Yeni Kaledoniya xalqı azadlıq mübarizəsində » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Yeni Kaledoniya xalqı azadlıq mübarizəsində

    Yeni Kaledoniya xalqı azadlıq mübarizəsində


    Prezidentimiz  İlham Əliyev COP29 çərçivəsində keçirilən İnkişaf etməkdə olan Kiçik Ada Dövlətlərinin (SIDS) Sammitində çıxışı zamanı bildirdiki,

    Yeni Kaledoniya və Fransa Polineziyası BMT-nin qərarı ilə özünü idarə edən ərazilər kimi bəyan ediliblər. Lakin orada problemlər müstəmləkə qaydaları  yenə də yaşanır.

    Fransa Polineziyası təbiətinin çox ağır deqradasiya ilə üz-üzədir.  Fransa tərəfindən orada çoxsaylı nüvə sınaqları aparılır və  Fransa torpaqların çirkləndirilməsində, zərərin vurulmasında günahkardır: "Əgər biz işğal zamanı Əlcəzairdə 17 nüvə sınağının aparılmasını nəzərə alsaq, anlaya bilərik ki, planetin ekosisteminə nə qədər böyük zərər vurulub".

    Dənizaşırı ərazilərdə olan cinayətlərə toxunan Dövlətimizin başçısı bu yaxınlarda Fransa tərəfindən insan hüquqlarının pozulması hallarının baş verdiyini, Yeni Kaledoniyada nümayişlər zamanı Makron rejimi tərəfindən çox sayda vətəndaşın qətlə yetirildiyini və yaralandığını bildirib.

    Fransa XXI əsrdə kolonial siyasətini davam etdirir. Hələ də dünyada kifayət qədər müstəmləkə ərazilərinə malik olan Fransa Yeni Kaledoniya, Fransız Polineziyası, Fransız Qvianası, Martinika və Qvadelupa kimi dənizaşırı əraziləri, habelə Korsikanı müstəmləkə torpaqları qismində öz nəzarəti altında saxlayır. Digər tərəfdən, bütün bu illər ərzində onun müstəmləkçilik boyunduruğundan qurtulmuş Afrika ölkələrinin təbii sərvətlərini talamaq siyasətini davam etdirir. Fransanın müstəmləkləri də tabeçilik boyunduruğunu atmaq üçün Parisin siyasətinə qarşı sərt mövqe sərgiləyirlər. Bu məsələdə Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində Bakıda “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” adlı konfransın iştirakçıları tərəfindən yaradılmış Bakı Təşəbbüs Qrupu (BTQ) mühüm platformalardan birinə çevrilib. BTQ XXI əsrdə hələ də müstəmləkəçilikdən əziyyət çəkən dünyanın müxtəlif bölgələrində yerləşən xalqların azadlıq uğrunda apardıqları mübarizəyə dəstək verir.

    Son günlər Sakit Okeanda yerləşən Yeni Kaledoniyada vəziyyət yenidən kəskinləşib. Yerli əhalinin müstəqillik təşəbbüsünü qırmağa çalışan Fransa hökuməti hər cür amansızlığa imza atır. Qeyd edək ki, XIX əsrin ortalarından etibarən ingilis və fransız missionerləri adaya ayaq açıb, 1853-cü ildə isə Fransa adanı özünün müstəmləkəsi elan edib. XIX əsrin sonuna qədər Fransa adanın yerli sakinlərini istismar etməklə yanaşı qatı cinayət törətmiş öz məhkumlarını da bu adaya sürgün edirdi. XX əsrin əvvəllərindən başlayaraq Fransa adada tapılmış faydalı qazıntı yataqlarını da istismar etməyə başladı. Qızıl, bürünc, xrom, nikel, dəmir və s filizlərini çıxarıb emal etməklə adanın külli miqdarda sərvəti Fransaya daşındı. Keçən əsrin 80-ci illərindən etibarən Yeni Kaledoniya sakinləri azadlıq mübarizəsi aparır və Fransa müstəmləkəçiliyindən canını qurtarmağa çalışır. Dəfələrlə keçirilən referendumlar Fransadan təyin olunmuş idarəçilər tərəfindən saxtalaşdırılıb və məhz bu yolla Fransa yerli əhaliyə azadlıq verməkdən imtina edib. 

