27 sentyabr Azərbaycanda Anım Günüdür   » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » »  27 sentyabr Azərbaycanda Anım Günüdür  

     27 sentyabr Azərbaycanda Anım Günüdür  


    Ermənistanın Respublikasının ölkəmizə qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlamışdır.

     Prezidentimizin rəhbərliyi altında Azərbaycan Ordusunun Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə sentyabrın 27-dən etibarən, zəfər yürüşünə başlaması tariximizə yazılan növbəti uğur səhifəsidir. Sentyabrın 27-də Ali baş komandanımız xalqa müraciət edərək, qeyd etdi ki, bu gün səhər Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artileriyadan istifadə edərək bizim yaşayış məntəqələrimizi, eyni zamanda, hərbi mövqelərimizi atəşə tutmuşdur.

    Qırx dörd gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu Ermənistanın silahlı qüvvələrini məhv edərək şəhidlərimizin qisası aldı. Əlbəttə ki, bu 44 gün qısa bir zaman olsa da, Azərbaycanın şanlı tarixini yazdı. XXI əsrin müharibəsini aparan Azərbaycan hərbi gücü, qüdrəti ilə dünyaya səs saldı. 44 günlük müharibə zamanında Azərbaycan uğurlu əməliyyat keçirərək 30 ilə yaxın zamanda işğal altında qalmış torpaqlarını erməni təcavüzkarlarından azad etdi. 44 günün hər bir dəqiqəsini, saatını Qələbə sorağı ilə böyük həyəcan, səbirsizliklə gözləyirdik. 44 gündə hər dəfə yeni xəbərlər eşidir və ordumuzun düşmənə endirdiyi zərbələr qısa bir tarixdə bizə qələbə sevincini qazandırdı.

    Haqq və şərəf işimiz olan Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında düşmənə sarsıdıcı zərbələr endirmişdir.

    Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alınmışdır.

    Möhtərəm Prezident İlham Əliyev Vətən müharibəsinin başlanmasının birinci il dönümü münasibəti ilə xalqa etdiyi müraciətdə Qələbəyə aparan yoldan danışdı, eyni zamanda zəfər savaşından ötən bir ilin uğurları, siyasi və diplomatik gərginliyi tam aydınlığı ilə xalqımızın diqqətinə çatdırdı. Ali Baş Komandanın Anım Günü ilə bağlı etdiyi müraciətdə səsləndirdiyi cəsarətli fikirlər həm də dünya güclərinə bir çağırış oldu. Ölkə başçısı hər bir dövlətin ərazi bütövlüyünə, daxili siyasətinə hörmətlə yanaşırıq, daxili işlərinə qarışmırıq, sizlər də bizim kimi davranın mesajını vermiş oldu.Bundan sonra biz qalib ölkə, qalib xalq olaraq yaşayacağıq, azad edilmiş torpaqları qurub bərpa edəcəyik. İllərlə öz doğma sakinlərini gözləyən o torpaqlara həyat qayıdır, insanlar qayıdır. Biz daim Müzəffər Ali Baş Komandanın ətrafında dəmir yumruq kimi birləşəcək, çiçəklənən ölkəmizi birlikdə qoruyacağıq.

     

     

