərbaycanın adını bir dövlət kimi dünya tarixinə böyük hərflərlə və əbədi olaraq yazdı. Heydər Əliyevin qeyri adi istedadı, dərin zəkası, fenomenal qabiliyyəti, unikal dövlətçılık məharəti dünya nəhəngləri arasında onun yerini müəyyənləşdirdi. Heydər Əliyev tarixi yaradan şəxsiyyət idi. O, zamanla ayaqlaşan, bəzən onu qabaqlayan siyasətçilər cərgəsinə aiddir. Ulu yaradan Ümümilli liderimiz Heydər Əliyevə çox şey vermişdir – fenomen yaddaş, dərin təhlil qabiliyyəti, vətəninə bağlılıq, sadəlik, dözüm, səlis nitq hətta yaraşıqlı qamət və tarix yaratmaq bacarığı.

    Bu gün hər bir azərbaycanlı fəxr edir ki, məhz o, Heydər Əliyevin qurduğu müstəqil Azərbaycanın vətəndaşıdır, onun bütün varlığı ilə sevdiyi bir xalqın övladıdır. Ümumilli lider Heydər Əliyevin 34 illik rəhbərliyi dövrü Azərbaycan tarixinin ən yüksək inkişaf mərhələsi olmuşdur. Müstəqil ölkəmizin bugünki uğurları Heydər Əliyev strategiyasının təntənəsidir.

    Heydər Əliyev xalqını sonsuz məhəbbətlə sevmiş, xalq da onun sevgisini daim uca tutmuşdur. Məhz xalqına bu məhəbbət dünya şöhrətli siyasi xadimi yenidən öz ana vətəni Azərbaycana ikinci dəfə ölkə rəhbərliyinə qaytarmışdır. 1993-cü ilin keşməkeşli iyun günlərində xalqın təkidli tələbi və xahişi ilə yenidən hakimiyyətə qayıtdı. Xalqımızı və dövlətimizi böyük təhlükədən xilas etmək, müstəqil Azərbaycan dövlətini qurmaq missiyasına “Ömrünün qalan hissəsini də xalqıma bağışlayıram” söyləməklə başlayan Heydər Əliyev nadir və dövlətçilik zəkası, cəsarətli və sarsılmaz iradəsi ilə Azərbaycanda keçmiş Sovetlər Birliyindən miras qalmış rejim əvəzinə, demokratik, hüquqi dövlət yaratmağa müvəffəq oldu.

    Müstəqilliyini qorunmasının onun əldə edilməsindən qat-qat çətin olduğunu deyən dahi rəhbər Heydər Əliyev bu ağır vəzifənin öhdəsindən layiqincə gəldi.  Heydər Əliyev dövlət müstəqilliyimizi əbədi və dönməz etdi, ölkəmizə sabbitlik, sülh və əmin-amanlıq, siyasi islahatlar, demokratikləşmə, iqtisadi yüksəliş, sosial inkişaf gətirdi. Atəşkəsə nail oldu, iqtisadiyyatı dirçəltdi, Azərbaycanı tənəzzül etmiş dövlətdən, inkişaf edən ölkəyə çevirdi. Ümumilli liderimiz Heydər Əliyevin işləyib hazırladığı və mərhələ-mərhələ reallaşdırdığı “Əsrin müqaviləsi” milli neft strategiyası Azərbaycana böyük siyasi və iqtisadi dividentlər gətirir. Hazırda Azərbaycanda bu möhtəşəm strategiyanın real nəticələrini görürük. Ölkəmizin iri beynəlxalq layihələrdə iştirakı, Böyük İpək Yolunun bərpası, TRASEKA nəqliyyat dəhlizinin həyata vəsiqə alması da ümumilli liderimizin çox böyük xidmətlərindəndir.
    Heydər Əliyevin həyata keçirtdiyi təxirəsalınmaz tədbirlərinin nəticəsi kimi, bir tərəfdən Milli Ordunun formalaşması, Azərbaycanın milli mənafelərini qorumağa qadir silahlı qüvəllərin yaradılması, digər tərəfdən atəşkəsə nail olmaq üçün bütün siyasi və diplomatik vasitələr işə salınmış, bunun da nəticəsində 1994-cü ilin mayında ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən atəşkəsə nail olunmuşdur.

    Azərbaycan dövlətçiliyinin mövcudluğuna böyük təhlükə olan 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin, habelə separatçı-
    millətçi ünsürlərin ölkəni parçalamaq kimi mənfur niyyətlərinin qarşısı Heydər Əliyevin qətiyyəti sayəsində alınmış, dövlət müstəqilliyi qorunub saxlanılmışdır.

