Gələcəyimiz: Bizi nələr gözləyir » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Gələcəyimiz: Bizi nələr gözləyir

    Gələcəyimiz: Bizi nələr gözləyir



    Bir az diqqət etsək görərik ki, əsrimizin insanları getdikcə robotlaşır. Texniki tərəqqi bizi təkcə fiziki cəhətdən geri salmır, mənəviyyatımız da əcaib-qəraib şəkildə özünə yer alır. Bəzi xalqlar bu tərəqqidən maksimum yararlanır da adət-ənənələrini qoruyur. Ata-baba xislətini saxlayır. Kim deyə bilər ki, bu xalq keçmişinə necə hörmətlə yanaşır. Texniki tərəqqidən də yan keçmir.

    Dünyanın hər yerində olduğu kimi bizdə də bir vaxtlar insanların fiziki güc tətbiq etməklə gördüyü işləri indi maşın və mexanizmlər həyata keçirir. Məsələn, ot biçən aqreqatlar, quyudan su çəkən matorlar, paltar və qabyuyan, evi silib-süpürən aparatlar və s.  Bütün bunlar insanların tənbəlləşməsinə gətirib çıxarır. Bu, çox geniş və vacib mövzudur. Məqsədim isə adət-ənənəmizin, ailə dəyərlərimizin, böyük-kiçik meyarlarımızın aradan qalxması ilə bağlıdır. Bu isə bir xalqın yaşamasına, inkişafına təkan verən amillərdir. Mən onların içindən cəmiyyətimizin gələcək saflığına su və hava kimi vacib olan boşanmalara toxunmaq istəyirəm. Etibarlı, sağlam ailə cəmiyyətin təməlidir. Saf cəmiyyətdə isə mənfi, iyrənc əməllərə yer olmaz.

    Həyatda ağı-qaradan seçə bilməyimdən 50-60 il keçir. Bu müddətdə mən özüm də atdığım hər addımıma  diqqət və məsuliyyətlə yanaşmışam.
    Bu gün bəzi üzdəniraq alimlərimiz, ziyalılarımız iddia edirlər ki, texniki tərəqqi dövründə keçmiş ata-baba adətlərimiz də yeniləşməli, müasirləşməlidir. Görəsən yanından keçən ağsaqqala salam verməyin yeni forması necə olmalıdır? Böyük yanında ədəb-ərkanı  gözləməməyə nə ad vermək olar? Mən heç vaxt Avropa ölkələrində olmamışam. Amma həmin ölkələrdə saf, ideal ailənin olmamasını deyirlər.  Bizdə isə bəzi məqamları qeyd etməsək, ailə müqəddəs varlıqdır. Onun içində əhdə, sədaqətə, vəfaya, hörmət-izzətə, etibara rast gəlirik. Çünki xalqımızda əksər xalqlarda olmayan namus meyarı mövcuddur. Bizi bu meyar daim ailəyə sadiq olmağa sövq edir. Odur ki, saf, büllur, uzunömürlü ailəmiz çoxdur.
    Yuxarıda dediyim kimi ailəyə sədaqət, hörmət, etibar cəmiyyətimizin xoş gələcəyidir. Təəssüf ki, şəxsiyyət azadlığı  məfhumu yaranandan ailələrdə də qadın azadlığı pərdəsi arxasında ziqzaqlı məsələlər özünü büruzə verir. Avropasayağı ailələr milli-mentalitetimizə zərbə vurmaqdadır.
    Gəlin etiraf edək ki, müasir ailələr dövri-zəmanəyə uyğun olaraq yeni forma tapmaq istəyir. Mən yaşadığım kənddə ağsaqqalların rəhbəri kimi bir çox məsələlərin, münaqişələrin həllində iştirak edirəm. Qurumumuza adamlar müxtəlif problemlərlə bağlı müraciət edirlər. Onların əksəriyyəti ailə-məişət, qonşuluq münasibətlərindən bəhs edir.  İki ilin gəlinin bir uğaqla ata evinə qayıtması ilə bağlı müraciətilə əlaqədar həmin ailədə olduq. Ailənin başçısı bizə bildirdi ki, bu, oğlumun şəxsi işidir. Cavan ailənin başçısı isə bizə etik normalara uyğun olmayan sözlərlə göz bərəltdi.
    -Bu, öz işimizdir, heç kimə dəxli yoxdur.

    Dedik, axı siz həyat yoldaşınızla böyük sevgi macəraları yaşamısınız. Qızı sənə vermək istəməyiblər, bir neçə il gözləyibsən. Belə qaynar sevginiz nə tez söndü, hələ bir körpəniz də var, heç olmasa övlad  məhəbbətiniz olsun.

    Söhbətimiz baş tutmadı. Ağsaqqalların sözü yerə düşdü. Boşandılar. Niyə? Buna həyasızlıq, nankorluq, şərəfsizlikdən başqa nə ad vermək olar?
    Boşanmalar zamanı hər iki tərəfin günahkar olduğu aşkarlanır. Ər-arvad bir-birinə güzəştə getmirlər. Sonralar çox mətləblər açılır. Məlum olur ki, kişi “Votsapda” başqa birinə aşiq olub. Və ya arvad 2-3 uşağını atıb başqasına (2-3 uşağın atasına) qoşulub qaçıb. Son illərdə belə hallara çox rast gəlmək olur.

    Qadınların təhsilsiz və işsiz olması onların məişət zorakılığına məruz qalmasına səbəb olur. Erkən ailə quranlar, valideynlərin təhriki ilə bu yolu seçənlər çox  keçmədən boşanmaya tuş gəlirlər.