    Yeni Kaledoniya öz müstəqilliyini elan etmək üçün sonuncu dəfə 2020-ci ildə referendum keçirdi. Referendum iştirakçıları müstəqilliyin lehinə səs versələr də Fransa hələ də bu qərarı tanımır. Hətta daha da irəli gedərək mövcud olan konstitusiyaya düzəlişlər edərək yerli əhali olan kanakların müstəqillik arzularını tamamilə boğmağa çalışır. Belə ki, sözgedən düzəlişlərin nəticəsində Yeni Kaledoniyada 10 ildən çox yaşayan fransızlar səsvermə hüququna malik olacaq. Bu da yerli əhalinin diskriminasiyasına gətirib çıxarır. Təqribən 300 minə yaxın əhalisi olan yerlilərə qarşı qanunların qəbul olmasında bu kimi vasitələrdən istifadə edilməsi məqbul hesab edilmir

    Fransa təkcə Polineziyanın kömür və qazından hər il 25 milyard dollar qazanır. Öz qazının 70 faizini müstəmləkə altında saxladığı ölkələrdən əldə edir. Müstəqillik tərəfdarı olan qrupların üzvləri Fransa tərəfindən həbs edilir. Hər ay minlərlə polineziyalı gənc Fransa ordusuna çağırılır və onlar Fransanın müstəmləkəçilik siyasətinin həyata keçirilməsi yolunda həlak olurlar.

    Fransa Polineziyada 200-ə yaxın, Əlcəzairin Reggan və İn Ecker adlanan ərazilərində isə 17 dəfə nüvə sınağı həyata keçirib. Onlardan 11-i yeraltı sınaqlar olub. Fransa bugünədək aşkar edilməmiş kimyəvi, radioaktiv və zəhərlənmiş tullantıların yerləşdiyi ərazilərə dair topoqrafik xəritələri Əlcəzairə təqdim etmir. Eyni zamanda, Fransa həmin sınaqların və tullantıların yerli əhaliyə göstərdiyi təsirlərin qiymətləndirilməsi və müvafiq kompensasiyanın alınması məsələsindən də boyun qaçırır.

    Bakıdakı Hərbi Qənimətlər Parkının açılmasını ermənilərə qarşı təhqiredici əlamət kimi qiymətləndirən Fransa Paris şəhərindəki "İnsan muzeyi"ndə bu ölkənin müstəmləkəsi olan xalqların 18 min nümayəndəsinin kəllə sümüyünün nümayiş etdirir. Bunlar müstəmləkə boyunduruğuna qarşı müqavimət göstərən əlcəzairli partizanların, partizan dəstələrinin rəhbərlərinin, quldur kimi qələmə verilən müstəmləkə boyunduruğuna baş əyməyən insanların kəllə sümüklərindən ibarət kolleksiyadır.  2018-ci il məlumatına görə Paris muzeyinin zirzəmisində 536 əlcəzairli müqavimət hərəkatı üzvünün kəllə sümüyü olub. Bu kəllə sümükləri Əlcəzairin bütün regionlarından olan müqavimətçilərə aiddir.

