Ehtirama layiq ad » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • Ehtirama layiq ad



     “Mahmudavarın Təhsil fədailəri” lövhəsi qarşısında
    Müəllim. Bu şərəfli ad mənimçün həmişə müqəddəs, əvəzolunmaz olub. Dünyanın bütün ölkələrində bu ad ehtiram, hörmət ünvanına çevrilib.

    Üləmalar, dahilər bu ad haqqında yaddan çıxmaz ifadələr işlədiblər.
    Həzrət Əli buyurub ki, kim mənə bir hərf öyrətsə ona 40 gün qul olacağam. Başqa bir üləma isə: valideynlərim məni göydən yerə endirdilər, müəllimlərim isə məni yerdən göyə qaldırdılar. Rus pedaqoqu Uşinskinin də müəllim haqqında dəyərli fikirləri var. Ümümmilli liderimiz Heydər Əliyev isə müəllim haqqında qürurlandırıcı ifadə işlədir: Mən dünyada müəllim adından şərəfli ad tanımıram.

    Doğrudan da müəllim adı şərəfli, fəxarətli, ehtiramlıdır.

    Ömrümün 75-ci pilləsində olsam da hər gün müəllimlərimi xatırlayıram. Kənddəki məktəblərin həyətinə daxil olanda bəzilərinin övladlarını, yaxınlarını görəndə yenə müəllimlərimi yada salıb kövrəlirəm.

    Bəstəboy, sakit təbiətli, çalışqan əlaçı şagird kimi məktəbdə nəinki müəllimlər, texniki işçilər tərəfindən də sevilirdim. Bütün fənlər üzrə keçirilən tədbirlərə dəvət edilirdim. Oxuduğum 10 il ərzində həmişə sinif nümayəndəsi seçilirdim. Divar vərəqələrinin buraxılışını   mənə həvalə edirdilər.

    Bu gün onları yaxşı xatırlayıram. Tarix müəllimimiz Əbdülrza Əhmədovu heç vaxt unuda bilmirəm. Onu az qala bütün ölkədə tanıyırdılar. Qəzet və jurnalarda yüzlərlə məqaləsi çıxmışdı. Bəhri-təvillər, şeir və qəzəllərini oxucular maraqla oxuyurdular. Bir neçə kitabı çap olunmuşdu. Ömrünün sonuncu 89-cu ilində də qəzetləri gözlüksüz oxuyardı. Riyaziyyat müəllimimiz Muqbil Agayev, Hüseyn və Paşa Məmmədovlar ciddiliyi ilə, Əbdül Gözəlov səbrilə, coğrafiyaçı Urşan  İsaqov məzəli zarafatları ilə yadaşımda qalıb. Onların hamısı dünyalarını dəyişsələr də bu gün hər bir mahmudavarlının qəlbində yaşayır.

    Bir neçə il əvvəl yolum Mahmudavar kənd ümumi orta məktəbinə düşmüşdü. Bu ikimərtəbəli, yaraşıqlı  binanı gəzdikcə gözümdə oxudugum əvvəlki məktəb canlanırdı. Hər bir müəllimin danışığı, yerişi, gülüşü, tədrisi, şagirdlərinə yanaşma metodlarını xatırlayırdım. Bu gün məktəbdə onlardan heç bir nişanə qalmamışdı. Ancaq burada hər şey onları xatırladırdı. Elə buradaca qərara aldım ki,  məktəbdə “Mahmudavarın təhsil fədailəri” guşəsini yaradım. Onların şəkillərini böyüdüb hansı fənni tədris etiyini, yaşadıgı tarixini göstərim. Yanımda duran məktəbin hərbi müəllimi Hacırza Ağayevə , məktəbin direktoru İsa İbadova  ürəyimdən keçənləri dedim. Hacırza müəllim dedi ki, bu işdə mən də sizə kömək göstərəcəyəm. Kənd ağsaqqalı, veteran müəllim, səmimi və sakit xarakterli Hacırza müəllimlə məqsədə çatmaq üçün səylə çalışdıq.

