Azərbaycan ilə İran arasında imzalanmış sənədlər mübadilə edilib » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Azərbaycan ilə İran arasında imzalanmış sənədlər mübadilə edilib

    Azərbaycan ilə İran arasında imzalanmış sənədlər mübadilə edilib


     

    Azərbaycanın xarici siyasətində qonşu dövlətlərlə münasibətlərin  inkişaf etdirilməsi hər zaman önəmli yer tutur.  Milli maraqlara əsaslanaraq tərəfdaşlıq, qarşılıqlı faydalı əməkdaşlıq prinsipi ilə əlaqələrin qurulması dövlətimiz üçün prioritetdir. Ölkələrimiz arasında əlaqələrin inkişafında qarşılıqlı səfərlərin, imzalanan sənədlərin böyük rolu var. Bu baxımdan İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri ölkələrimiz arasında münasibətlərin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycan-İran münasibətləri dərin tarixi köklərə əsaslanır. İqtisadi, ticari, elmi, mədəni əlaqələr tarix boyu Azərbaycan və İran xalqlarını birləşdirib. Qarşılıqlı hörmətə və dostluğa əsaslanan əlaqələrimiz həm ikitərəfli formatda, həm regional müstəvidə, həm də beynəlxalq təşkilatlar çərçivəsində yüksələn xətlə inkişaf edir.

    Dövlətlərimiz arasında münasibətlər birgə tarix, mədəniyyət, həmrəylik və qarşılıqlı dəstək üzərində qurulub. Xalqlarımızın tarixi və mədəni bağlılıqları iki dövlət arasında münasibətlərin bütün sahələr üzrə inkişafı üçün zəmin yaradır və bu gün ikitərəfli əlaqələrimiz ticarət-iqtisadi, enerji, energetika, nəqliyyat-logistika və digər sahələr üzrə inkişaf edir. Ümumilikdə dövlətlərimiz arasında münasibətlər möhkəm təməllər üzərində qurulub. 1969-cu ildə İranın Bakı şəhərində açılmış konsulluğu 1992-ci ilin mart ayından İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi kimi fəaliyyətini davam etdirir. 1992-ci ilin dekabr ayında isə Azərbaycan Respublikasının İran İslam Respublikasında səfirliyi fəaliyyətə başlayıb. Bundan başqa, 1992-cü ildə İranın Naxçıvanda Baş konsulluğu, 2004-cü ildə isə Azərbaycanın Təbrizdə Baş konsulluğu açılıb. Bütün bunlar hər iki ölkənin qarşılıqlı əlaqələrdə maraqlı olmasına sübutdur.

    Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində də bir-birini  ənənəvi olaraq dəstəkləyirlər. Bu məsələ Azərbaycan və İran prezidentlərinin görüşü zamanı da gündəmə gəldi. Azərbaycan Prezidenti vurğuladı ki, bu barədə də fikir mübadiləsi aparıldı və gələcək birgə əməkdaşlıq çərçivələri müzakirə edildi. İstər BMT olsun, istər İslam Əməkdaşlıq Təşkilatı, ECO, Qoşulmama Hərəkatı və digər təşkilatlar çərçivəsində daim bizim nümayəndələrimiz bir-birinin yanındadır. Azərbaycan və İran arasında bu cür münasibətlər həm regional təhlükəsizlik məsələləri, həm də çoxtərəfli əməkdaşlıq üçün münbit şərait var. Görüşlər zamanı Azərbaycan-İran arasında  ticarət əlaqələrinin inkişafı ilə bağlı konkret göstərişlər verildi. 

    İran ilə Azərbaycan arasında tarixi dostluq münasibətləri üzərində formalaşmış əlaqələrin inkişafı ölkələrimiz və bölgənin ümumi inkişafı baxımından böyük önəm kəsb edir. 

    Prezidentimiz İran Prezidenti Məsud Pezeşkianla birgə mətbuat konfransında vurğuladı ki, hər iki tərəf əlaqələrin inkişafına çalışmalıdır və çalışır:
    “Bu gün imzalanan sənədlər onu göstərir ki, biz bütün istiqamətlər üzrə bir-birimizə daha yaxın olmağa çalışırıq. Məramımız, məqsədimiz birdir, yəni İran-Azərbaycan əlaqələrini yüksək səviyyəyə qaldırmaqdır və bunun üçün də aidiyyəti üzrə göstərişlər bu gün verildi. Xalqlarımız əsrlər boyu mehribanlıq, qardaşlıq şəraitində yaşayır, bu gün möhkəm təməl üzərində əlaqələrimiz inkişaf edir”,

     