    Maraqlıdır ki, Azərbaycanı əsassız yerə ittiham edən, Azərbaycanın daxili işlərinə müdaxilə edən Fransa Cənubi Qafqazda aktivləşən fəallığını erməniləri müdafiə adı altında reallaşır, Azərbaycanın humanizmi və demokratik dəyərləri müdafiəsini isə müdaxilə olaraq adlandırır. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə müstəmləkə siyasətinə qarşı sərt mövqeyi, insan hüquq və azadlıqlarını dəstəkləməsi, mənfur kolonial siyasətini hələ də yürüdən rəsmi Paris üçün əsaslı zərbə oldu. Xüsusilə, Prezident İlham Əliyev Qoşulmama Hərəkatına üzv olan bütün dövlətlərin, o cümlədən Əlcəzairin hüquqlarının bərpası və ölkəyə qarşı edilmiş amansızlığa görə Fransanın üzr istəməsinin vacibliyini dəfələrlə bildirmişdir: "Fransa öz müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə və soyqırımı aktlarına görə Qoşulmama Hərəkatına üzv olan Afrika, Cənub-Şərqi Asiya ölkələrindən və digər ölkələrdən üzr istəməlidir". Bununla yanaşı, mayın 1-də Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumununun açılış mərasimində ölkə başçımız bildirdi ki, Qoşulmama Hərəkatının üzvlərinin əksər hissəsinin çox ağır, qaranlıq müstəmləkə tarixçəsi olub və buna qarşı mübarizənin aparılması o deməkdir ki, biz buna inanırıq. Çünki biz ədalət naminə danışırıq, çünki biz beynəlxalq hüquq naminə danışırıq. Yəni, biz belə bir məsələyə imkan verə bilmərik ki, indi – XXI əsrdə bəzi Avropa ölkələri digər xalqlara müstəmləkə kimi yanaşsın.

    Bakı Təşəbbüs Qrupu da Fransa tərəfindən etirazçıların həbs olunması və mülki şəxslərə zorakılığın tətbiq olunması ilə bağlı bəyanat yayıb. Fransadan bu hərəkətlərin dayandırılması tələb olunub. Bakı Təşəbbüs Qrupu kanak dostlarımızla həmrəyliyimizin olduğunu, Azərbaycanın həmişə onların yanında olacağını bildirib. Maraqlıdır ki, Kaledoniyanın dövlət bayrağı Azərbaycan bayrağına oxşayır. Sadəcə ay və ulduz əvəzinə onlarda qarışqa təsviri var. Yeni Kaledoniya Fransa imperializminə qarşı mübarizədə Bakı təşəbbüsünə çox güvənir və bu platformanı çox təsirli hesab edir, bu platforma vasitəsilə haqlı səslərini dünyaya yaymağa çalışırlar. Yerli əhalinin etirazlar zamanı Azərbaycan bayrağını dalğalandırmaları Azərbaycana nə qədər güvəndiklərinin göstəricisidir. Fransa mediası Yeni Kaledoniyada baş verən vəhşilikləri işıqlandırmır, yaxud da işıqlandırmamağa məcbur edilirlər. 

     

     

