Ölkə Prezidentinin təməlqoyma və açılış mərasimlərində iştirakı güclü stimul rolunu oynayır » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Ölkə Prezidentinin təməlqoyma və açılış mərasimlərində iştirakı güclü stimul rolunu oynayır

    Ölkə Prezidentinin təməlqoyma və açılış mərasimlərində iştirakı güclü stimul rolunu oynayır

                   
    Bu gün Azərbaycan özünün işğaldan azad etdiyi bütün ərazilərində vüsətli yenidənqurma işləri aparmaqdadır. Böyük Qayıdış dövlət proqramına uyğun olaraq artıq həmin rayon və bölgələrimizə bir zamanlar öz dədə-baba yurdlarından qovulmuş soydaşlarımız geri qayıdır və bu ərazilərdə yenidən məskunlaşırlar. Dövlət başçımızın azad olunmuş ərazilərə mütəmadi səfərləri isə bu rayon və bölgələrdə aparılan işlərin xüsusi diqqət mərkəzində saxlanıldığını göstərir. Əlbəttə ki, belə səfərlər zamanı Ölkə Prezidentinin müxtəlif obyektlərin, yaşayış komplekslərinin təməlqoyma və açılış mərasimlərində iştirakı da böyük stimul rolunu oynayır. Məlum olduğu kimi dövlət başçımızın müvafiq Sərəncamına əsasən 4 oktyabr tarixi ölkəmizdə Cəbrayıl Şəhəri Günü kimi qeyd edilir. Bu münasibətlə Ölkə Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 4-də Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak ediblər, yeni evlərə köçən şəhər sakinlərinə mənzillərin açarlarını təqdim ediblər. Tədbirdə çıxış edən dövlətimizin başçısı Cəbrayılın azad olunmasının əhəmiyyətindən bəhs edib və bu faktı xüsusi olaraq diqqət mərkəzinə gətirib ki, İkinci Qarabağ müharibəsi dövründə məhz Cəbrayıl işğaldan azad edilmiş birinci şəhər olmuşdur.
               
     Cəbrayılda və digər bölgələrdə görülən işlərin miqyasından və əhəmiyyətindən danışıb: “Müharibə başa çatdıqdan sonra digər ərazilərimiz kimi, Cəbrayılın da inkişafı ilə bağlı cənab Prezident tərəfindən dərhal bütün müvafiq tapşırıqlar verilmişdir. İnfrastruktur layihələrinin icrasına başlamış və bu gün artıq Cəbrayıla səfər edən hər bir insan həm köhnə yolun yüksək səviyyədə yenidən qurulduğunu, həm də yeni dördzolaqlı magistral yolun uğurla inşa edildiyini görür. Bu yol Cəbrayıldan Zəngilana, Qubadlıya və oradan da Laçına qədər davam edir. Dövlət başçımızın qeyd etdiyi kimi, həm Cəbrayılda, həm də digər azad olunmuş ərazilərdə bir çox infrastruktur layihələrinin icrası uğurla, sürətlə həyata keçirilir. O cümlədən oktyabrın 3-də cənab Prezident İlham Əliyev Cəbrayılda yeni məktəbin açılışını edib. Dövlətimizin başçısı öz çıxışında vurğuladı ki, azad edilmiş torpaqlarda aparılan işlər öz miqyasına görə xüsusi xarakter daşıyır.

    Həqiqətən də dünyanın heç bir yerində indiyədək işğaldan, müharibələrdən əziyyət çəkmiş heç bir ölkə bu sürətlə və bu keyfiyyətlə bərpa işlərini aparmayıb. Çünki bu işlər genişmiqyaslı və çox dəqiq planlar əsasında görülür. Hər bir şəhərin Baş planları təsdiq edilib. Hər bir kəndin bütün lazımı infrastrukturu nəzərə alınıb. Eyni zamanda, bərpa olunan şəhər və kəndlərə qayıdacaq insanların məşğulluq məsələsi də diqqətə alınır. Oktyabrın 3-də cənab Prezident İlham Əliyevin Cəbrayılda beş yeni müəssisənin təməlini qoyması da bunu bir daha təsdiq edir. Həmin müəssisələrdə mindən çox insan çalışacağı nəzərdə tutulur. Bütün bunlar bir daha onu göstərir ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə bu torpaqların əsil sahibləri əbədi qayıdıblar.


