Azərbaycan müharibəni həm döyüş meydanında, həm də siyasi müstəvidə qazanıb » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Azərbaycan müharibəni həm döyüş meydanında, həm də siyasi müstəvidə qazanıb

    Azərbaycan müharibəni həm döyüş meydanında, həm də siyasi müstəvidə qazanıb


    2020-ci il il Azərbaycan xalqının yaddaşına və hərb tariximizə qızıl hərflərlə həkk olundu. İllər keçsə, qərinələr ötsə belə hər zaman Qələbənin, Zəfərin yazıldığı bir il kimi xatırlanacaq. Çünki həmin ildə Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz sentyabrın 27-də başlayan və cəmi 44 gün davam edən Vətən müharibəsini böyük Zəfər, unudulmaz tarixi Qələbə ilə başa vurdu. Həmin möhtəşəm Qələbənin sevincini hər bir azərbaycanlı bu gün də böyük qürur hissi ilə yaşayır. Ən əsası isə qazandığımız bütün bu tarixi nailiyyətlərə görə Ali Baş Komandana, onun rəhbərliyi altında bizləri Qələbə ilə sevindirən Azərbaycan Ordusunun əsgər və zabitlərinə, hərbçilərimizə, Vətən uğrunda canından keçən qeyrətli, cəsur oğullarımıza, şəhidlərimizə, qazilərimizə bir ömür boyu minnətdar olacağıq.  

    Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin söylədiyi “Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın” sözləri bu gün ağdamlıların ürək yarasına məlhəmdir. Xalqımız, eləcə də ağdamlılar o günün elə də uzaqda olmadığına inanır.  Hər kəsə yaxşı məlumdur ki, Ağdam inzibati rayon kimi 1930-cu ildə yaradılıb. Sahəsi 1094 kvadrat km olan rayonun relyefi əsasən düzənlik, qismən dağlıqdır. Ağdam rayonu Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində – Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir. “Ağdam” sözün etimologiyasına gəlincə “Ağdam” sözü qədim türk dilində “kiçik qala” deməkdir. 

    Uzaq keçmişdə bu ərazidə yaşamış türkdilli qəbilələr özlərini müdafiə etmək üçün əsasən kiçik qalalar tikirdilər. XVIII əsrin birinci yarısında qarabağlı Pənahəli xan bu şəhərdə özü üçün ağ daşdan imarət tikdirmək barədə əmr verib. Həmin imarət uzun müddət ətraf kəndlərin sakinləri üçün bir növ oriyentirə çevrilib. Bu mənada “Ağdam” – günəş şüaları ilə nurlanmış işıqlı, ağ ev deməkdir. Ərazinin arxeoloji əhəmiyyəti olduqca böyükdür. Rayonun ərazisində XX əsrin 50-ci illərindən başlayaraq aparılan arxeoloji tədqiqat işləri zamanı məlum olmuşdur ki, Ağdamın ərazisi qədim insanların yaşayış məskənlərindən biridir. Arxeoloji tədqiqatlar nəticəsində müəyyən oldu ki, ilk qədim insanlar rayon ərazisində altı-səkkiz min il bundan əvvəl, yəni, Eneolit dövründə (e.ə. IV-VI minilliyi əhatə edir, “misdaş” dövrü adlanır) yaşamış, qədim əkinçilik və maldarlıq mədəniyyətinə bələd olmuşlar. Buradan tapılan taxıl və üzüm dənələri bir daha sübut etmişdir ki, yerli əhali oturaq həyat keçirmiş və yüksək əkinçilik mədəniyyətinə malik olmuşdur. 

