Masallıda “Ümumrayon valideyn konfransı” təşkil olunub » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallıda “Ümumrayon valideyn konfransı” təşkil olunub

    Masallıda “Ümumrayon valideyn konfransı” təşkil olunub


    18 dekabr 2025-ci il tarixdə Lənkəran-Astara Regional Təhsil İdarəsinin Masallı Rayonu üzrə Təhsil sektorunun təşkilatçılığı ilə Masallı rayon Nizami Gəncəvi adına Mədəniyyət Mərkəzində ümumrayon valideyn konfransı keçirilmişdir.
             
     Tədbirdə Masallı Rayon İcra Hakimiyyəti başçısı Araz Əhmədov, RİHB aparatının əməkdaşları, Masallı Rayon Polis Şöbəsinin rəisi polis polkovniki Azay Ağayev, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev, Masallı rayonu üzrə təhsil sektorunun müdiri Elman Rzayev, ümumtəhsil məktəblərinin direktorları və valideynlər etmişlər.
    Konferansda Ulu Öndər Heydər Əliyev, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.   
              
    Tədbiri giriş sözü ilə açan  Masallı Rayon İcra Hakimiyyəti başçısı  Araz Əhmədov  konfransın məqsədinin məktəb–valideyn–cəmiyyət əməkdaşlığını daha da gücləndirmək, uşaqlarımızın sağlam mənəvi mühitdə formalaşması və yetkinlik yaşına çatmayanlar arasında narkomaniya, erkən nikah hallarının qarşısının alınmasında  valideyn məsuliyyətini ön plana çıxarmaq və təlim-tərbiyə prosesində birgə fəaliyyət imkanlarını genişləndirməkdən ibarət olduğunu diqqətə çatdırdı. Rayon rəhbəri bildirdi ki, erkən nikah Masallı Rayon İcra Hakimiyyəti tərəfindən daim diqqətdə saxlanılan  mövzudur. Bu səpkidə tədbirlərin keçirilməsi, maarifləndirmə işlərinin aparılmasının nəticəsidir ki, əvvəlki illərdən fərqli olaraq hal-hazırda erkən nikahın qarşısı alınaraq azalmaqdadır.Erkən nikah təhsildən yayındırır.Bu, sadəcə fikir deyil, statistikalarla sübut olunmuş bir həqiqətdir. Təhsildən kənarda qalan qızlar gələcəkdə iş tapmaqda çətinlik çəkir, iqtisadi cəhətdən asılı vəziyyətdə qalır və bu da yoxsulluq dövrünün davam etməsinə səbəb olur. Təhsilsiz ana isə çox vaxt təhsilsiz övlad deməkdir.

    Unutmayaq ki, təhsil bir hüquqdur, nikah isə seçim olmalıdır. Erkən nikah bu hüququ əlindən alaraq uşağın gələcəyini məhdudlaşdırır. 
    Gəlin, uşaqları ailə məsuliyyəti altına deyil, məktəbə, biliyə və gələcəyə yönəldək,elə bir cəmiyyət quraq ki, hər bir uşaq vaxtında böyüsün, vaxtında seçim etsin və gələcəyini özü qursun, rəqəmlərin arxasında gizlənən uşaqların səsini eşidək və onlara seçim haqqı verək. Çünki hər bir uşaq təhlükəsiz, azad və təhsilli gələcəyə layiqdir.

    Nəticə olaraq, erkən nikahın qarşısını almaq yalnız hüquqi tədbirlərlə deyil, həm də təhsil, maarifləndirmə və cəmiyyətin maariflənməsi ilə mümkündür. Bilmək vacibdir ki, təhsilli qadın – sağlam ailə, güclü iqtisadiyyat və sabit cəmiyyət deməkdir.

    Sonra çıxış edən Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri, Bəhruz Mehdiyev təhsil sahəsində aparılan islahatlar, valideynlərin təhsildə rolu və gələcək perspektivlər barədə geniş məlumat vermişdir.

    Daha sonra konfrans iştirakçıları yetkinlik yaşına çatmayanlar arasında narkomaniya və onun fəsadlarından bəhs edən video çarxı izləyib.
    Video çarxdan sonra Masallı Rayon Polis Şöbəsinin rəisi polis polkovniki Azay Ağayev uşaqların təhlükəsizliyi, hüquqlarının qorunması, erkən risklərin qarşısının alınması və valideyn məsuliyyəti mövzusunda valideynlərə geniş məlumat vermişdir.

    Konfransın davamında Lənkəran Dövlət Dram Teatrının aktyorları tərəfindən  ailə, valideyn məsuliyyəti, erkən nikah mövzusunda kiçik tamaşa təqdim edilmişdir.
    Daha sonra Masallı rayonu üzrə təhsil sektorunun müdiri Elman Rzayev valideyn–məktəb əməkdaşlığının mövcud vəziyyəti, qarşıda duran vəzifələr və birgə fəaliyyət istiqamətləri barədə çıxış etmişdir.

