Viləş çayı hövzəsində su qıtlığı problemləri və onun həlli » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Viləş çayı hövzəsində su qıtlığı problemləri və onun həlli

    Viləş çayı hövzəsində su qıtlığı problemləri və onun həlli


     Yer kürəsində şirin su qıtlığının tədricən artması bütün bəşəriyyəti, həmçinin düşünən beyinləri narahat etməkdədir. Belə ki, dünya əhalisinin 40 faizdən çoxu içməli və sənaye suyu problemi yaşayır. Ən çox müşahidə edilən insan fəaliyyəti ilə su ekosistemlərinin korlanması, əhali artımı, yaşayış məntəqələrinin böyüməsi, əkin  və istifadə olunan torpaq sahələrinin sürətli    genişləndirilməsi, qlobal istiləşmə və s. əsas rol oynayır.
       
    Eyni problem Viləş çayı hövzəsində də yaşanmaqdadır. Onu da qeyd edim ki,Viləş çayının əsas su mənbələri Lerik, Yardımlı və Masallı inzibati rayonlarının ərazisində olan təbii sərin sulu bulaqlar, həmçinin hidroğen- sulfidli qaynar sulu bulaqlar (20 %), yağış və qar (80%) sularıdır.Ən hündür başlanğıcı Talış dağlarının Peştəsər silsiləsinin 2203 metrliyindədir. Lənkəran-Astara  iqtisadi  rayonunun ən uzun və bol sulu çayı olmaqla115 kilometr məsafə qət edərək Lənkəran inzibati rayonu ərazisinə daxil olan Qızılağac körfəzinə ,yəni birbaşa Xəzər dənizinə tökülür. Hövzənin ümumi sahəsi 935 kvadrat kilometr  təşkil edir.Çayın ən bol sulu qolları sağdan Şərətük (uzunluğu 25 km), Dülan (uzunluğu 10 km), Mişorçay (uzunluğu 8 km), soldan Təkətonə (uzunluğu 21 km), Derəqardə (uzunluğu  7 km) çaylarıdır. Çayın orta illik axımı (Şıxlar kəndi) 3 kubmetr saniyə təşkil edir. Son 20 ilin yay aylarında çay tamamilə qurumaq hədddinə çatır, həmin vaxt demək olar ki, axan suyun 90 faizini soyumuş qaynar sular təşkil edir.
       
    Dünyanın bir çox yerlərində  olduğu kimi,Viləş çayı hövzəsində də əhalinin suya olan tələbatı şirin su resursları tərəfindən qarşılanmadığından  su qıtlığı problemi yaranmaqdadır. Ona görə də tələb-təklif qanununa istinad etsək,  hövzəmizin su balansını müəyyənləşdirmədən su ehtiyatlarının idarə edilməsi mümkün deyil.
       
    Araşdırmalar göstərir ki,1982-ci ildə Viləş çayından (söhbət anbara daxil olan sudan gedir) 250 milyon kub su axdığı halda,  2022-ci ildə 171 mln.kub ətrafında,2023-cü ildə isə 69,7 mln.kub  su kütləsi axmışdır.Su üzrə mütəxəssislər Viləşçay su anbarının Masallı rayonunda yerləşdiyini nəzərə alıb təhlili də bu istiqamətdə apardıqlarından hövzənin su balansını müəyyənləşdirmək olmur.
     
     Təhlillər göstərir ki, son iki ildə su anbarına 240 mln.kub su ehtiyatı daxil olmasına baxmayaraq 95 mln.kub civarında suvarma, təqribən 5,5 mln.kub isə içməli su məqsədi ilə istifadəyə verilmişdir. Burada əsas məsələ su itkisi və israfının  qarşısının alınmasıdır.Təkcə suötürücü kanallarda su itkisi 6,3 mln.kub təşkil etmişdir.Viləşçay su anbarının ümumi sahəsinin təqribən 320 hektar olduğunu, həmçinin dağlardan dənizə qədər olan buxarlanmanı,onu sürətləndirən amilləri də nəzırə alsaq 10 mln.kub buxarlanmaya məruz qalır.
     
    Viləş çayı hövzəsində su balansını müəyyənləşdirərkən Lerik və Yardımlı rayonları əhalisinin içməli və əkin suyuna tələbatını nəzərə almaq lazımdır. Belə ki, Lerik rayonunun Dırığ, Yardımlının Yuxarı və Aşağı zonaları təhlillər aparılarkən diqqətdən kənarda qalmışdır.Lerik rayonunda hövzəyə daxil olan,həm də hövzəni qidalandıran dağlıq ərazidə 20 mindən artıq əhali yaşayır,15 min hektardan artıq kənd təsərrüfatı təyinatlı torpaq istifadədə olunur,17 mindən artıq iri və xıırda buynuzlu heyvanları, ev quşları mövcuddur.Təbiətdə yaşayan canlıların da su tələbatı böyükdür.Apardığım araşdırma zamanı məlum olmuşdur ki,dağ və dağətəyi ərazilərdə ev təsərrüfatlarında adambaşına sudan günlük  istifadə  2 kub ətrafındadır. Bu da o deməkdir ki, Lerik ərazisində illik 14,5 mln.kub, Yardımlı ərazisində  isə bu hövzədə 45 mindən artıq əhali yaşadığından 32,8 mln.kub içməli su müxtəlif təyinatlara istifadə olunur.Bütün bunlar onu göstərir ki, əsas su mənbələrinin yerləşdiyi iki rayonda 50 mln.kub  civarında işməli su istifadə olunur.Sudan səmərəli istifadənin yaxşılaşdırılmasından ötrü su israfının aradan qaldırılması, davamlı su ehtiyatının yaradılması üçün təbliğat işinin aparılması, yaşıllıqların çoxaldılması, Viləşçay su anbarının genişləndirilməsi deyil, məhz Viləş çayı və onun bol sulu qollarının üzərində 10-30 mln.kub həcmli kicik anbarların qurulması, həmçinin mövcud su anbarındakı 20-25 mln.kub liklənmiş ərazinin təmizlənməsi zərurəti yaranmışdır.