     


    Akif Həmidov,
     Masallı Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 12:18 Rayonun Böyük Kolatan şəhid Əli Quliyevin şəhadətinin 6-cı ildönümü anıldı
    2. 12:17 Masallıda kənd təsərrüfatı, balıqçılıq, akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafı mövzusunda tədbir
    3. 12:16 Masallı Rayon İcra Hakimiyyəti başçsının 29.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    4. 10:54 Masallıda 2026-cı ilin noyabr ayına olan səyyar-görüş qəbulları
    5. 19:35 “MASALLI MARAFONU – 2026” YARIMARAFON YARIŞINA DƏVƏTLİSİNİZ!
    6. 19:30 Rayonun Ərkivan qəsəbəsində Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyası
    7. 19:48 Masallıda heyvan sağlamlığının qorunması sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olundu
    8. 10:57 Azərbaycan Prezidentinə yazırlar
    9. 16:27 Masallı Gənclər Evi Sosial Xidmət Müəssisəsində 21.10.2026-cı il tarixdə narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirici tədbir
    10. 16:24 Rayonun Çaxırlı kəndində şəhid Ağamalı Ağayevin şəhadətinin 6-cı ildönümü anıldı
    11. 16:24 Rayonun Ərkivan qəsəbəsində şəhid Famil Əlizadənin şəhadətinin 6-cı ildönümü anıldı
    12. 16:22 Rayon rəhbəri Səmədxanlı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.10.2026
    13. 16:19 Rayon rəhbəri 21 oktyabr 2026-cı il tarixdə İkinci Səmədxanlı kəndində səyyar qəbul keçirib
    14. 22:55 Masallıda “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, Sağlam gələcək!” mövzusunda tədbir
    15. 22:51 Masallıda çağırışçılar müddətli həqiqi hərbi xidmətə xüsusi mərasimlə yola salındı
    16. 12:01 Azərbaycan Prezidentinə yazırlar
    17. 23:58 Rayonun Xıl kəndində şəhid Elgün Mikayıllının şəhadətinin 6-cı ildönümü anıldı
    18. 23:00 Rayonun Qarğalıq kəndində şəhid Elvin Əzizovun şəhadətinin 6-cı ildönümü anıldı
    19. 16:57 Masallıda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirə
    20. 16:52 Rayonun Kürdəbazlı kəndində şəhid Gülşad Xəlilovun şəhadətinin 6-cı ildönümü anıldı
    21. 16:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 15.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    22. 12:05 Azərbaycan Prezidentinə yazırlar
    23. 12:04 Azərbaycan Prezidentinə yazırlar
    24. 17:08 Rayonun Təzə Alvadı kəndində şəhid Sənan Səlimovun şəhadətinin 6-cı ildönümü anıldı
    25. 17:04 Rayon rəhbəri Musaküçə kəndində asfaltlanma işləri ilə tanış olub
    26. 17:01 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.10.2026
    27. 16:58 Rayon rəhbəri 14 oktyabr 2026-cı il tarixdə Məmmədxanlı kəndində səyyar qəbul keçirib
    28. 10:10 Azərbaycan Prezidentinə yazırlar
    29. 10:08 UNUDULMUR...
    30. 11:52 Azərbaycan Prezidentinə yazırlar
    31. 11:51 Azərbaycan Prezidentinə yazırlar
    32. 11:41 Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
    33. 09:21 Azərbaycan və Mərkəzi Asiya: Ortaq tarix, birgə gələcək
    34. 18:43 Rayonun Banbaşı kəndində şəhid Elmir Akifzadənin şəhadətinin 6-cı ildönümü anıldı
    35. 16:42 Masallı rayonunun Hişkədərə kəndində şəhid İbrahim Lələyevin şəhadətinin 6-cı ildönümü anıldı
    36. 16:46 “PeşəFest-2026” - Masallıda
    37. 16:44 Rayonun Ərəb kəndində şəhid Cəbrayıl Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    38. 08:43 MÜHÜM VƏZİFƏLƏR
    39. 16:21 Rayonun Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun doğum günü qeyd olunub
    40. 16:19 Rayonun Güllütəpə kəndində şəhid Şəmsəddin Təhməzovun şəhadətinin 6-cı ildönümü anıldı
    «    Noyabr 2026    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30 
    DÜNYA XƏBƏRLƏRİ