    Ulu öndər Heydər Əliyev haqqında adi söz demək mümkün deyil. Onun barəsində səmimi ifadə edilən hər bir fikirdə bir ucalıq, yüksək məna çaları var. Heydər Əliyev fenomeni təkcə bir məkanla, Azərbaycanla məhdudlaşmır. O hələ sağlığında əfsanələşən, siyasət olimpini fəth etmiş nadir şəxsiyyətlərdən biridir. Biz dünyanın məhşur simalarının bu dahi şəxsiyyət haqqında necə heyranlıqla, ehtiramla danışdıqlarının şahidiyik. Onların ümumilli liderlə bağlı söylədiklərini bir yerə cəmləşdirsək, dünyanın ən dahi siyasi liderlərindən birinin “siyasi portreti” alınar və hər kəs də onu dərhal tanıyar. “Bu Heydər Əlirza oğlu Əliyevdir – Türk və müsəlman dünyasının fəxri, Azərbaycan xalqının qüdrətli oğlu! Dünya siyasətinin nəhəngi və hətta rəqibləri tərəfindən yüksək qiymətləndirilən nadir bir şəxsiyyət!”

    Heydər Əliyev XX əsr Azərbaycan siyasətinin ən parlaq siması və XXI əsr müstəqillik kursunun memarıdır.
    Məşhur amerikalı siyasi xadim və politoloq Zbiqnev Bjezinski demişdir: “Heydər Əliyev siyasi cəhətdən möhkəm, məntiqli, zəkalı, istədiyini tez çatdıran şəxsiyyət – bir sözlə şəksiz liderdir”.

    Fransanın Sabiq Prezidenti Jak Şirak Heydər Əliyevə olan heyranlığını gizlətmirdi: “Bu qeyri-adi şəxsiyyət Azərbaycanı tərəqqi yoluna gətirib çıxarmışdır. Müxtəlif görüşlərimiz zamanı, xüsusilə Dağlıq Qarabağ münaqişəsi ərtafında müzakirələr apararkən münaqişənin sülh yolu ilə həllində onun göstərdiyi cəsarəti, müdrikliyi və qətiyyətini yüksək qiymətləndirirəm. Azərbaycanın bəxti onda gətirib ki, bu ölkəyə Prezident Heydər Əliyev kimi böyük siyasi idarəyə, zəngin dövlətçilik təcrübəsinə malik müdrik, uzaqgörən və nüfuzlu dövlət xadimi rəhbərlik edir.”
    ABŞ-ın keçmiş prezidentlərindən olan Corc Buş isə açıq demişdir: “Dünyada tanınmış, görkəmli dövlət xadimi Heydər Əliyevin şəksiz liderliyinə, cəsarətinə, misilsiz dünyagörüşünə və nadir natiqlik istedadına valehəm”.

    Türkiyənin Baş naziri olmuş, məhrum Bülənd Ecevitin bir fikri çox maraqlıdır: “Qudrətli öndərsiz bir millət heç nəyə nail ola bilməz. Heydər Əlirza oğlu Əliyev Atatürk qədər qüdrətli bir türkdür. Heydər Əlirza oğlu min ildən bir yetişən dahilərdəndir.” Sıralamanı uzatmaq olar.
    Ulu öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi sahəsindəki misilsiz xidmətlərindən biridə özündən sonra dövlətçilik işinin daimliyini təmin edəcək qüdrətli varis və lider yetişdirməsidir. Heydər Əliyev hələ sağlığında böyük bir məktəb – dövlət idarəçiliyi məktəbi yaratdı. Bu salondakılar da daxil olmaqla bu məktəbin ən azı 800 min nəfər YAP-çı müdavimi vardır. Biz hamımız qiyabiçi tələbə qismindəyik. Bu məktəbin yeganə əyani təhsilli məzunu isə ulu öndərin siyasi və genetik-irsi varisi olan çox hörmətli prezidentimiz İlham Əliyevdir.

    Heydər Əliyev idarəçiliyi məktəbinin bütün incəliklərini dərindən bilən cənab İlham Əliyevinin Azərbaycan Respublikasının Prezidenti kimi ötən 21 ildə möhtəşəm fəaliyyəti, onun rəhbərliyi ilə Azərbaycan xalqının nail olduğu mühüm qələbələr, sürətli sosial-iqtisadi inkişaf, böyük quruculuq işləri, vətəndaşlarının sosial rifahının ilbəil daha da yaxşılaşması insan hüquq və azadlıqlarının yüksək təminatla qorunması, beynəlxalq standartlara uyğun vətəndaş cəmiyyətinin qurulması, qanunun aliliyini təmin edən hüquqi dövlət quruculuğu prosessinin uğurla həyata keçirilməsi – bütün bunlar Azərbaycan dövlətinin bugünki reallığı olmaqla ümumilli liderin xatirəsinə ən böyük hədiyyədir!!!

    Heydər Əliyev qürur hissi ilə deyərdi: “Mən həmişə fəxr etmişəm, indi də fəxr edirəm ki, mən azərbaycanlıyam!”
    Bu gün Azərbaycan xalqı fəxr edir ki, onun Heydər Əliyev kimi övladı var. Qəlbi həmişə Azərbaycanla döyünən Heydər Əliyevin parlaq xatirəsi daim anılacaq və seviləcəkdir.






    Qumru ƏHMƏDOV,
    YAP fəalı, veteran müəllim.                                                                                                                    
     Masallı rayonu, Mahmudavar kəndi.




    Şəkillərdə:    HEYDƏR ƏLİYEV MASALLIDA. 1998-Cİ İL.