    Əsəd Əsədli,
    Masallı Dövlət Regional Kollecinin müəllimi


    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 14:52 Kəlbəcər: Zəfərin, milli iradənin və Böyük Qayıdışın təntənəsi
    2. 09:47 25 Noyabr - Kəlbəcər Şəhəri Günü
    3. 09:46 Kəlbəcərin azadlığı Azərbaycanın siyasi iradəsinin və dövlət suverenliyinin təntənəsidir
    4. 11:07 Masallı şəhərində şəhid Niyaməddin Sultanzadənin şəhadətinin 6-cı ildönümü anıldı
    5. 11:04 Rayonun Kəlbəhüseynli kəndində şəhid Ziya Gözəlovun şəhadətinin 6-cı ildönümü anıldı
    6. 09:11 Azərbaycan - Vyetnam münasibətləri
    7. 09:09 21 noyabr 1992-ci il – Yeni Azərbaycan Partiyasının təsis konfransı
    8. 09:05 Ağdam – Qarabağın dirçəliş və qayıdış rəmzi
    9. 23:30 Masallı Rayon İcra Hakimiyyətinin başçısı ədliyyə işçilərini qəbul edib
    10. 23:18 Masallıda mülki müdafiə sahəsində görülən işlərin yekunları və qarşıda duran vəzifələr müzakirə olunub
    11. 23:16 Masallı Rayon İcra Hakimiyyəti başçsının 19.11.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    12. 20:30 Masallı rayonunda sitrus meyvəçiliyi, çayçılıq və çiyələk əkini ilə bağlı görülmüş işlər və qarşıda duran vəzifələrə həsr olunmuş rayon müşavirəsi
    13. 20:27 Rayon rəhbəri Türkoba ərazisində şəhid məzarlarını ziyarət etdi 18.11.2026
    14. 20:22 Rayon rəhbəri 18 noyabr 2026-cı il tarixdə Türkoba kəndində səyyar qəbul keçirib
    15. 13:36 Masallı Rayon İcra Hakimiyyətinin başçısı fiziki məhdudiyyətli uşağı evində ziyarət edib
    16. 13:34 Rayon rəhbəri 52 il pedaqoji fəaliyyət göstərmiş 87 yaşlı müəllimlə görüşüb
    17. 12:55 Köhnə kişi
    18. 19:56 Azərbaycan–Böyük Britaniya əlaqələri: qarşılıqlı etimad və ortaq maraqlar
    19. 19:54 Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlığın yeni mərhələsi
    20. 17:41 Masallıda 13.11.2026-cı il tarixli növbəti əmək yarmarkası
    21. 15:49 Tural Ağammədov: “Torpaq sahələrinin satış qiymətlərinin süni şəkildə artırılması alıcılar üçün əlavə maliyyə yükü yaradır.”
    22. 15:45 Masallıda muzdla işləyənlərin sayı və orta aylıq nominal əməkhaqqı açıqlanıb – STATİSTİKA
    23. 23:30 Rayonun Hüseynhacılı kəndində şəhid Elçin Novruzovun şəhadətinin 6-cı ildönümü anıldı
    24. 23:30 Rayonun Ərkivan qəsəbəsində şəhid Sahib Şirəliyevin şəhadətinin 6-cı ildönümü anıldı
    25. 23:30 Uşaq hüquqları aylığı çərçivəsində "Uşaq hüquqları, uşaq əməyinin istismarı və erkən nikahın fəsadları" mövzusunda tədbir keçirilib
    26. 23:30 Rayonun Sərçuvar kəndində şəhid Səməndər İsgəndərovun şəhadətinin 6-cı ildönümü anıldı
    27. 23:30 Masallı Rayon İcra Hakimiyyətinin başçısı şəhid atası Sarbala Babayevi 60 illik yubileyi münasibətilə təbrik edib
    28. 23:30 Uşaq hüquqları aylığı çərçivəsində "Uşaq hüquqları, narkomanlığa qarşı mübarizə, uşaq əməyinin istismarı" mövzusunda tədbir
    29. 18:41 Masallı Rayon İcra Hakimiyyəti başçsının 12.11.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    30. 13:29 Rayonun Qızılağac kəndində şəhid Cavad Babayevin şəhadətinin 6-cı ildönümü anıldı
    31. 21:00 Rayon rəhbəri Xırmandalı ərazisində şəhid məzarlarını
    32. 20:26 Rayonun Mahmudavar kəndində şəhid Röyad Məmmədovun şəhadətinin 6-cı ildönümü anıldı
    33. 20:24 Rayon rəhbəri 11 noyabr 2026-cı il tarixdə Hacıtəpə kəndində səyyar qəbul keçirib
    34. 23:30 Rayonun Viləş kəndində şəhid, Vətən Müharibəsi Qəhrəmanı İntiqam Əsgərlinin şəhadətinin 6-cı ildönümü anıldı
    35. 21:30 Masallı şəhərində şəhid Murad Nəfəsovun şəhadətinin 6-cı ildönümü anıldı
    36. 23:30 Masallıda “8 Noyabr – Tarix yazan Zəfər Günü” adlı konfrans keçirilib
    37. 21:49 Rayon rəhbərinin şəhid qardaşların ailəsini ziyarəti
    38. 21:47 Rayon rəhbəri Vətən Müharibəsi şəhidi Balaqardaş Vəliyevin ailəsini ziyarət edib
    39. 21:33 Masallıda rayon rəhbəri Viləş kəndində şəhid məzarlarını ziyarət edib
    40. 09:26 OXUCULARIMIZIN YARADICILIĞI
    «    Noyabr 2026    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30 
    DÜNYA XƏBƏRLƏRİ