    Elxan BABAZADƏ,
    Masallı RİHB-nin Qodman inzibati ərazi dairəsi üzrə
    nümayəndəliyinin Baş məsləhətçi-baş mühasibi,
    iqtisadçı-ekspert.
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 10:57 Azərbaycan Prezidentinə yazırlar
    2. 16:27 Masallı Gənclər Evi Sosial Xidmət Müəssisəsində 21.10.2026-cı il tarixdə narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirici tədbir
    3. 16:24 Rayonun Çaxırlı kəndində şəhid Ağamalı Ağayevin şəhadətinin 6-cı ildönümü anıldı
    4. 16:24 Rayonun Ərkivan qəsəbəsində şəhid Famil Əlizadənin şəhadətinin 6-cı ildönümü anıldı
    5. 16:22 Rayon rəhbəri Səmədxanlı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.10.2026
    6. 16:19 Rayon rəhbəri 21 oktyabr 2026-cı il tarixdə İkinci Səmədxanlı kəndində səyyar qəbul keçirib
    7. 22:55 Masallıda “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, Sağlam gələcək!” mövzusunda tədbir
    8. 22:51 Masallıda çağırışçılar müddətli həqiqi hərbi xidmətə xüsusi mərasimlə yola salındı
    9. 12:01 Azərbaycan Prezidentinə yazırlar
    10. 23:58 Rayonun Xıl kəndində şəhid Elgün Mikayıllının şəhadətinin 6-cı ildönümü anıldı
    11. 23:00 Rayonun Qarğalıq kəndində şəhid Elvin Əzizovun şəhadətinin 6-cı ildönümü anıldı
    12. 16:57 Masallıda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirə
    13. 16:52 Rayonun Kürdəbazlı kəndində şəhid Gülşad Xəlilovun şəhadətinin 6-cı ildönümü anıldı
    14. 16:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 15.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    15. 12:05 Azərbaycan Prezidentinə yazırlar
    16. 12:04 Azərbaycan Prezidentinə yazırlar
    17. 17:08 Rayonun Təzə Alvadı kəndində şəhid Sənan Səlimovun şəhadətinin 6-cı ildönümü anıldı
    18. 17:04 Rayon rəhbəri Musaküçə kəndində asfaltlanma işləri ilə tanış olub
    19. 17:01 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.10.2026
    20. 16:58 Rayon rəhbəri 14 oktyabr 2026-cı il tarixdə Məmmədxanlı kəndində səyyar qəbul keçirib
    21. 10:10 Azərbaycan Prezidentinə yazırlar
    22. 10:08 UNUDULMUR...
    23. 11:52 Azərbaycan Prezidentinə yazırlar
    24. 11:51 Azərbaycan Prezidentinə yazırlar
    25. 11:41 Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
    26. 09:21 Azərbaycan və Mərkəzi Asiya: Ortaq tarix, birgə gələcək
    27. 18:43 Rayonun Banbaşı kəndində şəhid Elmir Akifzadənin şəhadətinin 6-cı ildönümü anıldı
    28. 16:42 Masallı rayonunun Hişkədərə kəndində şəhid İbrahim Lələyevin şəhadətinin 6-cı ildönümü anıldı
    29. 16:46 “PeşəFest-2026” - Masallıda
    30. 16:44 Rayonun Ərəb kəndində şəhid Cəbrayıl Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    31. 08:43 MÜHÜM VƏZİFƏLƏR
    32. 16:21 Rayonun Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun doğum günü qeyd olunub
    33. 16:19 Rayonun Güllütəpə kəndində şəhid Şəmsəddin Təhməzovun şəhadətinin 6-cı ildönümü anıldı
    34. 16:18 Masallı şəhərində şəhid Araz Seyfullayevin şəhadətinin 6-cı ildönümü anıldı
    35. 16:17 Rayonun Çaxırlı kəndində şəhid Namiq Bağırovun şəhadətinin 6-cı ildönümü anıldı
    36. 16:15 Rayon rəhbəri Təzə Alvadı ərazisində şəhid məzarlarını ziyarət etdi 08.10.2026
    37. 16:12 Rayon rəhbəri 08 oktyabr 2026-cı il tarixdə Əhmədli kəndində səyyar qəbul keçirib
    38. 16:07 Masallı Rayon İcra Hakimiyyəti başçsının 08.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    39. 15:12 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında tarixi bir hadisəsi olmaqla yanaşı, həm də qazanılan möhtəşəm uğurların və gələcək strateji hədəflərin təntənəsidir
    40. 15:03 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı
    «    Oktyabr 2026    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    DÜNYA XƏBƏRLƏRİ