    Nigar Kərimova,
    Göyəçöl kənd sakini


    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 20:34 Azərbaycan Prezidentinə yazırlar
    2. 20:29 İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib
    3. 20:28 Masallı şəhərində Cənab Prezident adından imtiyazlı və aztəminatlı ailələr üçün iftar süfrəsi açılmışdır
    4. 20:23 Masallıda “8 Mart Beynəlxalq Qadınlar Günü” qeyd olundu
    5. 20:20 Masallı Rayon İcra Hakimiyyətinin başçısı 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə rayonun bir qrup şəhid ailəsini ziyarət edərək onları bayram münasibətilə təbrik edib
    6. 20:17 Masallı RİH başçısı 05 mart 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    7. 15:38 Azərbaycan Prezidentinə yazırlar
    8. 10:11 Prezident İlham Əliyevin Bakıda keçirilən Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Məşvərət Şuralarının iclaslarında çıxışı
    9. 18:15 Masallı Rayon İcra Hakimiyyətinin başçısı dünya çempionu Nərmin Əliyeva ilə görüşüb
    10. 18:09 Masallı “Region idmançılarının I festivalı”na ev sahibliyi etdi
    11. 18:04 Boradigah qəsəbəsində “Şəhərsalma və Memarlıq İli” ilə əlaqədar ağacəkmə aksiyası 04.03.2026
    12. 18:01 Hişkədərə ərazisində “Şəhərsalma və Memarlıq İli” ilə əlaqədar ağacəkmə aksiyası 04.03.2026
    13. 17:58 Rayon rəhbəri Hişkədərə ərazisinin Mişkəmi kəndində təmirə başlanılan mərasim evinə baxış keçirib - 04.03.2026
    14. 16:20 Azərbaycan Prezidentinə yazırlar
    15. 15:46 Rayon rəhbəri Hişkədərə ərazisində şəhid məzarlarını ziyarət etdi 04.03.2026
    16. 15:43 Masallının Hişkədərə ərazisinin Mişkəmi kəndində səyyar qəbul keçirilib
    17. 15:49 Masallıda 2026-cü ilin martayına olan səyyar-görüş qəbulları barədə
    18. 19:34 Boradigah qəsəbə İ. Nağıyev adına 2 nömrəli tam orta ümumtəhsil məktəbində yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
    19. 19:26 Masallıda 1 Mart – Mülki Müdafiə Günü qeyd olunub
    20. 19:24 Rayon rəhbəri Vətən müharibəsi şəhidi Elgün Mikayıllının atasını xəstəxanada ziyarət etdi
    21. 13:48 Prezident İlham Əliyevin Xocalı Soyqırımı Memorialının açılışında iştirak edib
    22. 13:46 Prezident İlham Əliyevin Xocalı Soyqırımı Memorialının Açılışında Tarixi Çıxışı
    23. 13:42 MASALLIDA XOCALI FACİƏSİNİN 34-CÜ İLDÖNÜMÜ
    24. 11:59 Masallı RİH başçısı 26 fevral 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    25. 18:20 Rayon rəhbəri Güllütəpə ərazisində şəhid məzarlarını ziyarət etdi 25.02.2026
    26. 18:18 Rayon rəhbəri Güllütəpə ərazisində tikintisinə başlanılan mərasim evinə baxış keçirib - 25.06.2026
    27. 16:05 Masallının Güllütəpə kəndində səyyar qəbul keçirilib - 25.02.2026
    28. 12:27 Ermənilərin məqsədi Xocalını yer üzündən birdəfəlik silmək idi
    29. 17:52 26 Fevral – Xocalı soyqırımı və onun siyasi tərəfləri
    30. 16:05 Masallı rayon rəhbəri Öncəqala ərazisində tənha yaşayan vətəndaşla bağlı verilən tapşırıqların icrası ilə yerində tanış olub 20.02.2026
    31. 16:04 Masallı rayon rəhbəri yanğın nəticəsində zərər görmüş evdə aparılan təmir işləri ilə tanış olub
    32. 20:43 Masallı rayonu Yeni Zuvand kənd tam orta ümumtəhsil məktəbində yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
    33. 15:10 Yeni Azərbaycan Partiyası xalqın partiyasıdır Masallıda tədbir
    34. 12:02 Masallı RİH başçısı 19 fevral 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    35. 18:49 Masallı Rayon İcra Hakimiyyəti-nin başçısı Araz Əhmədov Öncəqala ərazisində şəhid Malikov Nurlan Dünyamalı oğlunun yenidən qurulmuş məzarını ziyarət edib. 18.02.2026
    36. 16:44 Masallı rayon rəhbəri Öncəqala ərazisində tənha yaşayan vətəndaşın qayğıları ilə yerində maraqlanıb
    37. 15:17 Rayon rəhbəri Öncəqala ərazisində şəhid məzarlarını ziyarət etdi 18.02.2026
    38. 14:52 Masallıda Öncəqala ərazisinin Hüseynhacılı kəndində səyyar qəbul keçirilib
    39. 14:42 BAKI-BELQRAD ƏMƏKDAŞLIQ KÖRPÜSÜ DAHA DA MÖHKƏMLƏNİR
    40. 08:20 Masallıda şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addım atılıb
    «    Mart 2026    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    DÜNYA XƏBƏRLƏRİ