Şəhid Raqib Əzizovun şəhadətinin 4-cü ildönümü anıldı
- 10-12-2024, 09:08
- Maraqlı
- 0
- 33
09 dekabr 2024-cü il tarixində Masallı rayonunun Yolağac kəndində şəhid Əzizov Raqib Vidadi oğlunun şəhadətinin 4-cü ildönümü anılmışdır.
Şəhid Raqib Əzizovun şəhadətə yüksəlməyinin 4-cü ildönümü ilə əlaqədar Masallı Rayon İcra Hakimiyyəti Başçısının tapşırığına əsasən Masallı Rayon İcra Hakimiyyəti Başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev, Hüquq şöbəsinin müdiri Bəxtim Qarayev, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi Arif Əzimov, din xadimləri, ərazi nümayəndəliyi, bələdiyyə və şəhid ailələri şəhidin məzarını ziyarət etmiş, ruhuna dualar oxumuşlar. Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Cənab Prezident İlham Əliyevə, Birinci vitse-Prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.