Masallıda “Dini radikalizm: milli-dini həmrəyliyə təhdid kimi” mövzusunda regional konfrans  » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallıda “Dini radikalizm: milli-dini həmrəyliyə təhdid kimi” mövzusunda regional konfrans 

    Masallıda “Dini radikalizm: milli-dini həmrəyliyə təhdid kimi” mövzusunda regional konfrans 


    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən regionlarda təşkil edilən maarifləndirmə tədbirlərinin davamı olaraq dekabrın 14-də Masallıda “Dini radikalizm: milli-dini həmrəyliyə təhdid kimi” mövzusunda regional konfrans keçirilib.

    Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Masallıdakı abidəsini ziyarət edib, önünə gül dəstələri qoyaraq, əziz xatirəsinə ehtiramlarını bildiriblər.
    Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümummilli Lider Heydər Əliyev və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü, suverenliyi uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbir çərçivəsində “Həmişə bizimləsiniz!” filmi nümayiş olunub.
    Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Ümummilli Liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanda dini sahəyə göstərilən münasibətdən,  Prezident cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ölkəmizdə milli-mənəvi dəyərlərə diqqət və qayğısından, nümunəvi tolerantlıq mühitindən danışıb. Masallıdakı dini durum barədə də qeydlərini səsləndirən Araz Əhmədov rayonda aparılan dini və hüquqi maarifçilik işlərinin əhəmiyyətini qeyd edib.

    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov çıxışında bildirib ki, dilindən, dinindən, irqindən, etnik mənsubiyyətindən asılı olmayaraq, Azərbaycanın bütün vətəndaşları beynəlxalq prinsiplərə əsaslanan hüquq və azadlıqlara, o cümlədən vicdan və dini etiqad azadlığına malikdirlər. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət-din münasibətləri modelinin inkişafı, milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə kompleks tədbirlər həyata keçirilir. Təsadüfi deyil ki, işğaldan azad olunmuş ərazilərimizdə ilk diqqət yetirilən məsələlərdən biri məhz Qarabağ və Zəngəzura mənəvi qayıdışımızın simvolu kimi dini abidələrin təmiri oldu. Bu mədəni və dini abidələrin bərpasında Heydər Əliyev Fondunun rolu xüsusilə vurğulanmalıdır.

    Sədr müavini qeyd edib ki, Azərbaycan sahib olduğu multikultural və tolerant dəyərlərinə görə nümunə göstərilən ölkələrdən biridir.  G.İsmayılov cənub bölgəsində, Astarada yüz illərdir sünni və şiələrin birgə ibadət etdiyi məscidlərin olduğunu, “Heydər” məscidində qılanan vəhdət namazlarının Azərbaycan gerçəkliyini əks etdirdiyini söyləyib. Sədr müavini ölkəmizin sahib olduğu bu zənginliklərin qorunub saxlanılmasında aparılan işlərin əhəmiyyətini diqqətə çatdırıb.

    Regional konfrans işini “Dini zəmində xarici təsirlər və onlara qarşı mübarizə” və “Milli-mənəvi dəyərlərin təbliğində din xadimlərinin məsuliyyəti və rolu” mövzularında panellərlə davam etdirmişdir.