    Münaqişəli ailə şəraitində böyüyən uşaqların davranış pozuntusu sonralar özünü göstərir.
    Beləliklə, cəmiyyətdə əngəlli məsələlər üçün yol açılır. Milli adət-ənənələr yeniləşir.
    Mən deyərdim ki, boşanmalar cəmiyyətdə faciədir, abırsızlıq, həyasızlıqdır. Bəziləri evində iki arvad bəsləyir və cəmiyyətdə, el-obada bununla fəxr edir.

    İctimai qınaq çox təsirli mühakimədir. Ancaq bir çoxları buna da məhəl qoymurlar.
    Belə halların baş verməməsi üçün maarifləndirmə işləri genişləndirilməlidir. Cəmiyyətdə bir çox neqativ hallara son qoyulmalıdır.  Azərbaycan ailəsinə xoşagəlməz olaylar yaraşmır.

    Çox geniş məzmunlu bu məsələyə qısa da olsa toxunduq ki, hamı belə neqativ hallarla mübarizəyə qalxsın.



    HƏSƏNAĞA ƏLİYEV.



    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.az

    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 19:48 Masallıda heyvan sağlamlığının qorunması sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olundu
    2. 10:57 Azərbaycan Prezidentinə yazırlar
    3. 16:27 Masallı Gənclər Evi Sosial Xidmət Müəssisəsində 21.10.2026-cı il tarixdə narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirici tədbir
    4. 16:24 Rayonun Çaxırlı kəndində şəhid Ağamalı Ağayevin şəhadətinin 6-cı ildönümü anıldı
    5. 16:24 Rayonun Ərkivan qəsəbəsində şəhid Famil Əlizadənin şəhadətinin 6-cı ildönümü anıldı
    6. 16:22 Rayon rəhbəri Səmədxanlı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.10.2026
    7. 16:19 Rayon rəhbəri 21 oktyabr 2026-cı il tarixdə İkinci Səmədxanlı kəndində səyyar qəbul keçirib
    8. 22:55 Masallıda “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, Sağlam gələcək!” mövzusunda tədbir
    9. 22:51 Masallıda çağırışçılar müddətli həqiqi hərbi xidmətə xüsusi mərasimlə yola salındı
    10. 12:01 Azərbaycan Prezidentinə yazırlar
    11. 23:58 Rayonun Xıl kəndində şəhid Elgün Mikayıllının şəhadətinin 6-cı ildönümü anıldı
    12. 23:00 Rayonun Qarğalıq kəndində şəhid Elvin Əzizovun şəhadətinin 6-cı ildönümü anıldı
    13. 16:57 Masallıda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirə
    14. 16:52 Rayonun Kürdəbazlı kəndində şəhid Gülşad Xəlilovun şəhadətinin 6-cı ildönümü anıldı
    15. 16:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 15.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    16. 12:05 Azərbaycan Prezidentinə yazırlar
    17. 12:04 Azərbaycan Prezidentinə yazırlar
    18. 17:08 Rayonun Təzə Alvadı kəndində şəhid Sənan Səlimovun şəhadətinin 6-cı ildönümü anıldı
    19. 17:04 Rayon rəhbəri Musaküçə kəndində asfaltlanma işləri ilə tanış olub
    20. 17:01 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.10.2026
    21. 16:58 Rayon rəhbəri 14 oktyabr 2026-cı il tarixdə Məmmədxanlı kəndində səyyar qəbul keçirib
    22. 10:10 Azərbaycan Prezidentinə yazırlar
    23. 10:08 UNUDULMUR...
    24. 11:52 Azərbaycan Prezidentinə yazırlar
    25. 11:51 Azərbaycan Prezidentinə yazırlar
    26. 11:41 Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
    27. 09:21 Azərbaycan və Mərkəzi Asiya: Ortaq tarix, birgə gələcək
    28. 18:43 Rayonun Banbaşı kəndində şəhid Elmir Akifzadənin şəhadətinin 6-cı ildönümü anıldı
    29. 16:42 Masallı rayonunun Hişkədərə kəndində şəhid İbrahim Lələyevin şəhadətinin 6-cı ildönümü anıldı
    30. 16:46 “PeşəFest-2026” - Masallıda
    31. 16:44 Rayonun Ərəb kəndində şəhid Cəbrayıl Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    32. 08:43 MÜHÜM VƏZİFƏLƏR
    33. 16:21 Rayonun Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun doğum günü qeyd olunub
    34. 16:19 Rayonun Güllütəpə kəndində şəhid Şəmsəddin Təhməzovun şəhadətinin 6-cı ildönümü anıldı
    35. 16:18 Masallı şəhərində şəhid Araz Seyfullayevin şəhadətinin 6-cı ildönümü anıldı
    36. 16:17 Rayonun Çaxırlı kəndində şəhid Namiq Bağırovun şəhadətinin 6-cı ildönümü anıldı
    37. 16:15 Rayon rəhbəri Təzə Alvadı ərazisində şəhid məzarlarını ziyarət etdi 08.10.2026
    38. 16:12 Rayon rəhbəri 08 oktyabr 2026-cı il tarixdə Əhmədli kəndində səyyar qəbul keçirib
    39. 16:07 Masallı Rayon İcra Hakimiyyəti başçsının 08.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    40. 15:12 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında tarixi bir hadisəsi olmaqla yanaşı, həm də qazanılan möhtəşəm uğurların və gələcək strateji hədəflərin təntənəsidir
    «    Oktyabr 2026    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    DÜNYA XƏBƏRLƏRİ