Azərbaycana fəda edilmiş şərəfli ömür » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Azərbaycana fəda edilmiş şərəfli ömür

    Azərbaycana fəda edilmiş şərəfli ömür


     

    YAP Masallı rayon təşkilatının tədbirlər planına uyğun olaraq Yeni Azərbaycan Partiyasının qurucusu və memarı Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102 illiyi münasibəti ilə 23 aprel 2025-ci il tarixdə Masallı Tarix-Diyarşünaslıq Muzeyində “Veteranlarımız” layihəsi çərçivəsində “Azərbaycana fəda edilmiş şərəfli ömür” mövzusunda tədbir keçirilmişdir. 

    Tədbiri YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev açmış, Türk dünyasının böyük oğlu Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

    Seyfəddin Əliyev çıxış edərək ölkəmizin siyasi və ictimai həyatında, dövlət quruculuğunda misilsiz xidmətləri olan dahi Heydər Əliyevin Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi qaldığını və bundan sonra da qalacağını vurğulayıb. 

    Seyfəddin Əliyev dünyanın nadir, unikal, seçilən siyasət adamı, fenomenal şəxsiyyət olan Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə ölkənin hərtərəfli inkişafına nail olduğunu, müstəqilliyini əbədi və dönməz etdiyini və uğurlu siyasəti sayəsində respublikamızı dünyada tanınan nüfuzlu bir dövlətə çevirdiyini diqqətə çatdırıb. Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi illər ərzində ölkəmizin müstəqil yaşaması üçün möhkəm təməl qoyduğunu qeyd edən təşkilat sədri bildirib ki, Azərbaycan xalqı qazandığı müstəqilliyə və onun qorunub saxlanması sahəsində əldə etdiyi bütün nailiyyətlərə görə dahi oğluna daim minnətdardır. 

    Seyfəddin Əliyev təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət quruculuğu prosesinin  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yüksək dinamizm, əzmkarlıqla davam etdirildiyini, ölkə başçısının həyata keçirdiyi strateji inkişaf kursunun uğurları  sayəsində müstəqil dövlətimizin iqtisadi inkişaf potensialına görə lider dövlətlər sırasında olduğunu, beynəlxalq münasibətlər sistemində ölkəmizin mövqeyinin möhkəmləndiyini söyləyib.

    Masallı Ziyalılar cəmiyyətinin sədri, partiya veteranı Qardaş Fətullayev çıxış edərək Ulu Öndərin öz mənalı və zəngin ömrünü bütövlükdə millətinə, xalqına, Vətəninə və dövlətinə həsr etdiyini, müqəddəs amallar uğrunda müstəsna fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Qeyd edib ki, məhz Ulu Öndərin gərgin əməyi və qətiyyətli siyasəti sayəsində yeni, müasir Azərbaycan dövləti qurulmuş, ölkəmiz dünya məkanında öz layiqli yerini tutmuşdur.

    “Tərəqqi” medallı müəllim, partiya veteranı Ədalət Nemətov Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsindən, müstəqil Azərbaycan dövlətinin inkişafı naminə müstəsna xidmətlərindən danışıb. Qeyd edib ki, Yeni Azərbaycan Partiyasının qurucusu və memarı, Ümummilli lider Heydər Əliyevin davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin  rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycan gündən-günə inkişaf edir, yeni naliyyətlərə imza atır.

    Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva, gənc fəal Humay Əliyeva və başqaları çıxışlarında vurğulayıblar ki, bu gün Heydər Əliyev ideyaları əsasında dinamik inkişaf edən, qüdrəti və beynəlxalq nüfuzu getdikcə artan Azərbaycan yeni zirvələr fəth edir. Qeyd edilib ki, qazanılan bütün nailiyyətlərin əsasında Ulu Öndər Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirməsi dayanır.

     

     
     
     

     

     