    Masallı Rayon N.Gəncəvi adına Mədəniyyət Mərkəzində baş tutan  konfrans  Güllütəpə kənd tam orta  ümumtəhsil məktəbinin direktror müavini  Rövşən Muxtarovun moderatorluğu ilə panel müzakirələrlə davam etmişdir.









    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 12:18 Rayonun Böyük Kolatan şəhid Əli Quliyevin şəhadətinin 6-cı ildönümü anıldı
    2. 12:17 Masallıda kənd təsərrüfatı, balıqçılıq, akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafı mövzusunda tədbir
    3. 12:16 Masallı Rayon İcra Hakimiyyəti başçsının 29.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    4. 10:54 Masallıda 2026-cı ilin noyabr ayına olan səyyar-görüş qəbulları
    5. 19:35 “MASALLI MARAFONU – 2026” YARIMARAFON YARIŞINA DƏVƏTLİSİNİZ!
    6. 19:30 Rayonun Ərkivan qəsəbəsində Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyası
    7. 19:48 Masallıda heyvan sağlamlığının qorunması sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olundu
    8. 10:57 Azərbaycan Prezidentinə yazırlar
    9. 16:27 Masallı Gənclər Evi Sosial Xidmət Müəssisəsində 21.10.2026-cı il tarixdə narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirici tədbir
    10. 16:24 Rayonun Çaxırlı kəndində şəhid Ağamalı Ağayevin şəhadətinin 6-cı ildönümü anıldı
    11. 16:24 Rayonun Ərkivan qəsəbəsində şəhid Famil Əlizadənin şəhadətinin 6-cı ildönümü anıldı
    12. 16:22 Rayon rəhbəri Səmədxanlı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.10.2026
    13. 16:19 Rayon rəhbəri 21 oktyabr 2026-cı il tarixdə İkinci Səmədxanlı kəndində səyyar qəbul keçirib
    14. 22:55 Masallıda “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, Sağlam gələcək!” mövzusunda tədbir
    15. 22:51 Masallıda çağırışçılar müddətli həqiqi hərbi xidmətə xüsusi mərasimlə yola salındı
    16. 12:01 Azərbaycan Prezidentinə yazırlar
    17. 23:58 Rayonun Xıl kəndində şəhid Elgün Mikayıllının şəhadətinin 6-cı ildönümü anıldı
    18. 23:00 Rayonun Qarğalıq kəndində şəhid Elvin Əzizovun şəhadətinin 6-cı ildönümü anıldı
    19. 16:57 Masallıda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirə
    20. 16:52 Rayonun Kürdəbazlı kəndində şəhid Gülşad Xəlilovun şəhadətinin 6-cı ildönümü anıldı
    21. 16:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 15.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    22. 12:05 Azərbaycan Prezidentinə yazırlar
    23. 12:04 Azərbaycan Prezidentinə yazırlar
    24. 17:08 Rayonun Təzə Alvadı kəndində şəhid Sənan Səlimovun şəhadətinin 6-cı ildönümü anıldı
    25. 17:04 Rayon rəhbəri Musaküçə kəndində asfaltlanma işləri ilə tanış olub
    26. 17:01 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.10.2026
    27. 16:58 Rayon rəhbəri 14 oktyabr 2026-cı il tarixdə Məmmədxanlı kəndində səyyar qəbul keçirib
    28. 10:10 Azərbaycan Prezidentinə yazırlar
    29. 10:08 UNUDULMUR...
    30. 11:52 Azərbaycan Prezidentinə yazırlar
    31. 11:51 Azərbaycan Prezidentinə yazırlar
    32. 11:41 Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
    33. 09:21 Azərbaycan və Mərkəzi Asiya: Ortaq tarix, birgə gələcək
    34. 18:43 Rayonun Banbaşı kəndində şəhid Elmir Akifzadənin şəhadətinin 6-cı ildönümü anıldı
    35. 16:42 Masallı rayonunun Hişkədərə kəndində şəhid İbrahim Lələyevin şəhadətinin 6-cı ildönümü anıldı
    36. 16:46 “PeşəFest-2026” - Masallıda
    37. 16:44 Rayonun Ərəb kəndində şəhid Cəbrayıl Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    38. 08:43 MÜHÜM VƏZİFƏLƏR
    39. 16:21 Rayonun Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun doğum günü qeyd olunub
    40. 16:19 Rayonun Güllütəpə kəndində şəhid Şəmsəddin Təhməzovun şəhadətinin 6-cı ildönümü anıldı
    «    Noyabr 2026    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30 
    DÜNYA XƏBƏRLƏRİ