    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 21:33 Masallıda Sərbəst və Yunan-Roma güləşi üzrə Lənkəran-Astara region açıq turniri keçirilib
    2. 21:31 Rayonun Mahmudavar kəndində şəhid Nayib Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    3. 18:40 Cənub bölgəsində yeni sayt fəaliyyətə başlayıb
    4. 11:31 Milli həmrəyliyin və dövlət–xalq birliyinin ictimai-siyasi həyatımızdakı möhtəşəm təzahürü
    5. 11:28 Məhərrəm Səfərli – 80
    6. 10:35 Yeni Azərbaycan Partiyasının qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir
    7. 10:22 Rayonun Sığdaş kəndində şəhid Amid Salayevin şəhadətinin 6-cı ildönümü anıldı
    8. 14:52 Rayonun Çaxırlı kəndində şəhid Kənan Şahbazovun şəhadətinin 6-cı ildönümü anıldı
    9. 14:51 Rayon rəhbəri Ərkivan ərazisində şəhid məzarlarını ziyarət etdi 02.10.2026
    10. 14:49 Rayon rəhbəri 02 oktyabr 2026-cı il tarixdə Ərkivan qəsəbəsində səyyar qəbul keçirib
    11. 10:06 Masallıda prokurorluq işçilərinin peşə bayramı günü qeyd olunub
    12. 16:13 Masallıda tikintilərin qanunauyğun aparılması, tikinti norma və qaydalarına riayət olunması, eləcə də qanunsuz tikintilərə qarşı mübarizə mövzusunda tədbir
    13. 16:12 Masallıda “Vətəndaş müraciətlərinə həssas yanaşma” mövzusunda tədbir
    14. 15:27 Masallı Rayon İcra Hakimiyyəti başçsının 01.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    15. 15:27 Masallı Rayon İcra Hakimiyyəti başçsının 01.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    16. 15:27 Masallı Rayon İcra Hakimiyyəti başçsının 01.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    17. 15:27 Masallı Rayon İcra Hakimiyyəti başçsının 01.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    18. 11:08 BÜTÜN ÖMRÜNÜ AZƏRBAYCANIN İNKİŞAFINA SƏRF EDƏN DAHİ
    19. 15:59 Vətən müharibəsi şəhid İntiqam Abbasovun şəhadətinin altıncı ildönümü anıldı
    20. 09:00 Regional və qlobal iqtisadi əməkdaşlığın fəal iştirakçısı
    21. 08:57 26 sentyabr 2026-cı il tarixində Bakıda II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Parçalanmış dünyada etimadın bərpası:
    22. 08:54 Prezident İlham Əliyevin II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə çıxışı barədə
    23. 20:36 Masallıda 27 Sentyabr – Anım Günü ilə bağlı ehsan süfrəsi təşkil olunub
    24. 14:09 Azərbaycan regionda ən rəqabətqabiliyyətli iqtisadiyyata malik ölkədir
    25. 14:07 Böyük Britaniyada çalışan azərbaycanlı həkim: Gələcəkdə Xankəndidə fəaliyyət göstərmək istəyirəm - MÜSAHİBƏ
    26. 13:53 Masallıda 2026-cı ilin oktyabr ayına olan səyyar-görüş qəbulları
    27. 11:06 Masallıda 27 Sentyabr – Anım Günü ilə əlaqədar silsilə ağacəkmə aksiyaları keçirilib
    28. 12:28 Masallıda 27 Sentyabr - Anım Günü ilə bağlı "Zəfərə yazılan 44 günün ilk səhifəsi" mövzusunda tədbir
    29. 10:58 27 Sentyabr – Anım Günü: Şəhidlərimizin əziz xatirəsi daim yaşayacaq”
    30. 10:56 Bu gün Azərbaycanda Anım Günüdür
    31. 10:55 27 Sentyabr – Anım Günü
    32. 16:12 Masallıda tərəvəzçilik və çəltikçilik sahələrində görülmüş işlər və qarşıda duran vəzifələr mövzusunda zona müşavirəsi
    33. 16:09 Rayon rəhbəri Masallıda ilk inklüziv təhsilə cəlb edilmiş şagirdi ziyarət edib
    34. 13:42 Masallının axşam görüntüləri gündüzləri kimi gözəldir, əsrarəngizdir... Fotoetüdlər
    35. 13:39 Masallı Rayon İcra Hakimiyyətində “Şəhidlər unudulmur” mövzusunda tədbir keçirilib
    36. 13:37 Masallıda narkomanlığın qarşısının alınması və sağlam həyat tərzinin təşviqi ilə bağlı maarifləndirici tədbir
    37. 13:33 Masallı Rayon İcra Hakimiyyəti başçsının 24.09.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    38. 12:18 DİQQƏT, QAYĞI,TƏLƏBKARLIQ..
    39. 17:21 Rayon rəhbəri şəhid yadigarlarını ali məktəbə qəbul olmaları münasibətilə qəbul edib
    40. 17:19 Rayon rəhbəri Qızılağac ərazisində şəhid məzarlarını ziyarət etdi 23.09.2026
    «    Oktyabr 2026    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    DÜNYA XƏBƏRLƏRİ