    Arxeoloqlar Üzərriktəpədə apardıqları tədqiqatlar nəticəsində tapılan maddi-mədəniyyət qalıqlarına əsaslanaraq qeyd edirlər ki, bura Qafqazda ilk şəhər tipli yaşayış məskəni və Zaqafqaziyada ən zəngin abidələri olan yerlərdən biri olmuşdur. Ağdamın necə işğal olunduğunu bu gün də ürəkağrısı ilə xatırlayırıq.  Ağdam uğrunda 42 gün davam edən döyüş 1993-cü il 23 iyul tarixində Ağdam ərazisinin 73 faizinin işğalı ilə bitdi. Ərazisi 1094 kvadrat kilometr olan Ağdamın 882 kvadrat kilometri, rayon mərkəzi ilə birgə 90 kəndi işğal olunmuş, işğal nəticəsində 128 min insan məcburi köçkün həyatını yaşamağa məcbur olub. İşğal nəticəsində Ağdam rayonunun 38 kolxoz-sovxozu, 12 sənaye obyekti, 74 məktəbi, 271 mədəniyyət evi, bütün dünyada yeganə olan Çörək muzeyi, 67 idarə və 99 klubu düşmən əlinə keçmişdir. Ağdam uğrunda gedən döyüşlər zamanı 6 mindən artıq insan şəhid olmuş, minlərlə insan yaralanmış, əhali öz doğma ev-eşiyindən qovularaq məcburi köçkün kimi Azərbaycanın 59 rayonunun 875 yaşayış məntəqəsində məskunlaşmışdır. “İkili standartlar” siyasətinin təzahürünə gəlincə Ağdamın işğalı ilə bağlı dünya ictimaiyyəti yekdil mövqe ifadə etdi. 

    ATƏT-in Minsk qrupunun 9 ölkəsi adından bu “hücum qətiyyətlə pislənmiş”, “işğal olunmuş ərazilərdən qoşunların çıxarılmasına çağırış etmişdir”. 1993-cü il 29 iyul tarixində BMT-nin Təhlükəsizlik Şurası 853 saylı qətnaməni qəbul edib. Orada da “işğalçı qüvvələrin Ağdam rayonu və digər işğal edilmiş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması” tələb edildi. Lakin Ermənistan tərəfi beynəlxalq qanunlara tabe olmadı, bundan  yayındı. Rəsmi İrəvanın cinayətlərinin isə sayı-hesabı yoxdur. İşğalçı Ermənistan Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Ağdam rayonunda coğrafi adların dəyişdirilməsi, oradakı mülkiyyətin talan edilməsi və ərazilərin yandırılması kimi qeyri-qanuni əməllər törədib. Ümumiyyətlə, Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş rayonların azərbaycanlı sakinlərinə qarşı etnik təmizləmənin törədilməsi Ermənistanın əsl niyyətinin hərbi təcavüz və işğal yolu ilə ərazi əldə edilməsi olduğunu qabarıq şəkildə nümayiş etdirir. 

    Bu gün qürurla deyə bilərik ki, Azərbaycan müharibəni həm döyüş meydanında, həm siyasi müstəvidə qazanıb. Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş ərazisi Azərbaycana təhvil verilib və bununla da əsaslı şəkildə insan tələfatının qarşısı alınıb. Doğma Ağdamın azad olunması şərəfinə 2020-ci il noyabrın 26-da “Ağdamın azad olunmasına görə” medal təsis edildi.  Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 5790 hərbi qulluqçusu “Ağdamın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. O da yaxşı məlumdur ki, Ağdamı xarici və yerli jurnalistlər Qafqazın Xirosiması adlandırıblar. İşğaldan azad olunmuş Ağdam erməni vandalizmin şahididir. Ermənistan qəsdən mədəni və dini abidələrimzi vandalizmə məruz qoymuş, təhqir və qarət etmişdir. Tarixi Qələbə günlərinin əbədiləşdirilməsi də dövlət siyasətinin tərkib hissəsidir. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən sərəncama əsasən 20 Noyabr – Ağdam Şəhəri Günü kimi müəyyən olunub. Xalq olaraq bu günü qürurla qeyd edirik. Lakin ötən illər ərzində baş verənləri, Ağdam rayonunun necə işğal olunduğunu da heç zaman unutmuruq, unutmayacağıq.  Bu gün əminliklə söyləyə bilərik ki, Ağdamın əvvəlki şöhrəti bərpa olunacaqdır. 2021-ci ilin 28 may tarixində Azərbaycan ictimaiyyətinə təqdim olunmuş Baş Plan əsasında Ağdam tamamilə ən müasir formada  bərpa olunacaqdır. 

