Yeni Azərbaycan Partiyası -32
- 19-11-2024, 12:33
- Maraqlı
- 0
- 284
Partiyamızın gücü gənclərin birliyindədir
İllər ötür, zaman keçir. 32-il əvvəl xalqımızın bütün problemlərini üzərinə götürən Yeni Azərbaycan Partiyasının yaranması tarixə dönüb. Partiyanın yaranmasının 32-ci ildönümü ilə əlaqədar Yeni azərbaycançıları təbrik edir, onlara davam etdirdikləri yolda uğurlar diləyirəm. Xalqımızın tarixində bu siyasi hadisə əbədi yaşayacaqdır.
Bu partiyanı yaradıcısı Ulu Öndər Heydər Əliyevə xalqın inamı böyük və sarsılmaz idi. O, həmişə xalqın ağrılı tarixi, qayğıları ilə yaşayan insan idi. Ötən əsrin 70-80- cı illərində Sovetlər dönəmində geridə qalmış ölkədən inkişaf etmiş respublikalardan birinə çevrilmişdir. YAP-ın siyasi konfransından 7 ay keçmiş bu təcrübəli rəhbər xalqın tələbi ilə Bakıya dəvət edilmiş, əvvəlcə parlamentin sədri, oktyabr ayında isə Azərbaycan Respublikasının Prezitenti seçilmişdir.
Ulu Öndərin həyat fəaliyyəti bir fədakarlıq nümunəsi idi. Qısa müddətdə bağlanmış neft kontraktları ölkənin inkişafı yolunda bir mayaka çevrildi. Mən məktubumda Ulu Öndərin partiyanın gələcək gücü nüfuzu üçün gənclərə yer verməsindən danışmaq istəyirəm. Təhsili xalqın gələcəyi sayan Ulu Öndər bu yolda gənclərin rolunu yüksək qiymətləndirirdi. Ümummilli lider göstərirdi ki, gəncləri vətənpərvərlik ruhunda böyütmək, onların gələcək perspektivlərinə yol açmaq çox vacib məsələdir. Ulu Öndər göstərirdi ki, düşmən tapdağında olan şəhər və kəndlərimizin azad edilməsi Azərbaycan gənclərinin ən ümdə vəzifəsidir. İllər keçdi, 44 gün davam edən Vətən müharibəsində gənclərimiz Ulu Öndərin vəsiyyətinə canları, qanları ilə əməl edib şəhidlik zirvəsinə ucaldılar, Vətəni azad etdilər.
Bu gün dövlətin idarə edilməsində də gənclərimiz yüksək siyasi fəallıq göstərirlər. Hər sahədə onların gənclik ruhu duyulmaqdadır. Bu gün ölkəmizdə mədəniyyət, incəsənət, idman və başqa sahələrdə qazanılan uğurlarda onların əməyi böyükdür. Yeni Azərbaycan Partiyasının boy sıraları gənclər hesabına yüksəlməkdədir. Həm də fəal, işgüzar, idarəetmədə səriştəsi olan gənclər irəli çəkilməkdədir. Bu gün düşməndən azad edilmiş Qarabağda qurub-yaratmaq işləri məhz gənclərin qüvvəsi ilə günbəgün yüksəlməkdədir.
Cəmaləddin Ağayev,
YAP-ın veteranı.