    Əsədli Əsəd,
    Masallı Dövlət Regional Kollecinin müəllimi


    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 13:07 Masallı rayon əhalisinin, idarə, müəssisə və təşkilatlarının nəzərinə!
    2. 13:01 Azərbaycan mətbuatının 150 illik tarixi salnaməsi
    3. 20:26 Masallıda I qrup əlil ailəsi ziyarət olunub
    4. 09:27 8 Mart beynalxalq qadınlar günüdür!
    5. 11:25 Rayon rəhbəri I qrup əlil Zeynəb Məmmədovanın arzusunu gerçəkləşdirib
    6. 11:23 Rayon rəhbəri Musakücə kəndində həsirçiliklə məşğul olan qadınlarla görüşüb, həsir toxuma sexində aparılan təmir işləri ilə tanış olub
    7. 16:41 8 Mart və Heydər Əliyevin qadın siyasəti
    8. 16:29 Mehriban Əliyeva – Azərbaycan qadınının gücü və humanizmin simvolu
    9. 10:31 GÖRÜLƏN İŞLƏR ÜZ AĞARDIR... MASALLIDA...
    10. 20:34 Azərbaycan Prezidentinə yazırlar
    11. 20:29 İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib
    12. 20:28 Masallı şəhərində Cənab Prezident adından imtiyazlı və aztəminatlı ailələr üçün iftar süfrəsi açılmışdır
    13. 20:23 Masallıda “8 Mart Beynəlxalq Qadınlar Günü” qeyd olundu
    14. 20:20 Masallı Rayon İcra Hakimiyyətinin başçısı 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə rayonun bir qrup şəhid ailəsini ziyarət edərək onları bayram münasibətilə təbrik edib
    15. 20:17 Masallı RİH başçısı 05 mart 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    16. 15:38 Azərbaycan Prezidentinə yazırlar
    17. 10:11 Prezident İlham Əliyevin Bakıda keçirilən Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Məşvərət Şuralarının iclaslarında çıxışı
    18. 18:15 Masallı Rayon İcra Hakimiyyətinin başçısı dünya çempionu Nərmin Əliyeva ilə görüşüb
    19. 18:09 Masallı “Region idmançılarının I festivalı”na ev sahibliyi etdi
    20. 18:04 Boradigah qəsəbəsində “Şəhərsalma və Memarlıq İli” ilə əlaqədar ağacəkmə aksiyası 04.03.2026
    21. 18:01 Hişkədərə ərazisində “Şəhərsalma və Memarlıq İli” ilə əlaqədar ağacəkmə aksiyası 04.03.2026
    22. 17:58 Rayon rəhbəri Hişkədərə ərazisinin Mişkəmi kəndində təmirə başlanılan mərasim evinə baxış keçirib - 04.03.2026
    23. 16:20 Azərbaycan Prezidentinə yazırlar
    24. 15:46 Rayon rəhbəri Hişkədərə ərazisində şəhid məzarlarını ziyarət etdi 04.03.2026
    25. 15:43 Masallının Hişkədərə ərazisinin Mişkəmi kəndində səyyar qəbul keçirilib
    26. 15:49 Masallıda 2026-cü ilin martayına olan səyyar-görüş qəbulları barədə
    27. 19:34 Boradigah qəsəbə İ. Nağıyev adına 2 nömrəli tam orta ümumtəhsil məktəbində yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
    28. 19:26 Masallıda 1 Mart – Mülki Müdafiə Günü qeyd olunub
    29. 19:24 Rayon rəhbəri Vətən müharibəsi şəhidi Elgün Mikayıllının atasını xəstəxanada ziyarət etdi
    30. 13:48 Prezident İlham Əliyevin Xocalı Soyqırımı Memorialının açılışında iştirak edib
    31. 13:46 Prezident İlham Əliyevin Xocalı Soyqırımı Memorialının Açılışında Tarixi Çıxışı
    32. 13:42 MASALLIDA XOCALI FACİƏSİNİN 34-CÜ İLDÖNÜMÜ
    33. 11:59 Masallı RİH başçısı 26 fevral 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    34. 18:20 Rayon rəhbəri Güllütəpə ərazisində şəhid məzarlarını ziyarət etdi 25.02.2026
    35. 18:18 Rayon rəhbəri Güllütəpə ərazisində tikintisinə başlanılan mərasim evinə baxış keçirib - 25.06.2026
    36. 16:05 Masallının Güllütəpə kəndində səyyar qəbul keçirilib - 25.02.2026
    37. 12:27 Ermənilərin məqsədi Xocalını yer üzündən birdəfəlik silmək idi
    38. 17:52 26 Fevral – Xocalı soyqırımı və onun siyasi tərəfləri
    39. 16:05 Masallı rayon rəhbəri Öncəqala ərazisində tənha yaşayan vətəndaşla bağlı verilən tapşırıqların icrası ilə yerində tanış olub 20.02.2026
    40. 16:04 Masallı rayon rəhbəri yanğın nəticəsində zərər görmüş evdə aparılan təmir işləri ilə tanış olub
    «    İyul 2026    »
    BeÇaÇCaCŞB
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    DÜNYA XƏBƏRLƏRİ