     Haqq dünyasına köçən mahmudavarlı müəllimərin  portret  şəkillərini qısa müddətdə tapıb  bu guşəni yaratıq. Bu xeyirxah  iş bütün  kənddə əks-səda verdi. Məktəbə gələn rayon rəhbələri də bunu bəyənib Masallının  bütün tədiris ocaqlarında yaradılmasını tövsiyə etdilər. Çox keçmədi ki,  Hacırza müəllim də dünyasını dəyişdi. Bu xeyirxah  işi tək icra etməyə başladım. İndi bu şərəfli, müqəddəs lovhədən 72 pedaqoq boylanıb dəhlizdə belədən-belə keçən müəllim və şagirdlərə baxr. Şəkillərə göz gəzdirdikcə həm kövrəlir, həm də məktəbin bir əsrə yaxın tarixini xartırlayıram. Biri ciddidir, digəri gülümsəyir. Başqa birisində adamı düşündürən baxışlar. Hüseyn məllimin dərsində biri cınqırığını çıxara bilməzdi. Bu zəhmi indi şəklində duymaq olur. Mənzər müəllimə bizə nəgmə dərsi keçərdi . o vaxtlar dəbdə olan Sosialist   Əməyi Qəhrəmanı Sürəyya xanıma həsr edilmiş mahnını tez-tez  bizə səsləndirirdi:

    Əməyin azad,
    Diləyin azad,
    Ay ellər qızı,
    Bu şən ölkənin
    Bəxtəbər qzı.

    Lövhədəki müəllimlərin bəziləri  təkcə Mahmudavarda deyil,
    qonşu Hişkədərə, Boradigah, Türkoba , Tüklə və digər kəndlərin məktəblərində də şagirdlərin elm, təhsil yoluna nur paylayıblar. Sinif yoldaşım olan Şahrza Agayev bu məktəbdə direktor da işləyib. Sonra keçilməz cıgırlarla elmin geniş yoluna çıxıb. Alim kimi dünyadan köçdü. Rayonda tanınan Qumru müəllim lap bu yaxınlarda qəflətən vəfat etdi.

    Yenə bu müqədəs löhvənin qarşısındayam. Bu şərəfli adların hər birinin rəsmini diqqətlə süzüb kövrəlirəm. Birinci sinifdə oxuyanda sol əllə yazmağımı mənə tərgitməyi öyrədən Qəzənfər müəllim baxışlarını mənə dikib. Raykom katibi işləyəndə  həmişə zarafatla deyərdi ki,  ay jurnalist oglan, unutma ki, sənə düzgün yazmağı mən öyrətmişəm.

    Orta təhsilli Nəcəf müəllim, Baxşəli Nəsirov, Sahib Əzizov, Şabiəli Qulamov, Hidayət Tahirov, şagird yoldaşlarım Sübnaz, Xanım müəllimələr...

    Hər şəkilə baxıb köks ötürürəm. Əziz müəllimlərim, mehriban, valideyn qədər yaxın insanlar Sizi unuda bilmirəm. Daha dogrusu unutmaq olmur. Biz həmişə sizlərə borcluyuq. Bu borcu unutmaq çətin, ödəmək ondan da çətin. Sizi unutmaq nankorluqdur. Siz həmişə yaşayacaqsınız. Bu löhvə sıxlaşdıqca Mahmudavarda təhsil yolunun nuru, ziyası daha da artacaq.

    Bu ziya sizin qadir əməyəinizin bəhrəsidir. Allahdan sizə rəhmət diləyirəm. Ruhunuz xoş olsun.
    Bu lövhənin səliqəsini, düzümünü  nəzarətdə saxlayan məktəbin direktoru İsa İbadov və müəlim

    Çingiz Fərəcova təşəkkürümü çatdırıram.





