Şəhid Şəmsəddin Təhməzovun şəhadətinin 5-ci ildönümü anıldı
- 8-10-2025, 17:07
- Maraqlı
- 0
- 23
08 oktyabr 2025-ci il tarixində Masallı rayonunun Güllütəpə kəndində şəhid Təhməzov Şəmsəddin Sərvər oğlunun şəhadətinin 5-ci ildönümü anılmışdır.
Şəhid Şəmsəddin Təhməzovun şəhadətə yüksəlməyinin 4-cü ildönümü ilə əlaqədar Masallı Rayon İcra Hakimiyyəti başçısının tapşırığına əsasən Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Nurlan Muradov, ərazi nümayəndəliyi, bələdiyyə, din xadimləri və şəhid ailələri birlikdə şəhidin məzarını ziyarət etmiş, ruhuna dualar oxumuşlar.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Cənab Prezident İlham Əliyevə, Birinci vitse-Prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.