     

    Akif Həmidov,
    Masallı Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi

     


    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 15:27 Masallıda 8 noyabr – Zəfər Günü ilə əlaqədar ağacəkmə aksiyası 07.11.2025
    2. 15:23 Rayon rəhbəri Viləş kəndində şəhid abidələrini ziyarət etdi 07.11.2025
    3. 15:18 Rayon rəhbəri Viləş kəndində şəhid məzarlarını ziyarət etdi 07.11.2025
    4. 14:26 Masallı Rayon Statistika İdarəsində  Zəfər Gününün 5-ci ildönümü qeyd edildi
    5. 14:20 Şəhid Vüsal Məhərrəmovun şəhadətinin 5-ci ildönümü anıldı
    6. 14:19 Ərkivan qəsəbəsində  evi yanan vətəndaşın yeni tikilən evinə baxış keçirilib
    7. 14:13 Xanalıyan kəndinin mərkəzi yolu cari təmir edilmişdir
    8. 13:42 Məmmədoba kəndində şəhid Füzuli Əliyevin ailəsinin yaşadığı küçəyə asfalt örtüyü döşənmişdir
    9. 13:40 Rayon rəhbəri Tüklə kəndində kənd təsərrüfatı məhsullarının qurutma yerinə baxış keçirib
    10. 13:37 Rayon rəhbəri Tüklə kəndində şəhid məzarlarını ziyarət etdi
    11. 13:21 Rayon rəhbəri Tüklə kəndində şəhid abidə kompleksini ziyarət etdi
    12. 13:11 Rayon rəhbəri Mahmudavar kəndində yola baxış keçirib
    13. 13:07 Azərbaycan Prezidentinə yazırlar
    14. 18:37 Köçəkli kənd orta məktəbində yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
    15. 18:34 Masallıda mülki müdafiənin təşkili barədə tədbir
    16. 11:45 Qarabağ Zəfərinin zirvəsi Şuşanın azad edilməsi oldu
    17. 10:58 Masallıda rayon rəhbərinin 06 noyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    18. 16:40 Masallıda “Halay” Xalq Folklor Kollektivi ilə görüş keçirilib
    19. 12:10 YENİ KİTABLAR         
    20. 10:25 ZƏFƏR GÜNÜMÜZ – QURUR MƏNBƏYİMİZDİR
    21. 09:54 Azərbaycan Prezidentinə yazırlar
    22. 09:33 8 noyabr 2020-ci il Qarabağa qovuşduğumuz tarix gün
    23. 23:00 Mahmudavar kənd ümumi orta məktəbdə yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
    24. 16:00 YENİ KİTAB SAYCA İYİRMİ BEŞİNCİDİR...                                                                          
    25. 11:59 Şanlı Qələbə, Zəfər Günü...
    26. 11:52 3 noyabr 2025-ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi münasibətilə təntənəli mərasim keçirilmişdir
    27. 09:19 8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının yaddaşına əbədi həkk olunub
    28. 16:25 MASALLIDA KƏND TƏSƏRRÜFATININ ÜMUMİ MƏHSULU ARTMIŞDIR – STATİSTİKA
    29. 16:23 MASALLIDA TİKİNTİ İŞLƏRİNİN DƏYƏRİ ARTMIŞDIR – STATİSTİKA
    30. 14:56 Masallıda 2025-cü ilin noyabr ayına olan səyyar-görüş qəbulları barədə
    31. 14:53 Tanış olun, həmyerlimizdir. Söz adamı
    32. 20:23 Masallıda “Əmək münasibətlərində gender bərabərliyi – bərabər hüquqlar və bərabər imkanlar” mövzusunda maarifləndirici tədbir
    33. 20:16 Böyük Xocavar kəndində Zəfər Günü ilə əlaqədar ağacəkmə aksiyası
    34. 20:11 Masallıda “Konstitusiya və Suverenlik ili” ilə əlaqədar ağacəkmə aksiyası 31.10.2025
    35. 20:08 Masallıda şəhid ailələri və məzarlarını ziyarət  15-31 oktyabr 2025-ci il
    36. 20:07 Masallıda 15-31 oktyabr 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    37. 20:05 Masallının yollarında təmir işləri davam etdirilir 15-31 oktyabr 2025
    38. 20:04 Masallıda abadlıq və xeyriyyə işləri 15-31 oktyabr 2025
    39. 20:03 Masallıda abadlıq və xeyriyyə işləri 15-31 oktyabr 2025
    40. 20:35 Masallı şəhər Sakit Tağıyev adına 4 saylı tam orta məktəbdə yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
    «    Noyabr 2025    »
    BeÇaÇCaCŞB
     12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    DÜNYA XƏBƏRLƏRİ