    Həsənaga Əli MURTUZA,
     jurnalist.
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 19:34 Boradigah qəsəbə İ. Nağıyev adına 2 nömrəli tam orta ümumtəhsil məktəbində yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
    2. 19:26 Masallıda 1 Mart – Mülki Müdafiə Günü qeyd olunub
    3. 19:24 Rayon rəhbəri Vətən müharibəsi şəhidi Elgün Mikayıllının atasını xəstəxanada ziyarət etdi
    4. 13:48 Prezident İlham Əliyevin Xocalı Soyqırımı Memorialının açılışında iştirak edib
    5. 13:46 Prezident İlham Əliyevin Xocalı Soyqırımı Memorialının Açılışında Tarixi Çıxışı
    6. 13:42 MASALLIDA XOCALI FACİƏSİNİN 34-CÜ İLDÖNÜMÜ
    7. 11:59 Masallı RİH başçısı 26 fevral 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    8. 18:20 Rayon rəhbəri Güllütəpə ərazisində şəhid məzarlarını ziyarət etdi 25.02.2026
    9. 18:18 Rayon rəhbəri Güllütəpə ərazisində tikintisinə başlanılan mərasim evinə baxış keçirib - 25.06.2026
    10. 16:05 Masallının Güllütəpə kəndində səyyar qəbul keçirilib - 25.02.2026
    11. 12:27 Ermənilərin məqsədi Xocalını yer üzündən birdəfəlik silmək idi
    12. 17:52 26 Fevral – Xocalı soyqırımı və onun siyasi tərəfləri
    13. 16:05 Masallı rayon rəhbəri Öncəqala ərazisində tənha yaşayan vətəndaşla bağlı verilən tapşırıqların icrası ilə yerində tanış olub 20.02.2026
    14. 16:04 Masallı rayon rəhbəri yanğın nəticəsində zərər görmüş evdə aparılan təmir işləri ilə tanış olub
    15. 20:43 Masallı rayonu Yeni Zuvand kənd tam orta ümumtəhsil məktəbində yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
    16. 15:10 Yeni Azərbaycan Partiyası xalqın partiyasıdır Masallıda tədbir
    17. 12:02 Masallı RİH başçısı 19 fevral 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    18. 18:49 Masallı Rayon İcra Hakimiyyəti-nin başçısı Araz Əhmədov Öncəqala ərazisində şəhid Malikov Nurlan Dünyamalı oğlunun yenidən qurulmuş məzarını ziyarət edib. 18.02.2026
    19. 16:44 Masallı rayon rəhbəri Öncəqala ərazisində tənha yaşayan vətəndaşın qayğıları ilə yerində maraqlanıb
    20. 15:17 Rayon rəhbəri Öncəqala ərazisində şəhid məzarlarını ziyarət etdi 18.02.2026
    21. 14:52 Masallıda Öncəqala ərazisinin Hüseynhacılı kəndində səyyar qəbul keçirilib
    22. 14:42 BAKI-BELQRAD ƏMƏKDAŞLIQ KÖRPÜSÜ DAHA DA MÖHKƏMLƏNİR
    23. 08:20 Masallıda şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addım atılıb
    24. 11:53 Prezident İlham Əliyevin fevralın 15-də Serbiya Respublikasına səfəri olmuşdur
    25. 09:03 İlham Əliyevin Serbiyaya səfəri: Azərbaycan–Serbiya strateji tərəfdaşlığında yeni mərhələ
    26. 19:31 Rayon rəhbəri Sərçuvar kəndində şəhid məzarlarını ziyarət etdi 16.02.2026
    27. 19:28 Milli Qəhrəman Səfəralı Məmmədovun anım günü ilə əlaqədar məzarı və ailəsi ziyarət olundu
    28. 12:25 Rəqəmsal inkişaf Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətidir
    29. 10:16 “Azərbaycanın yeni rəqəmsal arxitekturası”na həsr olunmuş müşavirə keçirilib
    30. 19:26 Masallıda “Rəqəmsal mühitdə uşaqların zərərli informasiyadan qorunması” adlı maarifləndirici tədbir
    31. 14:52 Masallıda “Talassemiyasız həyat naminə” ümumrayon qanvermə aksiyası
    32. 13:29 Masallı RİH başçısı 12 fevral 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    33. 17:31 Rayon rəhbəri Türkoba ərazisində şəhid məzarlarını ziyarət etdi 11.02.2026
    34. 17:28 Masallıda Türkoba ərazisinin Qəzvinoba kəndində səyyar qəbul keçirilib
    35. 16:06 Səhiyyədə peşəkarlıq, insanpərvərlik və dövlətə sədaqət nümunəsi: Masallı Rayon Mərkəzi Xəstəxanasının direktoru İlqar Ramizoğlu
    36. 14:49 Azərbaycan Prezidentinə yazırlar
    37. 09:07 Ərazi nümayəndəsinin tribunası
    38. 09:05 Allah rəhmət eləsin
    39. 20:13 Rayon rəhbəri Masallı ərazisində şəhid məzarlarını ziyarət etdi 09.02.2026
    40. 17:25 Masallı rayonunda elektrik və hibrid mühərrikli avtomobillərin sayı əvvəlki ildən 2,2 dəfə artmışdır - Statistika
    «    Mart 2026    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    DÜNYA XƏBƏRLƏRİ