Bələdiyyə sədri ilə müsahibə » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Bələdiyyə sədri ilə müsahibə

    Bələdiyyə sədri ilə müsahibə


    Görüləsi işimiz çoxdur

    Müsahibimiz Yeddioymaq bələdiyyəsinin sədri Zeynalabidin Zeynalovdur.

    Zeynalov Zeynalabidin Hüseyn oğlu 1961-ci il yanvarın 14-də Yeddioymaqda dünyaya göz açıb. Orta təhsilini də bu kənddəki məktəbdə alıb. 1987-ci ildə Azərbaycan Politexnik İnstitutunu bitirib, bir müddət rayondakı avtonəqliyyat müəssisəsində çalışıb. 2002-ci ildən Yeddioymaq bələdiyyəsinin sədridir. Yeni Azərbaycan Partiyasının üzvüdür.

    -Zeynalabidin müəllim, bir bələdiyyə sədri kimi bu özünüidarəetmə qurumunun vəzifələrindən danışardınız.

    -Ötən əsrin 90-cı illərinə kimi hər kəndin abadlığını, problemlərini dövlət həll edərdi. Müstəqillik əldə ediləndən sonra ərazi nümayəndələri kəndi idarə edirdilər. İllər keçdikcə kəndlərimiz bir çox çətinliklərlə üzləşdi. Kəndin inkişafı, sakinlərin dolanışığını, maddi vəziyyətini yaxşılaşdırmaq, abadlıq, səliqə-sahman işlərinə düzgün nəzarət etmək,  vacib layihələr hazırlamaq üçün özünüidarəetmə qurumunun yaradılması tələb olunurdu. Eyni zamanda kənd təsərrüfatının inkişafı üçün qüvvələri birləşdirmək, fermerləri mövcud texnika ilə təchiz etmək üçün kömək göstərmək vacib idi. Bütün bunlar isə məhz bələdiyyə kimi bir quruma tapşırılmışdı. O vaxtdan 25 ildən çox bir müddət keçir. Bu illər ərzində bələdiyyə vəziyyətə tamlıq gətirə bilməsə də fəaliyyətində nəzərəçarpacaq dərəcədə irəliləyişə nail olub.

    -Məhz sizin bələdiyyədə bu sahədə hansı tədbirlər həyata keçirilib?

    -Bu sahədə uğurlu işimiz var. Bələdiyyə sədri seçildiyim ilk gündən kəndin təsərrüfat problemlərini aradan qaldırmağa çalışdım. Kəndin bazarla əlaqəsi kəsilmişdi. Pay torpaqlarda ancaq taxıl əkilirdi. Bu da kəndlinin toyuq dəninə bəs edirdi. Fermerlərlə əlaqəni möhkəmləndirdik. Bələdiyyə üzvlərinin hər birinə təsərrüfatın bir sahəsini nəzarətə almaq tapşırıldı. Texnikaların sazlığına nail olduq. Çünki texnikasız əkin-biçin yoxdur. Əkin-biçin də olmasa adamların dolanışığı çətindir. Təsərrüfatda yeni əkin sahələri yaratdıq. Pomidor, kələm, badımcan, bibər əkinlərini artırmaqla həm bolluq yaratdıq, həm də sakinlərin maddi vəziyyətini yaxşılaşdırdıq. Üstəlik kənddə xeyli iş yeri yarandı. İllər keçdikcə kəndin bazarla əlaqəsi möhkəmləndi. Hazırda bu əkinlərə daha çox önəm veririk.

    -Kəndin abadlığı, səliqə-sahmanı sahəsində az işlər görülməyib.

    -Əlbəttə, bu, bələdiyyənin ən vacib, ən dəyərli işidir. Müasir dövrdə ən mühüm məsələ abadlıqdır. Fəaliyyətimizin əsas qayəsidir abadlıq. Deyirlər abad kənd görüntüsündən bəlli olar. Hələ ötən illəri demirəm, 2024-cü ildə əsas diqqəti yaşıllığa, yolların təmirinə yönəltmişik. Ərazidə 4-5 kilometrlik yola qırma daş tökülüb, nahamar yollar doldurulub,  hamarlanıb. Qasımlı kənd yoluna bir neçə maşın qırma daş yayılıb. Yeddioymaq kənd qəbiristanlığının qarşısı çox bərbad halda idi. Burada maşınların hərəkəti demək olar ki, mümkünsüz idi. Odur ki, həmin yerə 5 maşın daş-çınqıl töküb hamarladıq. Ərazidə başqa narahat yollar da hamarlanıb, çınqılla təmir olunub. Ərazinin bir çox küçələrində,  nümayəndəliyin və başqa inzibati binaların həyətlərində xeyli gül kolu, bəzək ağacları əkmişik. Yaşıllıqların suvarılmasına, mühafizəsinə də diqqət yetirilir.

    -Ərazidə həyata keçirilən tədbirlərdə kənd xeyriyyəçiləri, ziyalıların köməyi sizi qane edirmi?

    -Bu işdə onlar ən yaxın dostlarımızdır. Yolların abadlaşdırılmasında, başqa xeyriyyə əməllərində onların əməyi çoxdur. Bu il Qasımlı məktəbinə 2 maşın odun vermişik. Yeni dərs ili ərəfəsində Qasımlı məktəbinin təmirinə kömək göstərmişik. İmkansız uşaqlara 100 manatlıq dərs ləvazımatı alınıb. Müraciətinə əsasən bir nəfər Qasımlı kənd sakininə 100 manat kömək etmişik. Diabetli xəstələrə yardım göstərilib. Xeyriyyəçilikdə ağsaqqal və ziyalılarımız fəallıq göstərirlər. Bu işdə İbrahim Şükürov, Saleh Salayev, Əşrəf Zeynalov, Akif Qarayev və başqaları həmişə əldən tuturlar. Kənddə erkən nikahlara, qanunsuz tikililərə qarşı mübarizədə də onların nüfuz və köməyindən yararlanırıq.

