Niyə xəstələnirik... » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Niyə xəstələnirik...

    Niyə xəstələnirik...



    Ta qədimdən eşitmişik ki, xəstəliklər natəmizlikdən doğur. Biri övladını Loğmanın yanına aparıb deyir ki, oğlumun gözləri ağrıyır. Xəstəyə baxmadan qarıya deyir ki, əllərini bağla. Qarı deyir ki, ey Loğman onun əlləri yox, gözləri ağrıyır. O yenə də israr edir ki, əllərini bağla. Aydındır ki, uşaq çirkli əllərini tez-tez gözlərinə sürtür və xəstəlik daha da şiddətlənir, ciddiləşir. Deməli xəstəlik bu üsulla yayılır və çoxalır. 

    Xəstəlik təmizlik, səliqə-sahmanlı yerdə inkişaf tapa bilmir. Təsadüfi deyil ki, dövlət tərəfindən təmizlik və gigiyenaya çox ciddi diqqət yetirilir.  Əslində isə bu, təkcə dövlətin işi deyil, hər bir vətəndaşın qayğısıdır. Hər birimiz bu təmizliyə özümüzdən, həyətimizdən başlamalıyıq. Sonra da darvazamızdan. Çıxıb küçəmizin, ətrafımızın səliqə-sahmanına diqqət yetirməliyik. Bəs bu vacib təmizlik məsələsinə biz necə baxırıq? Qəti deyə bilərik ki, bu məsələdə hər birimiz günah sahibiyik. Rayonda elə kənd yoxdur ki, onun ərazisindən çay axmasın, ən azı kanal olmasın. Hələ qonşular arasındakı xəndəkləri demirik. Baxaq görək bunların hansında təmizlik, səliqə-sahman gözlənilir. Çaylarımız tikan və kol-kosla örtülüb. Çayın içərisi, yatağı isə heç bir laboratoriyanın müayinə edə bilməyəcəyi əşyalarla doludur. Əşya deyəndə ölü pişik, it, toyuq, cücə, qoyun leşi və daha nələr, nələr. Hamı da bunun şahididir, günahı o bunun, bu onun boynuna atır. Onda görəsən bu olayları həyata keçirən kimdir. Sən vurmadın, mən yıxılmadım. Məlumdur ki, belə leşləri başqa kəndin sakinləri gətirib tullamaz. Çayın lacivərd sularının çirklənməyə məruz qaldığını görəndə təəssüflənməyə bilmirsən. Axı bu sudan heyvanlar, quşlar içir. Üfunəti havaya  hopub təbiəti də çirkləndirir və biz də ondan doyunca uduruq. 

    Hələ başqa fəsadlarını saymırıq. Qoyunlarda və quşlardakı xəstəliklər məhz belə fəsadlardan qaynaqlanır. İndi kəndlərimizi gəzsək küçələrində mal altı qalaqlarını görərik. Çox məyusedici və düşündürücü vəziyyət. Özünə rəva bilmədiyini başqasına rəva bilmək ən azı allahsızlıq, dövlət qanunlarına riayət etməməkdir.  Bizi düşündürən isə əlaqədar təşkilatlardır. Görəsən belə məsələlərin həlli kimlərin boynuna düşür. 

    Kəndlərdə bələdiyyələr, ərazi nümayəndələri, ağsaqqallar, ziyalılar hara baxır? Onların fəaliyyəti görəsən nədən ibarətdir? Yol boyu kəndlərdə kanallar, xəndəklər məişət tullantıları ilə doludur. Əksər kəndlərdə bu məsələ həllini tapsa da bəzilərində köhnə adətlər qalmaqdadır. Çünki həmin ərazilərdə bələdiyyə sədrləri vəzifələrini dərindən dərk etmirlər. Yəqindir ki, xəstələnməyimiz belə çirkab mənbələrindən qaynaqlanır.

