Şəhid Namiq Bağırovun şəhadətinin 5-ci ildönümü anıldı
- 8-10-2025, 17:09
- Maraqlı
- 0
- 21

08 oktyabr 2025-ci il tarixində Masallı rayonunun Çaxırlı kəndində şəhid Bağırov Namiq Nurəddin oğlunun şəhadətinin 5-ci ildönümü anılmışdır.
Şəhid Namiq Bağırovun şəhadətə yüksəlməyinin 5-ci ildönümü ilə əlaqədar Masallı Rayon İcra Hakimiyyəti başçısının tapşırığına əsasən Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Abbas Abbaszadə, İnformasiya təminatı və təhlil sektorunun müdiri Nəsib Bağırov, Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Famil Cəfərov, Hüquq şöbəsinin məsləhətçisi Azər Bəhmənov, ərazi nümayəndəliyi, bələdiyyə, din xadimləri və şəhid ailələri birlikdə şəhidin məzarını ziyarət etmiş, ruhuna dualar oxumuşlar.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Cənab Prezident İlham Əliyevə, Birinci vitse-Prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