    -Həyata keçirilən tədbirlərdə ərazi nümayəndəliyi ilə birliyiniz.

    -Bu mütləqdir. Birlik olan yerdə dirilik, xeyir-bərəkət, böyük-kiçiklik, hörmət-izzət olar, deyirlər. Şəhid ailələrinə göstərilən qayğılar zamanı məsləhətləşmələrimiz çox olur. Ərazi nümayəndəliyi ilə birlikdə şəhid ailələrinə baş çəkir, gənclərin ordu sıralarına yola salınmasına birlikdə kömək göstəririk. Vətəndaşların ərizə və şikayətlərini hər iki qurum birlikdə həll edir.

    Həyat dəyişir, qloballaşan dünyada daim yeniliklərlə ayaqlaşmaq, kəndin inkişafına, adamların rifah halının yaxşılaşdırılmasına diqqəti daha da artırmalıyıq.  Deməli, qarşıda hələ görüləsi iş çoxdur.

    -Müsahibəyə görə sağ olun.

    -Siz də sağ olun.








    Müsahibəni apardı:
    Həsənağa ƏLİYEV.
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 12:18 Rayonun Böyük Kolatan şəhid Əli Quliyevin şəhadətinin 6-cı ildönümü anıldı
    2. 12:17 Masallıda kənd təsərrüfatı, balıqçılıq, akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafı mövzusunda tədbir
    3. 12:16 Masallı Rayon İcra Hakimiyyəti başçsının 29.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    4. 10:54 Masallıda 2026-cı ilin noyabr ayına olan səyyar-görüş qəbulları
    5. 19:35 “MASALLI MARAFONU – 2026” YARIMARAFON YARIŞINA DƏVƏTLİSİNİZ!
    6. 19:30 Rayonun Ərkivan qəsəbəsində Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyası
    7. 19:48 Masallıda heyvan sağlamlığının qorunması sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olundu
    8. 10:57 Azərbaycan Prezidentinə yazırlar
    9. 16:27 Masallı Gənclər Evi Sosial Xidmət Müəssisəsində 21.10.2026-cı il tarixdə narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirici tədbir
    10. 16:24 Rayonun Çaxırlı kəndində şəhid Ağamalı Ağayevin şəhadətinin 6-cı ildönümü anıldı
    11. 16:24 Rayonun Ərkivan qəsəbəsində şəhid Famil Əlizadənin şəhadətinin 6-cı ildönümü anıldı
    12. 16:22 Rayon rəhbəri Səmədxanlı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.10.2026
    13. 16:19 Rayon rəhbəri 21 oktyabr 2026-cı il tarixdə İkinci Səmədxanlı kəndində səyyar qəbul keçirib
    14. 22:55 Masallıda “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, Sağlam gələcək!” mövzusunda tədbir
    15. 22:51 Masallıda çağırışçılar müddətli həqiqi hərbi xidmətə xüsusi mərasimlə yola salındı
    16. 12:01 Azərbaycan Prezidentinə yazırlar
    17. 23:58 Rayonun Xıl kəndində şəhid Elgün Mikayıllının şəhadətinin 6-cı ildönümü anıldı
    18. 23:00 Rayonun Qarğalıq kəndində şəhid Elvin Əzizovun şəhadətinin 6-cı ildönümü anıldı
    19. 16:57 Masallıda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirə
    20. 16:52 Rayonun Kürdəbazlı kəndində şəhid Gülşad Xəlilovun şəhadətinin 6-cı ildönümü anıldı
    21. 16:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 15.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    22. 12:05 Azərbaycan Prezidentinə yazırlar
    23. 12:04 Azərbaycan Prezidentinə yazırlar
    24. 17:08 Rayonun Təzə Alvadı kəndində şəhid Sənan Səlimovun şəhadətinin 6-cı ildönümü anıldı
    25. 17:04 Rayon rəhbəri Musaküçə kəndində asfaltlanma işləri ilə tanış olub
    26. 17:01 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.10.2026
    27. 16:58 Rayon rəhbəri 14 oktyabr 2026-cı il tarixdə Məmmədxanlı kəndində səyyar qəbul keçirib
    28. 10:10 Azərbaycan Prezidentinə yazırlar
    29. 10:08 UNUDULMUR...
    30. 11:52 Azərbaycan Prezidentinə yazırlar
    31. 11:51 Azərbaycan Prezidentinə yazırlar
    32. 11:41 Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
    33. 09:21 Azərbaycan və Mərkəzi Asiya: Ortaq tarix, birgə gələcək
    34. 18:43 Rayonun Banbaşı kəndində şəhid Elmir Akifzadənin şəhadətinin 6-cı ildönümü anıldı
    35. 16:42 Masallı rayonunun Hişkədərə kəndində şəhid İbrahim Lələyevin şəhadətinin 6-cı ildönümü anıldı
    36. 16:46 “PeşəFest-2026” - Masallıda
    37. 16:44 Rayonun Ərəb kəndində şəhid Cəbrayıl Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    38. 08:43 MÜHÜM VƏZİFƏLƏR
    39. 16:21 Rayonun Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun doğum günü qeyd olunub
    40. 16:19 Rayonun Güllütəpə kəndində şəhid Şəmsəddin Təhməzovun şəhadətinin 6-cı ildönümü anıldı
    «    Noyabr 2026    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30 
    DÜNYA XƏBƏRLƏRİ