           


    Həsənağa ƏLİ MURTUZA.
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 12:18 Rayonun Böyük Kolatan şəhid Əli Quliyevin şəhadətinin 6-cı ildönümü anıldı
    2. 12:17 Masallıda kənd təsərrüfatı, balıqçılıq, akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafı mövzusunda tədbir
    3. 12:16 Masallı Rayon İcra Hakimiyyəti başçsının 29.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    4. 10:54 Masallıda 2026-cı ilin noyabr ayına olan səyyar-görüş qəbulları
    5. 19:35 “MASALLI MARAFONU – 2026” YARIMARAFON YARIŞINA DƏVƏTLİSİNİZ!
    6. 19:30 Rayonun Ərkivan qəsəbəsində Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyası
    7. 19:48 Masallıda heyvan sağlamlığının qorunması sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olundu
    8. 10:57 Azərbaycan Prezidentinə yazırlar
    9. 16:27 Masallı Gənclər Evi Sosial Xidmət Müəssisəsində 21.10.2026-cı il tarixdə narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirici tədbir
    10. 16:24 Rayonun Çaxırlı kəndində şəhid Ağamalı Ağayevin şəhadətinin 6-cı ildönümü anıldı
    11. 16:24 Rayonun Ərkivan qəsəbəsində şəhid Famil Əlizadənin şəhadətinin 6-cı ildönümü anıldı
    12. 16:22 Rayon rəhbəri Səmədxanlı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.10.2026
    13. 16:19 Rayon rəhbəri 21 oktyabr 2026-cı il tarixdə İkinci Səmədxanlı kəndində səyyar qəbul keçirib
    14. 22:55 Masallıda “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, Sağlam gələcək!” mövzusunda tədbir
    15. 22:51 Masallıda çağırışçılar müddətli həqiqi hərbi xidmətə xüsusi mərasimlə yola salındı
    16. 12:01 Azərbaycan Prezidentinə yazırlar
    17. 23:58 Rayonun Xıl kəndində şəhid Elgün Mikayıllının şəhadətinin 6-cı ildönümü anıldı
    18. 23:00 Rayonun Qarğalıq kəndində şəhid Elvin Əzizovun şəhadətinin 6-cı ildönümü anıldı
    19. 16:57 Masallıda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirə
    20. 16:52 Rayonun Kürdəbazlı kəndində şəhid Gülşad Xəlilovun şəhadətinin 6-cı ildönümü anıldı
    21. 16:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 15.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    22. 12:05 Azərbaycan Prezidentinə yazırlar
    23. 12:04 Azərbaycan Prezidentinə yazırlar
    24. 17:08 Rayonun Təzə Alvadı kəndində şəhid Sənan Səlimovun şəhadətinin 6-cı ildönümü anıldı
    25. 17:04 Rayon rəhbəri Musaküçə kəndində asfaltlanma işləri ilə tanış olub
    26. 17:01 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.10.2026
    27. 16:58 Rayon rəhbəri 14 oktyabr 2026-cı il tarixdə Məmmədxanlı kəndində səyyar qəbul keçirib
    28. 10:10 Azərbaycan Prezidentinə yazırlar
    29. 10:08 UNUDULMUR...
    30. 11:52 Azərbaycan Prezidentinə yazırlar
    31. 11:51 Azərbaycan Prezidentinə yazırlar
    32. 11:41 Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
    33. 09:21 Azərbaycan və Mərkəzi Asiya: Ortaq tarix, birgə gələcək
    34. 18:43 Rayonun Banbaşı kəndində şəhid Elmir Akifzadənin şəhadətinin 6-cı ildönümü anıldı
    35. 16:42 Masallı rayonunun Hişkədərə kəndində şəhid İbrahim Lələyevin şəhadətinin 6-cı ildönümü anıldı
    36. 16:46 “PeşəFest-2026” - Masallıda
    37. 16:44 Rayonun Ərəb kəndində şəhid Cəbrayıl Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    38. 08:43 MÜHÜM VƏZİFƏLƏR
    39. 16:21 Rayonun Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun doğum günü qeyd olunub
    40. 16:19 Rayonun Güllütəpə kəndində şəhid Şəmsəddin Təhməzovun şəhadətinin 6-cı ildönümü anıldı
    «    Noyabr 2026    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30 
    DÜNYA XƏBƏRLƏRİ