    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 17:44 Masallıda Həmzəro dağına gedən yolun vəziyyətinə baxış keçirilib
    2. 17:42 Rayon rəhbəri Hampa dağından Givəru çayına çəkilmiş kanala baxış keçirib
    3. 17:41 Masallı Rayon İcra Hakimiyyətinin başçısı Xanalıyan kəndində mərasim evində aparılan təmir-bərpa işləri ilə tanış olub
    4. 17:40 Rayon rəhbəri Sığdaş kəndində Vətən müharibəsi şəhidi Amid Salayevin ailəsini ziyarət edib
    5. 17:39 Rayon rəhbəri Sığdaş ərazisində şəhid məzarlarını ziyarət etdi 22.07.2026
    6. 17:37 Rayon rəhbəri 22 iyul 2026-cı il tarixdə Masallı rayonunun Babaküçə kəndində səyyar qəbul keçirib
    7. 15:21 Azərbaycan–Almaniya münasibətlərində yeni mərhələ: Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfərinin siyasi əhəmiyyəti
    8. 11:10 Milli Mətbuat Günü – milli şüurun və azad sözün zəfəri
    9. 13:07 Masallı rayon əhalisinin, idarə, müəssisə və təşkilatlarının nəzərinə!
    10. 13:01 Azərbaycan mətbuatının 150 illik tarixi salnaməsi
    11. 20:26 Masallıda I qrup əlil ailəsi ziyarət olunub
    12. 09:27 8 Mart beynalxalq qadınlar günüdür!
    13. 11:25 Rayon rəhbəri I qrup əlil Zeynəb Məmmədovanın arzusunu gerçəkləşdirib
    14. 11:23 Rayon rəhbəri Musakücə kəndində həsirçiliklə məşğul olan qadınlarla görüşüb, həsir toxuma sexində aparılan təmir işləri ilə tanış olub
    15. 16:41 8 Mart və Heydər Əliyevin qadın siyasəti
    16. 16:29 Mehriban Əliyeva – Azərbaycan qadınının gücü və humanizmin simvolu
    17. 10:31 GÖRÜLƏN İŞLƏR ÜZ AĞARDIR... MASALLIDA...
    18. 20:34 Azərbaycan Prezidentinə yazırlar
    19. 20:29 İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib
    20. 20:28 Masallı şəhərində Cənab Prezident adından imtiyazlı və aztəminatlı ailələr üçün iftar süfrəsi açılmışdır
    21. 20:23 Masallıda “8 Mart Beynəlxalq Qadınlar Günü” qeyd olundu
    22. 20:20 Masallı Rayon İcra Hakimiyyətinin başçısı 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə rayonun bir qrup şəhid ailəsini ziyarət edərək onları bayram münasibətilə təbrik edib
    23. 20:17 Masallı RİH başçısı 05 mart 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    24. 15:38 Azərbaycan Prezidentinə yazırlar
    25. 10:11 Prezident İlham Əliyevin Bakıda keçirilən Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Məşvərət Şuralarının iclaslarında çıxışı
    26. 18:15 Masallı Rayon İcra Hakimiyyətinin başçısı dünya çempionu Nərmin Əliyeva ilə görüşüb
    27. 18:09 Masallı “Region idmançılarının I festivalı”na ev sahibliyi etdi
    28. 18:04 Boradigah qəsəbəsində “Şəhərsalma və Memarlıq İli” ilə əlaqədar ağacəkmə aksiyası 04.03.2026
    29. 18:01 Hişkədərə ərazisində “Şəhərsalma və Memarlıq İli” ilə əlaqədar ağacəkmə aksiyası 04.03.2026
    30. 17:58 Rayon rəhbəri Hişkədərə ərazisinin Mişkəmi kəndində təmirə başlanılan mərasim evinə baxış keçirib - 04.03.2026
    31. 16:20 Azərbaycan Prezidentinə yazırlar
    32. 15:46 Rayon rəhbəri Hişkədərə ərazisində şəhid məzarlarını ziyarət etdi 04.03.2026
    33. 15:43 Masallının Hişkədərə ərazisinin Mişkəmi kəndində səyyar qəbul keçirilib
    34. 15:49 Masallıda 2026-cü ilin martayına olan səyyar-görüş qəbulları barədə
    35. 19:34 Boradigah qəsəbə İ. Nağıyev adına 2 nömrəli tam orta ümumtəhsil məktəbində yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
    36. 19:26 Masallıda 1 Mart – Mülki Müdafiə Günü qeyd olunub
    37. 19:24 Rayon rəhbəri Vətən müharibəsi şəhidi Elgün Mikayıllının atasını xəstəxanada ziyarət etdi
    38. 13:48 Prezident İlham Əliyevin Xocalı Soyqırımı Memorialının açılışında iştirak edib
    39. 13:46 Prezident İlham Əliyevin Xocalı Soyqırımı Memorialının Açılışında Tarixi Çıxışı
    40. 13:42 MASALLIDA XOCALI FACİƏSİNİN 34-CÜ İLDÖNÜMÜ
    «    İyul 2026    »
    BeÇaÇCaCŞB
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    DÜNYA XƏBƏRLƏRİ