    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 22:24 Masallıda əlilliyi olan uşaqlar üçün xeyriyyə tədbiri keçirilib
    2. 09:14 TƏLƏBƏLƏRLƏ GÖRÜŞ
    3. 20:50 Türkiyə vətəndaşının müraciəti əsasında sosial dəstək göstərilib
    4. 20:51 Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Həsənli kəndində aparılan asfaltlaşdırma işləri ilə tanış olub
    5. 20:49 Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Köhnə Alvadı kəndində aparılan asfaltlaşdırma və abadlıq işləri ilə tanış olub
    6. 13:36 Masallı Rayon İcra Hakimiyyətinin başçısı şəhid Qeysər Məmmədovun anasını evində ziyarət edib
    7. 13:34 Masallı Rayon İcra Hakimiyyəti başçsının 03.09.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    8. 20:13 Masallı Rayon İcra Hakimiyyətinin başçısı həsirçiliklə məşğul olan qadınlarla görüşüb
    9. 16:40 Masallı Rayon İcra Hakimiyyətinin başçısı Qəriblər ərazisində fəaliyyət göstərən turizm obyektlərinin vəziyyəti ilə tanış olub
    10. 16:37 Rayon rəhbəri Qəriblər ərazisində səyyar qəbul keçirib
    11. 11:11 Rayon rəhbəri Ninəlov kəndində daxili yolların cari təmiri ilə tanış olub
    12. 10:55 Rayon rəhbəri Boradigah qəsəbəsində kanalların təmizlənməsi işləri ilə tanış olub
    13. 10:52 Rayon rəhbəri Türkoba kəndində şəhid küçəsinə asfalt örtüyünün döşənməsi işləri ilə tanış olub
    14. 10:50 Rayon rəhbəri Hişkədərə-Mahmudavar yoluna asfalt örtüyünün döşənməsi işləri ilə tanış olub
    15. 14:09 Masallıda Kənd təsərrüfatı sahəsində rəsmi statistikanın təkmilləşdirilməsinə dair Statistika İdarəsi tərəfindən icra nümayəndəlikləri üçün təlim keçirilmişdir
    16. 09:42 Masallıda 2026-cü ilin sentyabr ayına olan səyyar-görüş qəbulları barədə
    17. 23:30 Masallı rayonunda təhsil işçilərinin konfransı keçirilib
    18. 11:57 Masallı Rayon İcra Hakimiyyəti başçsının 27.08.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir.
    19. 20:54 Rayon rəhbəri Ərkivan qəsəbəsində xeyriyyəçilər tərəfindən görülən işlərlə tanış olub-26.08.2026
    20. 20:52 Rayon rəhbəri Ərkivan qəsəbə 1 saylı C.Cabbarlı adına tam orta məktəbində aparılan təmir işləri ilə tanış olub-26.08.2026
    21. 14:10 Rayon rəhbəri Qarğalıq ərazisinin Qədirli kəndində səyyar qəbul keçirib 25.08.2026
    22. 14:07 Rayon rəhbəri Qarğalıq ərazisində şəhid məzarlarını ziyarət etdi 25.08.2026
    23. 10:44 26 Avqust – Laçın Şəhəri Günü
    24. 23:30 Sığıncaq kəndində I Qarabağ müharibəsi şəhidinin ailəsi ziyarət olunub
    25. 09:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 20.08.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    26. 14:39 Rayon rəhbəri Lürən ərazisində şəhid məzarlarını ziyarət etdi 19.08.2026
    27. 14:37 Rayon rəhbəri Lürən ərazisində səyyar qəbul keçirib
    28. 18:20 "XTQ Qəhrəmanlarının İrsi” düşərgəsi layihəsi Masallıda
    29. 23:30 Rayon rəhbəri Viləş ərazisində şəhid ailəsini ziyarət edib
    30. 23:30 Qızılağac ərazisində şəhid Laçın Qurbanovun adını daşıyan küçəyə baxış keçirilib, şəhid ailəsi ziyarət olunub
    31. 23:30 Rayon rəhbəri Viləş ərazisində şəhid məzarlarını ziyarət etdi
    32. 20:00 Rayon rəhbəri Viləş ərazisində səyyar qəbul keçirib
    33. 15:53 Masallı Rayon İcra Hakimiyyəti başçsının 13.08.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    34. 17:42 Rayon rəhbəri Tüklə ərazisində mərasim evində görülən işlərlə tanış olub
    35. 17:41 Rayon rəhbəri Tüklə ərazisində şəhid məzarlarını ziyarət etdi 12.08.2026
    36. 17:39 Rayon rəhbəri Tüklə ərazisinin Məmmədoba kəndində səyyar qəbul keçirib 12.08.2026
    37. 12:33 Masallı rayonunda əmək bazarının göstəriciləri açıqlanıb - Statistika
    38. 18:09 Rayon rəhbəri Ərkivan qəsəbə ərazisinin Allahyarlı kəndində mərasim evində görülən işlərlə tanış olub
    39. 18:07 Rayon rəhbəri şəhid ailələrinin yaşadığı küçədə
    40. 18:05 Rayon rəhbəri Ərkivan qəsəbə ərazisinin Allahyarlı kəndində şəhid məzarını ziyarət edib
    «    Sentyabr 2026    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    282930 
    DÜNYA XƏBƏRLƏRİ